№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

ilə belə toxunmamış, heç kəs sizi qorxutmamış, döyməmişdir, siz öküz 

kimi  sağlamsınız,  atanızın  qanadı  altında  böyümüş  və  onun  hesabına 

oxumuşsunuz,  sonra  birdən-birə  işi  az,  maaşı  çox  olan  qulluğa 

girmisiniz.  İyirmi  ildən  artıq  yanacağı,  işığı,  qulluqçusu  olan  havayı 

mənzildə  yaşamısınız  və  istədiyiniz  kimi,  istədiyiniz  qədər  işləmək, 

hətta  heç  işləməmək  hüququna  malik  olmusunuz.  Siz  təbiətcə  tənbəl, 

lırt  bir  adamsınız,  ona  görə  də  həyatınızı  elə  qurmağa  çalışıbsınız  ki, 

sizi  heç  bir  şey  narahat  eləməsin  və  yerinizdən  dəbərtməsin.  İşlərinizi 

feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit 

bir  yerdə  oturmusunuz,  vaxtınızı  pul  toplamaqla,  kitab  oxumaqla, 

cürbəcür yüksək mənasızlıqları düşünməklə və (İvan Dmitriç doktorun 

qırmızı  burnuna  baxdı)  sərxoşluq  sərxoşluq  etməklə  keçirmisiniz. 

Xülasə, həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız 

nəzəri  cəhətdən  tanış  olmusunuz.  İztiraba  nifrət  bəsləməyinizin  və  heç 

bir  şeyə  heyrətlənməmənizin  səbəbi  isə  olduqca  sadədir:  mənasız 

fikirlər  və  qayğılar,  həyata,  iztirablara  və  ölümə  xaricən  və  daxilən 

nifrət bəsləmək, həyatın mahiyyətini dərk etmək cəhdləri, həqiqi nemət 

–  bütün  bu  fəlsəfə  Rusiya  tənbəlləri  üçün  ən  əlverişli  bir  şeydir. 

Məsələn,  siz  bu  mujikin  öz  arvadını  döydüyünü  görürsünüz.  Niyə 

müdaxilə  edəsiniz?  Qoy  döysün,  onsuz  da  hər  ikisi  gec-tez  öləcəkdir; 

həm  də  döyən  adam  öz  şapalaqları  ilə,  döydüyü  adamı  yox,  özünü 

təhqir edir. Sərxoşluq etmək axmaq,  ədəbsiz bir hərəkətdir, lakin içsən 

də  öləcəksən,  içməsən  də.  Görürsən,  bir  arvad  gəlib  diş  ağrısından 

şikayət  edir...  Nə  olsun  ki?  Ağrı,  ağrını  təsəvvür  etməkdir  və  bir  də 

dünyada  xəstəliksiz  yaşamaq  olmaz,  hamımız  öləcəyik,  ona  görə  də 

arvadı başından rədd elə, o sənin düşünməyinə və araq içməyinə mane 

olur.  Gənc  bir  oğlan  nə  eləmək,  nə  cür  yaşamağı  öyrənmək  üçün 

yanınıza  məsləhətə  gəlir;  başqası  cavab  verməzdən  əvvəl  bir  az 

düşünərdi, sizin isə cavabınız hazırdır: həyatı dərk etməyə və ya həqiqi 

neməti  əldə  etməyə  çalış.  Əcəba,  bu  fantastik  “həqiqi  nemət  nə  olan 

şeydir?  Əlbəttə,  buna  cavab  yoxdur.  Bizi  burada  barmaqlıq  arxasında 

saxlayır, canımızı çürüdür, bizə  əzab verirlərsə, bu çox gözəl və ağıllı 

işdir, çünki bu palata ilə isti, rahat kabinet arasında heç bir fərq yoxdur. 

Əlverişli  fəlsəfədir;  görüləcəkbir  iş  yox,  vicdanın  təmiz,  özünü  də  bir 

alim kimi hiss edirsən... Xeyr, cənab, buna fəlsəfə, təfəkkür, geniş baxış 

demək  olmaz,  bu  tənbəllik,  sehrbazlıq,  sayıqlamadır.  Bəli!-  deyə  İvan 

Dmitriç  yenə  acıqlandı.  –  İztiraba  nifrət  edirsiniz,  amma  barmağınız 

qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar! 

      Andrey Yefimıç həlimcəsinə gülümsəyərək dedi: 



      - Bəlkə bağırmaram... 

      -  Bəli,  inandıq.  Məsələn,  sizi  iflic  vursa,  ya,  tutaq  ki,  axmaq  və 

alçaq  bir  adam,  öz  mövqeyindən  və  rütbəsindən  istifadə  edərək,  sizi 

camaat qarşısında təhqir etsə və siz ona cəza verilməyəcəyini bilsəniz, 

adamları  başından  eləyib  həyati  idraka  və  həqiqi  nemətə  doğru 

yönəltmənin nə olduğunu anlarsınız. 

      Andrey Yefimıç zövqündən güldü və əllərini ovuşduraraq dedi: 

      -  Bu  çox  maraqlıdır.  Sizin  ümumiləşdirməyə  olan  meyliniz  məni 

heyrətə  salır,  mənə  indicə  verdiyiniz  xarakteristika  misilsizdir.  Etiraf 

etməliyəm  ki,  sizinlə  apardığım  söhbət  mənə  böyük  zövq  verir.  Mən 

sizi dinlədim, indi də xahiş edirəm məni dinləyəsiniz.  

                               

                                                    XI  

 

      Bu  söhbət  təqribən  bir  saat  daha  davam  etdi  və  görünür,  Andrey 



Yefimıça dərin təsir bağışladı. Bundan sonra o hər gün fligelə gəlməyə 

başladı.  Oraya  səhərlər  və  nahardan  sonra  gəlirdi  və  çox  vaxt  İvan 

Dmitriçlə  söhbəti  qaranlıq  düşənədək  davam  edirdi.  İvan  Dmitriç 

əvvəllər ondan qaçır, onun gizli bir niyyətdə olduğundan şübhələnir və 

ondan  zəhləsi  getdiyini  açıq  bildirirdi,  sonra  isə  ona  öyrəşib  öz  qaba 

rəftarını təvazökar- kinayəli bir əlaqəyə çevirdi.  

      Bir azdan sonra bütün xəstəxanaya şayiə yayıldı ki, doktor Andrey 

Yefimıç 6 №- li palataya gəlib- getməyə başlayıb. Heç kəs- nə feldşer, 

nə  Nikita,  nə  də  xəstə  baxıcıları  doktorun  oraya  nə  üçün  getdiyini,  nə 

üçün  orada  saatlarla  oturduğunu,  nə  barədə  danışdığını  və  nə  üçün 

resept yazmadığını heç cür başa düşmürdü. Doktorun hərəkətləri adama 

qəribə  gəlirdi.  Mixail  Averyanıç  çox  vaxt  onu  evdə  tapmırdı,  halbuki 

qabaqlar  heç  belə  ittifaq  düşməzdi.  Daryuşkanın  da  ovqatı  təlx  idi; 

çünki  dostları  pivəni  daha  vaxtında  içmir  və  bəzən  hətta  nahara  da 

gecikirdi. 

      Bir  dəfə  iyunun  axırlarında,  doktor  Xobotov  bir  iş  üçün  Andrey 

Yefimıçın yanına gəlmişdi; onu evdə tapmadı, həyətə  çıxıb axtarmağa 

başladı;  həyətdəkilər  dedilər  ki,  doktor  ruhi  xəstələrin  yanına  gedib 

Xobotov fligelə girib dəhlizdə durdu və belə bir söhbət eşitdi. 

      - Bizim əqidəmiz müxtəlifdir, siz məni öz məsləkinizə sarı cəlb edə 

bilməzsiniz,  -  deyə  İvan  Dmitriç  əsəbi  halda  danışırdı.  –  Siz  həyatla 

bilmərrə  tanış  deyilsiniz  və  ömrünüz  uzunu  heç  vaxt  iztirab 

çəkməmisiniz, 

mən 


isə 

anadan 


olduğum 

gündən  indiyədək 

arasıkəsilməz  əzab  çəkmişəm,  ona  görə  də  açıq  deyirəm:  mən  özümü 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə