[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə158/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   154   155   156   157   158   159   160   161   ...   282

278 

 

General  Denstervil  döyüşdən  sonra  bəyan  etdi  ki,  yer  üzərində  heç  bir  qüvvə  Bakını  türklərdən  ala  bilməz.  Be lə liklə, 



Bakın ın  şimalında  olan  "Sentrokaspi"  -  ingilis  qüvvələri  Biləcəri  yüksəkliyinə  qədər  geri  sıxışdırıldı  və  Bakın ın  azad  

olunması uğrunda həlled ici hücumun təşkili üçün əlverişli mövqelər ələ keçirildi. 



 

Əd

.: Süleymanov M ., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999; Rüştü, Büyük harpte Baku yollarında Ş.Kafkas piyade 

fırkası. 93 saylı Askeri mecmuanın tarih kısmı, 1934;  Yüceer N., Birinci dünya  savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan 

harekatı, Ankara, 1996. 

 

BĠR  MAY  NÜMAYĠġ Ġ  (1919)  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  siyasi  xadimlərinin  iştirakı  ilə  1  May  

bayramın ın  Ba kıda  qeyd  olunması.  "Müsavat"  partiyasının  1919  il  aprelin  29-da  təşkil  etdiyi  fəhlə   konfransında  1  May  

nümayişinə  "Yaşasın  müstəqil  Azərbaycan!" şüarı ilə çıxmaq  qərara alındı.  Konfrans nümayəndələri dünya demokratik 

qüvvələrinin səsinə səs vermək əzmi göstərdilər. A zərbaycanın siyasi xadimlərin in 1 May bayramında iştirak etmək arzusu, 

bu  münasibətlə  a zərbaycanlı  fəhlə lərə   mürac iəti  bolşeviklə r  üçün  gözlən ilmə z  oldu.  Azə rbaycanlı  fəhlə lər  mütəşəkkil 

surətdə nümayişə çıxd ılar.  Bolşeviklərin " Yaşasın Sovet Rusiyası" şüarına qarşı azərbaycanlı fəh lələ rin  "Yaşasın istiqlalı 



qoruyan millət və partiya" şüarı nü mayişdə alqışlarla qarşılandı. 1 May bayramının təntənəli qeyd olunması rəsmi dövlət 

qəzeti olan "Azə rbaycan"da da işıqlandırıldı. Mayın  1-də səhər te zdən küçə lərdə ə mək təşkilatla rın ın q ırmızı bayraqları ilə  

yanaşı,  müsəlman  təşkilatlarının  üçrəngli bayraqları da dalğalanırdı. Şəhərin  müsəlman fəh lələrin in nü mayəndələri  zurna 

sədaları alt ında rəqs edir,  müsəlman natiqlə rin ç ıxışları sürəkli a lqışla rla qarşılanırdı. Dövlət opera teatrının  xo ru orkestrin  

müşayiəti ilə inqilabi mahnılar ifa edərək, bayram şənliyin i daha da rövnəqləndirird i. Həmin gün bolşeviklerin təşkilatçılığ ı 

ilı Bakı Fəhlə Konfransının rəyasət heyəti, Bakı  Həmkarlar İttifaqları Şurası  1 May münasibətilə Bakı  fəhlələrinə  müraciət 

edərək,  onları  işğalçıla r  və  daxili  əksinqilab  əleyhinə  barış maz  mübarizəyə  çağırd ıla r,  "Rədd  olsun  ingilis  işğalçıları", 

"Yaşasın  Azərbaycanda  sovet  hakimiyyəti"  şüarları  ilə  çıxış  etdilər.  Məqsəd  1  May  nümayişini  ü mu mi  siyasi  tətilə 

çevirmək  olsa da,  bolşeviklərin  bu niyyəti  baş  tutmadı.  Azərbaycan siyasi  xadimlərinin  səyi  nəticəsində  1  May  Azərbaycan 

Xalq Cü mhuriyyətinin paytaxtı olan Bakı şəhərində beynəlxalq bayram kimi qeyd olundu. 



 

Əd.:

Aзepбaйджанская  Pecnублика.  Документы  и  материалы (1918-192 гг.), Б.,  1998;  1918-1920  rr.,  B„  1998;  Azərbaycan 

tarixi, 3 cildd ə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.  

 

"BĠR  YAġ"  -  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  birinci  ildönümü  münasibətilə  Üzey ir  bəy  Hacıbəylinin  

"Azərbaycan"  qəzetinin  28  may  1919  il,  190-cı  sayında  dərc  olun muş  məqaləsi.  A zərbaycan  xa lqının  şanlı  istiqla l 

mübarizəsi sayəsində və çoxsaylı şəhidlərinin  qanı bahasına əldə etdiy i azadlığın  milli bayram səviyyəsində qeyd edilməsi, 

xoşbəxt gələcək naminə görüləcək işlər və arzular məqalənin əsas məğzini təşkil edirdi: 



"Bu gün, istiqlalını elan etmiş olduğumuz və istiqlah qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanı-

manlarımızı  xərabə  qoyduğumuz  bir  dövlətin,  yəni  Azərbaycan  Türk  Dövlətinin  bir  yaşı  tamam  olub  da  ikinci  yaşa 

qədəm qoyduğu gündür... 

Növzad dövlətimizin təvəllüdü, ana bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən, balasını doğarkən, 

özünü  qurban  edəcək  dərəcəsinə  gəlmişdi...  Azərbaycan  torpağı  bir  xərabazara,  bir  viranəyə  dönəcək  idi.  Onun,  o  

madəri-mehribanının  nazik  sinəsi,  zərif  bədəni  üzərində   gəzən  qaba  ayaqlar,  həm  anası  bətnindəki  balasını  çəkmə-

lərinin təpikləri altında tapdalamaq, əzmək və xurdxaş etməklə anasını da, balasını da öldürmək istəyirdilər. 

Lakin bu zəifsinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvətə haiz idi ki, zəif cism, qiiv-

vətli ruh sayəsində düşmə n zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarini qeyb etmədi. 

Ana Vətən doğdu... 

Və bu gün, doğduğu övladının sənəyi-dövriyyəsi münasibətilə bayram qurub və  övladını mavi, al və yaşıl rəngli  

parçalarla bəzəyib nümayişkaranə bir surətdə bəyani-iftixar etmədədir. 

Bir yaşlı dövlətimiz, — gələcəkdə — yaxın gələcəkdə - türklügün ümidgahı, islamlığın pənahı və aləm  mədə-

niyyətinin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda - hər kəsə bildirmədədir. 

Azərbaycanın türkliklə istiqbal meyvələri yetişdirmək üçün münbit bir torpaq təşkil etdigini Osmanlı tiirk qar-

daşlarımız dəxi iqrar və etiraf edib bizə ümidi - nəzər ilə baxmadadırlar. Fil-həqiqə, Azərbaycan idi ki, türk şərqində 

sağlam  bir  milliyyət  hissi oyatdı,  millət  nə  olduğunu  millətini  unutmuş  türklərə  bildirdi.  Onlara  -  sən  əvvəl-əvvəl  bir 

türksən, dedi və "türkəm " dedirtdi... 

Türk qövminin dəxi farslar, ərəblər kimi müstərif olduqları dini-mübin islamın - Allahımız bir, peyğəmbərimiz 

bir,  Quranımız  bir  və  binaən-ileh  dinimiz  də  bir olmalıdır  —  deyə  bu  birligə  feil və  əql  ilə qədəm  qoyan  Azərbaycan 

türkləri  oldıı  desəm,  əminəm  ki,  xəta  etmərəm.  Bu  fikrin  Azərbaycan  türkləri  arasında  olduqca  sürətlə  intişarı  və 

qüvvətlənməsini görərkən sözlərimin təsdiqinə məcbur olarlar. 

Bizi  vəhşi  bilənlər  və  bizdən  yalnız  qaniçicilik  gözləyənlər  ilə  və  bizim  vücudimizi  aləmi-mədəniyyət  üçün 

təhliikəli ədd edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və  nəzərin sırf yalan və  yanlış olduğu meydana çıxsın. 

İngilis bizim içimizə girərkən, özlərini vəhşi bir heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç 

bir  liizum  olmadığını  bir-iki  gündən  sonra  kəmali-təəccüblə  anladılar  və  haqqımızda  bəsləməkdə  olduqları  nəzər  və 

təsəvvüratın - bilməməzlik və ya diişmən təbliği nəticəsi olaraq xəta və yanlış olduğunu da dərk etdilər; əminəm ki, bunu 

da dərk etdilər ki, istibdad altında tərəqqi və təalidən cəbrən mərhum və cəhalətə məhkum edilmiş olan bir millət, azad 

olduqdan  sonra  çox  çəkməz  ki,  aləmi-mədəniyyət  bazarlarında  öz  milliyyətləri  təqazası  ilə  əmələ  gəlmiş  mədəni 

mətalarını ənzari-bəşəriyyətə təqdim ilə mədəniyyəti qoca olan millətləri də heyran qoyarlar... 

 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə