[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə252/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   248   249   250   251   252   253   254   255   ...   282

421 

 

Bakıda  sovet  hakimiyyətinin  elan  ed ilməsi  milli  azadlıq 



hərəkatının  gedişində  Yelizavetpol  quberniyasının  mövqeyini 

daha  da  möhkəmləndird i.  5  (18)  noyabrda  Yelizavetpolda 

keçirilən 

Qafqaz 


müsəlmanların ın 

hərbi 


qurultayı 

azərbaycanlılardan  ibarət  hərbi  hissələr  yaradılması  haqqında 

qərar ç ıxa rdı.  Knyaz Maqalov başda olmaqla,  müs əlman  süvari 

polku  yaradıld ı.  Cənubi  Qafqazda  Zaqafqaziya  ko missarlığı 

təşkil edildikdən sonra  Ye lizavetpol quberniyasında hakimiyyət 

milli şuralara keçdi. Milli hərb i hissələrin silahla təmin edilməsi 

üçün  1918  ilin   yanvarında  Qafqaz  cəbhəsindən  qayıdan  rus 

qoşunları  Şamxor  stansiyasında  tərksilah  edildi.  Apreldə 



Zaqafqaziya  Demok ratik   Federativ  Respııblik asının  yaranması 

elan  edild ikdə,  Ye lizavetpol  quberniyası  onun  tərkibinə  da xil 

oldu.  Mayın  28-də  Azərbaycan  Xalq  Cü mhuriyyətinin 

yaradılması ilə quberniya onun əsasını təşkil etdi və Azərbaycan 

torpaqlarının  bütünlüklə  azad  edilməsinin  mərkəzinə  çevrildi. 

İyunun 16-da Azərbaycan Milli Şurası və Höku məti Yelizavetpola (Gəncəyə) köçdü. Azərbaycana hərbi yardım üçün dəvət 

olunmuş türk qoşunları da  mayın axırı  -  iyunun əvvəllərində burada toplanmağa başladı. İyunun 17-də  Gəncədə Fətəli  xan 

Xoyskinin sədrliyi  ilə  2-c i höku mət  kabinəsi təşkil ed ild i. Hö ku mətin  30 iyul tarixli qərarı ilə   Ye lizavetpolun tarixi adı  - 

Gəncə  bərpa  edildi.  Bundan  sonra  quberniya  da  Gəncə  quberniyası  adlandırıld ı.  Gəncə  şəhəri  1918  il  iyunun  17-dən 

sentyabrın 17-dək o lan dövrdə dövlətin paytaxtı o ldu. A zərbaycan Xalq Cü mhuriyyətinin in zibati-ərazi bölgüsündə mühü m 

yer  tutan  Gəncə  quberniyası,  keç miş  Ye lizavetpol  quberniyasına  yeni  ə lavə  edilmiş  əra zilər  hesabına  xeyli 

genişləndirilmişdi.  Bakı  və  Zaqatala  quberniyalarının  ərazisi  istisna  olmaq la,  qalan  10  qəza  (Qazax,  Gəncə,  Nu xa,  Ərəş, 

Cavanşir,  Şərur-Dərələyəz,  Naxçıvan,  Zəngəzur,  Cəbrayıl,  Şuşa)  və  1  dairə  (Göyçə)  Gəncə  ətrafında  birləş mişdi. 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  Höku məti  erməni  separatizmi  və  a zərbaycanlıla ra  qarşı  soyqırımı  ş ərait ində  ölkəni  daha 

səmərəli  idarə et mə k üçün  müvafiq vasitələrdən  istifadə ed ird i. 1919  il yanvarın  13-də  Qarabağ general-qubernatorluğu, 

fevralın  28-də  isə  Cənub-qərbi  Azərbaycan  general-qubernatorluğıı  yaradılmışdı.  Gəncə  quberniyasını  qubernator  idarə 

edirdi. 

 

 



 

 



422 

 

Höku mətin 1919 il 30 ma rt tarixli qəra rı ilə Gəncə qubernatoru İbrahim ağa Vək ilova general-mayor, kö məkç isi Hüseynqulu 



xan  Xoysk iyə  isə  polkovnik  rütbəsi  verilmişdi.  İ.Və kilov  Azə rbaycan  ordusu  Baş  qərargahı  Baş  idarəsinin  topoqrafiya 

şöbəsinin  rəisi  təyin  olunduğuna  görə,  6  may  tarixli  qərarla  Xudadat  bəy  Rəfibəyli  Gəncə  qubernatoru  təyin  edilmişdi. 

Quberniyada  quberniya  idarəsi  yaradılmışdı.  Quberniya   ida rəsinə  vitse-qubernator,  müşavirlər,  quberniya  t ibb  müfəttişi, 

quberniya mühəndisi,  memarı, yerölçən i daxil  idi.  Quberniya  idarəsi geniş  miqyaslı  məsələlərlə  məşğul olurdu:  kəndlərdə 

vəzifəli şə xslə rin seçilməsi və  pay torpaqlarının  sənaye müəssisələri və tikililər üçün ayrılması haqqında kənd  ic mala rının 

qərarların ı  təsdiqləyir,  in zibati-polis  idarə ləri  mə murlarının   vəzifə   c inayətləri  haqqında  işlərə ,  kassasiya  şikayətlərinə  və 

kənd  məhkə mə lərinin qərarlarına və s. ba xırdı. İdarə ay rı-ayrı struktur hissələrindən ibarət idi:  katiblik bölməsi,  1-ci bölmə 

(müşavir  Mikayıl  bəy  İsrafilbəyov),  2-ci  bölmə  (müşavir  Aleksandr  Konstantinoviç  Boqatko),  zemstvo  bölməsi  (Georg i 

Yefimoviç Çernyayevski), həkim, baytar, tikinti (mühəndis Vasili Yakovleviç Aqunakov) bölmələri. 

Cü mhuriyyət  Hö ku məti  Gəncə  quberniyasının  sosial-iqtisadi  və  mədəni  inkişafına  diqqətlə  yanaşırdı.  Erməni-

daşnak  quldur  birləşmələrinin  azərbaycanlılara  qarşı  soyqırımı  və  deportasiya  siyasəti  nəticəsində  İrəvan  quberniyası 

qəzala rından  qaçqın  düşmüş  azərbaycanlılar  daha  çox  Gəncədə  və  onun  ətrafında  yerləşdirilmişdi.  Onların  ərzaqla  tə min 

olunması  və  sağlamlıq larının   qorunması  üçün  tədbirlər  görü lmüşdü.  Lakin  düşmən  qüvvələr  bütün  vasitələrdən  istifadə 

edərək,  quberniyada  siyasi  sabitliyi  pozmağa  cəhd  göstərirdi.  Bu  sahədə  xüsusilə  fə rqlənən  bolşeviklər,  quberniyanın 

xüsusiyyətini  nəzərə  alaraq,  burada  kəndli  hərəkatın ın  genişləndirilməsinə  çalışırd ılar.  Hələ  1917  ilin  dekabrında  Qovlar 

stansiyasında bolşevik Müseyib Əliyevin evində S.Şau myan və H.Sultanovun iştirakı ilə gizli  müşavirə  keçirilmişdi.  1918 

ilin  yanvarında  Bakı  ko mitəsinin  göstərişi  ilə  Məşədi  Əzizbəyov  də  Gəncəyə  gəlmiş,  buradakı  vəziyyət  haqqında 

"Hümmət"in   iclasında  çıxış  etmişdi.  Cü mhuriyyət  dövründə  də  bu  pozuculuq  işləri  davam  etdirilird i.  1919  ilin  yazında 

Gəncədə F.Əliyevin  başçılığ ı ilə  Rusiya Ko mmun ist (bolşeviklər) Partiyasının  gizli da irə  ko mitəsi təşkil olun muşdu. Gəncə 

quberniyasında  fəhlə  və  kəndlilər  Höku mətə  qarşı  çıxış lara  təhrik  edilird i.  1919  ilin  yanvarında  Gəncə  quberniyası 

dəmiryolçula rının tətili baş vermişdi. Qat ır Mə mmədin rəhbərlik etdiy i və  Cü mhuriyyət Höku mət inə qarşı çevrilmiş qaçaq 

hərəkatı  təhlükə li  şəkil  a lmışdı.  1920  il  aprelin  28-də  Ba kıda  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku mətinin  süqutu  və 

Azərbaycan Sovet Sosialist  Respublika ının qurulmasının e lan edilməsi  Gəncə quberniyasında vəziyyətə təsir göstərdi.  Elə 

həmin gün F.Əliyevin s ədrliyi  ilə Azə rbaycan Kommunist (bolşeviklər) Pa rtiyası  Gəncə Da irə  Ko mitəsi Quberniya İnqilab 

Ko mitəsini  yaratdı  və  hakimiyyətin  təhvil  verilməsi  haqqında  Gəncə  qubernatoruna  ultimatu m  verd i.  Ult imatu m  qəbul 

olundu. Aprelin 29-da hakimiyyətin  Quberniya  İnqilab  Ko mitəsinə verilməsi 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə