254
(sədr), L.Manço, D.Landau, Y.Umansev, M.Səlimov, N.Vanebu, Q.Pokrovski, Q.Qurqenid ze, A.Tağıyev, S.Ter-
Kriko ryandan ibarət tərkibdə Şura seçilmişdi. A rtıq 1920 ilin yazı üçün BNSQŞ-in Höku mətdən təkid lə tələb etdiy i
Həştərxan yolu aç ılsada, Şuranın fəaliyyəti də sona çatdı. Belə ki, Aprel işğalından (1920) az sonra Azərbaycan Müvəqqəti
İnqilab Komitəsinin neft sənayesini milliləşdirmək haqqındakı 1920 il 27 may tarixli dekreti ilə Şura ləğv olundu.
Əd.:
Azərbaycan tarixi, 3 cilddə, c.2, B., 1964; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Монополисческий капитал в нефтяной
промышленности России (1883-1914).Документы и материалы, Москва – Ленинград, 1961; həmin adda (1914-17, М. – Л.,1973.
BAKI POLĠS MEYS TERLĠYĠ - Bakı şəhərində asayişi və qayda-qanunu qoruyan qurum. Ba kı qradonaçalnikliy i
(şəhər rəisliyi) haqqında Rusiya senatının 1906 il 28 oktyabr tarixli müvəqqəti Əsasnaməsinə uyğun olaraq, Bakı şəhər polis
idarəsi əsasında yaradılmışdı. Ba kı polismeysterliyi 1907 il yanvarın 1 -dən, Ba la xanı-Sabunçu polis idarəsi ilə yanaşı, Bakı
şəhər rəisliyin in polisi funksiyasını yerinə yetirird i. 1917 ildə Bakıda sovet hakimiyyəti elan edilməsi ilə əlaqədar ləğv
olunmuşdu. Cü mhuriyyət dövründə, yerli idarəçiliyin təşkilinə qədər Rusiya qanunlarının Azərbaycan Xalq Cü mhuriyyəti
ərazisində qüvvədə saxlan ması haqqında Azərbaycan Höku mətinin 1918 il 23 iyun tarixli qərarından sonra Bakı
polismeysterliyi yenidən fəa liyyətə başlamışdı.
Bakı qubernatorunun tabeliyində olan Bakı polis meysterliyi nəzdində polis meysterin adından, yaxud onun, ya da
kö məkçisinin göstərişi ilə yazışmalar aparan idarə - dəftərxana vardı.
Bakı polismeysterliyi 11 polis məntəqəsinə (Bayıl, A leksandr Nevski, İçərişəhər, Şamaxı, Mərkəz, Mixaylov,
Ro manov, Qanlıtəpə, Zavağzal, Qaraşəhər, Liman) bölünmüşdü. Məntəqələrə sərəncamlarında qorodovoylar olan
pristavlar başçılıq ed irdilər. Pristavlar qayda-qanunun, təhlükəsizliyin təmin olun ması və abadlıq işləri üçün məsuliyyət
daşıyırdılar.
1919 il aprelin 25-də Azə rbaycan Xalq Cü mhuriyyəti Hö ku məti guya Bakı ş əhərində ermən ilə rə qarşı zora kılıq
hallarının baş verməsi ilə əlaqədar aparılmış təhqiqatlar barədə Bakı polismeysterinin məlu matını müzakirə etmişdi. Daxil
olmuş ərizələrin tam əksəriyyətinin əsassız və böhtan olduğu aşkara çıxarıld ı. Höku mət daxili işlər nazirinə tapşırmışdı ki,
görülmüş tədbirlərdən asılı olmayaraq, yalan və əhali arasında gərginlik yaradan şayiələrin yayılmasında təqsirli bilinən
şəxslər məhkəmə məsuliyyətinə cəlb ed ilsin lər.
1919 il iyunun 11-də Azərbaycan Hökumət i Bakı şəhər polisinin ştatlarını art ırmaq barədə qərar qəbul etmişdi.
Pristavların təyin olunması və işdən azad edilməsi qubernatorun səlahiyyətinə daxil idi, qalan polis işçilərini isə
polismeysterin özü təyin və azad edirdi. Rüstəm bəy Mirzəyev Bakı polismeysteri təyin olun muşdu.
BAKI POLĠTEXNĠK MƏKTƏBĠ - orta ixtisas təhsili müəssisəsi. Məktəb bütün Cənubi Qafqaz
sənayesi üçün te xniklə r və ixt isaslı ustalar hazırlayırd ı. Qafqa z tədris dairəsinin 1888 il 26 apre l tarixli s ərəncamı ilə həmin
ilin iyulundan şəhər sənət məktəbi kimi fəa liyyətə başlamış, 1896 il sentyabrın 1-dən Ba kı ibtida i me xan ika -kimya -te xnika
mə ktəbinə çevrilmişdi.
1897 il oktyabrın 18-dən məktəbin nəzdində yerli əhali içərisindən yaşlılar üçün pulsuz kurslar açılmışdı. Kurslara
yardım məqsədilə məktəbdə xeyriyyə konsertləri təşkil olunur, həvəskar aktyorlar tamaşalar göstərird ilər. 1901 ilin
iyulundan məktəbdə kimya bölməsi əvəzində tikinti bölməsi açılmışdı. 1913 ilin yanvarından isə Bakı Polite xn ik Mə ktəbi
Bakı Alekseyev orta mexan ika və tikinti-texniki məktəbi ad lanırd ı.
1909 ilin yanvarından mə ktəbin nə zdində heykə ltəraşlıq - daşyonma şöbəsi, 1911 ildən isə sürücülər kursu
açılmışdı.1917 il mayın 30-dan üç şöbədən (neft sənayesi, elektro mexanika və memarlıq -inşaat) ibarət politexniku ma
çevrilmiş və Bakı politexn ik məktəbi adlan mışdı.
BAKI RAYONU FƏ HLƏ DEPUTATLARI SOVETĠ (BRFDS) - 1917 il ma rtın 7-də təşkil o lun muşdu. Sovetin
təşkili və və zifə ləri haqqında ma rtın 8-də elan olun muş müraciətdə bild irilirdi ki, Bakı fəhlə lərin in 2/3-dən ço xu seçkilərdə
iştirak etmişdir. Sovetin tərkib inə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 52
deputat (9 nəfə ri bolşevik, qalan ları is ə menşevik və eser idi) da xil idi. BRFDS fəh lə deputatları sovetinin icra iyyə
ko mitəsini və ko mitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçmişdi. Sovetin birinci
iclasın ın sədri menşevik Q.Ayollo, katibi isə o zaman hələ menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Şau myan
qiyabi o laraq sovetin s ədri seçildi. Sovetin İcraiyyə komitəsinə iki bolşevik (İ.Fioletov və İ.Ter-Qabrielyan) və bir eser
(V.İ.Soçnev) daxil id i. BRFDS özünü Bakı fəhlələrinin yeganə səlahiyyətli orqanı hesab edirdi. Sovet öz fəaliyyətini
Petroqrad FDS və bütün Rusiya fəhlə lərin in fəa liyyəti ilə uyğunlaşdırmaq niyyətini bildirmiş, sırf yerli xa rakterli hər cür
çıxışların əleyhinə olduğunu, Bakı qarnizonunun ordu və donanmasının BRFDS ilə həmrəyliyinə nail olmaq vəzifəsini elan
etmişdi. BRFDS icra iyyə ko mitəsinin ilk mü raciəti " Yaşasın Müəssislər məclisi! Yaşasın demokratik respublika!" şüarları
ilə bitirdi.
Martın 7-də Bakı qarn izonunun əsgər və zabit deputatları sovetləri də yarad ıld ı və martın sonlarında vahid hərbi
deputatlar soveti halında birləşdilər. Sovetlərdə əksəriyyət menşeviklərə, eserlərə məxsus idi.
BRFDS 1917 il may ın 1-dən Bakı rayonunda 8 saatlıq iş günü qoyulmasını özünün ilk qələbəsi hesab etmişdi.
Mayın 10-da BRFDS ilə hərb i deputatlar sovetinin birgə iclasında bu sovetlər birləşdi və Bakı fəhlə və hərbi deputatları
soveti yaradıld ı.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi
(sənədlər, materiallar, 1917-1918-ci illər), B., 1960.