255
BAKI SOVETĠ (BS) - Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı (1917, mart - 1918, 31 iyul). Rusiyada
Fevral inqilabından (1917) sonra Bakıda və digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi fəhlə və əsgər deputatları
sovetləri yarad ılırdı. Bak ı rayonu Fəhlə Deputatları Soveti ilə hərbi deputatları sovetinin birləş məsi nəticəsində yaradılan
BS onların içərisində ən nüfuzlusu hesab edilird i. Sovetin tərkibində azərbaycanlılar yo x dərəcəsində id i. Onun tərkibi və
rəhbər heyəti bütünlüklə e rmənilərdən və ruslardan ibarət id i. Eser-menşevik-daşnak blokunun rəhbərlik etdiyi bu sovet
"vahid və bölünmə z Rusiya" ideyasını təbliğ ed irdi. Sovetin fəa liyyəti A zərbaycan xa lqın ın milli mənafey inə zidd id i. Bakı
bolşevikləri Sovetdə rəhbərliyi ələ almaq üçün gərgin mübarizə aparırdılar. Bo lşeviklər Petroqradda hakimiyyəti ələ
keçirən kimi, 1917 il oktyabrın 27-də BS-nin fövqəladə yığıncağı keçirildi. Sovetin eser-menşevik-daşnak bloku,
bolşeviklərin kəskin etirazına baxmayaraq, 168 səsə qarşı 246 səslə Bakıda, ali hakimiyyət orqanı kimi, İctimai
Təhlükəsizlik Ko mitəsinin yaradılması haqqında qərarın qəbul ed ilməsinə nail o ldu. Sovet Oktyabr çevrilişin in (1917) dinc
yolla ləğvini tələb edird i. Sovetin bu qəra rı ilə ra zılaşmayan bolşeviklə r, mədən-zavod ko mitələri üzv lərinin dəstəyinə
arxalanaraq, oktyabrın 31-də Sovetin geniş iclasın ı çağırd ılar. Onları müdafiəyə gələnlərin sayı Sovetin üzvlərindərı xeyli
çox id i. Hakimiyyətin sovetlərə keçməsi ilə razılaşmad ıqlarını bildirən menşevik və eserlərin iclas zalından çıxıb getməsi
bolşeviklərə o lduqca sərfəli id i. İclas Bakı rayonunda bütün hakimiyyətin BS-nə keçməsi haqqında qətnamə qəbul etdi.
Noyabrın 2-də bolşeviklər ö z mövqelərini daha da möhkəmləndirmək məqsədilə yenidən bütün hakimiyyətin Sovetə
verilməsi məsələsini qoydular, geniş iclas çağırmaq takt ikasından bir daha istifadə edərə k, siyasi qüvvələr nisbətini ö z
xeyirlərinə dəyişə bildilər. Sovetin eser-menşevik fra ksiyası bolşeviklərsiz yeni icra iyyə ko mitəsi yaradılmasının zəruriliy i
qənaətinə gələrək, icra iyyə ko mitəsindən çıxd ığını elan etdi.
BS-nin 2 noyabr tarixli iclasında Sovetin icraiyyə komitəsi Ba kıda ali hakimiyyət orqanı elan olundu. Həmin iclas-
da Bakı fəh lə və hərbi deputatları sovetinin adının dəyişdirilərək, Bakı fəhlə və əsgər deputatları soveti adlandırılması
qərara a lındı. Sovetin ic raiyyə ko mitəsinin bolşeviklərdən ibarət yeni tərkibi seçild i. İc raiyyə ko mitəsinin sədri Şau myan
oldu. Eser və menşeviklə rlə "müsavat"çılar arasındakı ziddiyyətlərdən istifadə edən bolşeviklər BS-də əsas vəzifə ləri
asanlıqla ələ keçirə bildilər. Bakının d igər siyasi hakimiyyət strukturları Sovetin təkhakimiyyətliliyinə əngəl törətdiyindən
BS 1917 il noyabrın 12-də İctimai Təh lükəsizlik Ko mitəsinin, noyabrın 21-də isə İctimai Təşkilatların İcraiyyə
Komitəsinin ləğvinə nail oldu. Lakin Fətəli xan Xoyskinin rəhbərlik etdiyi
Bak ı şəhər duması BS-nin rəqib i olaraq qalırd ı.
1917 il dekabrın 12-13-də dəyişdirilmiş seçki qaydası əsasında BS-nə keçirilən seçkilərdə bo lşeviklər səs çoxluğu
qazandılar. "Müsavat" parti-yası Sovetin demo kratik əsaslarda seçilməd iyinə etiraz etsə də, sonradan hakimiyyəti Sovetə
vermə k və icra iyyə ko mi-təsinə daxil o lmaq qərarına gəld i. Be lə liklə, Ba kı Sovetinin yeni icra iyyə ko mitəsinə 6 bolşevik, 5
daşnak, 4 sol eser, 3 sağ eser, 2 " müsavat"çı daxil oldu. 1917 ilin dekabrında S.Şau myanın V.İ.Lenin tərəfindən Qafqaz
işləri üzrə xüsusi ko missar təyin edilməsi ilə əlaqədar olaraq BS-nin sədri vəzifəsini P.A.Caparid ze tutdu. BS A zərbaycan
milli qüvvələrinə qarşı mübarizə xətti yeritdi. Bu 1918 ilin yazında müsəlman əhalisinin kütləv i q ırğın ları ilə nəticələndi
(ba x Mart soyqırımı). BS-nin "Daşnaksutyun" və Ermən i Milli Şurası ilə əlbir fəa liyyəti A zərbaycan milli hərəkatına qarşı
yönəlmişdi. A zərbaycanın mu xtariyyəti ideyasının qatı düşməni olan bolşeviklər, "Daşnaksutyun" və Erməni Milli Şurası
daşnak hərbi qüvvələrini d inc türk-müsəlman əhalisi üzərinə qaldıraraq, kütləvi soyqırımları törətməklə Azərbaycan milli
düşüncəsini və onun daşıyıcıların ı məhv etmək yolunu tutdular. 1918 ilin mart soyqırımında türk-müsəlman əhaliyə qanlı
divan tutulduqdan sonra, Bakı ş əhərində və onun neft-mədən rayonunda BS-nin hakimiyyəti gücləndi. Bu zaman Bakı
fəhlə, əsgər və matros deputatları sovetinin köhnə tərkibi hə lə qalırdı. Belə ço xpartiya lı tərkib isə bolşevikləri qane et mird i.
Onlar yalnız sol eserlərə və "beynəlmiləlçi" daşnaklara üstünlük verirdilər.
1918 il apre lin 25-də Ba kı fəhlə, əsgər və matros deputatları sovetinin iclasında Bak ı Xalq Komissarları Soveti
təşkil o lundu. Şaumyanın başçılıq etdiy i daşnak-bolşevik re jimi "sovet hakimiyyəti" adı a ltında "qanuni status" aldı.
Əd:
Azərbaycan tarixi, 3 cildd ə, c. 3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001; Azərbaycan Kornmunist Partiyası
tarixinin oçerkləri, B., 1964; İbrahimov Z., Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər), B.,
1957.
"BAKI SOVETĠNĠN XƏBƏRLƏRĠ", "B a k ı Ə t r a f ı F ə h l ə, Ə s g ə r v ə M a t r o s Ş u r a s ın ın Ə x b
a r ı" - Bakı Sovetinin orqanı o lmuş gündəlik bolşevik qə zeti. 1918 il aprelin 17-dən iyulun 31-dək nəşr edilmişdir. İlk qoşa
nömrəsi 1918 il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2
səhifəsi isə erməni d ilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətra fı fəhlə , qırmızı əsgər, matros və kəndli şurasının ə xbarı"
adı ilə nəşr olunmuşdur. Qezet Za-qafqaziya ko missarlığımn və Zaqafqaziya sey min in milli siyasətinə qarşı çıxış edir,
azərbaycanlılara qarşı milli ayrıseçkilik və düşmənçilik təbliğatı aparır, 1918 ilin mart soyqırımına haqq qazandırır,
soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycan-türk hərb i qüvvələrindən "qətiyyətlə
müdafiə olun ması"nı təbliğ ed irdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31 -də buraxılmışdır. Bakıda daşnak-bolşevik
hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
BAKI SOVETĠNĠN 25 ĠYUL QƏTNAMƏS Ġ 1918 il iyulun 25-də Bakı Sovetinin fövqəladə geniş iclasında
ingilis qoşunlarının Bakıya dəvət olunması barədə qəbul o lunmuş qətnamə. İclasda Bakı Xalq Ko missarları Sovetinin sədri
S.Şau myan siyasi və hərbi vəziyyət haqqında məruzə etdi.