256
Daşnaklar, menşeviklər və eserlər ingilis qoşunlarının Bakıya dəvət edilməsi haqqında məsələ qald ırd ılar. Bu,
Bakı neftinin Sovet Rusiyasının əlindən çıxması təhlükəsi yaradırdı. Odur ki, Şau myan V Ümu mrusiya Sovetlər
Qurultayın ın qərarlarını yerinə yetirərək, həmin məsələn in mü zakirədən çıxarılmasın ı tələb etdi. Elə həmin gün Rusiya
Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Ko mitəsinin sədri Y.M.Sverdlov da Bakı Sovetinə teleqram
göndərərək, "Bakı Sovetinin, bütün fəhlələrin, ordunun, donanmanın qurultayın qərarına, habelə Ümü mrusiya Mərkəzi
İcraiyyə Ko mitəsi və Xalq Ko missarları Sovetinin göstərişlərinə danışıqsız tabe olmalarını qəti tələb etmişdi". Buna
baxmayaraq, iclas Şau myanın təklifin i rədd etdi. M.Əzizbəyov, P.Çaparid ze, Y.Zevin və b. bolşeviklər çıxış edərək,
ingilislərin Ba kıya çağırılmasının qəti ə leyhinə ç ıxd ılar. İc lasda biri sol daşnakların, sol eserlərin və bolşeviklərin, digəri
isə sağ eserlərin olmaq la, iki qətnamə layihəsi səsə qoyuldu. Sol daşnaklar, bolşeviklər və sol eserlərin qətnaməsində yeni
hərbi səfərbərliyin keç irilməsi, Ba kın ın müdafiəsini gücləndirmək məqsədilə qoşun göndərilməsi üçün Rusiyaya müraciət
edilməsi, ingilislərin dəvət olunması lehinə hər cür təşviqata son qoyulması nəzə rdə tutulurdu.
Bolşeviklərin bütün cidd-cəhdlərinə baxmayaraq, ingilis qoşunlarının Bakıya dəvət edilməsi haqqında sağ eser-
lərin qətnamə lay ihəsi azacıq səs çoxluğu ilə (236 səsə qarşı 259 səslə) qəbul edildi. Qətna mə qəbul edild ikdən sonra elan
olunmuş fasilə zamanı Bakı Sovetinin bolşevik fraksiyasının iclası keçirildi. Gecədən xey li keçmiş, Bakı Sovetinin iclası
yenidən başlandığı za man Şau myan bolşevik fra ksiyası adından bəyanatla çıxış edərək bildirdi ki, qəbul olunmuş qərar
Sovet Rusiyasına qarşı xəyanətdir; buna görə də bolşeviklər məsuliyyəti ö z ü zərlərindən götürərək, Sovetə daxil olan bütün
partiyalardan ibarət koalisiyalı höku mətdə iştira kdan və xa lq ko missarları vəzifələ rindən imt ina edirlə r. Bolşeviklərin 27
iyul tarixli Ümu mbakı partiya konfransı Bakı Soveti bolşevik fraksiyasının qərarın ı dü zgün saymadı (bax Bakı Xalq
Komissarları Soveti).
Əd:.
Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001; Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958; Azərbaycanda sosialist
inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, B., 1960.
BAKI ġƏHƏR DUMAS I - Bakı şəhər bələdiyyə idarəsinin sərəncamverici orqanı. Rusiya senatının 1877 il 24
may ta rixli qərarına əsasən 1878 ildə yarad ılmışdı. Çar höku mətinin şəhərlər haqqındakı 1870 il 16 iyun tarixli qərarı
Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakın ın ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv
seçilmişdi; Bakı şəhər dumasının üzv ləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Du ma ü zvlüyünə ancaq
daşınmaz əmlakı olan və ya qiy məti 1500 manatdan az olmamaq ş ərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan,
25 yaşından yuxarı şəxslər seçilə bilərd ilər. Qad ınlar seçki hüququndan məhru m idilər. Seçki hüququnun məhdudluğu
nəticəsində duma seçkilərində əhalinin ancaq 2-3%—i iştira k edə bilirdi. Bakı şəhər dumasında azərbaycanlıların sayı
üzvlərin iimumi sayının yarısından çox olmamalı idi. 1892 il qanununa görə Bakı şəhər duması üzvlərinin 1/3-i, 1900
ildə isə yarısı xristianlardan seçilməli idi. Dumaya şəhər bələdiyyə idarəsin in rə isi sədrlik ed ird i.
Du ma ü zvlüyünə, başlıca olaraq, iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Hacı Zeynalabdin
Tağıyev, Musa Nağıyev, Q.Lianozov, İsa bəy Hacınski və b. sahibkarlar mü xtəlif illərdə Bakı şəhər dumasın ın üzv ləri
olmuşlar. A zərbaycanın tərəqqipərvər ziyalılarından Həsən bəy Zərdabi, Həbib bəy Mah mudbəyov, həmçin in Məşədi
Əzizbəyov və b. ayrı-ayrı vaxtlarda Bakı şəhər dumasına ü zv seçilmişlər.
Bakı şəhər duması sırf təsərrüfat məsələləri - abadlaşdırma, ticarət, şəhər vergilərin in təyin edilməsi, yığılması,
xərc lən məsi, yanğına qarşı ehtiyat tədbirləri görülməsi və s. ilə məşğul olurdu. Şəhər bələdiyyə orqanları qubernator və
daxili işlər nazirinin nəzarəti altında fəaliyyət göstərirdi. Beləliklə, bu idarələr, əslində, höku mətin yerli təsərrüfat
məsələ lərinə ba xan yardımç ı orqanı idi. Rusiyada Fevral inqilab ından (1917) sonra yerli idarə lərin fəa liyyəti dayandırıld ı.
Bakı şəhər dumasın ın statusunda dəyişiklik ed ild i. Onun yeni heyətinin seçkilərində iştirak etmək üçün 12 mü xtəlif partiya
və qrup qeydiyyata alındı. 1917 ilin oktyabrında hakimiyyət uğrunda qızğın mübarizə getdiyi bir va xtda du maya yalnız
şəhərin özündəki seçicilərin iştirakı ilə seçkilər keçirildi. Şəhər idarə dairəsi ərazisinə daxil edilməyən şəhərətrafı sənaye
məntəqələrinin əha lisi seçicilərin siyahısına da xil edilmədi. Bolşeviklər bir qədər art ıq (cə mi 16%) səs toplasalar da, heç bir
partiya həlledic i üstünlük qa zana b ilmədi. Digər təşkilat ların siyasi b loklarda b irləşə-rək iştira k etdiy i bu seçkilərdə
müsəlman b loku 10 mindən ço x səs aldı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə fəaliyyət göstərən şəhər duması bolşevik
sovetinin yeganə mü mkün rəqibi id i. 1918 ilin mart ında kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ə lə
almış bolşeviklər şəhər du masını buraxdılar. 1918 il aprelin 10-da Bakı və onun rayonların m İnqilab i Müdafiə Ko mitəsinin
dekreti ilə Bakı şəhər duması ləğv olundu və funksiyaları xüsusi ş əhər təsərrüfatı şöbəsinə verildi. Ləğv və talan olunmuş
şəhər idarəsi Cü mhuriyyəti Hö ku məti bərqərar o lan kimi bərpa ed ild i.
1918 il iyulun 30-da A zərbaycan Xalq Cü mhuriyyəti Höku mət i şəhər özünüidarələrin in fəaliyyətinin bərpa
olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı şəhər ö zünüidarəsi Rusiya Müvəqqəti hökumetinin 1917 il 9
iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa ed ild i. Şəhər dumasına tərkibin i, ö z mülah izəsinə görə, a rtırıb 80
nəfərə çatdırmaq, hə mçin in, şəhər idarəsi işçilə rin in sayını artırmaq hüququ verild i. Şəhər ö zünüidarəsinin fəaliyyəti bərpa
edilərkən deputatların xeyli hissəsi olmadığ ından (anarxiya za man ı qaçıb dağılışmışdıla r), Höku mət in ica zəsi ilə, du manın
özünün daxil etdiyi şəxslər hesabına Bakı şəhər dumasın ın tərkibi tamamlan mışdı.