258
İdarə başçısını Daxili İşlər Nazirliyi təsdiq edirdi. İdarə ü zvləri
isə şəhər duması deputatlarından (qlasnıla rından) təyin o lunur,
qubernator və şəhər rəisi tərəfindən təsdiq edilirdi.
İdarə 1918 il aprelin 10-da Bakı şəhəri və onun rayonlarının
inqilabi müdafiə komitəsinin dekreti ilə ləğv olunmuşdu. Azərbaycan
Xalq Cü mhuriyyəti yarandıqdan sonra yenidən seçilmişdir (1918,
sentyabr). Cü mhuriyyəfi dövründə idarənin strukturu dəftərxanadan,
statistika, torpaq, təsərrüfat, təhsil, su kə mə ri tikint isi şöbələrindən,
məh kə mə, tikinti, ma liyyə bölmələ rindən və tibb-sanitariya bürosundan
ibarət id i. İdarə Aprel işğalından (1920) sonra ləğv edild i.
Əd.:
Путеводитель ЦГАОР Азерб. ССР, Б., 1959.
BAKI ġƏHƏR MƏRKƏZĠ MƏNZĠL KOMĠTƏS Ġ seçkili orqanlar olan mənzil, rayon və məntəqə ko mitələrinə
rəhbərlik edən qurum. 1918 ilin apre lində təşkil edilmişdi. Ko mitə əhalinin şə xsi və ə mla k təhlükəsizliyi, ə rzaq tə minatı və
şəhərin sanitariya məsələləri ilə məşğul olurdu. 1918 il sentyabrın 27-də ko mitənin tərkib ində qida məntəqələri şöbəsi
yaradılmışdı. 1919 ilin noyabrınadək fəaliyyət göstərən şöbə Bakın ın və mədən rayonlarının mü xtəlif yerlərində - Bayıl,
Suraxanı, Ramana, Sabunçu, Maştağa və Bülbülədə 17 qida məntəqəsi, 2 yeməkpaylama məntəqəsi və 5 çayxana açmışdı.
Bunların fəaliyyəti nəticəsində min lərlə adam aclıqdan və yatalaqdan ölmək təhlü kəsindən xilas olmuşdu.
BAKI ġƏHƏR RƏĠS Ġ YANINDA ZƏRURĠ ƏRZAQLARIN UCUZLAġDIRILMASI KOMĠTƏSĠ - Bakı
şəhərinin ehtiyacı olan əhalisinə yard ım göstərən qurum. 1920 il yanvarın 5-də mü xtəlif ticarət-sənaye, neft sənayesi, bank
müəssisələri nümayəndələrinin, ayrı-ayrı sahibkarların təşəbbüsü ilə şəhər rə isinin yanında çağırılmış müşavirənin qərarı
ilə yaradılmışdı. Müşavirədə neft sənayeçiləri, tica rət-sənaye müəssisələri, mü lk sahiblə ri nü mayəndələrindən ibarət 24
nəfərlik ko missiya təşkil o lundu. Ko missiya 125 milyon manat vəsait topla mağı qərara almışdı. Bu məb ləğin üçdə birin i
neft sənayeçiləri, qa lanını mü lk sahiblə ri ittifaq ı və tica rət-sənaye ittifaqı ö z üzə rinə götürmüşdü. Tica rət-sənaye ittifaqı ö z
payına düşən məbləği 24 qrup arasında bölüşdürmüşdü.
Ko missiya sonrakı fəaliyyəti zamanı ö z ü zvləri sırasından ayrıca komitə yaratmışdı. Ona neft sənayeçilərinin 4,
ticarət-sənaye ittifaqın ın 8, mü lk sahibləri ittifaqın ın 1 nü mayəndəsi da xil id i. Şəhər rə isi ko mitənin sədri seçilmişdi. Bu
qurum Bakı şəhər rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması ko mitəsi adlan mağa başladı.
Komitənin hazırladığı n iza mna məni 1920 il fevralın 7-də ticarət, sənaye və ərzaq naziri təsdiq etdi. Ko mitə ma rtın 4-
də Bakı da irə məh kə məsində qeydiyyatdan keçdi. Komitə daha səmərəli işlə mək üçün öz tərkibindən işgüzar ko missiya
yaratmışdı. Ko missiya hər bir məsələni işləyib hazırlamalı, sonra isə ko mitənin müzakirəsinə və təsdiqinə verməli id i.
Ko mitə toplan mış vəsaiti, əsasən, çörək, ət və balıq alın masına sərf edirdi. Ərzaq Na zirliyi ilə ra zılaş maya əsasən, taxıl
bürosu, ilk növbədə, "Kooperasiya"ın və "Sentrdom"u unla təmin edir, çörəkxanaların bişird iyi çörəyin bir funtunu 5
manata satırd ı. Ko mitə, əvvəlcə, bunun 2 manatını, sonra isə 3,5 manatını ödəməy i öz ü zərinə götürmüşdü. Hər gün 6 min
pud çörək bişirilirdi. Ko mitə "Kooperasiya" vasitəsilə hər gün
Bakı şəhər rəisliyin in daha çox ehtiyacı olan kəndlərinə 400
puda qədər ucuz arpa çörəy i də paylay ırdı. Əhalinin 40% -nin hər
nəfərinə 1 funt hesabı ilə bura xılan çörəyin bir funtunun qiyməti
3,5 manat idi ki, bunun da 2,5 manatın ı ko mitə ödəyird i. Balığı
ucuzlaşdırmaq üçün ko mitə "Kooperasiya"ya 300 min manat
faizsiz borc vermişdi. "Kooperasiya" hər gün komitəyə 500
pudadək təzə balıq verirdi. Əhalin i ət lə tə min et mə k üçün ko mitə
şəhərə ət gətirilməsini podrata vermişdi və bundan ötrü
podratçılara 5 milyon manat avans ayırmışdı. Ətin qiy məti də
ucuz id i: ma l ət i 18 manata, ca mış əti 15 manata satılırd ı. Ko mitə
podratçılara mədən rayonuna diri heyvan gətirməyi də
tapşırmışdı. On lar kəsildikdən sonra həmin rayondakı 12 bö-
lüşdürmə məntəqəsinə paylanırdı. Ət burada da şəhərdəki
qiymətə satılırdı.
Ucuz isti xörək paylan masın ın ço x böyük əhəmiyyətini
nəzərə ala raq, şəhərətrafı qəsəbələrdə və kəndlərdə yemə k-
paylama məntəqələri açılmışdı.1920 il mart ın 10-da ko mitə
Ticarət, Sənaye və Ərzaq Na zirliy inin tabeliyinə keçdi.
259
BAKI ġƏHƏR RƏĠSLĠYĠ - Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-
qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. 1906 il o ktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı.
Ərazisi Bakı qubernatorunun tabeçiliy indən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı
şəhər rəisliy inə aid işlərin mü xtəlif quberniya idarələrində mü zakirəsində şəhər rəisi sədrlik ed ird i. Şəhər rəisliyi yanında
iki idarə - in zibati işlər və neft işləri idarə ləri vardı. Bak ı Xalq Komissarları Sovetinin dekreti ilə 1918 ilin mayında Bakı
şəhər rəisliy i ləğv olunmuşdu.
Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda)
Bakı qubernatorunun funksiyalarını eyni səlah iyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rə isi icra edird i. Şəhər rə isi
vəzifəsi Ba kıda və mədən rayonunda mövcud olan xüsusi ş ərait nəzə rə a lınaraq təsis olun muşdu. Azərbaycan Xalq
Cü mhuriyyətinin paytaxtı o laraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün
qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edird i. Şəhər rəisinin müavini vardı. Şəhər rəisi
yanında ümu mi, tikinti və maliyyə şöbələrindən ibarət idarə yaradılmışdı.
1918 il sentyabrın 14-də Cü mhuriyyəti Hö ku məti Bakı quberniyası və şəhər rəisliyinin hüdudlarında in zibati haki-
miyyətin təşkili üçün da xili işlər na zirinə 15 min manat məb ləğində kred it ayırmışdı. Azərbaycan Xalq Cü mhuriyyəti
Nazirlə r Şu rasının qərarı ilə Quda Qudiyev Ba kı ş əhər rəisi təyin olun muşdu.
BAKI ġƏHƏR VƏ XALQ MƏKTƏBLƏRĠNĠN ġAGĠRDLƏRĠNƏ YARDIM CƏMĠY YƏTĠ Qeyri-höku mət
xeyriyyə təşkilat ı. 1907 ilin aprel ayında yarad ılmışdı. İdarə heyətinin ü zvləri İ.Qasımov, Hənəfi Te requlov, İsa bəy
Aşurbəyov; həqiqi üzvləri Əmir Aslanov, İ.Axundov, B.Aşurbəyov, İ.Aşurbəyov, M.Əsədullayev, A.Babayev, A.Vəlibəyov,
D.Vəzirov, M.Hacıbababəyova, R.Hacıbababəyova, M.Hacıbəyova, B.Qayıbov, K.Ka zımov, M.Mah mudbəyov,
A.Mehdiyev və b. idilər. Cə miyyətin məqsədi Ba kı şəhər və xa lq məktəblə rin in ehtiyacı o lan şagirdlə rin i geyim, ye mə k və
mən zillə tə min et mək, onlara t ibbi yardım göstərmək, valideynləri işdə olan şagirdləri gündüzlə r sığınacaqla tə min et mə k
idi. 1919 ilin yayında cəmiyyət uşaq evlərinin yaradılması ilə məşğul olmuşdur. 7-8 türk və 5 rus məktəbi nəzd ində uşaq
evləri təşkil edilmişdi. Onla rın böyük həyətləri, geniş mətbə xləri var id i. Tədris ili başlanarkən cə miyyət məktəblə rdə isti
səhər yeməklə ri təşkil et miş, həmç inin imkansız şagirdlə rə dövlət hesabına dəftərxana ləva zimatının verilməsi, xa lq
mə ktəblərində xey riyyəçilik tədbirlərinin həyata keç irilməsi, dərman a lın ması ilə məşğul olmuşdur.Cü mhuriyyəti
Höku məti cəmiyyətin səmərəli fəaliyyət göstərə bilməsi üçün ona yaxından kömək göstərmişdir. Cəmiyyət azərbaycanlı
mə ktəblilə rin sə mərə li istirahətində, savadlanmasında, sağlamlıqların ın qorunmasın da, onlara milli-mənəvi dəyərlərin
aşılanmasında əhəmiyyətli rol oynamışdır. 1920 ildə Azərbaycan Xalq Cü mhuriyyətinin süqutundan sonra cəmiyyət öz
fəaliyyətini dayandırmışdır.
BAKI ġƏHƏ RĠ VƏ ONUN RAYONLARININ ĠNQĠLAB Ġ MÜDAFĠƏ KOMĠTƏS Ġ - 1918 il mart ın 30-dan
31-nə keçən gecə təşkil edilmiş daşnak-bolşevik hərbi-siyasi orqanı. Bakıda ma rt soyqırımı za manı yaradılmış İnqilabi
Müdafiə Ko mitəsi (İMK) martın 31-də ö zünün tərkibi və vəzifələri haqqında müraciətində Bakı şəhərinin və onun
rayonların ın bütün sovet təşkilatların ı birləşdirən ali hərbi-siyasi orqan olduğunu elan etdi. Müraciət "hamını silaha sarılıb,
sovet hakimiyyətini xa lq düşmənlərindən müdafiə etməyə" çağırırdı. İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə va xtaşırı
mə lu mat və Qafqa z Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin quru ltayı qarşısında hesabat verəcəyini
bildirirdi. Ko mitənin tərkib inə Rusiya Xa lq Ko missarları Sovetinin Qafqaz işləri ü zrə fövqəladə ko missarı S.Şau myan,
Qafqa z ordusu Hərb i-İnqilab Ko mitəsinin sədri Q.Korqanov, Ba kı Fəhlə, Əsgər və Martos Deputatları Sovetin in s ədri
P.Çaparid ze, Bakı Hərbi-İnqilab Ko mitəsinin sədri İ.Su xartsev, S.Saakyan, S.Melik-Yo lçyan və başqaları daxil idilər.
Müraciətdə İMK tərkib inə daxil o lmaq üçün " milli təşkilatların nü mayəndələrin in rədd ed ild iyi" b ild irilsə də, "əksinqilabla
vuruşmada erməni milli hissələrindən istifadə etmək və hələ sağ eserlərin və daşnakların arxasınca gedən fəhlələri sovet
hakimiyyəti tərəfində mübarizəyə cəlb et mək üçün İMK-ə hə min part iyala rın nümayəndələrinin də dəvət olunduğu"
göstərilird i. Bu da təsadüfü deyildi, çünki S.Saakyan Bakı sağ eserlərinin, S.Melik-Yo lçyan isə "Daşnaksutyun" partiyasının
Bakı təşkilatın ın lideri id ilər. "Əksinqilabla vuruşma" çağırışı daşnak-bolşevik güruhunun başçısı S.Şau myanın qabaqcadan
hazırlad ığı p lana uyğun olaraq Azərbaycanın milli qüvvələrinə qarşı çevrildi və Bakın ın türk-müsəlman əhalisinin kütləvi
soyqırımı ilə nəticələndi. Bo lşevik-daşnak cəlladlarının bu qanlı cinayətləri tarixə Bakının türk-müsəlman əhalisinə qarşı
mart soyqırımı kimi daxil oldu. Sovet qoşunları İMK-nin çağırışı ilə martın 31 -də topların, təyyarələrin və Xəzər hərb i
donanmasının köməy i ilə Bakının silahsız türk-müsəlman əhalisinə qarşı hücuma keçdilər. S.Şau myan, P.Çaparid ze,
Q.Korqanov ve İ.Su xartsev tərəfindən imzalan mış 1918 il 31 mart tarixli mü raciətdə bildirilird i ki, "bundan sonra silahlı
qüvvələrin bütün əməliyyatına inqilabi müdafiə ko mitəsi rəhbərlik edəcəkdir". İMK-nin əmri ilə müsəlman məhəllələrinin
Xəzə r hərbi donanması gə milə rindən atəşə tutulması şəhərdə vahiməni daha da artırdı. İM K-n in qərarı ilə "Ba kıda
mühasirə vəziyyəti" elan olundu. Komitə, həmçinin, "Müsavat" partiyasına və milli müsəlman qruplarına ultimatu m
verərək, onlardan Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin hakimiyyətini danışıqsız tanımağı və onun bütün
sərəncamlarına tabe olmağı tələb etdi. Çıxılma z və ziyyət yarandığını görən "Müsavat" liderləri əhalini xilas etmək üçün
İMK-nin ultimatu munu qəbul etməyə mecbur oldular. Buna baxmayaraq, danışıq aparmaq üçün Bakı Sovetinin İcraiyyə
Ko mitəsinə gələn müsəlman heyətindən üç nəfər geri qayıdarkən yolda güllələndi. A zərbaycan milli qüvvələrinin fəaliyyəti
qarşısına sədd çəkən, türk-müsəlman əhaliyə d ivan tutulmasına başçılıq edən İMK b ir ço x radikal tədbirlər həyata keçirdi: