[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə140/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   136   137   138   139   140   141   142   143   ...   282

254 

 

(sədr),  L.Manço,  D.Landau,  Y.Umansev,  M.Səlimov,  N.Vanebu,  Q.Pokrovski,  Q.Qurqenid ze,  A.Tağıyev,  S.Ter-



Kriko ryandan  ibarət  tərkibdə  Şura   seçilmişdi.  A rtıq  1920  ilin   yazı  üçün  BNSQŞ-in  Höku mətdən  təkid lə  tələb  etdiy i 

Həştərxan  yolu aç ılsada, Şuranın fəaliyyəti də  sona çatdı. Belə  ki, Aprel  işğalından (1920) az sonra Azərbaycan Müvəqqəti 



İnqilab Komitəsinin neft sənayesini milliləşdirmək haqqındakı 1920 il 27 may tarixli dekreti ilə Şura ləğv olundu. 

 

Əd.: 

Azərbaycan tarixi, 3 cilddə, c.2, B., 1964; Azərbaycan tarixi,  7 cilddə, c.5, B., 2001; Монополисческий капитал в нефтяной 

промышленности России (1883-1914).Документы и материалы, Москва – Ленинград, 1961; həmin adda (1914-17, М. – Л.,1973. 

 

BAKI POLĠS MEYS TERLĠYĠ -  Bakı şəhərində asayişi və qayda-qanunu qoruyan qurum.  Ba kı qradonaçalnikliy i 

(şəhər rəisliyi) haqqında Rusiya senatının 1906 il 28 oktyabr tarixli müvəqqəti Əsasnaməsinə uyğun olaraq, Bakı şəhər polis 

idarəsi əsasında yaradılmışdı. Ba kı polismeysterliyi 1907 il yanvarın 1 -dən, Ba la xanı-Sabunçu polis idarəsi ilə  yanaşı, Bakı 

şəhər  rəisliyin in  polisi  funksiyasını  yerinə  yetirird i.  1917  ildə  Bakıda  sovet  hakimiyyəti  elan  edilməsi  ilə  əlaqədar  ləğv 

olunmuşdu. Cü mhuriyyət dövründə, yerli  idarəçiliyin təşkilinə qədər  Rusiya qanunlarının Azərbaycan Xalq  Cü mhuriyyəti 

ərazisində  qüvvədə  saxlan ması  haqqında  Azərbaycan  Höku mətinin  1918  il  23  iyun  tarixli  qərarından  sonra  Bakı 

polismeysterliyi yenidən fəa liyyətə başlamışdı. 

Bakı qubernatorunun tabeliyində olan  Bakı polis meysterliyi nəzdində polis meysterin adından, yaxud onun, ya da 

kö məkçisinin göstərişi ilə yazışmalar aparan idarə - dəftərxana vardı. 

Bakı  polismeysterliyi  11  polis  məntəqəsinə  (Bayıl,  A leksandr  Nevski,  İçərişəhər,  Şamaxı,  Mərkəz,  Mixaylov, 

Ro manov,  Qanlıtəpə,  Zavağzal,  Qaraşəhər,  Liman)  bölünmüşdü.  Məntəqələrə  sərəncamlarında  qorodovoylar  olan 

pristavlar  başçılıq  ed irdilər.  Pristavlar  qayda-qanunun,  təhlükəsizliyin  təmin  olun ması  və  abadlıq  işləri  üçün  məsuliyyət 

daşıyırdılar. 

1919  il aprelin  25-də  Azə rbaycan Xalq   Cü mhuriyyəti Hö ku məti guya  Bakı ş əhərində ermən ilə rə qarşı  zora kılıq  

hallarının baş verməsi  ilə əlaqədar aparılmış təhqiqatlar barədə Bakı polismeysterinin məlu matını  müzakirə etmişdi.  Daxil 

olmuş ərizələrin tam əksəriyyətinin əsassız və böhtan olduğu aşkara çıxarıld ı.  Höku mət daxili  işlər nazirinə tapşırmışdı ki, 

görülmüş  tədbirlərdən  asılı  olmayaraq,  yalan  və  əhali  arasında  gərginlik  yaradan  şayiələrin  yayılmasında  təqsirli  bilinən 

şəxslər məhkəmə məsuliyyətinə cəlb ed ilsin lər. 

1919  il  iyunun  11-də  Azərbaycan  Hökumət i  Bakı  şəhər  polisinin  ştatlarını  art ırmaq  barədə  qərar  qəbul  etmişdi. 

Pristavların  təyin  olunması  və  işdən  azad  edilməsi  qubernatorun  səlahiyyətinə  daxil  idi,  qalan  polis  işçilərini  isə 

polismeysterin özü təyin və azad edirdi. Rüstəm bəy Mirzəyev Bakı polismeysteri təyin olun muşdu. 

 

 



 

BAKI  POLĠTEXNĠK  MƏKTƏBĠ  -  orta  ixtisas  təhsili  müəssisəsi.  Məktəb  bütün  Cənubi  Qafqaz 

sənayesi üçün te xniklə r və ixt isaslı ustalar hazırlayırd ı. Qafqa z tədris dairəsinin  1888 il 26 apre l tarixli s ərəncamı ilə  həmin  

ilin iyulundan şəhər sənət məktəbi kimi fəa liyyətə başlamış, 1896  il sentyabrın 1-dən Ba kı ibtida i  me xan ika -kimya -te xnika  

mə ktəbinə çevrilmişdi. 

1897 il oktyabrın 18-dən məktəbin  nəzdində yerli əhali içərisindən yaşlılar üçün pulsuz kurslar açılmışdı. Kurslara 

yardım  məqsədilə  məktəbdə  xeyriyyə  konsertləri  təşkil  olunur,  həvəskar  aktyorlar  tamaşalar  göstərird ilər.  1901  ilin  

iyulundan məktəbdə kimya bölməsi əvəzində tikinti bölməsi açılmışdı.  1913 ilin yanvarından isə Bakı Polite xn ik Mə ktəbi 

Bakı Alekseyev orta mexan ika və tikinti-texniki məktəbi ad lanırd ı. 

1909  ilin  yanvarından  mə ktəbin  nə zdində  heykə ltəraşlıq   -  daşyonma  şöbəsi,  1911  ildən  isə  sürücülər  kursu 

açılmışdı.1917  il  mayın  30-dan  üç  şöbədən  (neft  sənayesi,  elektro mexanika  və  memarlıq -inşaat)  ibarət  politexniku ma 

çevrilmiş və Bakı politexn ik məktəbi adlan mışdı. 

BAKI RAYONU FƏ HLƏ  DEPUTATLARI SOVETĠ (BRFDS) - 1917 il ma rtın 7-də təşkil o lun muşdu. Sovetin 

təşkili və və zifə ləri haqqında ma rtın 8-də elan  olun muş müraciətdə bild irilirdi ki, Bakı fəhlə lərin in 2/3-dən ço xu  seçkilərdə  

iştirak  etmişdir.  Sovetin  tərkib inə  52000  fəhlə  və  qulluqçu  tərəfindən  seçilən  və  əksəriyyəti  ermənilərdən  ibarət  olan  52 

deputat  (9  nəfə ri  bolşevik,  qalan ları  is ə  menşevik  və  eser  idi)  da xil  idi.  BRFDS  fəh lə  deputatları  sovetinin  icra iyyə 

ko mitəsini  və  ko mitəyə  rəhbərlik  üçün  sədr,  iki  müavin  və  iki  katibdən  ibarət  rəyasət  heyəti  seçmişdi.  Sovetin  birinci 

iclasın ın  sədri  menşevik  Q.Ayollo,  katibi  isə  o  zaman  hələ  menşevik  olan  M.N.Mandelştam  idi.  Martın  8-də  Şau myan 

qiyabi  o laraq  sovetin  s ədri  seçildi.  Sovetin  İcraiyyə  komitəsinə  iki  bolşevik  (İ.Fioletov  və  İ.Ter-Qabrielyan)  və  bir  eser 

(V.İ.Soçnev)  daxil  id i.  BRFDS  özünü  Bakı  fəhlələrinin   yeganə  səlahiyyətli  orqanı  hesab  edirdi.  Sovet  öz  fəaliyyətini 

Petroqrad FDS və bütün Rusiya fəhlə lərin in fəa liyyəti  ilə uyğunlaşdırmaq niyyətini bildirmiş, sırf yerli  xa rakterli hər cür 

çıxışların əleyhinə olduğunu, Bakı qarnizonunun ordu və donanmasının BRFDS ilə həmrəyliyinə nail olmaq vəzifəsini elan  

etmişdi.  BRFDS  icra iyyə ko mitəsinin  ilk  mü raciəti " Yaşasın Müəssislər  məclisi!  Yaşasın demokratik  respublika!" şüarları 

ilə  bitirdi. 

Martın 7-də  Bakı qarn izonunun əsgər və zabit deputatları sovetləri də yarad ıld ı və  martın sonlarında vahid hərbi 

deputatlar soveti halında birləşdilər. Sovetlərdə əksəriyyət menşeviklərə, eserlərə məxsus idi. 

BRFDS  1917  il  may ın  1-dən  Bakı  rayonunda  8  saatlıq  iş  günü  qoyulmasını  özünün  ilk  qələbəsi  hesab  etmişdi. 

Mayın 10-da  BRFDS  ilə hərb i deputatlar sovetinin birgə  iclasında bu sovetlər birləşdi və  Bakı  fəhlə və hərbi deputatları 

soveti yaradıld ı. 

 

Əd.

Azərbaycan tarixi, 7  cilddə,  c.5, B., 2001; Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi 

(sənədlər, materiallar, 1917-1918-ci illər), B., 1960.  

 

 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə