[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə137/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   133   134   135   136   137   138   139   140   ...   282

245 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


246 

 

 



 


247 

 

 



 

 



248 

 

üstü  açıld ı.  İstanbulda  olan  Azərbaycan  nümayəndələri  Alman iya  -  Rusiya  məxfi  sazişinə  qarşı  mübarizəyə  başladılar. 



Onlar  Osman lı  dövlətin in  baş  naziri  Tələt  paşa  ilə  "Bakı  məsələsi"ndə  Alman iyanın  mövqeyini,  Bakının  tezliklə  azad  

edilməsin in  zə ruriliyin i  mü zakirə  etdilə r.  A zərbaycan  nümayəndələri  1918  il  sentyabrın  12-də  Azə rbaycan  Xalq 

Cü mhuriyyəti Höku mətinin etiraz notasını Almaniyanın Os manlı dövlətindəki səfirinə təqdim etdilər.  Berlinə gəlmiş Tələt 

paşa Almaniyadan 27 avqust sazişinin təcili o laraq ləğv olun masını tələb etdi. Sentyabrın əvvəllərində beynəlxalq  vəziyyət 

Antantanın  xeyrinə  dəyişdi.  Rusiyanın  ingilisləri  Bakıdan  çıxarmaq  imkanın ın  olmadığ ını  görən  və  Britaniyanın  Bakıda 

güclənəcəyindən  ehtiyat  edən  Almaniya  "Bakı  məsələsi"ndəki  mövqeyindən  çəkildi.  Bakının  ing ilislərdən  azad  

olunmasında Almaniyanın iştirak etməsi cəhdi də baş tutmadı.  1918  il sentyabrın 15-də Bakının azad edilməsi  xəbəri Tələt 

paşanın  Berlində  apardığ ı  danışıqlara  da  ciddi  təsir  göstərdi.  Tələt  paşa  türk  hərbi  hissələrinin   Azərbaycanda  çox 

qalmayacağını bild irdi. Sentyabrın 23-də Almaniya ilə Os manlı dövləti arasında protokol imzalandı. 

Almaniya 1918 il 27 avqust sazişindən rəsmi şəkildə imtina etdi, Azərbaycanı bir dövlət kimi tanıyacağını, Bakıda 

tezliklə  konsulluq açacağını b ild ird i. 

1918  il sentyabrın 20-də Sovet  Rusiyasının  xalq   xarici  işlər ko missarlığ ı  Osman lı dövlətinin  xarici  işlər nazirinə 

nota verərək, Ba kın ın türk qoşunları tərəfindən alın masın ı Rusiyanın əra zisinə təcavüz kimi q iy mətləndirmiş, Brest-Litovsk 

müqaviləsinin  Os manlı  dövlətinə  aid   hissəsinin  qüvvədən  düşdüyünü  bildirmişdi.  Rusiya  Osmanlı  dövlətindən  Brest-

Litovsk müqaviləsində göstərilən hüdudlara çəkilməyi, tərk etdiyi əraziləri  Sovet Rusiyasına verməyi, Türkiyə ordusunun 

Rusiyaya vurduğu ziyanı  müəyyən etmək üçün beynəlxalq ko missiya yaradılmasını tələb edirdi. Rusiyanın iddiaları əsassız 

olduğundan, Berlində aparılan Osman lı-Rusiya danışıqları baş tutmadı. 

Be ləliklə, " Bakı  məsələsi" Azərbaycan Xalq  Cü mhuriyyəti Höku mət inin qətiyyətli və prinsipia l  mövqeyi,  Qafqa z 

İslam  Ordusu hissələrin in rəşadətli yürüşü və Azərbaycan diplo matiyasının uğuru sayəsində özünün ədalətli həllini tapdı. 

Bakın ın  azad  edilməsi  ilə  Cü mhuriyyəti  öz  hakimiyyətini  ölkə  ərazisində  bərqərar  etdi.  Bakı  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin paytaxtı elan o lundu. 

 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci 

illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996. 

 

BAKI  MÜDAFĠƏ  RAYONU  HƏRBĠ  GEN ERAL-QUBERNATORUNUN  ĠDARƏS Ġ  -  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  ərazisinin  müdafiəsin i  möhkəraləndirmək  məqsədilə  yaradılmış  xüsusi  hərbi  idarəçilik  orqanı.  Denikin  

ordusu  və  erməni-daşnak  quldurla rı  tərəfindən  yaranmış  təhlükə  ilə  ə laqədar  1919  ilin  payızında  Azərbaycan  ordusu 

sərhəddə  cəmləşdirilmişdi.  Hə rbi  hissələrin  və  po lisin  fəaliyyətini  əlaqələndirmə k,  Bakının  müdafiəsini  vahid  idarə  

orqanında  birləşdirmək  məqsədilə  1919  il  sentyabrın  13-də  Dövlət  Müdafiə  Komitəsi  Bakı  müdafiə  rayonunun  rəisi 

vəzifəsini  təsis  etdi  və onu  hərbi  general-qubernator  vəzifəsi  ilə  birləşdirdi.  Ba kı  şəhər  rəisliy inin  bütün  ərazisi  və  şəhər 

rəisinin ö zü Bakı müdafiə  rayonunun rəisinə, o isə hərbi na zirə tabe id i. 

Müdafiə  rayonunun  rəisi  hərbi  nazirin  təqdimatı  ilə  Nazirlər  Şurasının   sədri  tərəfindən  təyin  edilirdi.  General-

mayor Həbib bəy Səlimov müdafiə rayonunun rəisi, general-mayor Murad  Gəray Tlexas isə Ba kı  müdafiə  rayonunun hərbi 

general-qubernatoru təyin olunmuşdu. 



BAKl  MÜLK SAHĠB LƏRĠ ĠTTĠFAQI - mü lk sahiblərinin mənafeyini qorumaq məqsədilə yaradılmış birlik 

 

 




249 

 

1917 ilin  mayında təşkil olun muş, Azərbaycan Xalq Cü mhuriyyəti dövründə fəaliyyət göstərmişdir. İttifaqın  məqsədi mülk 



sahiblərinə  kö mə k göstərmə k, abadlıq, sanitariya və  təhlükəsizlik  məsələlə rinə  dair tədbirlər ha zırlayıb həyata  keçirmə k, 

fərdi,  kooperativ və səh mdar cə miyyətləri vasitəsilə ev  tikintisin i təbliğ  et mək,  mü lk sahibləri  ilə  kirayənişinlə r a rasında 

qarşılıq lı  münasibətləri  tənzimləmək  və  s.  id i.  İttifaqın  İdarə  şurası,  həmçin in  hüquq,  texn iki  və  məlu mat  vasitəçilik 

büroları fəaliyyət göstərirdi. 



BAKI  MÜRSƏ L PAġA  (1881, Ərzuru m  - 1945, İstanbul; mə zarı  1988  ilin noyabrında Ankaradakı dövlət qəbi-

ristanlığına  köçürülmüşdür)  -  türk  generalı.  A zərbaycana  hərbi  yard ım  üçün  göndərilmiş  Qa fqaz  İslam  Ordusunun 

tərkib indəki Beşinci Qafqaz firqəsinin komandiri. 1898 ildə hərbi  mə ktəbə da xil olmuş,  1901  ildə oranı poruçik (teğ men) 

rütbəsində bitirmişdir.  1904  ildə Hərbi Akademiyanı bitirmiş,  1910 ildə hərbi biliklərini artırmaq 

üçün  Alman iyaya  ezam  olun muşdur.  1913  ilin   sonunda  39-cu   alay ın  ko mandiri,  1914  ilin 

yanvarında isə 11 -ci suvari briqadasının (tuğayının) ko mandiri təyin edilmişdir. Sonrakı bir neçə 

il  ərzində  Türkiyə  ordusunun  34-cü  piyada  diviziyasına,  2-c i  süvari  diviziyasına,  32-c i  və  12-c i 

piyada  diviziyalarına  ko mandirlik  etmişdir.  Mürsəl  paşa  1918  il  martın   28-də  Qafqaz  İslam 

Ordusunun yaradılması ərəfəsində, 5-ci  Qafqaz  firqəsinin  ko mandiri təyin edildi və həmin  firqə 

ilə  A zərbaycana  daxil  oldu.  Türkiyə  hökumətin in  qərarına  əsasən, Azərbaycanda  vəzifəsini  ic ra 

edən  türk  zabitlə rin in  rütbəsi,  fə xri  ola raq,  bir  pillə  qa ldırılma lı  idi.  Buna  görə  də  artıq  1918  il 

iyulun axırından polkovnik (albay) rütbəsini daşıyan Mürsəl paşaya general (paşa) rütbəsi verild i 

və  o,  Qafqaz  İsla m  Ordusunun  köməyi  ilə  düşmən  qüvvələrindən  azad  edilmiş  Ba kıya  o,  qalib 

paşa  kimi  varid  o ldu.  Mudros  barışığının  (1918)  şərtlərinə  görə,  türk  hərbi  qüvvələri  Azərbaycanı  tərk  etdi.  1919  ildə 

Mürsəl  paşa  Batumda  ingilislər  tərəfindən  həbs  olundu.  Lakin  tezliklə  həbsdən  azad  olunan  Mürsəl  paşa  Türkiyəyə 

qayıdaraq,  Atatürkün  başçılıq  etdiyi  İstiqlal  savaşına  qoşulmuşdur.  6-cı,  1  -ci  süvari  d iviziyalarının   və  2-ci  süvari 

korpusunun komandiri olmuş, xid mətlərinə görə general rütbəsinə layiq görül-müşdür. 1922 il avqustun 31 -də Mürsəl paşa 

növbəti  hərbi  rütbə  -  tü mgeneral  rütbəsini  almışdır.  1938  ildə  istefaya  çıxmışdır.  20  əsrin  30-cu  illərində  Türkiyədə 

soyadların tətbiqinə başlananda, Mürsəl paşa Bakı adını fəxarətlə ö zünə soyadı seçmişdir. 

BAKI  MÜSƏLMAN  XEYRĠYYƏ  CƏMĠYYƏTĠ  (BMXC)  -  mədəni-maarif  və  sosial  yardım  sahələrində 

fəaliyyət göstərən könüllü  ictima i qurum.  Niza mna məsi  1905  il oktyabrın 10-da Tiflisdə Qa fqaz canişini qraf  Voronsov-

Daşkov  tərəfindən  təsdiq  edilmişdi.  Cəmiyyətin  ilk  iclasında  onun  11  nəfərdən  ibarət  idarə  heyəti  seçilmişdi.  Hacı 

Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əh məd bəy Ağayev katib, 

Əsədulla Əh mədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və b. idarə heyətinin üzvləri 

seçilmişdilər.  Cəmiyyəti,  əsasən,  Hacı  Zeynalabdin  Tağıyev  və  digər  Bakı  milyonçuları  maliyyələşdirirdi.  BMXC-nin 

ideya  istiqa mətin i  Həsən  bəy  Zərdabi  və   onun  həmfikirləri  müəyyənləşdirirdi.  Cə miyyətin  məqsədi,  ma liyyə  mənbəyi, 

fəaliyyət me xan izmi onun niza mna məsində dəqiq ifadə olunmuşdu. Cə miyyətin idarə heyəti "İsma iliyyə"də (hazırda Milli 

Elmlər A kademiyası Rəyasət Heyətinin İstiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binada keçirilirdi. 

Cə miyyət  əvvəllər,  başlıca  olaraq,  Ba kıda  və  onun  ətrafında  fəaliyyət  göstərirdi.  Birinci  dünya  müharibəsi  (1914-18) 

illərində öz niza mna məsində bəzi dəyişiklik edərək, geniş fəaliyyət göstərmiş, Qafqa z cəbhəsindən qaçqın düşənlərə, yetim 

uşaqlara,  əsir  düşmüş  türk  əsgərlərinə  yardım  etmişdir.  "Qafqaz  cəbhəsində  qaçqınların  yerləşdirilməsi  ü zrə  baş 

müvəkkilliyin" nəzd ində BMXC-nin baş müvəkkili var idi. Bu vəzifə Xosrov Paşa bəy Sultanova həvalə olunmuşdu. 

Müharibə dövründə cəmiyyətin onlarla şəhərdə məntəqələri fəaliyyət göstərirdi.  Qars, Ərzuru m və Tiflisdə  xüsusi 

şöbələri açılmış, bu şəhərlərdə onun müvəkkilləri çalışırd ı.  Cəmiyyətin nəzdində "Fəlakət və hərbzədələrə yard ım şöbəsi" 

yaradılmışdı. 

Rusiyada Fevral inq ilab ından (1917) sonra BMXC müsəlman ictimaiyyətinin əsas dayaq nöqtəsi olmuşdur. 1917 il 

martın  9-da  cəmiyyətin  binasında  Bakının   bütün  müsəlman  təşkilatların ın  və  müsəlman  ictimaiyyəti  nü mayəndələrinin 

yığıncağı keçirilmiş və Müvəqqəti hökumətlə həmrəylik haqqında qətnamə qəbul olun muşdu. 

Cə miyyət  Azə rbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  də  fəaliyyətini  dava m  etdirmişdir.  Bu   dövrdə  cə miyyətin  

sədri  Qasım  Qasımov  olmuşdur.  Cə miyyət  qaçqınlara,  yaralı  türk  əsgərlərinə  yardım  göstərirdi.  Qaçqın lar  İçərişəhərdəki 

keçmiş  əsgər  kazarmasında,  "Səfa"  məktəbində,  qaçqın  uşaqları  isə  yetimxanalarda  yerləşdirilmişdi.  1919  ilin  yayında 

BMXC  Bakın ı azad  edərkən  (1918, sentyabr) şəhid olmuş əsgərlərin qəbri üzərində ab idə qoyulması və oraya  Şollar su 

kə məri xəttinin çə kilməsi təklifi ilə çıxış et mişdi. 

Cə miyyət 1920 ilin  əvvəlində A zərbaycan Xalq  Cü mhuriyyəti Xa lq Maa rifi Na zirliy inə ərizə  ilə  mürac iət edərə k, 

müsəlman  yetimxanalarında  dərzilik,  çəkməçilik,  xarratlıq  sənətləri  ü zrə  peşə  emalatxanaların ın  yaradılmasını  xahiş 

etmişdi. BMXC Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatında əhəmiyyətli rol oynamışdır. 

 

Əd.: 

Cavadov  C,  Azərbaycanda  xeyriyy əçilik  hərəkatı  (XIX  əsrin  sonu  və  XX  əsrdə),  B.,  1999;  Süleymanova  S., 

Azərbaycanda  ictimai-siyasi  h ərəkat  (XIX  yüzilliyin  sonıı  -  XX  yüzilliyin  əvvəlləri),  B.,  1999;  Гусейнова  Л.  Дж.,  Деятельность  

неправительственных общественных организаций в период АДР (1918-1920),  автореф. Канд. Дисс., Б., 1996. 



 

BAKI   MÜSƏLMAN   ĠCTĠMAĠ   TƏġ KĠLATLARI  KOMĠTƏS Ġ - Rusiyada Fevral inqilab ından (1917) sonra 

baş  verən  proseslərdə  müsəlman ların  fəallığ ını  təmin  et mək,  A zərbaycan  milli  qüvvələrin i  birləşdirmək  məqsədilэ  təsis 

olunmuş qurum.  

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə