[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə138/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   134   135   136   137   138   139   140   141   ...   282

250 

 

1917 il martın  29-da  yaradılmışdı. Ko mitənin sədri Mə mməd Həsən Hacınski, müavini Məhə mməd Əmin  Rəsulzadə idilə r. 



Ko mitənin   "Kaspi"  qəzetində  dərc  olunmuş  "Müsəlmanlara!"  müraciətində  onun  təşkil  olun ması  səbəbləri  izah  ed ilir, 

müsəlman  təşkilatların ın  birləşməsin in  zəruriliyi  vurğulanırdı.  Ko mitə  bütün  müsəlmanları  şəxsi  inciklikləri,  ixtilafları 

unudub,  milli-siyasi  şüarlar  ətrafında  birləş məyə  çağırırdı:  "Əldə  edilmiş  azadhğı  qorumaq  və  ondan  məqsədə  uyğun 

surətdə  istifadə  etmək  iiçün  birləşmək  lazımdır".  Müvəffəqiyyəti  yalnız  "İttihad  və  təşkilat  yolunda"  görən  Komitənin  

qarşısına  qoyduğu  ən  yaxın  vəzifələrdən  biri,  özünün  proqram  məqsədlərini  müəyyən  etmək  üçün  ümu mmüsəlman  

qurultayını  çağırmaq  idi.  Ko mitənin  qurultay  ərəfəsində  Qafqaz  müsəlmanlarına  müraciətində  deyilirdi:  "Ko mitə 

ümu mmüsəlman  qurultayı  çağırılmadan,  özünün  milli-siyasi  proqramını  irəli  sürməkdən  imtina  edir,  lakin  millətlərin  

mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəç iliy i haqqında fikrini  məh z  indi bildirməyi  zəruri sayır...  Be lə bir  idarə  

forması, söz yo x ki, yaln ız demokratik respublikadır".  

Ko mitənin  təşkili yerlə rdə  milli  ko mitələ rin yaran ması prosesinə təkan verdi.  Bu,  xa lq küt lələ rin in  maariflən mə -

sində,  birləşməsində  mühüm  rol  oynadı.  1917  il  may ın  21-də  ə rzaq   ko mitə lərinə  keçirilən  seçkilə r  ko mitənin  nüfu zunu 

nümayiş  etdird i.  Ko mitənin  siyahısına  25550  səs,  yəni  səslərin  ü mu mi  sayının   51,6%-i  verilmişdi.  Bakı  şəhərinin  

azərbaycanlı əha lisin in, de mək o lar  ki, ha mısı yekd illiklə  ko mitənin siyahısına səs vermişdi.  Ko mitənin uğuru digər siyasi 

qüvvələri, xüsusən eser-menşevikləri təşvişə salmışdı. 

Fevral inqilabından sonrakı ilkin mərhələdə ko mitə və yerlərdəki milli quru mlar A zərbaycan milli hərəkatının təş-

kiledic i  və  ə laqələndirici  mə rkəzi  funksiyasını  yerinə   yetirird i.  Ko mitənin  mətbuat  orqanının  nəşri  haqqında  "Kaspi" 

qəzetinin  redaksiyası  ilə ə ldə edilən  ra zılığa əsasən, 1917  il  30 apre l tarixli  95-ci sayından etibarən qəzetin  4-cü səhifəsi 

"Bakı  müsəlman  ictimai  təşkilatları  ko mitəsinin  xəbərləri"  adı  ilə  çıxmağa  başladı.  "Xəbərlər"in  müvəqqəti  redaktoru  

iyunun 9-dan Ceyhun Hacıbəyli oldu. 



Qafqaz müsəlmanlarımın qurultayında (1917) Qafqazda müsəlman  milli  ko mitələrin in və onların rəhbər orqanla-

rın ın təşkili haqqında qəbul edilən qərara görə,  Cənubi Qafqaz üzrə Mərkəzi  Büronun yaradılması  Bakı Müs əlman İctimai 

Təşkilat larının  Ko mitəsinə  tapşırılmışdı.  Bu   qərarı  ge rçəkləşdirmə k  üçün  ko mitə   Bakı  Müsəlman   İctimai  Təşkilat ları 

Şurasına çevrildi. 

Şuranın tərkibinə əlavə olaraq  mü xtəlif  müsəlman  milli partiyalarının, ictimai-siyasi təşkilatların,  mədəni-maarif 

müəssisələrinin  və  həmkarlar  ittifaq larının  üzv ləri  daxil  edildi.  Şuranın  tərkib inə  siyasi  partiyaların  hər  birindən  üç, 

həmkarlar ittifaqla rın ın hər b iri  iki,  rayon ko mitələri bir,  mədəni-maa rif və  xeyriyyə cə miyyətləri hər biri iki nü mayəndə 

göndərdilər.  Bundan  əlavə,  şəhər  və  kənd  kooperativlərin in,  neft  sənayeçilərinin,  tacirlərin,  ziyalıların,  tələbələrin, 

ruhanilərin,  Ba kı qarnizonu  müs əlman əsgərlərin in tə msilç iləri  Şuranın tərkibinə da xil o ldular.  33 nəfər üzvdən ibarət  bu 

şuranın  tərkibinə  "hümmət‖çilər  daxil  ed ilmədilər.  Şuraya  nümayəndələrin  seçkiləri  gizli  səsvermə  ilə  aparılırdı.  Bakı 

Müsəlman  İctimai  Təşkilatları  Şurasının  rəhbər  orqanları  Ko mitə  və  İcraiyyə  bürosu  olmuşdur.  1917  il  iyulun  12-də 

Ko mitənin sədri  Əlimə rdan bəy Topçubaşov, onun müavinlə ri Mə mməd Həsən Hacınski və Məhəmməd Əmin  Rəsulzadə, 

katibi  isə Mir  Həsən  Vəzirov seçildilər. A zərbaycanın gələcə k quruluşu proble mi  ko mitənin fəa liyyətində başlıca  məsələ  

olmuşdur.  Müsəlman  milli  ko mitəsinin   sədri  Əlimərdan  bəy  Topçubaşov  1917  il  avqustun  12-də  Moskvada 

A.F.Ke renskinin  s ədrliyi  ilə   keçirilən  ü mu mrusiya  müşavirəsində  iştirakı  za manı,  Rusiya  müs əlmanla rı  adından  çıxış  

etmiş,  həmin  mərhələdə  Rusiya  müsəlman larının  milli-mədəni  mu xtariyyət  məsələsini,  Müəssislər  məclisi  toplaşandan 

sonra isə müsəlman xa lqla rın ın öz müqəddəratını təyin et məsi haqqında məsələ qaldıracaqlarını bildirmişdi. 

Ko mitə  əhalini  narahat  edən  bir  çox  məsələlərlə  məşğul  olmuşdur:  ticarət,  kənd  təsərrüfatı,  təhsil  və  s.  Kadr 

məsələ lərinin  hə llinə  də   müda xilə   et mişdir.  Be lə  ki,  Müsəlman   Ko mitəsi  Petroqradda  Qafqa z  işləri  ü zrə  ko missarlıqda 

ermənipərəstliy i  ilə  məşhur  olan  Yevanqulovun  təyinatına  qarşı  çıxmış,  antimüs əlman  mövqeyi  ilə  seçilən  

V.N.Taranovskinin  və  başqalarının  höku mət  strukturlarından  kənarlaşdırılması  məsələsini  qoy muşdur.  Müs əlman  

Ko mitəsinin a ktiv fəaliyyəti sayəsində Azərbaycanın icra strukturların ın əksəriyyətinə a zərbaycanlılar yerləşdirilmişdi. 

1917 il sentyabrın 5-də Bakı Müsəlman İctimai Təşkilatları Şurasına əlave seçki keçirilmiş, şurada fəhlə və kəndli 

nümayəndələrinin sayı artmışdı. Lakin onların sayının yeni qaydaya görə 60 nəfər nəzərdə tutulduğu halda, 25 nəfər o lması 

eser,  "Hü mmət",  " Birlik"  təşkilatlarının  etirazına  səbəb  oldu.  Seçilənlər  arasında  ziyalıların   nümayəndələri  də  vard ı. 

Şuranın  mədəni-maarif  bölməsi  seçilmişdi.  "Qaladakı  Xan  sarayı"ın  (Şirvanşahlar  sarayı)  müsəlman  ko mitəsinin  

sərəncamına vermə k tə klif olundu. 

Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Ko mitəsi 1917 il avqustun 29-da Korn ilov əksinqilab i q iya-

mını  qətiyyətlə  pisləyərək,  Müvəqqəti  hökuməti  tam  müdafiə  etdiyini  b ild irdi.  "Müsavat"  partiyasının  1917  ilin  ok-

tyabrında  keçirilən  birinci  qurultayı  Azərbaycanın  ictimai-siyası  həyatında  əhəmiyyətli  hadisə  oldu.  Müsəlman  Milli 

Ko mitəsinin  sədri  Əlimərdan  bəy  Topçubaşov  qurultaydakı  çıxış ında  bəyan  etdi  ki,  M illi  Ko mitənin  a rzu  və  məqsədlər 

"Müsavat‖ın  arzu  və  məqsədləri  ilə  tamamilə  uyğun  gəlir.  Bakı  Müsəlman  İctimai  Təşkilatları  Ko mitəsi  ilə  "Müsavat‖ 

partiyasının  proqramları  üst-üstə  düşdüyündən  onlar  1917  ili  o ktyabrında  Bakı  şəhər  dumasına  seçkilərə  vahid   siyahı  il 

gedirdilə r.  Ok tyabr  çevrilişindən  (1917)  sonra  Milli  Ko mitə  Rusiyadakı  bolşevik  höku mətinin  hakimiyyətini  tanımad ı, 

hakimiyyətin  ümu mrusiya  Müəssislər  məclisinə  verilmə  tərəfdarı  kimi  ç ıxış  etdi.  1917  il  noyabrın  9-12-də  "Müsavat" 

partiyasının rəhbərliyi altında  Cənubi Qafqazın  müsəlman   milli  ko mitələrin in konfransı keçirildi.  Konfrans  millətlərin ö z 

müqəddəratlarını  təyin  etmə  hüququnun  həyata  keçirilməsinə  tərəfdar  olduğunu  bildirdi.  Cənubi  Qafqaz  Mərkəzi 

Müsəlman Ko mitəsi konfransının qərarına görə, A zərbaycan Məclisi-Müəssisanını bir ay ərzində toplamalı id i. 

 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə