[]



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   ...   4   5   6   7   8   9   10   11   12

27 

 

müasir bayramlar kimi qeyd olunmağa başlamışdır.  Hər bir tarixi 



mərhələdə olduğu kimi müasir dövrdə  də bayramlar, tarixi hadisə və 

günlər böyük təntənə ilə qeyd edilir. Xalqımız qədim adət-ənənələrlə 

yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətimizi 

bu gün də yaşadır və inkişaf etdirir. 

Gəlin bir daha,  müasir həyatımiza, məişətimizə, mənəviyyatımıza 

uyğunlaşmış bayramlar və tarixi günlərə bir daha nəzər salaq.  

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan 

xalqı ustadlığı və təbliğ etdiyi bəşəri ideyaları,adət-ənənələri, milli 

xüsusiyyətləri ilə özünəməxsus yer tutur.  

 

Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq 



əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. 

 

Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, 



islam dininin təmizlik, düzlük,insanlıq kimi bəşəri, ali hissləri tərbiyə 

edən dəyərləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır.  

Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. 

Kitabxanalarda keçirilən hər bir kütləvi tədbir vasitəsilə mənəvi 

dəyərlərin təbliğinə diqqət yetirilməlidir. 

 

Məsələn:“Heydər Əliyev və milli – mənəvi dəyərlər”, “Milli – mənəvi 



dəyərlərin qorunması”, “Gənc nəsil və milli dəyərlər”, “Ailə təhsil və 

milli – mənəvi əxlaqi dəyərlər”. 

 

Milli – mənəvi dəyərlərin təbliği üçün, “Cənnət görmək istəyən, 



Azərbaycana gəlsin” adlı sərgidən də istifadə oluna bilər. 

 

Diyarşünaslıq kitabxana sərgilərinin əsas funksiyası oxucalara öz 



diyarlarının milli dəyərləri, tarixi və mədəniyyəti haqqında biliklərə 

yiyələnmək imkanlarını təqdim etmək, müxtləlif kateqoriyalı oxucular 

üçün mövzu sərgiləri vasitəsilə ənənələrin varisliyini təmsil etməkdir.  

 

Kitabxanalar Azərbaycan tarixinin şanlı səhifələrini yad etmək, 



tariximizi bugünki və gələcək nəsillərə geniş şəkildə anlatmaq, 

xalqımızın, millətimizin tarixini, milli mənəvi dəyərlərini nümayiş 

etdirmək məqsədilə bir sıra söhbətlər, sərgilər keçirə bilərlər. 

 

Milli-mənəvi dəyərlərin uşaq və gənclərin sağlam, milli – mənəvi 




28 

 

dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi 



işinə kömək etmək məqsədilə “Milli-mənəvi dəyərlərimizin inciləri” adlı 

sorğu keçirmək olar. 

 

Sorğunu məktəblilər arasında keçirmək daha yaxşı olar. 



 

Sorğu keçirərkən uşaqların yaşı nəzərə alınmalı, mövzu barəsində qısa 

arayış, açıqlama verilməlidir. 

 

Sorğunun suallarını təxmini belə tərtib etmək olar: 



-Milli dəyərlər dedikdə nə başa düşürsünüz? 

-Milli dəyərlər haqqında nə bilirsiniz? 

-Milli dəyərləri qorumaq üçün nə etmək lazımdır?  

-Milli dəyərlərin təbliğində kitabxanalar nə edə bilər?  

-Muğamlarımız haqqında nə bilirsiniz? 

-Milli qoruq və abidələrimizdən hansılarının adlarını çəkə bilərsiniz? 

 

Sorğunun məqsədi məktəblilərin,yeniyetmələrin mənəvi dəyərləriniz 



haqqında olan biliklərini yoxlamaq, ümumilikdə onları milli-mənəvi 

dəyərlərimiz haqqında maarifləndirməkdir. 

 

Ana dilimizin təbliği ilə bağlı kitabxanada “Misilsiz xəzinə “, “ Dilin 



siyasətdə rolu”,”Ana dilim – ulu dilim” və s. adlarda tədbirlər keçirmək 

olar. Dilimizin təbligi ilə bağlı kitabxanalarda təşkil edilən bütün 

tədbirlər, söhbətlər, müzakirələr,ədəbi-bədii gecələr oxucuların dilimizə 

olan məhəbbət hisslərini formalaşdırır. 

 

Azərbaycan xalqının milli – mənəvi irsinin təcəssümü olan Novruz 



bayramının dövlət səviyyəsində qeyd edilməsi onun dünya 

azərbaycanlıları arasında daha geniş yayılmasına da zəmin yaratmışdır. 

 

Soydaşlarımız yaşadıqları ölkələrdə Novruz təntənələrini keçirməklə 



xalqımızın tarixi dəyərlərini, ənənələrini təbliğ edirlər. 

 

Xalqımızın milli dəyərlərini təbliğ etmək üçün MKS və filiallarda 



“Novruzum,yazım mənim”,”Elimizə bahar gəlir”,adlı tədbirlər keçirmək 

olar. 


 

Tədbir mövzu ilə bağlı şer, ədəbi kompozisiya və səhnəciklərlə 




29 

 

tamamlanır. Kitabxanaçı şənliyin mövzusuna uyğun ədəbiyyat sərgisi, 



ədəbi oyunlar hazırlayır.  

 

Kitabxanaçı şagirdlərin köməyi ilə bayramın simvolu olan keçəl və 



kosanı tamaşa üçün hazırlayır. 

 

Tədbirin keçirilməsində dekorasiya musiqidən , aktyor geyimlərindən 



istifadə edilməlidir. 

 

Milli mənəvi dəyərlər adət-ənənələrlə nəsildən –nəslə ötürülən 



yazılmamış qayda-qanunlardır, onların mənəvi ünsürlərdən qorunması və 

təbligində kitabxanaçıların üzərinə böyük məsulliyyət düşür. 

 

Bu gün bizim vətandaş borcumuz milli-mənəvi dəyərlərimizə dogma 



torpagımıza, doğma ana dilimizə,mədəniyyətimizə,böyük və zəngin 

tariximizə,millətimizə sadiq olmaqdan və onu təbliğ etməkdən ibarətdir. 

 

İndi hər bir kitaxanaçı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və bir 



sıra rayonlarının erməni təcavüzünə məruz qaldığı bir zamanda gənc 

nəsildə torpağa, xalqa məhəbbət, milli dəyərlərimizə qaygı, vətənin ərazi 

bütövlüyünə və müstəqilliyinə sədaqət, yüksək ideyalar aşılanmasında ön 

sırada getməli, oxucuların bütün zəruri tələbatlarını ödəməyə 

çalışmalıdır. 

 

 



 

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “Mədəni irs ölkələr və 



xalqlar  arasında  dialoq  körpüsüdür”  adlı  söhbət  keçirilir.  Söhbətdə 

əsasən Azərbaycanda çox qədim zamanlardan belə məşhur olan Çövkən 

xalq  oyunlarının  yaranmasından  danışılır.  Kitabxanaçı  söhbətə  belə 

başlayır:

 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə