[]



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   ...   4   5   6   7   8   9   10   11   12

30 

 

Çox qədim zamanlarda Şərq xalqlarının, o cümlədən türklərin atla bağlı 



müxtəlif  milli  oyunları  meydana  gəlmişdi.  Onların  arasında 

Azərbaycanda,  eləcə  də  Orta  Asiyada  çovkən  kimi  tanınan  və  yaxın-

uzaq ellərə müxtəlif adlar altında yayılan oyun xüsusi yer tutur. Min illər 

öncə Azərbaycanın dilbər yurdu Qarabağda sonralar ayaq səsi dünyanın 

çox yerlərindən gələcək Qarabağ atlarının üzərində igidlərin oynadığı bu 

oyun  cəsurluq,  çeviklik  rəmzi  idi.  Xalqın  sevə-sevə  tamaşa  etdiyi 

çovhən,  eləcə  də  çürpapaq,  sürəyçi,  baharbənd,  yaylıq,  piyaləox, 

çərdəkqaçırdı kimi milli atüstü oyunlarımızda ər oğullar hünər göstərər, 

el-obada ad-san qazanardı.  

“Tarixin  atası”  sayılan  Herodot  eramızdan  V  əsrdə  yazırdı  ki  qədim 

Azərbaycan  dövləti  olan  Midiyada  çox  şahanə  atlar  saxlayırlar.  Ondan 

dörd  əsr  sonra  başqa  bir  məşhur  yunan  tarixçisi  Strabon  Qafqaz 

Albaniyasından  bəhs  edərkən  bu  yerlərdə  atların  çox  hündür  olduğunu 

yazırdı. Bu faktlar Azərbaycan torpağının ta qədimdən Şərqdə atçılığın 

inkişaf etdiyi ölkə olduğunu göstərir. Ölkəmizdə əsrlər boyu yetişdirilən 

at  cinsləri  arasında  Qarabağ,  Qazax,  (Dilboz),  Quba  və  Şirvan  atları 

geniş  yayılmışdı.  Tarixi  mənbələrin  verdiyi  məlumatlara  görə, 

Makedoniyalı  İsgəndər,  İran  hökmdarı  Dara  kimi  sərkərdələr  öz  süvari 

qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.  

Qarabağ  atının  tarixi  şöhrətini  məşhur  alim  S.P.Usupov  belə 

qiymətləndirmişdir:  “İngilis  təmizqanlı  atı  Avropa  atçılığında  nə  kimi 

rol  oynamışsa,  Qarabağ  atı  da  Asiya  atçılığının  inkişafinda  eyni 

əhəmiyyət  kəsb  etmişdir”.  At  üzrə  mütəxəssis  D.Dubenski  XIX  əsrin 

sonlarında  yazırdı  ki,  Cənubi  Qafqazda  bir  sıra  at  cincləri  olsa  da, 

əslində onların hamısı Qarabağ atının törəməsidir.  

Ötən  əsrin  ortalarında  Qarabağda  yetişdirilən  atların  səs-sorağı 

Avropadan  gəlirdi.  1949-cu  ildə  Ağdam  ərazisindəki  Göytəpədə, 

Qarabağ at zavodunda yetişdirilən “Zaman” adlı qızılı rəngli ayğır 1956-

ci  ildə  SSRİ  hökuməti  tərəfindən  Britaniya  kraliçası  Yelizavetaya 

hədiyyə göndərilmişdir.  




31 

 

Çövkən  oyununun  Azərbaycanda,  əsasən  Qarabağ  torpağında  çox 



qədimdən məşhur olduğunu tarixi faktlar da təsdiqləyib.  

Azərbaycan  ədəbiyyatında  və  incəsənətində  cövkənin  izlərinə  çox  rast 

gəlinir.  “Kitabi-Dədə  Qorqud”  boylarında  və  Nizami  Gəncəvinin 

“Xosrov və Şirin” əsərində gövkəndən bəhs edilir. Ədəbi nümunələrdən 

də  məlum  olur  ki,  Azərbaycanda  çovkən  oyununda  təkcə  kişilər  deyil, 

qadınlar da iştirak edib. Nizaminin “Xosrov və Şirin” poemasında Şirin 

çovkən  meydanında  Sasani  hökmdarı  Xosrov  Pərvizdən  geri  qalmır. 

Şirin ilə bərabər qızların da bu oyunda iştirakı təsvir edilir.  

Mədəni  irsimizin  zəngin  səhifəsi  olan  atüstü  milli  oyunlarımızı  XXI 

əsrdə  yenidən  gündəmə  gətirməklə  milli-mənəvi  dəyərlərimizə  sahib 

çıxdığımızı sübut etdik.  

Bu  irsin  qorunub  saxlanılması,  qədim  tarixə  malik  atçılıq  ənənələrinin 

bərpası,  inkişaf  etdirilməsi,  ölkəmizdə  atçılıq  turizminin  təbliği,  gənc 

nəsildə  bu  sahəyə  maraq  oyadılması  məqsədilə  artiq  bir  neçə  ildir  ki, 

Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzi 

tərəfindən  ənənəvi  olaraq  çövkən  oyunları  keçirilir.  Atüstü  milli 

oyunlarımızı diriltmək isə  keçmişimizlə  bu günümüz  arasında  əlaqələri 

möhkəmlətmək, zəngin milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.  

Lakin  bu  gün  çövkəni  tariximizə,  mədəni  irsimizlə  bəxş  edən  məşhur 

Qarabağ  atlarının  yetişdirilməsi,  Qarabağ  atçılıq  məktəbinin  inkişafı 

bəlli  səbəblər  üzündən  böyük  çətinliklərlə  üzləşir.  Məhz  bunu  nəzərə 

alaraq  ölkəmiz  Qarabağ  atüstü  oyun  ənənəsi  olan  çövkənin  beynəlxalq 

miqyasda  tanınmasına,  bu  irsin  qorunub  saxlanılmasına,  inkişafına 

dəstək verilməsi məqsədilə UNESCO səviyyəsində səmərəli iş apararaq 

qürur doğuran nəticəyə nail oldu.  

Bir neçə il davam edən çalışmaların, gərgin fəaliyyətin yekunu olaraq 3 

dekabr  2013-cü  il  tarixdə  UNESCO-nun  Qeyri-Maddi  Mədəni  İrsin 

Qorunması  üzrə  Hökumətlərarası  Komitəsinin  Bakıda  keçirilən  8-ci 

sessiyasında  Qarabağ  atüstü  oyun  ənənəsi  çövkən  qurumun  “Təcili 



32 

 

qorunmaya  ehtiyacı  olan  qeyri-maddi  mədəni  irs  Siyahısı”na  daxil 



edildi.  

Milli-mənəvi  dəyərlərin  qorunub  saxlanılması  və  nəsillərə  çatdırılması  

yönümündə təşkil olunan tədbirlərdən biri də görüşdür. F. Köçərli adına 

Respublika Uşaq Kitabxanasında  təşkil olunan görüşə Azərbaycan Milli 

Klunariya  Assosiasiyasının  prezidenti  Tahir  Əmiraslanov  dəvətlidir. 

Tədbirin  açıq  elan  olunması  üçün  söz  kitabxananın  direktoru  Səhla 

Qənbərovaya  verilir.  Səhla  xanım  tədbirdə  iştirak  edən  qonaqları 

salamladıqdan sonra  Tahir Əmiraslanovun həyat və yaradıcılığından bir 

qədər  məlumat  verir.  Sonra  söz  Tahir  Əmiraslanova    verilir.  Tahir 

Əmiraslanov  öz  çıxışında  bir  daha  qeyd  edir  ki,  belə  tədbirlərin 

keçirilməsində məqsəd Azərbaycan milli mətbəxinin, milli yeməklərinin 

yaddan çıxmaması və unudulmamasıdır. Bunun üçün milli mətbəximizlə 

bağlı bir çox kitablar nəşr olunur ki, bunlardan “Azərbaycan kulinariyası 

ensiklopediyası”,  “Mətbəx  dastanı,  “Novruz  süfrəsi”  və  s.  kiatblarını 

misal  göstərmək  olar.  Bu  gün  bu  kitabların    təqdimatının  keçirilməsi 

məqsədəuyğun  olardı.  Məqsədimiz  Azərbaycan  milli  mətbəxinin 

tarixinin,    xalqımızın  tarixi  qədər  qədim  olmasını    dünya  xalqlarına 

sübut etməkdən ibarətdir.   

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə