[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə3/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   2   3   4   5   6   7   8   9   ...   258

 

tərəfə  tərpənmə  deyib  qaranlıq  gecədə  gözdən  itənə  qədər  irəlilədi…  O, 



qayıtdıqda  mən  dedim:  «Ya  Rəsulallah!  Məni  qorxudacaq  səslər  eşitdim» 

deyib  eşitdiklərimi  ona  danışdım».  O:  «Sən  həqiqətəndə  bu  səsləri  eşitdin». 

Mən:  «Bəli.  Ya  Rəsulallah!».  O:  «O,  Cəbrail  –  əleyhissəlam  –  idi.  Mənə  müjdə 

verərək dedi: «Ümmətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs 

Cənnətə  girəcəkdir».  Mən:  «Zina  və  oğurluq  etsə  də?».  O:  «Zina  və  oğurluq 

etsə  də?»  deyə  cavab  verdi

5

.  Belə  bir  şəxsin  imanı  əskik  bir  mömindir  və  ya 



imanı  ilə  mömin,  etdiyi  günahı  səbəbi  ilə  fasiqdir.  Bu  vəziyyətdə  ona  nə 

mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni 

Əhli  Sünnəyə görə  belə  bir  kimsənin iman  adı  qaldırılmaz. Mötəzilə, Xavaric 

və  onlara  oxşayanların  dedikləri  kimi  onun  əbədi  olaraq  Cəhənnəmlik 

olduğunu  deməzlər.  Günah  işləyən  kimsənin  imandan  çıxmadığını  da  ittifaq 

ilə  qəbul  etmişlər.  Əksinə  belə  bir  kimsə  Allahın  mərhəmətinə  qalmışdır, 

dilərsə onu bağışlayar, dilərsə əzab edər.  

Çünki küfrün əsası qəsdli olaraq yalanlamaq, küfrə qəlbən razı olmaq, küfrə 

inanmaq,  küfrdən  sevinmək  və  rahatlıq  hiss  etməkdir.  Necə  ki,  kafir  imanı 

küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin də məqsədli şəkildə 

küfrü  imandan  üstün  tutmadığı  halda  müsəlmanların  rəyinə  görə  kafir 

sayılmaz.  «…Qəlbən  küfrə  razı  olanlara  (qəlbində  könüllü  surətdə  küfrə  yer 



verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir  əzaba düçar olarlar» (ən-

Nəhl 106).  

Kitab  və  Sünnədən  bir işin  küfr olduğunu ortaya  qoyan  bir  dəlil olmadığı 

müddətdə kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzərə 

öləcək  olarsa  işi  Uca  Allaha  qalmışdır.  Dilərsə  ona  əzab  verər,  dilərsə  onu 

bağışlayar.  «Kim  (dünyada)  zərrə  qədər  yaxşı  iş  görmüşdürsə,  onun  xeyrini 

görəcəkdir  (mükafatını  alacaqdır).  Kim  zərrə  qədər  pis  bir  iş  görmüşdürsə, 

onun  zərərini  görəcəkdir  (cəzasını  çəkəcəkdir)  (əz-Zilzal  7-8).  Peyğəmbər  

sallallahu aleyhi və səlləm – buyurdu:  «Allah  kimə  bir  əməl  qarşılığı  savab  vəd 

etsə, Allah onu şübhəsiz ki, yerinə yetirəcəkdir. Kimə də bir əməl qarşılığında 

cəza vəd etsə, Allah onda ixtiyar sahibidir (yəni istərsə ona cəza verər, istərsə 

onu bağışlayar)

6

.  


Böyük günah işləyən kimsənin kafir olduğuna və ya iki mənzil arasında bir 

yerdə  olduqlarını  hökm  edən  sapıq  firqələrdən  fərqli  fikirdədirlər.  Belə  bir 

kimsəyə  qarşı  haqq  açıqlanmadığı  müddətdə,  onun  haqqında  belə  hökm 

verməzlər.  Haqqın  açıqlanması  isə  ona  qarşı  dəlilin  ortaya  qoyulması  və 

şübhəsinin aradan qaldırılması ilə olur. Müəyyən bir kimsəni də yalnız lazımı 

şərtlərin  gerçəkləşməsindən  və  maneələrin  ortadan  qaldırılmasından  sonra 

                                                

5

 Müslim. 



6

 Əbu Yəla «Musnəd» 3316, İbn Əbu Asim «Sünnə» 960, əl-Albani «Səhih Hədislər Silsiləsi» 2463. 




 

təkfir  edərlər.  Qəti  olaraq  müsəlman  olduğu  sabit  olan  kimsənin  bu 



müsəlmanlığı  şübhə  ilə  ortadan  qalxmaz  –  şəklindəki  Sələfi  qaydalarının 

işığında  Sələfi  Salihin hərəkət  etmiş  və  bu  baxımdan insanları  təkfir  etməkdə 

insanlar arasında ən uzaq kimsələrdir. Əbu Bəkr deyir ki: “Mənim üçün əmin-

amanlıqda olmaq və buna görə Allaha həmd etmək, imtahanlara məruz qalıb 

buna  səbr  etməkdən  daha  yaxşıdır”

7

.  Ömər  –  radıyallahu  anhu  –  deyir  ki: 



“Şübhə  olan  bir  hədd  cəzasını  mənim  üçün  tərk  etmək,  şübhəli  olaraq  hədd 

cəzasını  tətbiq  etməkdən  mənim  üçün  yaxşıdır”

8

.  İmam  İbn  əl-Munzir  – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  “Elm  əhli  ittifaq  etmişlər  ki,  şübhə  və  bəlli 

olmayan bir halda hədd cəzası tətbiq edilməz”

9

. İbn Abdul Bərr – rahmətullahi 



aleyhi  –  deyir  ki:  “Quran  və  Sünnə  müsəlman  bir  kimsəni  açıq-aydın  dəlil 

olmadan, şübhə əsasında kafir və ya fasiq adlandırmağı qadağan edir”

10

.  


Belə  ki,  küfr olan hər  bir şeyə görə  müəyyən  bir şəxs  təkfir olunacaq  deyə 

bir  şey  yoxdur.  Bir  sözün  küfr  olduğuna  hökm  vermək  ilə  o,  sözü  söyləyən 

kimsənin  kafir  olduğuna  hökm  etmək  arasında  fərq  qoymaq  lazımdır.  Məs: 

Allahın  zatının  hər  yerdə  olduğunu  söyləmək  küfrdür,  Allahın  sözünün 

məxluq  olduğunu  söyləmək  küfrdür,  Allahın  İsim  və  Sifətlərini  qəbul 

etməmək  küfrdür  və s.  bu  kimi  xüsuslar  haqqında  hökm  vermək  əməl  və ya 

söz  haqqında  hökm  vermək  qəbilindəndir.  Lakin  durum  müəyyən  bir  kimsə 

ilə əlaqədar olduqda o, vaxt durmaq və o, kimsəyə sual verib onunla mübahisə 

etməkdən əvvəl əleyhinə küfr hökmü verməmək lazımdır. Belə ki, bir kimsəyə 

görə  bu  xüsuslarda  hədis  olmamış  ola  bilir  və  ya  təvilçi  bir  kimsə  ola  bilir. 

Nasları (Quran və Hədisi) başa düşməyən, həmçinin Cahil bir kimsə ola bilir. 

Mübahisədən sonra şübhə ortadan qalxar və ona qarşı dəlil ortaya qoyulacaq 

olursa artıq bundan sonra vəziyyət fərqli bir hal alır. Belə ki, təvil edən kimsə 

ilə  cahil  kimsənin  hökmü,  inad  edən  və  bilərək  günaha  yönələn  kimsənin 

hökmü ilə eyni deyildir. İmam Hərəvi – rahmətullahi aleyhi – deyir ki: “Quranın 

məxluq  olması  barəsində  əl-Əzhəridən  soruşurlar.  Sən  belə  bir  kimsəni  kafir 

sayırsanmı?”.  O:  “Onun  dediyi  küfrdü”.  Ondan  üç  dəfə  soruşurlar  və  eyni 

cavabı  da  verir  və:  “Müsəlman  bir  kimsə  də  bu  sözləri  söyləyə  bilər”

11

.  İbn 


Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Buna görə də təvil edən cahil kimsə 

ilə cahilliyi qəbul edilən bir kimsənin hökmü heç bir zaman inadçı və bilə-bilə 

inkar  edənin  hökmü  eyni  deyildir.  Uca  Allah  bunların  hər  birini  ayrı-ayrı 

şəkildə dəyərləndirmişdir»

12

.  


                                                

7

 “Fəthul Bəri” 6/179.  



8

 İbn Əbi Şeybə 11/70.  

9

 “əl-Udda” 537.  



10

 “Təmhid” 17/21.  

11

 İbn Əsir “Nihayə” 806.  



12

 İbn Teymiyyə «Məcmuatur Resali vəl Məsail» 5/382. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə