[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə114/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   110   111   112   113   114   115   116   117   ...   143

234 
 
olmasını, eləcə də hücrələrdən, karvansaradan və ibadətgahdan ibarət o lan Atəşgahın ən 
yüksək  tərəqqiyə  çatdığı  XVIII  əsr  ərzində  mü xtəlif  vaxtlarda  tikild iyini  dəqiq 
müəyyənləşdirir. Hücrələr XVIII əsrin sonlarında ü mu mi hasara alın mışdır.
3
 Məbəd bu 
günədək  həmin  şəkildə  qalmışdır.  Şardenin  məlu matlarına  görə  XVII  əsrin  60-cı 
illərində  Sura xanı  od  məbədinə  hə m  gəbr-pars,  hə m  də  hindli  atəşpərəstlər  ziyarətə 
gəlird ilər.
4
  Atəşgahın  8  saylı  hücrəsindəki  farsca  tərtib  olun muş  kitabə  1745-c i  ildə 
buraya iranli  zərdüştilə rin gəldiy inə dəlalət edir.  Bu, ibadətgahın hələ hindlilərə qədər 
zərdüştilərin od məbədi o lduğunu göstərir. 
1950-c i  ildə  h ind  alimi  C.M.Unvala  Atəşgahdakı  16  kitabənin,  o  cü mlədən 
farsca kitabənin özünün təklif etdiyi mü xtəsər o xunuşu ilə fotoşəklin i dərc etdirmişdir. 
1963-cü ildə M.S.Ne mətova həmın kitabənin o xunuşunu və tərcüməsini dərc etdirərə k, 
mən zu m  mətn in  mənasını başa düşmədən bəzi sözlə rin  (onların bəziləri - badek, sad, 
zu, sənaməd  - düzgün o xun ma mışdı) tərcü məsini vermişdir.

Fa rsca kitabənin təqdim 
etdiyimiz o xunuşunda və tərcüməsində biz kitabənin ümu mi məzmununa istinad etmiş 
və mən zu m formanı nəzə rə a lmışıq. 
1.
 
Atəşpərəstlər çılpaq dağlar kimi cərgəyə düzü lmüşlər. 
2.
 
İsfahanlı Badek (Badkübə, yəni Bakı - S.A.) şəhərinə çatdı. 
3.
 
O dedi: qoy meh mannavaz məbədə yeni il uğurlu gəlsin. 
4.
 
(Onun)  mənzili (yatağı) s əki oldu.  Qız bürcü (ş ə msi İran ilin in alt ıncı ayına  
uyğun gələn zodiak işarəsi), 1158-ci il (eramızın 1745-ci ilinə müvafiqdir- S.A.). 
Kitabə üçüncü şəxsin adındandır. Birinci misrada - "Atəşpərəstlər ç ılpaq dağlar 
kimi cərgəyə dü zülmüşlər"  -  kitabə  müəllifi  məbəddə gördüyü cərgəyə düzülmüş lüt 
hindlilərin onda oyatdığı ilk təəssüratı vermişdir. İkinc i  misrada müəllif ö zü haqqında 
danışır.  İran ın  İsfahan  şəhərindən  gəldiyin i  və  Badek  şəhərinə  çatdığını  bildirir. 
Məlu mdur  ki,  XVII  və  XVIII  əsr  Şə rq  mənbələrində  Bakının  adı  Bad kubə  kimi 
yazılırdı. Şerin qafiyəsini saxlamaq üçün Badekubə sözü ixtisar şəklində - Badek kimi 
yazılmışdır.  İranlı  zərdüşti  Bakıya,  yəni  Suraxan ıya  yeni  ildən  sonra  gəlmişdir.  Bu, 
kitabənin qonaqcıl məbədə xeyir-dua verilən üçüncü misrasından aydın olur. Dördüncü 
misradakı  "rəf"  sözündə  yer  çatmadığ ından  nöqtə  "f"  hərfindən  bir  qədər  sağda 
qoyulmuşdur  və  buna  görə  də  əvvəlki  müəlliflər  tərəfindən  heç  bir  mənası  olmayan 
"zu"  kimi  yanlış  o xun muşdur.  4-cü  ibarə  -  "(onun)  mən zili  (yatağı)  səki  oldu"  - 
hücrələrində çarpayı əvəzinə daş səkilər olan zəvvarların məişət şəraitini dəqiq göstərir. 
Sonrakı "snabəl" sözü Qız bürcünü, yəni şəmsi İran ilinin altıncı ayına  müvafiq gələn 
zodiak işarəsini bildirir və aşkara eramızın 1745-ci ilinə uyğun gələn 1158-ci ildə həkk 
olunmuşdur.  Bu  kitabə  göstərir  ki,  zərdüşti  gəbrlər  öz  ibadətgahların ı  unutmamış  və 
həmin ibadətgah artıq bir neçə əsrdən bəri h indlilərin od  məbədinə çevrilsə də, əsrlər 
boyu onu ziyarət et mişlər. 
Suraxanı  Atəşgahının  beş  kitabəsi  V.M.Sısoyev  tərəfindən  Hindistana 
göndərilmiş və orada oxun muşdur. Həmin kitabələr bu əsərin müəllifi tərəfindən ingilis 
dilindən rus dilinə tərcü mə  olunaraq 1946-cı ildə dərc ed ilmişdir. 
İngilis səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd etmişdir.  Onlardan on beşi 
ithafdır. İlk kitabə 1713-cü  ilə, sonuncu 1827-ci ilə aiddir. Kitabələrdə hücrələrə yardım 


235 
 
göstərmiş  şəxslərin  ad ları  xatırlan ır.  Onlar  sanskrit  sözləri  qarışmış  hind  dilindədir. 
Kitabələ rin bə zilə ri qurmukh i, bə ziləri isə naqari şrift i ilə  yazılmışdır. 
Atəşgahda  yaşayan  hindlilərin  ço xu  Hind istanın  şima lından  -Lahordan, 
Tenesserimadan,  Kaçbudidən,  Multandan  və  i.a.  gəlmişdilər  və  hindistani  dilində 
danışırdılar.  Həmvətənlərinin  -  hind  tacirlərin in,  xüsusilə  Salyan  balıq  vətəgələrini 
icarəyə götürmüş Sobr Moqundasın pul yardımından istifad ə edən hindlilə r günlərini 
rahatcasına  müqəddəs  odu  sakit-sakit  seyr  etməklə  keçirirdilər.  İbadət  üçün  isə 
brəhmən  var  id i.  1860-c ı  ildə  akade mik  B.Dorn  Atəşgahda  olmuşdur.  Bu  za man 
məbəddə beş hindli var id i.  Yerli  Bakı sakinlərindən biri  B.Dorna  məlu mat vermişdir 
ki,  hindlilər  dörd  təriqətə  bölünürdülər:  birinci  təriqətin  ard ıcılları  ölü lərini  odda 
yandırırd ılar  (atəşilər),  ikincilər  onların  kü lünü  küləyə  sovururdular  (badilər), 
üçüncülər  külü   suya  axıdırd ılar  (abilər),  dördüncülər  meyitləri  torpağa  basdırırdılar 
(xa kilər).  Atəşgah  1880-c i  ilədək  -  tək  qalmış  sonuncu  hindli  Hindistana  gedənədək 
mövcud olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


236 
 
 
 
 
 
 
NƏTĠCƏ 
 
Azərbaycanın qədim şəhərlərindən olan Bakı  Ya xın və Orta Şərqdə erkən orta 
əsrlərdən məlu m olmuşdur. Onun iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və 
Abşeron  bölgəsində  becərilən  boyaqotu  və  zəfəran  təşkil  edirdi.  Onların  həm  quru 
karvan yolları, həm də dənizlə uzaq  Şərq  ölkələrinə ixracı feodal şəhərinin inkişafın ın 
mühü m  amili  idi.  Şirvanın  tərkibinə  daxil  olan  Abşeron  təbii  və  təsərrüfat 
xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid  idi. 
Abşeronun  iqtisadi  və  siyasi  mərkəzi  olan  Bakı  şəhəri  təsərrüfat  baxımından  onun 
kəndləri  ilə  bağlı  o lub,  şirvanşahdan  vassal  asılılığında  olan  p ərakəndə  feodal 
torpaqlarının vahid dairəsini təşkil edird i. 
İstər  köhnə  Bakı  qalasında,  istərsə  də  Abşeronda  səpələnmiş,  bugünədək 
mövcud  olan  XI-XV  əsrlərə  aid  ço xsaylı  memarlıq  abidələri  -  əla  yonulmuş 
əhəngdaşından  inşa  edilmiş  qala  istehkamları,  saray  tikililəri,  məscid lər  Abşeronun 
feodal pərakəndəliyinə, diyarın vergi mü kə llə fiyyətli əhalisini istismar edən feodalların 
zənginliyinə də lalət edir. 
Şəhərin iqtisadi və mədəni  inkişafı rəvan getməmişdir.  Bakıda ço xlu  miqdarda 
neft və duz hasilatına dair erkən mə lu matla r ə rəb hökmran lığ ı dövrünə təsadüf edir. 
Bakı  XIII  əsrin  30-cu  illərinin  sonunadək  Şirvan  vilayətinin  varlı,  iqtisadi  və 
ticarət  mə rkəzlərindən  biri  o lmuşdur.  XIII  əsrdə  monqol  istilası  və  ölkənin   viran 
edilməsi  şəhərin  iqtisadiyyatını  dağıtdı,  Abşeronun  və  Bakının  neft  təsərrüfatını 
müvəqqəti  olaraq  pozdu.  Lakin  sonralar,  XIII  əsrin  sonunda,  XIV-XV  əsrlərdə  Bakı 
Xəzə r dənizində başlıca liman və  Də rbəndilər sülaləsi Şirvanşahlar dövlətinin payta xtı 
olduqda  o, nəinki  A zərbaycanın,  eləcə  də  bütün  Ya xın  Şə rqin  mühü m  ş əhərlərindən 
birinə çevrildi. Ba kı beynəlxa lq tranzit  ipək tica rətində və Şərqlə  Qərb a rasında digər 
malların ticarətində fəal iştirak ed ird i. Bu, feodal şəhərinin tərəqqi dövrü idi. 
XVI əsrdəki dağıdıc ı müharibə lərə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı 
bir sıra antifeodal üsyanlara baxmayaraq,  Vo lqa-Xəzər yolunun açılması  ilə əlaqədar 
Bakın ın iri ticarət mərkəzi və Xəzər dənizində mühü m liman  kimi əhəmiyyəti azalmadı. 
XVI  əsrin  sonlarında-XVII  əsrin  əvvəllərindəki  türk  işğalından  sonra  Bakı 
yenidən  Səfəvilə r  dövlətinin  tərkibinə  da xil  oldu.  Mərkə zi  hakimiyyətin  güclənməsi 
XVII əsrin 40-cı illərindən etibarən ölkənin məhsuldar qüvvələrin in in kişafını sarsıdan 
feodal araçəkiş mələrin in və dağıdıcı  müharibələrin  kəsilməsi  Bakının şəhər həyatının 
inkişafına  əlverişli  təsir  göstərdi.  Şəhərə  ço xlu  əcnəbi  tacirlər  və  səyyahlar  gəlirlər. 
Onlar  şəhərin  təsərrüfat  həyatının  canlanmasını,  sənətkarlıq  istehsalının  artmasını, 
ölkədən  kənara  aparılan  neft  və  duz  hasilatını  qeyd  edirlər.  Şəhərin  sosial  həyatında 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə