29
İnformasiya
sistemlə
ri
1
prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilir:
biliklər
bazası və
məntiqi nəticəçıxarma mexanizmi.
Biliklər bazası (
knowledge base)
verilmiş mövzuya aid xüsusi fakt və qaydaları təqdim edir. Başqa sözlə, biliklər
bazası müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir.
Məntiqi nəticəçıxarma mexanizmi (
inference engine) isə ekspert sisteminə nəticə
çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Məntiqi
nəticəçıxarma mexanizmi ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə
saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən
informasiya onun (məntiqi nəticəçıxarma mexanizminin) köməyi ilə bu faktlar və
qaydalarla tutuşdurulur.
Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi
əlavə vasitələri də özündə birləşdirir. Başqa tətbiqi proqramlarda olduğu kimi,
istifadəçi interfeysi sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və
sistemlə rahat yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərinin
ən maraqlı komponentlərindən biri olan
açıqlama modulunun (
explanation
module) köməyi ilə sistem çıxardığı nəticələri izah edir; bu modul sistemi hazır-
layanlara onun işini yoxlamaq imkanı verir.
İlk ekspert sistemləri 1960-cı illərdə meydana çıxıb; onlar kimya, geologiya, tibb,
bank
işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq olunur.
IBM şirkətində hazırlanmış
IBM Watson superkompüteri (IBM şirkətinin ilk prezi-
denti olmuş Tomas Uotsonun şərəfinə adlandırılmışdır) süni intellektin sual-cavab sis-
temi ilə təchiz edilmişdir. Onun başlıca təyinatı təbii dildə ifadə olunmuş sualları
anlamaq və verilənlər bazasında onlara cavablar tapmaq olmuşdur.
2011-ci ilin fevralında Watson superkompüteri "
Jeopardy!"
televiziya verilişində
(Azərbaycanda "AzTV" telekanalında yayımlanan "61!", Rusiyanın "NTV" kanalında
yayımlanan "Своя игра" oyunlarının analoqu) yarışmışdır.
Onun rəqibləri bu proqramda ən böyük uduşun sahibi Bred Ratter və uduzulmayan
seriyanın rekordçusu Ken Cenninqs idi. Kompüter qalib olmuş və ona 1 milyon dollar,
Cenninqs ilə Ratterə isə müvafiq olaraq 300 və 200 min dollar verilmişdir.
Bu
m
ar
aql
ıdır
LAYİHƏ
30
Ekspert sistemlərinin, eləcə də başqa
intellektual sistemlərin həll etdiyi məsələlərdə
bəzən dəqiq olmayan bilik və faktlardan isti-
fadə olunur. Belə bilik və faktların tam doğru
və ya tam yalan (1 və ya 0) olduğunu demək
mümkün deyil; məsələn, elə bilik var ki, onun
doğruluq dərəcəsinin 0.7 olduğunu söyləmək
olar. Bu problemin həlli üçün ekspert sistem-
lərində və süni intellektin başqa proqram
sistemlərində
bulanıq məntiqdən (
fuzzy
logic) istifadə olunur. Bu məntiqdə dəyişən-
lər 0 (yalan) və 1 (doğru) aralığındakı istəni-
lən qiymət ala bilər. Bulanıq məntiqdə əmə-
liyyatın nəticəsi müəyyənlik termini ilə deyil,
ehtimal terminləri ilə ifadə olunur; məsələn,
nəticə “doğru” və “yalan” qiymətləri ilə ya-
naşı, “yəqin, doğru”, “ola bilsin, doğru”,
“yəqin, yalan”, “ola bilsin, yalan” kimi qiy-
mətlər də ala bilər.
Süni intellekt məsələlərinin həlli, eləcə də
ekspert sistemlərinin yaradılmasında istifadə
məqsədilə bir neçə xüsusi proqramlaşdırma
dili işlənib-hazırlanmışdır. Bu dillərdən
Prolog və LISP daha geniş istifadə olunur.
Məntiqi proqramlaşdırma dili olan
Prolog
(“
Programming in
Logic” sözlərinin qısalt-
ması) 1972-ci ildə meydana çıxmışdır.
Bildiyiniz kimi, adi proqramlaşdırmada kompüter qoyulmuş məsələni həll etmək
üçün proqramda təsvir olunmuş addımları ardıcıl şəkildə yerinə yetirir. Məntiqi
proqramlaşdırmada isə proqram problem haqqında
faktları və nəticə çıxarmaq üçün
gərəkli ola biləcək başqa faktlardan necə istifadə etmək haqqında
qaydaları
kompüterə verir. Bundan sonra kompüter məsələni avtomatik həll etmək üçün
müəyyən
prosedur tətbiq edir; məsələn, “Türkan kəndi Azərbaycandadırmı?”
sualına cavab vermək üçün Prolog “Türkan kəndi Abşerondadır” faktını və “əgər
X
Abşerondadırsa, onda
X Azərbaycandadır” qaydasını əlaqələndirə bilər. Bu fakt və
qayda Prolog dilində aşağıdakı kimi yazılır:
located_in
(
türkan
,
abşeron
)
.
located_in
(
X
,
azərbaycan
)
:-
located_in
(
X
,
abşeron
)
.
Ekspert
sistemləri
Biliklər bazası
Məntiqi nəticəçıxarma mexanizmi
Açıqlama modulu
Bulanıq məntiq
LISP
Prolog
AÇ
AR
sö
zl
ə
r
Lütfi Zadə
(1921–2017)
Riyaziyyatçı və məntiqçi, bula-
nıq çoxluqlar və bulanıq mən-
tiqin banisi. Lütfəli Rəhim oğlu
Ələsgərzadə Bakıda
anadan ol-
muş, ailəsi 1931-ci ildə İrana,
1944-cü ildə isə oradan ABŞ-a
köçmüşdür.
1965-ci ildə çap etdirdiyi məqalə ilə
bulanıq çoxluqlar nəzəriyyəsinin əsa-
sını qoymuşdur. 1973-cü ildə bulanıq
məntiq (fuzzy logic) nəzəriyyəsini,
sonra isə yumşaq hesablamalar (soft
computing) nəzəriyyəsini təklif et-
mişdir.
2017-ci il sentyabrın 6-da ABŞ-da
dünyasını dəyişən görkəmli alim və-
siyyətinə əsasən Bakıda dəfn edil-
mişdir.
LAYİHƏ