23
İnformasiya
sistemlə
ri
1
S
ÜNİ İNTELLEKT
Robotlar haqqında nə bilirsiniz?
Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür?
Məşhur Microsoft şirkətinin qurucularından biri Bill Geytsin proqnozlarına görə,
elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti
robototexnika (
robotics)
olacaqdır.
Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki
qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı
mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf muhitdən verilənləri
qəbul etmək üçün sensorlar da quraşdırılır.
Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar:
robot manipulyatorlar,
mobil
robotlar və
humanoid robotlar.
Robot manipulyatorlar fiziki olaraq öz iş yerinə,
məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı
olur. Avtomobil zavodlarının əksəriyyətində istehsal prosesi robot manipulyatorlar
vasitəsilə idarə olunur.
Mobil robotlar təkərlər, ayaqlar, yaxud analoji mexanizmlər
vasitəsilə hərəkət edir. Onlardan xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində
konteynerlərin yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsində istifadə
olunur.
Humanoid robotlar fiziki quruluş baxımından insanı xatırladır.
YouTube saytında
https://www.youtube.com/watch?v=4TNp9jENJ3A ünvanındakı video-
materialla tanış olun.
– Bu videoda təsvir olunan robotu yuxarıda sadalanan növlərin hansına aid etmək olar?
F Ə A L İ Y Y Ə T
1.4
LAYİHƏ
24
Min illərdir ki, insan özünün təfəkkur
prosesini anlamağa çalışır. İntellekt sahəsində
isə işlər daha mürəkkəbdir: mütəxəssislər in-
tellektin təbiətini anlamaqla süni intellektual
varlıqlar yaratmaq uzərində işləyirlər.
Suni
intellekt (
artificial intelligence) elmin ən
müasir sahələrindən biridir. Bu sahədə ilk işlər
II Dünya müharibəsi dövründən başlamışdır.
Yeni yaranmış elmin adı isə 1956-cı ildə təklif
edilmişdir.
Süni intellektin fəaliyyət sferasına bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət
daxildir: bunlardan biri canlı orqanizmlərin təfəkkür prosesini öyrənməklə, o biri isə
kompüter proqramlarına oxşar qabiliyyəti vermək yollarını araşdırmaqla məşğul
olur. Kompüter üçün çox çətin hesab edilən məsələlərdən bəzisini (məsələn: şahmat
oynamağı) proqramlaşdırmaq, əslində, asan oldu, ancaq proqramlaşdırma baxımın-
dan asan hesab edilən məsələləri (məsələn: nitqin tanınması və bir dildən başqasına
tərcüməni) gerçəkləşdirmək çox çətin problemə çevrilib. Süni intellekt sahəsində
praktik həyata keçirilmiş proqramlar içərisində şahmat proqramlarını, eləcə də tibb
və başqa
sahələrdə istifadə olunan ekspert sistemlərini qeyd etmək olar.
Hazırda süni intellektin əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi
ümumi xarakterli məsələlərdən tutmuş şahmat oynamaq, riyazi teoremlər isbat et-
mək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər da-
xildir.
1.
Biliklərə əsaslanan sistemlər (
knowledge-based systems). Bu, süni intel-
lektin əsas tədqiqat istiqamətidir və ekspert sistemlərinin nüvəsini təşkil
edən biliklərin təqdimedilmə modellərinin hazırlanması, biliklər bazasının
yaradılması ilə bağlıdır.
“Robototexnika” (“robotics”) termini ilk dəfə
Ayzek Azimovun 1941-ci ildə çap
olunmuş “Yalançı!” ("Liar!") elmi-fantastik hekayəsində istifadə olunmuşdur. Bu
terminin əsası olan “robot” sözü isə 1920-ci ildə çex yazıçısı, Nobel mükafatçısı
Karel
Çapekin “R.U.R.” pyesində işlədilib (çex dilində
“robota” sözü
“ağır iş” anlamını
verir). Sənaye robotları meydana çıxanadək belə hesab edilirdi ki, robotlar görünüşcə
insanlara bənzəməlidir.
Çapekin pyesindəki robotlar yalnız mexaniki deyil, həm də bioloji varlıqlar idi. On-
larda, sadəcə, insana xas bəzi xüsusiyyətlər, məsələn, “sevgi” hissi yox idi. Adı çəkilən
pyesin sonunda robotlar bu çatışmazlığı aradan qaldırır və insanlardan fərqlənmirlər.
Bu
m
ar
aql
ıdır
İlk intellektual sistem
Logic Theorist ("Məntiq nəzəriyyəçisi") proqramı hesab olunur.
1956-cı il avqustun 9-da nümayiş etdirilən bu proqram teoremlərin isbatı və mülahizələr
hesabı üçün nəzərdə tutulmuşdu. Proqramın hazırlanmasında A.Nüell, A.Türinq,
K.Şennon, C.Lou, G.Saymon kimi görkəmli alimlər iştirak etmişdi.
Tari
x
Süni intellekt
Robot
Robototexnika
Türinq sınağı
İmitasiya oyunu
Biliklərə əsaslanan sistemlər
Təbii dilin emalı
Maşın tərcüməsi
Obrazların tanınması
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ
25
İnformasiya
sistemlə
ri
1
2.
Süni intellekt üçün proqram mühəndisliyi (
software engineering for AI). Bu
istiqamət çərçivəsində intellektual məsələlərin həlli üçün xüsusi proqram-
laşdırma dilləri (məsələn: LISP, Prolog) yaradılır. Bundan başqa, intellektual
sistemlərin hazırlanmasına yönəlik tətbiqi proqram paketləri və ya süni intel-
lektin proqram alətləri işlənib-hazırlanır. Biliklər bazasını konkret biliklərlə
doldurmaqla müxtəlif tətbiqi sistemlərin hazırlanması üçün nəzərdə tutulmuş
"örtüklərin" – boş ekspert sistemlərinin yaradılması da bu istiqamətə aiddir.
3.
Təbii dilin emalı (
natural language processing). Süni intellektin və hesab-
lama dilçiliyinin bu ümumi istiqaməti danışıq, yaxud mətn şəklində təqdim
olunan təbii dillərin kompüterin köməyi ilə analiz və sintezi problemlərini
öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mət-
nin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan
arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək.
4.
Maşın tərcüməsi (
machine translation). Mətnin bir dildən başqa bir dilə
avtomatik çevrilməsi üçün kompüterlərdən istifadə olunması ideyası 1947-
ci ildə, ilk kompüterlərin yaradılmasından dərhal sonra ABŞ-da irəli sürülüb.
Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də
aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qo-
humluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, de-
mək olar ki, qaneedici olmur. Texniki mətnlərdə isə azacıq redaktəyə ehti-
yacı olan tərcümələr almaq mümkündür.
5.
Obrazların tanınması (
pattern recognition). Obyektlərin kompüterin kö-
məyi ilə tanınması məqsədilə, adətən, görüntülərin, yaxud səslərin kompüter
modellərinin yaradılması, onların rəqəmsal formada yazılması və mövcud
örnəklərlə tutuşdurulması nəzərdə tutulur. Bu məqsədlə optik qurğulardan,
məsələn, skanerlərdən və robototexnika videosistemləri, süni intellekt sis-
temləri və başqa qurğulardan istifadə olunur.
6.
Robototexnika (
robotics). Bu istiqamət robotların yaradılması və onların
öyrədilməsi ilə bağlıdır.
7.
Yeni aparat təminatı platformaları və arxitekturaları (
new hardware
platforms and architectures). Müasir kompüterlərdə istifadə olunan proses-
sorlar birinci nəsil kompüterlərdə olduğu kimi, ənənəvi fon Neyman arxi-
tekturasına əsaslanır. Simvollu emal üçün bu arxitektura çox səmərəsizdir.
“Robototexnikanın atası” müsəlman alimi və mühəndisi
Әbül İz ibn İsmail ibn Rəzzaz
əl-Cəzari (1136–1206) hesab edilir. O, islamın qızıl çağında Diyarbəkirdə (Türkiyə)
yaşamışdır. Əl-Cəzari su nəqledən mexanizmlərin layihələndirilməsi, mürəkkəb kons-
truksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və
bu işlərin nəticələrini 1206-cı ildə yazdığı “Mexaniki sənətin nəzəri və praktik əsasları”
kitabında təsvir etmişdir. Onun düzəltdiyi musiqili avtomatda içərisində dörd musiqiçi
olan qayıq göldə üzür və şahın qonaqlarını əyləndirir. Mütəxəssislərin fikrincə, bu, çox
güman ki, proqramlaşdırılan ilk avtomat idi.
Tari
x
LAYİHƏ