31
İnformasiya
sistemlə
ri
1
Sual (məntiqi proqramlaşdırmada: sorğu)
?- located_in
(
türkan
,
azərbaycan
).
kimi verilir və cavab “yes” (“hə”) olur.
Prolog dilinin ən vacib özəlliklərindən biri də onun
geridönmələrlə izləmə
(
backtracking), başqa sözlə, geri qayıdaraq alternativ həlli tapmağa cəhd etmək
imkanına malik olmasıdır. Həllin axtarışını düzgün olmayan (yəni ona aparıb
çıxarmayan) yolla apardıqda geridönmələrə zərurət yaranır.
LISP (
List
Processing) proqramlaşdırma dili 1959–60-cı illərdə Massaçusets
Texnologiya İnstitutunda (MIT) Con Makkarti (John McCarthy) tərəfindən işlənib
hazırlanmışdır. İndi də araşdırmalarda və akademik dairələrdə bu dildən aktiv
istifadə olunur. LISP uzun müddət süni intellekt sahəsində standart proqramlaşdırma
dili hesab olunub, ancaq sonra əsas rəqibi – Prolog meydana çıxıb. Fərdi kompüterlər
üçün bir sıra dialektləri vardır: MuLISP, INTERLISP,
Common Lisp, MacLisp.
CLIPS (
CLanguage
Integrated
Production
System) ekspert sistemlərinin işlənib-hazır-
lanması üçün proqram mühitidir. Bu sistem haqqında İnternetdən məlumat toplayın. Bu
sistem hansı proqramlaşdırma dilində yazılıb? Məntiqi nəticəçıxarma mexanizmi necə
işləyir?
Özünüzü yoxlayın
1.
Ekspert sistemlərinin iki əsas komponenti nədir?
2.
Ekspert sistemlərində bilik və faktlar harada saxlanılır?
3.
Məntiqi nəticəçıxarma mexanizmi hansı funksiyanı yerinə yetirir?
4.
Ekspert sisteminin çıxardığı nəticənin əsaslı olub-olmadığına necə inanmaq olar?
5.
Xüsusi olaraq süni intellekt sistemləri üçün nəzərdə tutulmuş hansı proqramlaşdırma
dilləri var?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
LAYİHƏ
32
A
XTARIŞ SİSTEMLƏRİ
İnternetdə istənilən mövzuda informasiya
tapmaq mümkündür. Lakin informasiya
həddindən artıq çox olduğundan lazımi
materialları oradan tapmaq bəzən çox
çətin olur. Bununla belə, yaşadığımız
dövrdə informasiya gündən-günə daha
sürətlə artdığından hər hansı mövzu üzrə
səmərəli axtarış aparmaq çətin məsələyə
çevrilir. Ona görə də İnternetdə uğurlu
axtarış aparmaq üçün əlverişli vasitələrin
olması çox vacibdir. Belə bir vasitə
axtarış sistemləridir.
İnternetdə axtarış aparmaq üçün hansı
axtarış sistemindən istifadə edirsiniz?
Sizcə, axtarış sistemi dünyanın müxtəlif
nöqtələrindəki serverlərdə
yerləşdirilmiş
saytları sürətlə necə tapır?
Aşağıdakı mövzular üzrə məlumat axtarmaq üçün istədiyiniz axtarış sistemindən istifadə
edin:
sevimli muğənniniz,
yaxud musiqi qrupu;
Azərbaycan tarixi haqqında
müəyyən faktlar;
yay tətilini keçirmək üçün Türkiyənin ən yaxşı istirahət yerləri.
– Hansı axtarış sistemindən istifadə etdiniz və nə üçün bu axtarış sistemini seçdiniz?
– Axtarış nəticəsində neçə sayt tapıldı? Axtarış sahəsini necə "daralda" bilərsiniz?
Axtarış sistemi (
search engine) müəyyən bir proqramdır. İnternetdə yüzlərlə
axtarış sistemləri vardır. Bu axtarış sistemlərinin içində kiçik fərqlər olsa da, onların
əksəriyyətini ümumi xüsusiyyətlər birləşdirir; məsələn, bu sistemlərin hamısı
axtarışı
açar sözlərə (
keywords) görə həyata keçirir.
Bəs axtarış sistemi necə işləyir? Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir:
1. Axtarış sisteminin
proqramı onun əsas hissəsidir. Bu proqram verilənlər
bazasında saxlanılan milyonlarla yazının arasında axtarış aparır.
2. İkinci hissə
hörumçək (
spider), yaxud
soxulcandır (
crawler)
. Hörumçək
açar sözlərə görə İnternetdə axtarış aparır və tapdığı səhifələri axtarış
sisteminə verir. Onun "hörümçək", yaxud "soxulcan" adlandırılmasına
səbəb Veb-də aramsız “sürünməsi”, veb-saytları yoxlaması və istinadları
tapması ilə bağlıdır. Yeni dəyişiklikləri nəzərə almaq üçün hörümçək, yaxud
soxulcan tez-tez əvvəllər baxmış olduğu veb-saytlara yenidən “girə” bilər.
3. Axtarış sisteminin üçüncü hissəsi
indeksləyicidir. Hörümçək veb-səhifəni
tapan kimi onu indeksləyiciyə təqdim edir. Veb-səhifə indeksləndikdən
sonra o bu axtarış sisteminin hər bir istifadəsi zamanı “göz qabağında”
olacaq.
F Ə A L İ Y Y Ə T
1.6
LAYİHƏ
33
İnformasiya
sistemlə
ri
1
Bəzən siz minlərlə uyğun, yəni ver-
diyiniz sorğu ilə üst-üstə düşən cavablar
ala bilərsiniz. Əlbəttə, belə böyük siyahıda
faydalı informasiyanı tapmaq çox çətin
olardı. Ona görə də bəzi axtarış sistem-
lərində
relevantlıqdan, yəni tapılan infor-
masiyanın axtarış meyarına uyğunluq
dərəcəsindən istifadə olunur. Relevantlıq
dərəcəsi, adətən, faizlə ifadə olunur: belə
ki, 100% tam üst-üstə düşməyə uyğun
olur. Axtarış sistemlərinin əksəriyyəti tapılan cavabları relevantlıq dərəcəsinə uyğun
olaraq düzür, ona görə də siyahının əvvəlindəki cavablar daha dəqiq olur. Cavablar
siyahısında aşağı düşdükcə cavabın sorğuya uyğunluq dərəcəsi azalır, belə ki, həmin
saytlarda axtarılan açar sözlərin hamısı olmur. Bu yerdə
sizin bir neçə seçiminiz ola
bilər:
İstənilən istinadı çıqqıldadıb saytdakı informasiyaya baxa bilərsiniz.
Açar sözləri dəyişib başqa cür təyin edə bilərsiniz.
Başqa axtarış sistemindən istifadə edə bilərsiniz.
Diqqət!
Elə bir veb-alət yoxdur ki, bütün Veb-i indeksləsin, yaxud nizamlasın. Hər bir
axtarış sisteminin öz verilənlər bazası var və o, axtarışı həmin baza əsasında aparır.
Bu verilənlər bazası bütövlükdə Veb-in özü deyil, axtarış nəticəsində formalaşmış
bazadır.
Axtarış sistemindən istifadə
1. Brauzer proqramını başladın və
www.google.com ünvanına keçin.
2. Axtarış sahəsinə
çiçək balı açar sözlərini daxil edin və Google-da axtar düy-
məsini çıqqıldadın, yaxud
klavişini basın.
Açılan səhifədə axtarış sisteminin tapdığı saytların siyahısı görünəcək; onların
sayı minlərlə, hətta yüz minlərlə ola bilər, ancaq axtarışın nəticələrinin birinci
səhifəsində yalnız təxminən 10 hiperistinadın siyahısı olacaq.
3. Səhifəni gözdən keçirin. Əgər çiçək balı haqqında ətraflı məlumat almaq istəyir-
sinizsə, istinadlardan birini çıqqıldadın.
4. Brauzerin naviqasiya alətlərindən istifadə edərək axtarış səhifəsinə qayıdın.
5. Brauzeri qapadın.
A D D I M 1
A D D I M –
İnternetdə ilk axtarış sistemi Archie hesab
olunur. İlk versiyası 1990-cı ildə Kanadanın ən
qədim və nüfuzlu ali təhsil müəssisəsi olan
Mak-Gill Universitetində (McGill Universi-
ty) istifadəyə verilib.
Tari
x
Axtarış sistemi
Açar söz
Açar sözlərə görə axtarış
Hörümçək (soxulcan)
İndeksləyici
Fraza üzrə axtarış
Riyazi əməllər vasitəsilə axtarış
Məntiqi əməllər vasitəsilə axtarış
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ