26
Ona görə də bir çox elmi kollektivlər və şirkətlər artıq on illərdir ki, simvollu
və məntiqi verilənlərin emalı üçün nəzərdə tutulmuş aparat arxitektura-
larının işlənib-hazırlanması istiqamətində çalışırlar. Uğurlu həllər tapılsa da,
baha başa gəlməsinə, proqram təminatının yetərincə olmamasına, ənənəvi
kompüterlərlə uyuşmazlığına görə bu yeni arxitektura geniş istifadə edilmir.
8.
Oyunlar və maşın yaradıcılığı (
games and computational creativity). Süni
intellektin ilk çağlarında oyun tipli (şahmat, dama, qo) intellektual məsə-
lələrin həlli istiqamətində geniş tədqiqatlar aparılırdı. Kompüter tərəfindən
musiqi, şeir, nağıl və hətta aforizm yaratmaq bu istiqamətə aid edilir.
9.
Maşın təlimi
(
machine learning). Bu istiqamət süni
intellektin sürətlə inki-
şaf edən sahəsidir. Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında
biliklərin avtomatik toplanması və formalaşdırılmasına yönəlik model, me-
tod və alqoritmləri əhatə edir. Son zamanlar bu istiqamətə sürətlə inkişaf
edən "
verilənlərin intellektual analizi" (
data mining) və "
biliklərin aşkar-
lanması" (
knowledge discovery) – verilənlər bazalarında qanunauyğun-
luqların axtarılması sistemləri çox yaxınlaşır.
Süni sistemlərin “intellektuallığını” müəyyənləşdirmək üçün ingilis riyaziy-
yatçısı
Alan Türinq (Alan Turing) bir sınaq təklif etmişdir.
Türinq sınağı (
Turing
test) adlandırılan bu sınaq xəyali kompüterin “intellektinin” insanın intellektindən
nə dərəcədə fərqləndiyini müəyyənləşdirir.
Həm də
imitasiya oyunu (
imitation game) adlandırılan Türinq sınağı zamanı
sınaqçı iki görünməz respondentə – insana və maşına – onlardan hansının insan, han-
sının maşın olduğunu müəyyənləşdirməkdən ötrü bir sıra
suallar verir. İdeya ondan ibarətdir ki, maşınla
əlaqədar olan
kimsə onun cavablarını insanın cavablarından fərqləndirə
bilməsə, onda maşın intellektual hesab edilə bilər.
Eksperimentin iştirakçıları bir neçə adam və sınaqdan ke-
çirilən “intellektual” sistemdir. Hər bir iştirakçı ayrıca otaq-
da yerləşdirilir. Onların qarşısında monitor və klaviatura
olur. Ekranda o biri iştirakçıların adları göstərilir. Onların
hər biri bilir ki, bu adlardan biri kompüterə məxsusdur, an-
caq bunun hansı ad olmasını heç kəs bilmir. İştirakçılar kla-
viaturadan istifadə etməklə bir-birinə istənilən sualı verə
bilər, sonra isə həmin sualın düzgünlüyünü və məntiqiliyini qiymətləndirə bilər: mə-
sələn, “
Sizin fikrinizcə, sabah hava necə olacaq?” sualına həmsöhbətinizdən belə bir
cavab eşitmək qəribə olardı: “
Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi yer-
lərdə qısamüddətli yağış yağacaq, tufan ehtimalı var, temperatur +10...+12ºC
IBM şirkəti tərəfindən işlənib-hazırlanmış
Deep Blue adlı şahmat superkompüteri
1997-ci ildə 6 partiyadan ibarət oyunda şahmat üzrə dünya çempionu Harri Kasparova
4:2 hesabı ilə qalib gəlib.
Bu maraqlıdır
LAYİHƏ
27
İnformasiya
sistemlə
ri
1
olacaq”. İnsan, yəqin ki, belə bir cavab verərdi: “
Məncə, yağış yağacaq və təxminən
10º istilik olacaq”.
Verilən cavablara görə hər bir iştirakçı-insan onun həmsöhbətlərindən hansının
insan olmadığını sezməlidir. Əgər yetərincə uzun söhbət nəticəsində eksperimentdə
iştirak edən heç bir insan (yaxud əksəriyyət) “kompüterin” hansı ad altında
gizləndiyini müəyyən edə bilmirsə, demək, bu “kompüter” insana xas intellektə
malikdir.
Kompüterləri və insanları bir-birindən ayırmaq (fərq-
ləndirmək) üçün tam avtomatlaşdırılmış açıq Türinq
sınağının bir növü CAPTCHA ("kəpçə" kimi oxunur)
adlanır. Bu haqda məlumat toplayın.
• CAPTCHA abreviaturasının açılışı nədir?
• Bu sınağın mahiyyəti nədən ibarətdir?
• Onun hansı variantları var?
Özünüzü yoxlayın
1.
Süni intellektin hansı tədqiqat istiqamətləri var?
2.
Robotları hansı kateqoriyalara ayırırlar?
3.
"Robot" termini nə vaxt yaranıb?
4.
"Türinq sınağı" nədir?
5.
Maşın tərcüməsi proqramları hansı növ mətnləri daha yaxşı tərcümə edir? Sizcə, niyə?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
Alan Türinq
(1912–1954)
Riyaziyyat, məntiq, kriptoqrafiya sahələrində görkəmli ingilis alimi.
İnformatikanın inkişafında çox önəmli xidmətləri olub. Onun 1936-cı ildə
təklif etdiyi və "Türinq maşını" adını almış mücərrəd hesablama maşını
ümumi təyinatlı kompüterin modeli hesab edilir. Türinq maşını "alqoritm"
anlayışını formallaşdırmağa imkan verib və indi də bir çox nəzəri və praktik
tədqiqatlarda istifadə olunur.
LAYİHƏ
28
E
KSPERT SİSTEMLƏRİ
Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması
məqsədilə araşdırmalar etmək, məsləhətlər vermək, qərarlar,
rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə
təcrübəli ixtisaslı mütəxəssislər –
ekspertlər (
experts) dəvət
olunur. (Latın dilində "
expertus" sözü "
təcrübəli" deməkdir.)
Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək
qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq
edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin
sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi mühakimə
yürütmək qabiliyyətinə malik olmalıdır.
Sizcə,
daha çox
hansı sahələrdə
ekspertlərdən
istifadə edilir?
"Ekspertiza" nə
deməkdir?
Cədvəlin boş xanalarında hansı faktlar, qaydalar və ya nəticə olmalıdır?
№
Fakt (bilik)
Qayda
Nəticə
1
Sokrat insandır.
Bütün insanlar ölməyə
məhkumdur.
2
Leyla Sevincin qızıdır.
Sevinc Nigarın qızıdır.
Əgər A B-nin övladıdırsa
və B C-nin övladıdırsa,
onda A C-nin nəvəsidir.
3
a ədədi 2-dən böyük
sadə ədəddir.
a ədədi 2-yə
bölünmür.
4
Mühakimənin inkarının
inkarı onun özüdür.
Ayı yırtıcı heyvandır.
– İkinci mühakimədə hansı qayda çatışmır?
– 4-cü sətirdəki qayda məntiq elmində necə adlanır?
İntellektual informasiya sistemlərinin növlərindən biri də
ekspert sistemləridir
(
expert systems). Bu növ proqramlar müəyyən faktlara və tətbiq olunduğu sahənin
(maliyyə, tibb və s.) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır.
Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr (məslə-
hətlər) verən və hətta qərarlar qəbul edən sistemlərdir. Yuxarıda
qeyd edildiyi kimi,
ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktoqrafik biliklərinə və
mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar. Ekspert sistemlərində bu iki əsas
F Ə A L İ Y Y Ə T
1.5
LAYİHƏ