17
İnformasiya
sistemlə
ri
1
Sənədlərin idarəedilməsi sistemləri (
document management systems,
DMS),
yaxud
elektron sənəd dövriyyəsi sistemləri – bu sistemlərdən müəssisələrdə
giriş və çıxış sənədlərinin dövriyyəsini, eləcə də müəssisədaxili yazışmaları
təşkil etmək üçün istifadə olunur.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri (
computer-aided design,
CAD) – bu
növ proqramlardan sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin,
inteqral sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq
və elmi modellərin layihələndirilməsində istifadə edilir.
Ekspert sistemləri (
expert systems
) – bu sistemlərin əsasını müəyyən sahə üzrə
biliklər bazası təşkil edir. Bu sistemlərdən sənayedə uzunmüddətli proqnozların
hazırlanmasında, tibbi diaqnozların qoyulmasında, hüquqşünaslıq sahəsində ən
böyük ehtimallı versiyanın seçilməsində və başqa sahələrdə istifadə edilir.
Məşhur "Nə? Harada? Nə zaman?" intellektual oyununda hər bir
suala bəzi elementləri verilməmiş informasiya bloku və ya hətta
informasiya sistemi kimi baxmaq olar. Sual müəllifi preambulada
"geniş kütləyə", o cümlədən oyunçulara, adətən, az tanış olan
hansısa informasiya verir. Müəllif hesab edir ki:
əlavə informasiya oyunçuların yaddaşındadır;
aşkar verilmiş elementlər əlavə informasiya "elementlərini" oyunçuların yad-
daşından "çəkib çıxartmağa" yardımçı olacaq;
verilmiş və yeni elementlər arasında əlaqə (məna əlaqələri, çünki söhbət infor-
masiya sistemindən gedir) qurulacaq;
aşkar olmayan informasiya elementlərini bərpa etməklə oyunçular sualın
preambulası ilə axtarılan cavab arasında məna əlaqələrini izləyə biləcəklər.
Bəs əlavə informasiya neçə "çıxarılır"? Ənənəvi qaydada, yəni özünə verdiyi suallarla.
Hansı sualların verilməli olduğunu isə sualın özü diktə edir.
Sual:
Bir çox ərəb qəsəbələrində, adətən, onun mərkəzində yerləşən ictimai sobalar
var və ilin bir neçə ayı qəsəbə sakinləri öz ailələri üçün çörəyi həmin sobalarda
bişirirlər. Hər bir ailənin evdə sobası olduğu halda nə üçün onlar ictimai
sobalardan istifadə edirlər?
Bu tam olmayan informasiya sisteminin elementlərini nəzərdən keçirək:
söhbət ərəb qəsəbələrindən gedir;
söhbət bu qəsəbələrdəki ictimai sobalardan gedir;
bu sobalardan ilin bir neçə ayı istifadə olunur.
Birinci və ikinci informasiya elementindən hansı əlavə informasiya ala bilərik? Ərəb-
lərin yaşadığı istər Ərəbistan yarımadasında, istərsə də Afrika ölkələrində hava çox isti
olur. Sobalar da, təbii ki, istilik yayır. Bəs evdəki sobadan nə vaxt istifadə etmək
əlverişli deyil? Əlbəttə ki, yay aylarında.
Beləliklə: ərəb ailələri öz evlərindəki sobalardan yayda – hava çox isti olanda istifadə
etmirlər.
Bu
m
ar
aql
ıdır
LAYİHƏ
18
Avtomatlaşdırılmış idarəetmə sistemləri (
automatized management system),
yaxud
sənaye nəzarət sistemləri
(
i
ndustrial control systems,
ICS) – bu növ
informasiya sistemləri ayrı-ayrı texnoloji proseslərin idarə edilməsindən tutmuş
bütöv bir müəssisənin və istehsalın tam bir sahəsinin idarə edilməsinədək çox
geniş sahəni əhatə edir.
Coğrafi informasiya sistemləri (
geographic information systems,
GIS) –
Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi,
emalı, saxlanması və əks etdirilməsi ilə bağlı proqram sistemləri sinfidir.
Öyrədici informasiya sistemləri (
learning information systems) –
bu növə hər
cür elektron dərsliklər, kompüter
testləri, öyrədici proqramlar, elə-
cə də hansısa qurğunun (təyyarə-
nin, avtomobilin və s.) işini imi-
tasiya edən trenajorlar aid edilir.
Bu sistemlərdən tədris prose-
sində, müxtəlif sahələrdə işçilərin
hazırlanmasında və ixtisaslarının
artırılmasında istifadə edilir.
1. İnformasiya sistemlərinin tətbiq sahələri üzrə yuxarıda verilmiş təsnifatı mütləq deyil.
Gerçək sistemlər müxtəlif növ informasiya sistemlərinin imkanlarını özündə birləşdirə
bilər. İnternetdə axtarış edərək belə təsnifatların daha ikisi ilə tanış olun. Dərslikdəki
təsnifatda verilmiş informasiya sistemlərinin hansı növü tapdığınız digər təsnifatlarda
da var?
2. "Fəaliyyət" bölümündə verilmiş informasiya sistemlərinin növünü müəyyənləşdirin.
Özünüzü yoxlayın
1.
İnformasiya sistemləri hansı əlamətlərə görə təsnif edilir?
2.
İnformasiya və ölçü sistemlərindən hansı sahələrdə istifadə olunur?
3.
Avtomobil trenajorları informasiya sistemlərinin hansı növünə aiddir?
4.
"Elektron sənəd dövriyyəsi" nə deməkdir
?
5.
Aşağı siniflərdə tanış olduğunuz SketchUp proqramı təsnifatdakı hansı növ informasiya
sistemlərinə uyğundur?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
İnformasiya
və ölçü sistemləri
İnformasiya-axtarış sistemləri
Elektron sənəd dövriyyəsi sistemləri
Avtomatlaşdırılmış layihələndirmə sistemləri
Ekspert sistemləri
Avtomatlaşdırılmış idarəetmə sistemləri
Coğrafi
informasiya sistemləri
Öyrədici informasiya sistemləri
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ