14
–
sistem proqramçısı (
systems programmer) sistem və ya şəbəkə proqram-
larını işləyib-hazırlayan, yaxud onlara xidmət edən mütəxəssisdir.
–
tətbiqi proqramçı (
applications programmer) verilənlər bazasına sorğu-
ları gerçəkləşdirən proqramları işləyib-hazırlayan mütəxəssisdir.
Çox da böyük olmayan informasiya sistemlərində bütün bu sadalanan işləri,
adətən, bir-iki nəfərdən ibarət heyət yerinə yetirir.
İnformasiya sistemlərinin sonuncu komponenti prosesdir.
Proses (
process)
arzuedilən nəticəyə və ya hədəfə nail olmaq üçün atılmış addımlar seriyasıdır. İstə-
nilən təyinatlı informasiya sisteminin işini təmin edən prosesləri
aşağıdakı
bloklardan ibarət sxem şəklində göstərmək olar:
daxili və ya xarici mənbələrdən informasiyanın
daxil edilməsi;
giriş informasiyasının emalı və onun əlverişli şəkildə təqdim olunması;
müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informa-
siyanın çıxışa verilməsi;
əks-əlaqə – giriş informasiyasının korrektəsi üçün sistemin istifadəçiləri
tərəfindən emal edilmiş informasiya.
Qeyd edildiyi kimi, istənilən informasiya sisteminin ayrılmaz hissəsi verilənlər
bazasının idarəolunması sistemidir (VBİS). İstifadə olunan VBİS-in tipi, adətən,
informasiya sisteminin miqyasına görə müəyyən edilir: kiçik informasiya sistem-
lərində lokal VBİS-lərdən istifadə edilə bilər, irihəcmli (korporativ) informasiya
sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı
güclü VBİS-lər tələb olunur. Hazırda Oracle, Informix, Sybase, DB2, MS SQL
Server kimi relyasiyalı VBİS-lər daha geniş yayılıb.
İnformasiya sisteminin yaradılmasına onun əhatə etdiyi sahənin öyrənilməsindən
və informasiya modelinin qurulmasından başlanılır. Məntiqi baxımdan mürəkkəb
olan, çox zəhmət, eyni zamanda çox zaman tələb edən bu işin görülməsi üçün yük-
səkixtisaslı mütəxəssislərə ehtiyac var.
İnformasiya sisteminin
aparat və proqram hissələri
Giriş
informasiyası
İnformasiyanın
emalı
Çıxış
informasiyası
Əks-əlaqə
İstifadəçilər
və ya başqa
informasiya
sistemi
LAYİHƏ
16
İ
NFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI
İnformasiya sistemləri insan fəaliyyətinin, demək olar ki, bütün
sahələrində tətbiq edilir: müəssisə və təşkilatların, istehsalatın ida-
rəedilməsində, elmi tədqiqatların təşkilində, kitabxana işində,
təhsildə, konstruktor və layihələndirmə işlərində və s.
"Təsnifat"
termini
nəyi bildirir?
Belə bir cədvəl hazırlayın və verilmiş informasiya sistemləri haqqında məlumat toplayaraq
onun boş xanalarını doldurun.
№
İnformasiya sisteminin adı
Müəlliflik hüququnun sahibi Təyinatı
1
"Tələbə-məzun" dövlət elektron
məlumat
sistemi
2
"Giriş-çıxış və qeydiyyat" məlu-
mat axtarış sistemi
3
GoMap
– Bu informasiya sistemlərinin hər birində hansı növ informasiya saxlanılır?
– İkinci məlumat sisteminin verilənlər bazasında açar sahə nədir?
İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu say-
da müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş
prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərq-
lənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək
olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa
əlamətlərə görə. Gəlin bu təsnifatlardan biri – informasiya sistemlərinin tətbiq
sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.
İnformasiya və ölçü sistemləri (
information and measurement systems) – araşdı-
rılan obyektin durumu və parametrləri haqqında informasiyanın xüsusi sensorlar
vasitəsilə toplanması üçün istifadə edilir. Bu sistemlər olmadan atom-elektrik stan-
siyaları, insan sağlamlığı üçün ziyanlı olan kimyəvi istehsalat kimi sahələrin işini
təsəvvür etmək belə çətindir. İnformasiya və ölçü sistemləri təbabət, meteoro-
logiya, seysmologiya, kosmik uçuşlar və başqa sahələrdə geniş tətbiq edilir.
İnformasiya əldəetmə sistemləri, yaxud
informasiya-axtarış sistemləri (
infor-
mation retrieval systems,
IRS) – bu növə cürbəcür elektron lüğətlər, elektron
ensiklopediyalar, normativ-hüquqi sənədlərin saxlandığı informasiya sistemləri,
eləcə də, sadəcə, informasiya mənbəyi rolunu oynayan və əlverişli axtarış im-
kanlarına malik sistemlər aiddir.
F Ə A L İ Y Y Ə T
1.2
LAYİHƏ