20
Hazırda
coğrafi informasiya sistemləri
(
geographic information systems,
GIS) daha
geniş yayılır. Bu sistemlər coğrafi və ya fəza
verilənləri də daxil olmaqla hər növ verilənlərin
emalı üçün nəzərdə tutulub. Coğrafi informa-
siya sistemlərinin layihələndirilməsi, yaradıl-
ması və istifadəsinin elmi, texniki, texnoloji və
tətbiqi məsələləri ilə məşğul olan sahə
geoin-
formatika adlanır.
Coğrafi informasiya sistemlərinin işləməsi üçün çox güclü aparat vasitələri –
irihəcmli yaddasaxlama qurğuları, əksetdirmə sistemləri, yüksəksürətli şəbəkə
avadanlıqları tələb olunur.
Coğrafi informasiya sistemlərinin verilənlər bazası
informasiya qatları yığını
şəklində təşkil edilir. Əsas qat coğrafi verilənlərdən ibarətdir. Onun üzərinə başqa
bir qat – verilmiş ərazidə yerləşən obyektlər (rabitə, sənaye, iaşə obyektləri və başqa
fəza verilənləri) haqqında informasiya daşıyan qat qoyulur. Növbəti qatlarda bu
obyektlər haqqında tam informasiya detallaşdırılır və konkretləşdirilir. Qatların
yaradılması və üst-üstə qoyulması prosesində onlar arasında zəruri əlaqələr qurulur.
Coğrafi informasiya sistemlərində verilənlər, adətən, gerçək obyektləri (yolları,
binaları, su hövzələrini, meşə massivlərini və s.) təsvir edir. Belə obyektləri iki
kateqoriyaya ayırmaq olar:
diskret (evlər, ərazi zonaları və s.) və
kəsilməz (relyef,
yağıntıların səviyyəsi, orta illik temperatur) obyektlər. Bu iki kateqoriyalı obyektləri
göstərmək üçün vektor və rastr qrafikasından istifadə olunur.
Coğrafi informasiya sistemləri xəritəçəkmə (kartoqrafiya), geologiya, meteoro-
logiya, Yer quruluşu, ekologiya, nəqliyyat, iqtisadiyyat, müdafiə və bir sıra başqa
sahələrdə tətbiq edilir.
Coğrafi
informasiya sistemi
Geoinformatika
Coğrafi
verilənlər
Fəza
verilənləri
İnformasiya qatları
Naviqasiya peyki
Qlobal mövqetəyinetmə sistemi
Kadastr sistemi
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ
22
Hazırda coğrafi informasiya sistemlərinin geniş istifadə edildiyi sahələrdən biri
kadastr işləridir.
Kadastr nələrin, yaxud kimlərinsə
siyahısı, reyestridir. Orada hər
hansı obyektlər və ya hadisələr haqqında sistemləşdirilmiş məlumatlar, onların
keyfiyyət və kəmiyyət göstəriciləri daxil edilib saxlanılır. Kadastrlar müvafiq
obyektlər üzərində dövri və ardıcıl
müşahidələr aparılmaqla tərtib olunur.
Onların, adətən, aşağıdakı növləri olur: su
kadastrı, torpaq kadastrı, iqlim kadastrı,
meşə kadastrı, landşaft kadastrı, mineral
resurslar kadastrı və s.
Təyinatından asılı olmayaraq kadastr
sistemi qeydiyyatı aparılan obyekt
haqqında müəyyən qaydada nizamlanmış
verilənlərdən ibarətdir. Başqa informasiya
sistemlərində olduğu kimi, burada da hər
bir obyektə bənzərsiz kod verilir. Ancaq kadastr sistemilərində obyektlərin
əksəriyyəti fəza xarakterli olduğundan bu sistemlərdə, adətən, coğrafi informasiya
sistemləri tətbiq edilir.
Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun olaraq Gəncə və
Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilib.
Layihə
çərçivəsində Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron
kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması nəzərdə
tutulmuşdu.
Bu layihə haqqında ətraflı məlumat toplayın. Layihədə nəzərdə tutulmuş işlər tam icra
olunubmu? Bu sistemin dövlət və əmlak sahibləri üçün hansı faydaları var?
Özünüzü yoxlayın
1.
"Coğrafi informasiya sistemi" nədir?
2.
"Geoinformatika" nə ilə məşğuldur?
3.
İnformasiya qatlarında nələr olur?
4.
GPS necə işləyir?
5.
"Kadastr sistemi" nədir və onun coğrafi informasiya sistemləri ilə nə əlaqəsi var?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
Peyk naviqasiyasının yaradılması ideyası hələ 1950-ci illərdə meydana çıxıb. SSRİ
tərəfindən Yerin ilk süni peyki buraxılan zaman bir qrup ABŞ alimi sovet peykindən gələn
siqnalı müşahidə edirdilər. Bu zaman onlar Dopler effekti səbəbindən qəbul edilən siqnalın
tezliyinin peyk yaxınlaşdıqda yüksəldiyini, uzaqlaşdıqda isə azaldığını aşkarladılar. Bu
kəşfin mahiyyəti ondan ibarətdir ki, əgər Yerdə öz koordinatlarını dəqiq bilərsənsə, onda
peykin yerini və sürətini ölçmək mümkündür. Əksinə, peykin mövqeyini dəqiq bilməklə
öz koordinatlarını və sürətini müəyyən edə bilərsən.
Bu
m
ar
aql
ıdır
LAYİHƏ