00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   61

 
23 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

 
S
ÜNİ İNTELLEKT
 
 
 
Robotlar haqqında nə bilirsiniz? 
 
Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür? 
 
 
Məşhur Microsoft şirkətinin qurucularından biri Bill Geytsin proqnozlarına görə, 
elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti robototexnika (robotics
olacaqdır.  Robotlar  hərəkət  etməklə  verilmiş  tapşırıqları  yerinə  yetirən  fiziki 
qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı 
mexanizmlərlə  təchiz  edilir.  Bundan  başqa,  robotlarda  ətraf  muhitdən  verilənləri 
qəbul etmək üçün sensorlar da quraşdırılır. 
Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar: robot manipulyatorlarmobil 
robotlar və humanoid robotlarRobot manipulyatorlar fiziki olaraq öz iş yerinə, 
məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı 
olur. Avtomobil zavodlarının əksəriyyətində istehsal prosesi robot manipulyatorlar 
vasitəsilə idarə olunur. Mobil robotlar təkərlər, ayaqlar, yaxud analoji mexanizmlər 
vasitəsilə hərəkət edir. Onlardan xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində 
konteynerlərin  yerini  dəyişdirmək  və  digər  işlərin  yerinə  yetirilməsində  istifadə 
olunur. Humanoid robotlar fiziki quruluş baxımından insanı xatırladır. 
 
 
YouTube saytında 
https://www.youtube.com/watch?v=4TNp9jENJ3A ünvanındakı video-
materialla tanış olun.  
– Bu videoda təsvir olunan robotu yuxarıda sadalanan növlərin hansına aid etmək olar? 
F Ə A L İ Y Y Ə T  
1.4 
  LAYİHƏ


 
24 
 
 
 
 
 
 
 
 
Min  illərdir  ki,  insan  özünün  təfəkkur 
prosesini anlamağa çalışır. İntellekt sahəsində 
isə işlər  daha  mürəkkəbdir:  mütəxəssislər  in-
tellektin  təbiətini  anlamaqla  süni  intellektual 
varlıqlar  yaratmaq  uzərində  işləyirlər.  Suni 
intellekt  (artificial  intelligence)  elmin  ən 
müasir sahələrindən biridir. Bu sahədə ilk işlər 
II  Dünya  müharibəsi  dövründən  başlamışdır. 
Yeni yaranmış elmin adı isə 1956-cı ildə təklif 
edilmişdir.  
Süni intellektin fəaliyyət sferasına bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət 
daxildir: bunlardan biri canlı orqanizmlərin təfəkkür prosesini öyrənməklə, o biri isə 
kompüter  proqramlarına  oxşar  qabiliyyəti  vermək  yollarını  araşdırmaqla  məşğul 
olur. Kompüter üçün çox çətin hesab edilən məsələlərdən bəzisini (məsələn: şahmat 
oynamağı) proqramlaşdırmaq, əslində, asan oldu, ancaq proqramlaşdırma baxımın-
dan asan hesab edilən məsələləri (məsələn: nitqin tanınması və bir dildən başqasına 
tərcüməni)  gerçəkləşdirmək  çox  çətin  problemə  çevrilib.  Süni  intellekt  sahəsində 
praktik həyata keçirilmiş proqramlar içərisində şahmat proqramlarını, eləcə də tibb 
və başqa sahələrdə istifadə olunan ekspert sistemlərini qeyd etmək olar. 
 
 
 
Hazırda süni intellektin əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi 
ümumi xarakterli məsələlərdən tutmuş şahmat oynamaq, riyazi teoremlər isbat et-
mək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər da-
xildir. 
1.  Biliklərə  əsaslanan sistemlər  (knowledge-based systems).  Bu,  süni  intel-
lektin  əsas  tədqiqat  istiqamətidir  və  ekspert  sistemlərinin  nüvəsini  təşkil 
edən biliklərin təqdimedilmə modellərinin hazırlanması, biliklər bazasının 
yaradılması ilə bağlıdır. 
“Robototexnika”  (“robotics”)  termini  ilk  dəfə  Ayzek  Azimovun  1941-ci  ildə  çap 
olunmuş  “Yalançı!”  ("Liar!")  elmi-fantastik  hekayəsində  istifadə  olunmuşdur.  Bu 
terminin əsası olan “robot” sözü isə 1920-ci ildə çex yazıçısı, Nobel mükafatçısı Karel 
Çapekin “R.U.R.” pyesində işlədilib (çex dilində “robota” sözü “ağır iş” anlamını 
verir). Sənaye robotları meydana çıxanadək belə hesab edilirdi ki, robotlar görünüşcə 
insanlara bənzəməlidir. 
Çapekin pyesindəki robotlar yalnız mexaniki deyil, həm də bioloji varlıqlar idi. On-
larda, sadəcə, insana xas bəzi xüsusiyyətlər, məsələn, “sevgi” hissi yox idi. Adı çəkilən 
pyesin sonunda robotlar bu çatışmazlığı aradan qaldırır və insanlardan fərqlənmirlər. 
Bu 
m
ar
aql
ıdır
 
İlk intellektual sistem 
 
Logic Theorist ("Məntiq nəzəriyyəçisi") proqramı hesab olunur. 
1956-cı il avqustun 9-da nümayiş etdirilən bu proqram teoremlərin isbatı və mülahizələr 
hesabı  üçün  nəzərdə  tutulmuşdu.  Proqramın  hazırlanmasında  A.Nüell,  A.Türinq, 
K.Şennon, C.Lou, G.Saymon kimi görkəmli alimlər iştirak etmişdi. 
Tari
x
 

Süni intellekt 

Robot  

Robototexnika 

Türinq sınağı 

İmitasiya oyunu 

Biliklərə əsaslanan sistemlər 

Təbii dilin emalı 

Maşın tərcüməsi 

Obrazların tanınması 

AR
 

zl
ə
r
  LAYİHƏ


 
25 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

2.  Süni intellekt üçün proqram mühəndisliyi (software engineering for AI). Bu 
istiqamət  çərçivəsində  intellektual  məsələlərin  həlli  üçün  xüsusi  proqram-
laşdırma dilləri (məsələn: LISP, Prolog) yaradılır. Bundan başqa, intellektual 
sistemlərin hazırlanmasına yönəlik tətbiqi proqram paketləri və ya süni intel-
lektin proqram alətləri işlənib-hazırlanır. Biliklər bazasını konkret biliklərlə 
doldurmaqla müxtəlif tətbiqi sistemlərin hazırlanması üçün nəzərdə tutulmuş 
"örtüklərin" – boş ekspert sistemlərinin yaradılması da bu istiqamətə aiddir.   
3.  Təbii dilin emalı (natural language processing). Süni intellektin və hesab-
lama dilçiliyinin bu ümumi istiqaməti danışıq, yaxud mətn şəklində təqdim 
olunan təbii dillərin kompüterin köməyi ilə analiz və sintezi problemlərini 
öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mət-
nin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan 
arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək. 
4.  Maşın tərcüməsi  (machine translation).  Mətnin  bir  dildən  başqa  bir  dilə 
avtomatik çevrilməsi üçün kompüterlərdən istifadə olunması ideyası 1947-
ci ildə, ilk kompüterlərin yaradılmasından dərhal sonra ABŞ-da irəli sürülüb. 
Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də 
aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qo-
humluğundan  asılıdır.  Bədii  mətnlərin  maşın  tərcüməsinin  keyfiyyəti,  de-
mək olar ki, qaneedici olmur. Texniki mətnlərdə isə azacıq redaktəyə ehti-
yacı olan tərcümələr almaq mümkündür.  
5.  Obrazların tanınması  (pattern recognition).  Obyektlərin  kompüterin  kö-
məyi ilə tanınması məqsədilə, adətən, görüntülərin, yaxud səslərin kompüter 
modellərinin yaradılması, onların rəqəmsal formada yazılması və mövcud 
örnəklərlə tutuşdurulması nəzərdə tutulur. Bu məqsədlə optik qurğulardan, 
məsələn, skanerlərdən və robototexnika videosistemləri, süni intellekt sis-
temləri və başqa qurğulardan istifadə olunur. 
6.  Robototexnika  (robotics).  Bu  istiqamət  robotların  yaradılması  və  onların 
öyrədilməsi ilə bağlıdır.  
 
 
 
7.  Yeni aparat təminatı platformaları  və arxitekturaları  (new hardware 
platforms and architectures). Müasir kompüterlərdə istifadə olunan proses-
sorlar birinci nəsil kompüterlərdə olduğu kimi, ənənəvi fon Neyman arxi-
tekturasına əsaslanır. Simvollu emal üçün bu arxitektura çox səmərəsizdir. 
“Robototexnikanın atası” müsəlman alimi və mühəndisi Әbül İz ibn İsmail ibn Rəzzaz 
əl-Cəzari (1136–1206) hesab edilir. O, islamın qızıl çağında Diyarbəkirdə (Türkiyə) 
yaşamışdır. Əl-Cəzari su nəqledən mexanizmlərin layihələndirilməsi, mürəkkəb kons-
truksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və 
bu işlərin nəticələrini 1206-cı ildə yazdığı “Mexaniki sənətin nəzəri və praktik əsasları” 
kitabında təsvir etmişdir. Onun düzəltdiyi musiqili avtomatda içərisində dörd musiqiçi 
olan qayıq göldə üzür və şahın qonaqlarını əyləndirir. Mütəxəssislərin fikrincə, bu, çox 
güman ki, proqramlaşdırılan ilk avtomat idi. 
Tari
x
 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə