0f11aztitul(1-7)


Lampanın işıqlanması nəyi sübut edir?



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə10/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

24 
 
 
Lampanın işıqlanması nəyi sübut edir? 
Təchizat: müstəvi kondensator, elektrofor 
maşını, elektrik lampası (6V), birləşdirici 
naqillər və açar. 
İşin gedişi:   
1.  Kondensator,  lampa  və  açardan  ibarət 
ardıcıl dövrə qurun.   
2.  Açarı  qapayıb  lampanın  yanıb-yanma-
dığını müşahidə edin.  
3.  Açarı  açın  və  kondensatorun 
lövhələrindən birini elektrofor maşını 
ilə yükləyin 
(c)
. Dövrəni qapayın və 
müşahidə  etdiyiniz  hadisənin  səbəbi 
üzərində düşünün. 
 
Nəticənin müzakirəsi: 
 Hansı halda dövrədəki lampa işıqlandı?  
 Eksperimentdən hansı nəticəyə gəlmək 
olar: lampanın işıqlanması nəyi sübut 
edir? 
 
Məlumdur ki, ən sadə kondensator iki paralel müstəvi lövhədən ibarət müstəvi 
kondensatordur. Kondensatorun xarakteristikası elektrik tutumudur. 

 Kondensatorun elektrik tutumu (C) – onun yükünün lövhələri arasındakı gər-
ginliyə (potensiallar fərqinə) nisbəti ilə ölçülən fiziki kəmiyyətdir
?????? =
??????
?????? − ??????
=
??????
??????
.       (1) 
Elektrik tutumunun BS-də vahidi faraddır (1F): 
  Farad elə kondensatorun elektrik tutumudur ki, onun yükü 1Kl olduqda 
lövhələri arasındakı gərginliyi 1V olsun: 
?????? =
??????
??????
= 1
????????????
??????
= 1??????. 
Farad  çox  böyük  elektrik  tutumu  olduğundan  praktikada  onun  çox  kiçik  hissə-
lərindən (mikrofarad, nanofarad, pikofarad və s.) istifadə edilir: 
1?????????????????? = 10 ??????; 1???????????? = 10 ??????;  1???????????? = 10
??????.  
Kondensatorun yükü, onun lövhələrinin birinin yükünün moduluna bərabərdir. Bu 
yük kondensatorun qoşulduğu mənbəyin uclarındakı gərginliklə düz mütənasibdir: 
?????? = ????????????.                     (2) 
Deməli, elektrik tutumu elektrik yükü və gərginlik arasında mütənasiblik əmsalı olub 
yük və gərginlikdən asılı deyildir. Bəs elektrik tutumu nədən asılıdır? 
 Müstəvi kondensatorun elektrik tutumu onun lövhəsinin sahəsindən, lövhələr ara-
sındakı məsafədən və lövhələr arasındakı mühitin dielektrik nüfuzluğundan asılıdır
?????? =
?????? ????????????
??????
.                  (3) 
Burada S – kondensatorun bir lövhəsinin sahəsi, d – kondensatorun lövhələri arasın-
dakı  məsafə, 
??????  –  kondensatorun  lövhələri  arasındakı  mühitin  dielektrik  nüfuzlu-
ğudur. Məhz lövhələri arasında olan dielektrik kondensatora elektrik yükünü uzun 
müddət saxlamağa imkan verir. Əgər kondensatorun lövhələri arasındakı dielektrik 
ARAŞDIRMA  
1 
(c) 
  LAYİHƏ


25 
 
yalnız  havadırsa  (
?????? = 1),  belə  kondensator  hava kondensatoru  adlanır  və  onun 
elektrik tutumu: 
?????? =
?????? ??????
??????
.                  (4) 
Yüklənmiş  kondensatorun  elektrik  sahəsinin  enerjisi.  Yüklənmiş  müstəvi 
kondensatorun  lövhələri  arasındakı  bircins  elektrik  sahəsinin  enerjisi  aşağıdakı 
düsturla təyin edilir: 
?????? =
????????????
2
.               (5) 
Qeyd. (5) ifadəsindəki   hasili onu göstərir ki, kondensatorun lövhələrini ayrı-ayrılıqda 
hərəkət etdirdikdə onların hər birini digər lövhənin yükünün yaratdığı elektrik 
sahəsində hərəkət etdirmiş oluruq. Bir lövhənin sahə intensivliyi isə lövhələr 
arasındakı elektrik sahə intensivliyindən 2 dəfə kiçikdir. 
 
Burada (2) ifadəsini nəzərə aldıqda enerjinin kondensatorun elektrik tutumu və 
yükündən asılılıq ifadələri alınır: 
?????? =
????????????
2
               (6) 
və ya 
?????? =
??????
2??????
.                    (7) 
(6  və  7)  ifadəsində  (4)-ü  nəzərə  aldıqda  müstəvi  kondensatorun  elektrik  sahə 
enerjisini belə də ifadə etmək olar: 
?????? =
?????? ??????????????????
2??????
=
?????? ??????
2?????? ????????????
.        (8) 
Elektrik sahə enerjisinin fəzada paylanması enerji sıxlığı adlanan fiziki kəmiy-
yətlə ifadə edilir. 
 Elektrik sahəsinin enerji sıxlığı – ədədi qiymətcə vahid həcmə düşən elektrik 
sahəsinin enerjisinə bərabər olan fiziki kəmiyyətdir
?????? =
??????
??????
.                   (9) 
Burada 
?????? −  elektrik  sahəsinin  enerji  sıxlığının  simvoludur,  onun  BS-də  va-
hidi:
  ?????? = 1

Sonuncu ifadədə (8) düsturu, 
?????? = ???????????? və ?????? = ???????????? olduğu nəzərə alınarsa, enerji sıx-
lığının sahənin intensivliyinin kvadratından düz mütənasib asılılığı məlum olar: 
?????? =
?????? ????????????
2
.                   (10) 
 
QeydKondensator uzun müddət elektrik enerjisini özündə saxlayan akkumulyator 
ola bilməz (yük itkisi baş verdiyinə görə). Lakin o, akkumulyatordan fərqli 
olaraq malik olduğu enerjini kiçik müqavimətli dövrələrdə ani boşalda bilir. 
Kondensatorun bu xassəsi praktikada geniş tətbiq edilir (məs.: fotoaparat və 
cib telefonlarındakı lampaların parlaq işıqlandırılmasında)
  LAYİHƏ


26 
 
 
 
Kondensatorun elektrik tutumu necə dəyişər? 
Məsələ. 
Müstəvi  hava  kondensatorunun  elektrik  tutumu  necə 
dəyişər, əgər onun: 
a) lövhələrinin sahəsi 2 dəfə böyüdülərsə? 
b) lövhələri arasındakı məsafə 4 dəfə artırılarsa? 
c) lövhəsindəki yükün miqdarı 3 dəfə azaldılarsa? 
d) lövhələrinin arası 
?????? = 27 olan dielektriklə doldurularsa?
 
 
 
Nəticənin müzakirəsi: 
 Müstəvi kondensato-
run elektrik tutumu 
nədən asılıdır; nədən 
asılı deyil?
 
 
Elektrotexnikada müxtəlif 
ölçülü və elektrik tutumlu 
kondensatorlar geniş 
tətbiq edilir 
(d)
.  
 Elektrik məişət 
cihazlarında konden-
satordan hansı xassəsinə 
görə istifadə olunur? 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Kondensatorun  lövhələri  arasındakı  bircins  elektrik  sahəsinin 
enerjisi düsturunda   hasili nə deməkdir? 
 
 
 

Kondensatorun yükü sabit qalmaqla elektrik tutumu 4 dəfə ar-
tırılır. Təyin edin: 
a) kondensatorun enerji dəyişməsini;  
b) kondensator lövhələri arasında sahə intensivliyinin 
dəyişməsini. 
 
 
 

Müstəvi kondensatorun lövhələri arasındakı gərginliyin sabit 
qiymətində elektrik tutumu 3 dəfə artırıldı. Təyin edin:  
a) kondensatorun enerjisinin dəyişməsini;  
b) kondensatorun yükünün miqdarının dəyişməsini; 
c) elektrik sahəsinin enerji sıxlığının dəyişməsini. 
 
 
 
 
 
• NƏ ÖYRƏNDİNİZ?  
Qeyd olunan anlayış və müddəaların təriflərini və düsturlarını iş vərəqi-
nə  yazın:  “elektrik  tutumu”,  “kondensator”,  “müstəvi  kondensatorun 
elektrik tutumu asılıdır – ...”, “kondensatorun lövhələri arasındakı bir-
cins elektrik sahəsinin enerjisi”, “enerji sıxlığı”.
 
 
 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
(d)
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə