1. Avtomatikanın



Yüklə 10,16 Mb.
səhifə6/13
tarix22.02.2023
ölçüsü10,16 Mb.
#101218
1   2   3   4   5   6   7   8   9   ...   13
MÜH.GMM- AİE ( 2023 -ci il) (1)

Mühazirə № 8





Mühazirənin planı:
1.Yük qaldırıcı kranların və bucurqadların avtomatik idarə edilməsi. 2.Mexanizmlərin məsafədən idarə edilməsi.
3.Mexanizimlərin avtomatik idarə edilməsinə Registrin tələbi. 4.Buxar və qaz turbinlərinin avtomatlaşdırılması.



  1. Yük qaldırıcı kranların və bucurqadların avtomatik idarə edilməsi. Müasir gəmilərdə yük doldurub boşaltmaq üçün və dənizdə tikinti quraşdırma işlərini yerinə yetirmək üçün yük qaldırıcı kranlardan geniş miqyasda istifadə olunur.

Yük qaldırıcı gəmi kranları 2- növ olurlar:
a).Mexanizləri hərəkətə gətirən elektrik mühərrikləridir. b).Mexanizləri hərəkətə gətirən hidravlik sistemlərdir.


a).Mexanizləri hərəkətə gətirən elektrik mühərrikləridir.
Bu növ kranlarda elektrik mühərriki reduktoru hərəkətə gətirərək,barabana dolanmış kanatı hərəkət etdirir.Yükun aşağı-yüxürı və ya kranın qolunun qolunun aşağı-yüxürı hərəkətini bu prinsiplə yerinə yetirir.
Bu hərəkətlərin avtomatik dayadırılmasıni elektrik mühəriki ilə reduktor arasında əylənc ilə dayandırır.Elekrik enerjisi mühərrikdə kəsilən kimi əylənc işə qoşulur.Belə kranlar donanmamızda “Qurban Abbasov”-kranı- 600ton “Zülfü Hacıyev”-kranı -100ton yük qaldırır.

Kranda qaldırdıı yükün artıq həddə olanda,elektrik ğücünün artması baş verir və avtomatik elektrik dövriiyyəsini ayırır, hərəkət dayanır.


Kranın qolunun hərəkətinin maksimum və munumum radiuslarında “DUR” düyməsini hərəkətə gətirir avtomatik kranı dayandırır.Bütün dayanma hərəkərlərində siqnalizasiya sistemi xəbəredici siqnal verir.


b).Mexanizləri hərəkətə gətirən hidravlik sistemlərdir.
Bu növ kranlanların yüksək təzyiqli yağ nasosu,kanat barabanına birləşmiş
hidravlik nasosu hərəkətə gətirir.Sistemdə yağın təzyiqi qalxması zamanı qoruyucu klapanin açılır və təzyiqi tənzimləyir.

Aşağıdakı şəkildə gstərilən kranlarda yükün və qolunun aşağı- yuxarı


qaldırılmasını,kranın sağa-sola hərəkətini,tənzimləyicilər səs dalğaları müxtəlif tezliklərlə siqnalizasiyaları yerləşsirilir.

Yük qaldırma işlərində, yanalma işlərində bucurqadlardan geniş istifadə olunur və onların hamısının iş prinsipləri demək olar ki, bir-birinə bənzəyirlər.
Şəkildə dəyişən cərəyanla işləyən yük bucurqadının idarə edilməsi sxemi göstərilmişdir. Bucuqadda sinxron sürətləri nisbəti 1:2:6 olan üç sürətli qısa qapanmış rotorlu asinxron mühərrikdən istifadə edilmişdir. Bucurqadı idarə etmək üçün komandokontroller işlədilir. Sxem aşağıdakı kimi işləyir.
Yükü avtomatik idarəetmə açarı bağlandıqdan sonra komanda kontrollerin sıfır vəziyyətində 6P gərginlik və TP təcil relesi işləyir. TP relesi CD sexen düzləndiricisindən qidalanır.
Yükün qaldırılmasının birinci vəziyyətində komandokontrollerin K5 kontaktı u irəli kontaktorunu dövrəyə qoşur. O da öz blok-kontaktı ilə KT kontaktorunun dövrəsini qapayır.
Cərəyan KT blok-kontaktı və K7 kontaktından keçərək 1C birinci sürət kontaktorunu qidalandırır. Nəticədə TM elektromaqniti mühərriki tormozlamadan azad edir və 1C kontaktları bağlandığından mühərrik yavaş sürətlə fırlanmağa başlayır. Bu vəziyyətdə mühərrikin 2C yavaş sürət dolağı şəbəkəyə qoşulur. O üçbucaq birləşmişdir.



Komandokontrollerin 2-ci vəziyyətində K7 kontaktları açılıb K8 və K9 kontaktları qapanır. Bu zaman 1C kontaktorunun dövrəsi qırılıb əsas dövrədəki 1C kontaktları açılır. Onun əvəzində isə 21C və 2C kontaktları qapandığından mühərrikin fırlanma sürəti 2 dəfə artır.
Komandokontrollerin 3-cü vəziyyətində K8 kontaktı açılıb, K11 qapanır. Buna görədə orta sürət kontaktoru açılaraq 3C üçüncü sürət kontaktoru dövrəyə qoşulur. Mühərrikin sürəti 3 dəfə artır.



  1. Mexanizmlərin məsafədən idarə edilməsi.

Gəmilərin köməkçi mexanizmlərinin məsafədən idarə edilməsi kompleks bir qurğudurki, özündə mühərriki işə salınmasını,dayandırılmasını,dirsəkli valın fırlanma sürətini dəyişən idarə etmə qurğusunu biləşdirir.İdarə etmə qurğusu sistemlərin işə salınmasını,ən başləcasə mühərrikin nəzarət-ölçü cihazlarını işə qoşulmasını, rabitə və siqnal vericiləri idarə etmə postunda cəmləşdirir.İdarə etmə postları yerli və məsafədənidarə etmə postlarına bölünür.Hazır ki,zəmanədə çay gəmilərində məsafədən idarə etmə postları geniş miqyasda tətbiq edilir.
Avtomatlaşdırılmayan idarə sistemlərində xidmət göstərən işçi bütün əməliyyatları əl ilə yerinə yetirir və iş prosesinədə nəzarət edir. Avtomatilaşdırılmış idarə etmə sistemində dəstəyin nəzarəti ilə əməliyyat proqramı verilir və bütün əməliyyatlar ardıcıl olaraq yerinə yetirilir. Eni 10 metrdən çox olan gəmilərdəidarə etmə körpüsünün sağ və sol tərəfində əsas mərkəzi idarə etmə postu ilə sinxron əlaqədə olan əlavə yerli idarə etmə postlari yerləşdirilir.
Gəmilərdə idarə etmə otağında olan mərkəzi idarə etmə postu maşın
şöbəsində yerləşən idarə etmə postu ilə (distansion) məsafədən əlaqəlidir ki, müvafiq siqnallar bir-birinə ötürülür və mexanizmlərin məsafədən idarə edilməsini asanlaşdırır.
Məsafədən idarə etmə postu (göstərilən) verilən əmri yerinə yetirmə üsuluna görə mexaniki,elektrik,pnevmatik,hidravlik və kombinasiya edilmiş olurlar.
Mexaniki üsulla işləyən məsafədən idarə etmə postunda hərəkət mexaniki üsulla val və dişli çarxlarla yerinə yetirilir
Elektrik üsulla işləyən məsafədən idarə etmə postunda hərəkət elektrik enerjisi və elektrik cihazlar vasitəsilə yerinə yetirilir.
Hidravlik üsulla idare etmə işçi maye, klapanlar və zalotniklər vasitəsilə yerinəyetirilir
Pnevmatik üsulla idare etmə işçi hava , idare etmə bloku,zalotniklər və müxtəlif klapanlar vasitəsilə yerinə yetirilir.
Məsafədən idarə etmə postunda çalışan işçi gəminin sistemlərini və mexanizmləri yaxşı bilməlidir ki,idarə etmədə problemlər yaranmasın.



  1. Mexanizimlərin avtomatik idarə edilməsinə Registrin tələbi.

Registr qaydalarının bu hissəsi gəmilərin maşın, mexanizm və avadanlıqlarının avtomatik idarə edilmələrinə A1, A2 və A3 simvolu tətbiq edilənlərə aiddir.
Xüsusi təyinatlı gəmilərdən və sərnişin daşıyan gəmilərdən başqa gəmi istismar olunan zaman maşın şöbəsində gəmi energetik qurğularına və mərkəzi idarəetmə postunda insan tərəfindən xidmət göstərilmirsə belə gəmilərə A1 simvolu verilir.
Gəmi istismar olunan zaman maşın şöbəsində gəmi energetik qurğularına insan tərərfindən xidmət göstərilmirsə, yalnız mərkəzi idarəetmə postunda işçidən istifadə edilən gəmilərə A2 simvolu verilir.
Baş mühərriklərinin gücü 1000 kVt və az olan gəmilərin istismarı zamanı maşın şöbəsində insan əməyindən istifadə edilmirsə, bu tip gəmilərə A3 simvolu verilir. Simvolundan asılı olmayaraq gəmilərin baş mühərriklərinin və hərəkət qurğularının məsafədən avtomatik idarə edilməsinə.
Registr qaydalarının bu bəndi gəmilərin maşın mexanizm və avadanlıqlarının avtomat idarə edilməsində aşağıda göstərilən terminləri əsas götürür.
Avtomatik idarə edilən mexanizmlər- mühərriklər, qazan qurğuları, gəmi sistemləri digər mexanizmlər hansılarda ki, avtomatik idarə etmə, tənzimləmə , nəzarət etmə və mühafizə qurğuları ilə təchiz ediliblər.
Məsafədən idarə etmə ( DAУ) - hansı mexanizimlərdə idarə etmə qurğusu elə yerləşdirilib ki, onları verilmiş rejimdə işlətmək və işə salınmaya hazırlamaq mümkün olsun.
Qəza xilas etmə siqnal sistemi(AПC)- elə bir sistemdir ki, maşın, mexanizim və avadanlıqların iş rejimlərinə nəzarət etmək verilən parametirdən kənara çıxmamaq avadanlığın iş rejimini norma daxilində tənzimləməkdən ibarətdir.
Qoruyucu sistem- bu sistem qurğuların və avadanlıqların iş rejiminə elə nəzarət edir ki, əvvəlcədən qəza hadisəsinin qarşısı alınır.
Avtomatik idarəetmə sistemi- Elə bir sistemdir ki, tam olaraq energetik qurğuların və avadanlıqların iş prinsipinə nəzarəti və tənzimləməni təmin edir.
Avtomatik idarəetmə sisteminin elementləri öz quruluş və iş prinsiplərinə görə sadədirlər, məsələn: gücləndirici, datrik rele və sairə.
Registr qaydalarına əsasən aşağıda göstərilən avtomatik idarəetmə avadanlıqları onların nəzarəti altında hazırlanmalıdırlar;

  1. Mexaniki qurğuların qoruyucuları mərkəzi idarəetmə qurğuları və qəza xilasetmə siqnalları;

  2. Baş mexanizimlərin hərəkət etdiricilərin məsafədən avtomatik idarə edilməsi

avadanlıqları;

  1. Elektrik stansiyalarının generatorlarının məsafədən avtomatik idarə edilməsi

avadanlıqları;

  1. Köməkçi mexanizimlərin avtomatik idarə edilməsi avadanlıqları; 5.Köməkçi qazan qurğularının avtomatik idarə edilməsi avadanlıqları; 6.Ümumi gəmi sistemlərinin avtomatik idarə edilməsi avadanlıqları.



4.Buxar və qaz turbinlərinin avtomatlaşdırılması.
Buxar və qaz turbinlərindən dəniz donanmasında geniş istifadə edilir.Onlar vasitəsilə avar vintləri,əsas generatorlar və müxtəlif köməkçi qurğular hərəkətə gətirilir.
Gəmi buxar turbinlərində istismarın effektivliyini təmin etmək və işin etibarlılığını artırmaq üçün onlar müxtəlif tənizmləmə və mühafizə sistemləri ilə təchiz olunurlar.Valın bucaq sürəti,kənar kipliklərdə buxarın təzyiqi,yağlama sistemində yağın temperaturu və turbinin aralıq pillələrindən buxargötürmə sistelərindəki təzyiq tənzimlənir.
Gəmi buxar-turbin qurğularının əsas tənzimləmə parametri rotor valının dövrlər sayı yəni valın bucaq sürətidir.Valın bucaq sürəti tənzimlənərkən tənzimləmə obyekti olan turbinin dinamiki xarakteristikası,bütün əsas turbin aqreqatları üçün təxminən eyni cür olur:turbinin fırlanan kütlələrinin ətaləti böyük olmadığından dinamik xarakteristikada yürüş vaxtı kiçik,öz- özünə tənzimləmə isə böyük olur.Ancaq,vint qismən,yaxud tamamilə sudan kənarda qaldıqda öz-özünə tənzimləmə xeyli kiçilir.
Əsas buxar turbinləri adətən hədd tənzimləyiciləri ilə təchiz edilir.Bu tənzimləyicilər hərrejimli olmadıqları üçün ancaq turbinin fırlanma sürəti nominaldan 2-3% artıq olanda işə düşür və turbini böyük sürətlə fırlanmağa qoymur.Turbinin sürəti nominal qiymətdən aşağı olanda isə tənzimləmə əl ilə aparılır.
Nadir hallarda turbinin sürətini hərrejimli tənzimləyicilərlə tənzimləyirlər.Bu tənzimləicilər turbinin dövrlər sayını bütün rejimlərdə sabit saxlayır.
Tənzimləmə sistemlərindən əlavə gəmi buxar turbin qurğularında
qəzadan mühafizə sistemləri də tətbiq edilir.Turbinin dövrlər sayı buraxılabilən həddən çox olanda,yağlama sistemində təzyiq düşdükdə,baş kondensatorda vakuum azaldıqda,rotorun öz oxu istiqamətində sürüşməsi buraxılabilən həddi keçdikdə və.s hallarda mühafizə sistemləri turbinin işini dayandırır.
Qaz turbinlərində,buxar turbinlərindən fərqli olaraq işlək maddə kimi xüsusi yanma kameralarında alınan isti qazlardan istifadə olunur.
Qaz turbin qurğularında turbinin dövrlər sayı,qazın temperaturu,yanacağın sərfi və.s parametrlər tərəfindən tənzimlənir.Gəmi qaz turbin qurğularının əsas tənzimləmə parametri turbinin dövrlər sayıdır.
Gəmi qaz turbin qurğuları aşağıdakı parametrlərə:avar vinti və turbokompressorun dövrlər sayı,turbinin girişində qazın temperaturu və yağlama sistemində yağın təzyiqinə mühafizə edilir.
Dövrlər sayı nominal sürətin 114%-nə çatdıqda turbinin dövrlər sayının hədd tənzimləyicisi işə düşür və turbinin cəld klapanı turbini dayandırır.
Yastıqların yağlama sistemində yağın təzyiqi 0.75 kq/sm2 -a endikdə yağ açarı işə düşür.Yağ açarının zolotniki təzyiq düşənə qədər yuxarı vəziyətdə olur.Təzyiq düşən kimi o öz ağırlığı və xüsusi yayın təsiriylə aşağı enir və yağın gəlməsinin qarşısını alır.Bunun nəticəsində magistral boru boşalır turbinin rotoru dayanır.
Əsas kondensatorda vakuum azalarkən turbini dayandırmaq üçün mühafizə sistemində vakuum rele qoyulmuşdur.Vakuum normal olduqda membran orta vəziyyətdə olur.Vakuum 550 mm civə sütununadək enəndə membran əyilir və yağ zolotniki aşağı salır bu sistemi boşaldır və turbin dayanır.
Rotor öz oxu istiqamətində bu və ya digər tərəfə 1 mm sürüşdükdə onun dayandırılması nəzərə alınmışdır. Bunun üçün ox istiqamətində təhlükəli sürüşmənin qarşısını almaq üçün mühafizə bloku qoyulmuşdur.Bu blok yağ açarının zolotniki ilə qarşılıqlı əlaqədə olur.Rotor hər hansı bir tərəfə sürüşən zaman yağın təzyiqi düşür və turbin dayanır.

Yüklə 10,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə