1. Avtomatikanın



Yüklə 10,16 Mb.
səhifə3/13
tarix22.02.2023
ölçüsü10,16 Mb.
#101218
1   2   3   4   5   6   7   8   9   ...   13
MÜH.GMM- AİE ( 2023 -ci il) (1)

Mühazirə № 4






1.Yanğın əleyhinə sistemin avtomatik idarə edilməsi.
Gəmilərin yanğından mühafizəsi yanğın siqnalizasiyası alovsöndürücü və lokalizasiya sistemindən ibarətdir. Siqnalizasiya növbətçinin mühafizə olunan otaqda yanğın baş verməsi haqda xəbərdar edir. Alovsöndürücü sistem yanğını söndürür. Lokalizasiya sistemi yanğın olan otağı başqa otaqlardan izolə edir.
Yanğın əleyhinə mühafizə vasitələri qismən və ya tam avtomatlaşdırıla
bilər.Daxi olunmsı çətin olan otaqların mühafizsini avtomatlaşdırmaq xüsusilə vacibdir.
Aşağıda yanğın əleyhinə mühafizə vasitələrinin avtomatlaşdırılmasını nəzərdən keçirək.
Gəmilərdə yanğın siqnalizasiya sisteminin olması zəruridir. Belə ki gəminin bir sıra bölmələrinə məsələn yük anbarlarına və s. nəzarət edilmir. Belə otaqlarda yanğın haqqında xəbər tutmaq çox vacibdir. Odur ki, gəmilərdə yanğın siqnalizasiya sistemindən geniş istifadə edilir.
Avtomatik yanğın siqnalizasiya sistemi mühafizə olunan otaqlarda qoyulmuş yanğın həyəcan siqnalını verən aparatlardan və rabitə xətlərindən ibarətdir. İş prinsipinə görə müxtəlif olur. Belə ki, tempraturun artmasına, alova, və tüstüyə həssas vericilər mövcuddur.
Vericilərdən gələn siqnalı qəbul edən və bütün sistemə nəzarət edilməsi imkanı yaradan aparatlar, yanğın həyəcan siqnalı verən qurğular xüsusi yanğın kommutatorunda yerləşdirilir.
Yanğın baş verən otaqda tüstü optik sistemdə görünən kimi kommutatorda həm səs, həm də işıq siqnalı verilir. İşıq siqnalı yanğının hansı otaqda olmasını göstərir. Yanğın baş verən kimi alovsöndürücü işə düşüb yanğını söndürür.

  1. cu şəkildə optik effektə əsaslanan yanğın siqnalizasiya sisteminin prinspial sxemi göstərilib.

Şəkil 10.Yanğından mühafizə üçün işlənən siqnalizasiya sisteminin prinsipial sxemi


Hava 5 ventilyatoru vasitəsi ilə mühafizə olunan otaqlardan 1 boruları ilə sorulur. Bu boruların üzərində 2 selenoidli klapanları durur. Klapanlar bir-bir açılaraq havanı növbə ilə otaqlardan 6 magstral boruya buraxır.


Borunun bir tərəfində 7 işıq mənbəyi, ona qarşı tərəfdə isə 8 üç elektrodlu lampaya qoşulmuş 4 fotoelementi yerləşdirilib. Yanğın baş verən otaqlardan işıq borular vasitəsi ilə fotoelementin üzərinə düşür, bu zaman 3 siqnal relesindən keçən cərəyan güclənir, rele işə düşür və siqnal zənginin gövdəsini qapayır.
Lokalizasiya sistemləri yanğının qabağını almaq üçündür. Lokalizasiya
sistemlərinin avtomatlaşdırılması yanğın əleyhinə qapıların bağlanmasını, ventilyatorun dayandırılmasını və ventilyasiya kanallarının bağlanmasını təmin edir.
Tüstünün yanğın baş verən yerdən digər otaqlara yayılmasının və havanın yanğın olan yerə verilməsinin qarşısını almaq üçün ventilyasiya kanalları qapadılır. Bu avtomatik işləyən klapanlar (siyirtmələr) vasitəsi ilə yerinə yetirilir.
Hava kəmərində yanğın ehtimalı olan yerdə vericinin həssas elementi (tempratur relesi) qoyulur. Yanğın baş verdikdə relenin içərsində təzyiq artıb menbranları əyir kontaktları qapayır, elektromaqnit dövrəsini bağlayır. (siyirtmə) klapan ventilyasiya kanalını qapadır.
Çox vaxt qapıların bağlanmasını ventilyatorların və nasosların dayandırılmasını məsafədən idarə etməklə kifayətlənirlər. Bunları məsafədən idarə etməzdən qabaq xəbərdarlıq siqnalı verilməlidir.



Gəmilərdə yük əməliyyatı neft məhsullarını qəbul etməkdən, çənlərdə yerləşdirməkdən və boşaltmaqdan ibarətdir. Eyni zamanda çənlərdə olan yükün səviyyəsinə nəzarət edilməlidir.


Neft məhsulları tankerdən boşaldılan zaman onun müəyyən hissəsi (4-10%) çənlərin dibində qalır. Ona görədə tankerlər xüsusi yük sistemindən başqa təmizləyici sistemlə də təmin edilirlər. Yük və təmizləyici sistemlərin borularının son hissəsinə xüsusi qəbuledicilər quraşdırılır. Yük əməliyyatı prossesini idarə etmək üçün tankerlərdə təmizləyici sistemlərdə klinketlər vaxtlı-vaxtında ardıcıllıqla açılıb-bağlanır, hər çəndə yükün səviyyəsinə nəzarət edilir, yük təmziləyici nasosların işə buraxılması və saxlanılması tənzimlənir. Təmizləyici sistemin borularının qəbul ediciləri tankda elə yerləşdirilir ki, tankı təmiz qurutmaq mümkün olsun. Yük sisteminin qəbuledici borusu tankın dibindən 30-50 mm, təmizləyici sistemin qəbul edilməsi borusu tankın dibindən 15-20 mm məsafədə yerləşdirilir.
Yük və təmizləyici nasoslar nasos şöbəsində yerləşdirilirlər, onların elektrik motorları isə qaz keçirməyən arakəsmənin o biri tərəfində yerləşir, yanğından mühafizə qaydalarına əməl etmək üçün.
Tankerlərin yük əməliyyatının mərkəzi postdan avtomatik idarə edilməsi gəminin yük doldurma və xaricetməsində 30-40% vaxtını qısaldır. Armaturların idarə edilməsində ağır fiziki əməyi aradan qaldırır və işin təhlükəsizliyini təmin edir. Armaturların məsafədən idarə edilməsi yük əməliyyatının mərkəzləşdirilmiş idarə edilməsini təmin edir.
Ən geniş yayılan məsafədən armaturların idarə edilməsi hidravlik üsullardır. Bu sistemin əsas elementləri aşağıdakılardır.
hidravlik nasoslar ( vintvari və ya dişli çarxlı) 4-10 MPa təzyiqlə işləyir 1MPa=10,2 kq/sm2
hidravlik servomotorları olan klinketlər idarəetmə lövhəsi
nəzarət ölçü cihazları
Gəmilərin tanklarında yükün səviyyəsinə məsafədən ölçmə sistemi yük əməliyyatının kompleks avtomatikasının ayrılmayan hissəsidir. Bu sistemin vəzifəsi fasiləsiz olaraq yük əməliyyatı zamanı tanklarda yükün səviyyəsinə nəzarət etməkdir.
Bu sistemin tərkibinə aşağıdakılar daxildir: Səviyyə göstəricisi
Ölçü cihazları Borular və rabitə xətti
Səviyyə göstəriciləri aşağıdakı xüsusiyyətə malikdirlər

  1. Yüksək dəqiqlik və sabit göstəricilər

  2. Yüksək korroziyaya davamlılığa

  3. Yanğın təhlükəsizliyinə

Müasir tankerlərin yük və ballast sistemləri elə avtomatik idarə olunurlar ki, orada insan əməyinə ehtiyac olmur.


3.İsitmə sisteminin avtomatlaşdırılması.
İsitmə sistemlərinin əsas tənzimlənmə obyektləri isitmə sistemi üçün suqızdıran köməkçi qazanlar və tempraturu sabit saxlanacaq otaqlardır. Otaqlardakı havanın tempraturunun tənzimlənməsi üsulu əsas etibarı ilə seçiləcək isitmə sistemindən asılıdır.
Müasir gəmilərdə 2 forma isitmə sistemindən istifadə edilir:

  1. Su isitmə sistemi

  2. Buxar isitmə sistemi

Aşağıda isitmə sistemi üçün suqızdıran köməkçi qazanların isitmə sistemlərinin avtomatlaşdırılması nəzərdən keçirilir.

Şəkil 11. KOAV-68 markalı su isitmə qurğusunun avromatlaşdırılması sxemi.


MB-maqnit buraxıcısı. 1-yanacağ nasosu, 2-hava ventnlyatoru, 3-ocağın yanacağ avtomatı, 4-qəza mühavizə cihazı,5-su temperatur tənzimləyicisi, 6-su nasosu, 7-otağlarda havanın temperaturunun tənzimləyicisi.
Su isitmə sisteminin avtomatlaşdırılması 11-cı şəkildə avtomatlaşdırılmış su isitmə sistemi göstərilmişdir. KOAB-68 markalı bu qurğunun məhsuldarlığı 68000 kkalƏsaat olan suqızdıran qazan aqreqatından ibarətdir. Qazana yanacaq verən 1 nasosu və hava vuran 2 ventilyatoru eyni elektrik mühərriki ilə hərəkətə gətirilir. İsitmə sistemindən su 6 mərkəzdənqaçma sirkulyasiya nasosu vasitəsi ilə dövr etdirilir.
Sistemin qazan aqreqatı və digər mexanizmləri aşağıdakı cihazlar vasitəsi ilə avtomatik idarə olunur: 3 yandırma avtomatı ocaqda yanacağı yandırır, 5 tempratur tənzimləyicisi qazandakı suyun 7 tənzimləyicisi ilə qızdıracaq otaqlardakı havanın tempraturunu tənzimləyir 4 qəza mühafizə cihazıdır.
Yandırma avtomatı transformatordakı yandırıcı elektrodlardan və cərəyan qızdırıcısından ibarətdir.
Suyun tempratur tənzimləyicisi qazanda bərkidilir. O, qazana yanacaq və hava vuran elektrik intiqalının şəbəkəyə qoşulub açılmasını təmin edir. Qazanda suyun tempraturu 850C –dən aşağı düşdükdə tənzimləyici elektrik mühərrikini işə salır, suyun tempraturu 1050C –dən qalxdıqda onu dayandırır. Mühərriklə bir vaxtda yandırma avtomatınada təsir edilir. Yəni mühərrik işə düşdükdə avtomat acağı yandırır, dayandıqda isə ocağı söndürür.
Suyun tempratur tənzimləyicisi vericidən və ötürücü mexanizmdən ibarətdir. Verici silfonu olan mayeli-buxar termometridir. Vericinin silfonu hərəkət edərək ötürücü mexanizmi hərəkətə gətirir, bununla da elektrik intiqalının dövrəsi açılır və ya bağlanır.Tənzimləyici, onun sazlama şkalasında olan tənzimləyici qayka vasitəsi ilə qazanda tələb olunan tempratur rejimlərinə sazlanır.
Qəza mühafizə cihazi qazanda alov söndükdə ocağa yanacağı verilməsinin və ya qazan aqreqatı işə salındıqda yanacağın yanmasının qarşısını almaq üçündür.
İsitmə sistemindəki suyun tempraturu 70-800C hədləri daxilində sabit saxlanılır. İsitmə sistemində sabit tempratur əldə etmək üçün maye yanacaqla işləyən qazanın forsunkası periodik sürətdə işə salınır.


4.Buxar isitmə sistemlərinin avtomatlaşdırılması.
Buxar isitmə sistemində otaqlardakı tempratur avtomatik sürətdə tənzimlənir. Bu məqsədlə biləvasitə təsir edən tənzimləyicilərdən istifadə edilir.

    1. ci şəkildə isitmə sisteminə biləvasitə təsir edən tənzimləyici göstərilmişdir.


Şəkil 12.Bilavasitə təsir edən temperatur tənzimləyicisi. 1-termobolon, 2-silfon, 3 şton klapana.


Tənzimləyicinin işləmə prinsipi termobalon içərsindəki mayenin təzyiqinin tempraturdan asılılğına əsaslanır. Maye təzyiqinin dəyişməsi silfona təsir edir oda qolu hərəkətə gətirməklə klapanın keçid sahəsini artırıb-azaldır. Tənzimləyici qayka vasitəsi ilə 17-220C tempratura sazlanır və 50C dəqiqliklə işləyir.



    1. cü şəkildə avtomatlaşdırılmış buxar isitmə sisteminin struktur sxemi verilmişdir.

Termotənzimləyici olan bu qurğuda həm iki kəmərli (a), həm də bir kəmərli (b) isitmə sistemi göstərilmişdir.
Birkəmərli isitmə sistemi sadə quruluşa malik olduğundan bu sistemdə boru və armaturlara qənaət edildiyindən hazırda gəmilərdə həmin sistemdən geniş istifadə edilir.

Yüklə 10,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə