1. Bakteroloji silahlar


Ərazinin radioaktiv zəhərlənməsi



Yüklə 103,72 Kb.
səhifə15/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   11   12   13   14   15   16   17   18   ...   52
Mulki Mudafi Final docx

22. Ərazinin radioaktiv zəhərlənməsi
Radioaktiv zəhərlənmə (çirklənmə). Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə tüstüyə və buxara bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. İri radioaktiv toz hissələri bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissələr isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə km uzağa aparılır. Radioaktiv zəhərlənmənin dərəcəsi partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən və yerin relyefindən asılı olur. Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını, adətən, 4 zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) zəhərlənmə (çirklənmə) zonaları. Əgər zəhərlənmə izini en kəsiyi üzrə götürsək, radiasiyanın səviyyəsi izin kənar hüdudundan mərkəzə tərəf artmağa başlayır və izin mərkəzində max. kəmiyyətə çatır. Nüvə partlayışının bu zədələyici amilini digər amillərdən fərqləndirən cəhət zəhərlənmənin geniş sahələri əhatə etməsi, uzun müddət təsir göstərməsi, çətin aşkar olunması, qeyri-sabit xarakterli radioaktiv maddələrin fasiləsiz olaraq parçalanması ilə bağlı zəhərlənmiş ərazinin ölçülərinin müəyyən müddət ərzində azalmasıdır. Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədicən azalır, başqa sözlə radioaktiv maddələr öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilir. Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi, və s.) yoxdur. Zəhərlənmənin ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasitəsilə aşkar etmək mümkündür. Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və Rentgen/saatla (R/saat) Zivert/san ölçülür. Adamları radioaktiv zəhərlənmədən mühafizə etmək üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldanacaqlardan, sığınacaqlardan istifadə olunur, fərdi mühafizə vasitələri- əleyhqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı tənəffüs üzvlərini radioaktiv zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə