1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanı


I dövr: Fəlsəfənin daxilində genderə uyğun ideyaların yaranması



Yüklə 44,6 Kb.
səhifə3/7
tarix19.06.2023
ölçüsü44,6 Kb.
#117885
1   2   3   4   5   6   7
Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)

I dövr: Fəlsəfənin daxilində genderə uyğun ideyaların yaranması (antik dövrdən XIX dövrə )
Gender psixologiyasının antik mərhələsi haqqında danış­dıqda Platonun və Aristotelin adı çəkilir.
Afinalı Platon (b.e.ə. 427-347) özünün "Pir", "Dövlət", "Qanunlar" və digər əsərlərində "androginlər" anlayışını irəli sürmüşdür. O cinslərin bir-birini tamam­laması fikrini, ailə-nigah münasibətlərini araşdırmış, cinslərin bərabərliyi ideyasını irəli sürmüşdür. Buna əsasən Platonu ilk antik "feminist" adlan­dır­mışlar. Lakin onun baxışları bir qədər zidiyyətli idi.
Platon "Androginlər" mifindən istifadə etmişdir. Yunan sözü olan andros-kişi, "gyune" və ya "gunaikas"-qadın, "аndro­gin" qadın və kişi xüsusiyyətlərini özündə birləşdirən məx­luq de­mək­dir. Platon iki müxtəlif cins arasındakı məhəbbətin meydana gəlməsini belə izah edirdi: vaxtilə insan təbiəti indiki kimi deyil, nəsə başqa şəkildə olmuşdur. İnsanın dörd əli, dörd ayağı, kürəyə oxşar bədəni vardı. Bir boynun üstündə bir-birinin tam eyni olan, lakin əks istiqamətlərə baxan iki sifəti vardı. İnsan özünün gücü, qüvvəsi, bacarığı, ağlı, çevikliyi etibarı ilə müasir insandan qat-qat fərqlənirdi.O, allahların özlərinə belə boyun əymirdi. Hətta bir qismi allahlara hücum etmək fikrinə də düşmüşdü. Bundan xəbər tutan Zevs o biri allahları da ətrafına toplayıb onlarla məs­lə­hət­ləşmişdi. Belə qərara alındı ki, insanlar ildırımla məhv edilsin. Lakin tezliklə həmin fikirdən daşındılar. Bu insan nəsli­nin kəsilməsi ilə nəticə­lənərdi. Zevs xeyli düşünüb-daşındıqdan son­ra insanların qüvvəsini parçalamaq, onların hər birini iki hissəyə bölmək qərarına gəldi. Bunlardan da kişi və qadın əmələ gəldi. Beləliklə, kişi və qadın bir insanın yarı hissələridir. Bu hissələr həmişə qovuşmağa can atır, buradan da Eros, yəni "təbii məhəbbət" yaranmışdır. Onlar yalnız birləşdikdə (bir-birini sev­dikdə) dəyər əldə edə bilirlər.
Platon nigahda dav­ranış norma­larını irəli sürmüşdür: əsasən də doğumun məhdud­laş­dırıl­masыны, kişilərin yalnız 30-35 yaşda uşağı ola bilмясини. Platon яhalinin çox olması zamanı onları kaloniyalara göndərməyi təklif edirdi.
Qadına münasibətdə Platonun fikirləri ziddiyyətli idi: bir tə­rəf­dən neqativ idi. Belə ki, o qadını alçaldılmış məxluq hesab edirdi. Kişiyə olan məhəbbət və dostluqla müqayisədə kişinin qadına mə­həb­bətini o məcburiyyət və aşağı səviyyəli sayırdı, Birinciləri o "vul­qar Afrodita", ikinciləri isə "səmavi (yüksək) Afrodita" adlan­dırıdı. O hesab edirdi ki, kişi qorxaq və düzgün olmayan biridirsə, ölən­dən sonra onun ruhu qadına keçəcək. Başqa bir tərəfdən Platonun qadına münasibəti pozitiv idi. İdeal dövlətdə qadın kişilərlə birgə bütün iş­lərdə bərabər iştirak edə bilər. Platon qadını təssərrüfat apar­maq məc­buriyyətindən azad edirdi. Onun professional qabiliy­yətlərini ki­şi­dən üstün tuturdu: qadınlar hətta filosof və döyüşçü də ola bilərlər, uşaq­ların tərbiyəsində hər iki cinsin iştirakını bərabər sayırdı.
Bu işlərə bir çox mütəxəssislərin, o cümlədən gender psixo­lo­giyası üzrə mütəxəs­sislərin işlərində rast gəlmək olar.
Aristotel Stagirit (b.e.ə. 384-322) Platondan fərqli olaraq "antifeminist" kimi görünür. Belə ki, Aristotel də öz dövrünə xas olan baxışları irəli sürmüşdür.
Aristotel özünün "Siyasət", "Heyvanların yaranması" və s. əsərlərində aşağıdakı ideyaları irəli sürür: a) nigah haqqında qanun; b) ailədə ər-arvad münasibətləri; b) əhalinin sayının məhdud­laş­dırılması; d) çəmiyyətdə kişinin və qadının rolu; e) cinslər arasında əmək bölgüsü; c) kişi və qadının ümumiyyətlə mövcudiyyətə ümumi baxışları.
O hesab edirdi ki, cəmiyyətdə harmonik münasibətlərin mövcud olması yalnız əhali kifayət qədər az olduqda mümkündür. Ona görə də onu tənzimləmək lazımdır: a) kişilərə 37 yaşa, qadınlara isə 18 yaşa qədər uşağın olmasını qadağan etməklə, bu zaman qadın­larda bioloji yetkinlik nəzərdə tutulurdu, kişilərdə sosial - bu da cinslərə müxtəlif münasibəti göstərir; b) xəstə uşaqları öldürməklə; c) hər bir ailədə neçə uşaq ola biləcəyi normasını qaydaya salmaqla.
Aristotelə görə, kişi və qadın, ər və arvad münasibətləri, həm seksual, həm də digər münasibətlərdə, ağanın nökərə olan münasibəti kimi olma­lıdır. Cinslərin bir birindən fərqli olmasında yeganə əsas göstərici-nəsli artırmaq və təssərrüfatı idarə etməkdir. Ailədə ər arva­dın müxtəlif vəzifələri var və onlar bir-birinin işinə qarışma­malı­dır­lar. Kişi və qadın bərabər olmayan məxluqlardır. Qadın uşağa bə­dən , kişi isə ruh verir. Ruh daha yüksəkdir. Kişi normadır, qa­dın isə ona baxanda normadan kənardır. Kişi idarə edir, qadın isə tabe olur.
Qeyd etmək lazımdır ki, Aristotelin fikirləri bu gün də XXI əsrdə gender stere­otiplərini yaşayan insanlarda təkrarlanır. Çox vaxt Aristotelə müraciət etmək, ondan sitat gətirmək yaxşı cəhət hesab olunur: "Vaxtılə Aristotel demişdir ki..." Amma bu zaman davranış normaları bugünkü qədər sivil olmayan bir dövrdə deyilənləri indi tək­rarlamaq, əlbəttə ki, düzgün deyildir. Davranış normalarının müx­təlifliyi, kişi və qadınların əmək bölgüsü, cinslərin özünə­məxsusluğu, bir cinsi digər cinslə, etalon olanla müqayisə etmək, eyni zamanda doğumu tənzim etmək (öldürməklə deyil) bu gün də gender psixo­logiyasında aktualdır. Demək olar ki, Aristotel öz sözünü demişdir, amma onun bu fikirləri qəbuledilməzdir: cinslərin birinə yüksək qiymət verilir, digəri isə daha da alçaldılmışdır (hansı cins olmasının fərqi yoxdur).
Tarixi dövrdə utopiya da bizi maraqlandıdr. Tomas Mor (1478-1535) özünün "Qızıl kitab" əsərində ideal bir dövlət ideyasını irəli sürürdü. Orada kişi və qadınların məşğuliyyəti fərqlənmir: bu elm, incəsənət, ictimai və dini fəaliyyət, hərbi xidmətdir (hərbdə kişilərlə ərləri ilə birgə). Yüksək vəzifədə hər ikisi, kişi və qadın ola bilər. Nigah isə məhəbbətə deyil xarakterin uyğunlaşmasına əsas­lanır. Cütləri isə valideynlər seçir. Bu fikirlərdə gələcək gender prob­lermləri nəzərdə tutlmuşdur: qadın və kişilərin müxtəlif məşğuliy­yətlərdə, təhsildə, liderlik qabiliyyətlərinə bərabərliyi, eyni zamanda gender münasibətləri problemi.
Tomazo Kompanello (1568-1639) "Günəş şəhəri" əsərində ideal bir şəhər təsvir edir. Kişi və qadının təhsili fərqlənmir, onlar ey­ni zamanda hərbi təlimi də öyrənirlər. Onların paltarları da farq­lənmir, amma məşğuliyyətləri müxtəlifdir: kişilər daha ağır fiziki işləri yerinə yetirir, qadınlar isə uşaq doğur, amma ailə yoxdur. Düz­dür, uşaqların doğulması üçün partnyor seçmək lazımdır. Bu astrolo­giyanın köməyi ilə yerinə yetirilir. Beləliklə, T.Kamponello cinslərin bərabərliyi ideyasını irəli sürmüşdür, onun geyimə, şəxsiyyətin xarak­terinə və davranışına təsirini göstərmiş və gender rollarını kəskin nizamlamışdır.
Sonrakı dövrdə gender psixologiyası sahəsində Jan-Jak Rus­so (1712-1778) maraqlı ideyalar irəli sürmüşdür. Russonun fikrincə, kişi və qadınların bərabərliyi, onların oxşar­lığı onların bioloji varlıq kimi bir-birinə uyğun gəlməsində ifadə olunur: hər ikisi insan nəs­linin nümayəndəsidir, bir çox orqanları, tələbat və qabiliyyətləri oxşardır. Amma icti­mai varlıq kimi onlar bərabər deyillər. Bu da on­la­rın anadangəlmə xarakteristikası ilə bağlıdır. Buna uyğun olaraq davranış normaları da müxtəlifdir: kişilər üçün bu səmimilik, düz­lük, müstəqillik, vicdanlılıq, qadınlar üçün isə utancaqlıq, çoxbil­mişlik, hiyləgərlik, başqasının fikrini nəzərə almaq, nazlanmaq, ikiüzlülükdür. Qadınlar zərifdirlər, amma dərin ağıla malikdirlər, təh­sil almağa qabildirlər. Eyni zamanda yalnız ev təssərrüfatını, uşaqları idarə etməklə deyil, bu başqa sahələrlə də bağlıdır. Nigaha isə kişi və qadınlar sevgi ilə daxil olmalıdırlar. Hər iki cinsin nümayəndəsi gələcək həyat yoldaşını seçməkdə bərabər hüquqa malikdir.
İmmanual Kant (1724-1804) kişi və qadınları siyasi həyatda iştirak etmək xarakterinə görə, onların şəxsi xüsusiyyətlərinə və dav­ranışına görə fərqləndirirdi. Kişilərə aktiv vətəndaşləq, siyasi qərar­ları qəbul edilməsi, müstəqillik xasdır. Qadınlara isə passivlik, idarə edi­ləcək obyek olmaq xasdır. Qadınların bir çox xüsusiyyətləri uşaq­ların doğulması ilə bağlıdır: o qorxaqdır, zəifdir. Digərləri isə cəmiy­yə­ti nəcibləşdirmək rolu ilə bağlıdır: gözəl natiq, hər şeyi ölçüb bi­çən, ifadəli sifətə malik olmaq, mənəvi cəhətdən yüksək və s.
Kantın söylədikləri gender sterotipləri bu gün də qalmışdır. Belə bir fikir bu günümüzdə də vardır ki, qadınlar siyasi qərarlar verə bilməzlər və onların bu xüsusiyyəıti bioloji və mədəni təyinatları ilə bağlıdır. Göründüyü kimi keçmişin alimləri kişi və qadınların müx­təlifliyini qeyd etmişlər, amma bu bu müxtəlifliyin səbəblərini təbii hesab etmişlər.
İngilis yazıçısı Meri Uollstounkraft (1759-1797) belə bir ide­ya irəli sürmüşdür ki, kişi və qadınların təbii meyilləri və xüsu­siy­yətləri tərbiyənin nəticəsidir: qızlar gözəl geyinir və gəlinciklə oyna­yır, oğlanlar isə səsküylü, aktiv oyunlar oynayırlar. Bu gün bu məsə­lələr gender sosializasiyası kimi qeyd olunur.
Beləliklə, birinci dövrdə müxtəlif almlər ayrı-ayrı ideyalar irəli sürmüşlər ki, bu ideyalar da sonrakı dövrdə gender psixo­logi­yasının inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.

Yüklə 44,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə