1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanı


Üçüncü dövr Freydizm və ya psixoanaliz mərhələsi (ХХ əsrin əvvəlləri - 1930-cu illər)



Yüklə 44,6 Kb.
səhifə5/7
tarix19.06.2023
ölçüsü44,6 Kb.
#117885
1   2   3   4   5   6   7
Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)

Üçüncü dövr Freydizm və ya psixoanaliz mərhələsi (ХХ əsrin əvvəlləri - 1930-cu illər)
Üçüncü mərhələnin başlanması Z. Freydin fəaliyyəti ilə bağ­lı belə adlandırılmışdı. Freydin adı gələndə qadın psi­xologiyası nüma­yəndələrində neqativ emosiyalar özünü göstərir. Onun baxışları bu gün də diskussiya doğurur. Freydin özünü gender psixoloqu kimi qeyd etmək çox çətindir. Bu sahədə onun "Qadın psi­xo­logiyası", "Qa­dınlıq", "Məhəbbət həyatının alçaldılması haqqında" və s. əsərləri vardır. Amma onun bəzi müddəaları ziddiyyət doğurur. Frey­din psixologiyasının bütün mədəniyyətə təsiri o qədər böyük ol­muş­dur ki, bir çox illər onun baxışları qadınlar haqqında təsəv­vür­lər­də stereotiplər yaratmışdır.
Freydin ilk tənqidi XX əsrdə Şarlotta Perkins tərəfindən edilmişdir. O Freydin qadın psixologiyası haqqında baxışlarını "fallik kultun dirçəlişi" adlandırıdı.
1920-ci ildə bu tənqid Freydin tələbəsi Karen Horni tərəfindən də edildi. O qeyd etmişdir ki, qadınlar haqqında ideyalar mas­kulin narsizmdən yaranmışdır. Freydin "kişilərə həsəd aparmaq qadınların inkişafında kritik rol oynayır" fikirlərinin əksinə çıxan Hor­ni göstərirdi ki, kişilər ondan əziyyət çəkirlər ki, uşaq dünyaya gətirə bilmirlər, onlar da "qadınlarda matkaya" həsəd aparırlar.
Klara Tompson qeyd edirdi ki, kişilərin baxışları onların hakim olmaları ilə bağlıdır. Əgər onlar matriarxart cəmiyyətdə yaşa­say­dılar, simvollar dəyişilərdi.
Bir çox alimlər göstərirlər ki, Freydin qadın inkişafı ilə bağlı oçerkləri şiş xəstəliyindən əziyyət çəkdiyi illərdə (1925-1933) yazılmışdı.
Beləliklə, 1941-ci illərdə Xorni və Tompson cəzalandırıldı və Nyu-york psixo­analitik institutundan xaric edildilər.
Sonrakı dövrdə psixoanaliz və qadın psixologiyası arasında ziddiyyətlər daha da inkişaf etdi. 1960-cı illərin sonunda psixoanaliz qadınların ruhi sağlamlığında təhlükəli elan edildi.
SSRİ-də Sovet hakimiyyətinin ilk illərində gender psixo­logiyasının inkişafı ilə bağlı sosial-siyasi iqlim dəyişdi. Bu dövrdə kişi və qadınların bərabərliyi ideyası irəli sürülürdü, qadını ictimai və istehsalat işilə bağlı olaraq ailədən ayırmaq istəyirdilər. Bu ona gə­tirib çıxarırdı ki, cinslər arasındakı fərqlər, qadın psixologiyası kimi məsələlər qəbul edilmirdi. Bu məsələlər uzun müddət davam etdi və həmin dövrü "cinsiz psixologiya" və "cinsiz pedaqogika" adlan­dırır­dı­lar.
Lakin 1920-1930-cu illərdə SSRİ-də gender problemləri də araş­dırılırdı. Rusiyada E.A. Arkin, P. P. Blonskinin apardığı tədqi­qat­lar buna misal ola bilər. 1927-ci ildə E.A. Arkinin "Uşaq kollekti­vinin öyrənilməsi" haqqında kitabı nəşr olundu. Burada həm lider oğ­lan­ların, həm də lider qızların öyrənilməsinin nəticələri şərh olunurdu. O müəyyən etdi ki, bir çox uşaq qruplarında rəhbər oğlanlar olur, qız­lar isə kiçik qruplaşmalara rəhbərlik edirlər. Oğlanlar bütün qrupa təsir göstərirlər. Belə təsirə səbəb oğlanların təşəbüskarlıq və texniki bacarıqlarının olmasıdır.
1935-ci ildə P.P. Blonski "Uşaq seksuallığı oçerkləri" əsə­rində Freydin təsəvvürlərini tənqid edərək göstərirdi ki, kiçik məktəb yaşı seksual inkişafın ləngiməsi ilə özünü göstərmir. O, uşağın həyə­can­larının və hərəkətlərinin həddindən artıq erotikləş­dirilməsinin əleyhinə çıxırdı. P.P. Blonskinin əsas müddəası ondan ibarət idi ki, uşağın seksual inkişafına əsas təsiri mühit göstərir. Blonski bu mühiti sağlamlaşdırmaq üçün konkret tərbiyəvi tədbirlər görməyi təklif edr­di. Burada oğlan və qızları fərqləndirmək əsas götürülürdü. Çünki onların seksual inkişafı eyni getmir.
Təəssüf ki, belə tədqiqatlar 1930-cu illərin sonunda dayan­dırıldı, bu dövrdə pedalogiya, psixotexnika, sosial psixologiya ki­mi elmlər qadağan edildi. SSRİ-də 1960-cı illərin ortalarına qədər gen­der psixologiyasının inkişafında bir uçurum əmə­lə gəldi.

Yüklə 44,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə