1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanı


Bu sahəni gender münasibətlərinə də aid etmək olar



Yüklə 44,6 Kb.
səhifə2/7
tarix19.06.2023
ölçüsü44,6 Kb.
#117885
1   2   3   4   5   6   7
Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)

Bu sahəni gender münasibətlərinə də aid etmək olar. Lakin bu sahənin ayrıca bir bölüm kimi göstərməyin aşağıdakı səbəbləri vardır. Əvvəla bu problem gender münasibətləri çərçivəsindən çıxaraq kişi və qadınlar arasında olan fərqləri də əhatə edir: liderlik, liderliyin gender sosializasiyası, qadın menecmentliyi və s. İkincisi kişi və qadınlar arasında tabe edən-tabe olunan, lider və onun arxasınca gedən kimi münasibətlər özünü göstərir. bütün bu proseslər ayrıca tədqiq olunmağı tələb edir.
Gender psixologiyasının vəzifələrinə gəldikdə, onun nəzəri aspektlərinin, nəzəriyyə və konsepsiyalarının, metod və metodikalarının hazırlanması, işlənilməsi, bu sahədə geniş tədqiqatların aparılması aiddir. Gender yanaşması psixoloqun işinin əsas şərtlərindən biri olmalıdır. Bu həm tədqiqatçıya, həm konsultanta, həm də treninq qrupunun rəhbərinə aiddir.
ХХ əsrin əvvəllərində gender psixologiysında 5 tədqiqat metodu qəbul edilmişdir.
1. Kobud induksiya. Bu metoda görə kişi və qadınlar haqqında tanışların söylədikləri, ailə - məişət məsələləri təhlil olunur. Lakin tədqiq olunanların fikirlərinə əsaslanan nəticə adətən böyük olmur.
2. Eksperiment metodu. Adətən, gender araşdırmalarında geniş istifadə edilməmişdir.
3. Deduksiya. Ümumi psixologiyanın nailiyyətləri və qanunauyğunluqları tədqiq olunanların cinsi nəzərə alınmaqla həyata keçirilir.
4. Bioqrafik metod. Tədqiq üçün görkəmli adamların həyatı götürülür. Lakin bu metodun qadınların həyatına tətbiqi məhduddur. Belə ki, qadınlar arasında tarixdə məşhur olanlar azdır. Kişilərin və qadınların tarixi rolu qeyri-bərabər işıqlandırılıb. Məşhur olan və məşhur olmayan kişilər arasında fərq, eyni zamanda məşhur olan və məşhur olmayan qadınlar fərq eyni deyildir. Ona görə ki, qadınlar üçün məşhurluq əldə etmək daha çətindir.
5.Anketləşmə. Alimlər bu metodu yüksək qiymətləndirmişlər. Amma tədqiq olunanlarıın xüsusisyyətlərinin, xüsusilə də emosionallığının nəzərə alınması vacibdir.
Müasir dövrdə də gender psixologiyasında psixoloji metodların əksəriyyəti istifadə olunur: müşahidə, eksperiment, anket, müsahibə, test modelləəşdirmə və s.
Gender fərqləri psixologiyasında metaanaliz metodundan da geniş istifadə olunur. Metaanaliz 1976-cı ildə J.Qols tərəfindən sosial elmlərə daxil edilmişdir. Sonraisə bir çox müəlliflər tərəfindən təkmilləşdirilmişdir. Bu metod bir problemə həsr olunmuş müstəqil tədqiqatların ikincili olaraq riyazi işlənilməsidir.Eyni metodikalarla tədqiq olunmuş işlər götürülür və onlar təhlil olunaraq cinsi fərqlər müəyyən edilir.Bəzən üstünlük kişilərə, bəzənsə qadınlara xas olur.

2.Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri.


Gender psoxologiyası psixologiya elminin sahələrindən bi­ri­dir. Digə sahələr kimi onun da uzun bir tarixəqədərki dövrü və qısa bir tarixi vardır. Lakin gender psixologiyasının tarixini yal­nız XX əsrin 70-ci illərindən başladığını da hesab etmək düz­gün olmazdı.
Gender psixologiyasına həsr olunmuş əsərlərdə bu elm sa­həsi müxtəlif ideyalarla və adlarla bağlıdır. Belə bi təəssürat ya­rana bilər ki, söhbət müxtəlif bilik sahələrindən gedir. Məsələn, buraya cinsi müxtəlifliyin psixologiyası, qadın psixologiyası, fe­minist psixologiya, qadın və kişilərin qarşılıqlı münasibətlərinin psixologiyası və s. aid etmək olar.
"Gender "termini , (sosial cins, cins mədəniyyətin məhsulu kimi) 1970- ci illərdən sonra yaransa da elmdə əvvəl də müəyyən ideyalar mövcud idi ki, bunları da gender psixologiyasına aid edə bilərik. Ümimiyyətlə gender psixologiyasının tarixində beş mərhələni ayırmaq olar:
1) fəlsəfənin daxilində genderə uyğun ideyaların yaranması (antik dövrdən XIXəsrə qədər);
2) gender psixologiyasının predmetinin və sahələrinin formalaşması (XIX əsrin sonu-XX əsrin əvvəlləri);
3)freydizm və ya psixoanaliz mərhələsi(ХХ əsrin əvvəlləri -1930-cu illər);
4) geniş eksperimental tədqiqatların başlanılması, ilk nəzəriyyələrin yaranması (1950-1980- ci illər);
5) gender psixologiyasının gur inkişafı: eksperimental tədqiqatların, emprik faktların nəzəri dərk olunması, gender problemlərinin öyrənilməsi metodlarının işlənilməsi (1990-cı il­lər­dən bu günə qədər).

Yüklə 44,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə