1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanı


İkinci dövr (XIX əsrin sonu-XX əsrin əvvəli)



Yüklə 44,6 Kb.
səhifə4/7
tarix19.06.2023
ölçüsü44,6 Kb.
#117885
1   2   3   4   5   6   7
Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)

İkinci dövr (XIX əsrin sonu-XX əsrin əvvəli) gender psixo­logiyasının pred­metinin və təbii elmi əsaslarının formalaşması dövrü kimi özünü göstərir.
Bu zaman bir çox qərb dövlətlərində cəmiyyətdə vəziyyət dəyişmirdi. Fransa, İngiltərə və ABŞ-də qadınları azadlğı uğrunda mübarizə başlandı. Bu Rusiyada da özünü göstərdi. Feminizm cərə­yanı geniş vüsət aldı.
Gender psixologiyasının inkişafına təsir edən amillərdən biri də müxtəlif təhsil müəssisələrində hər iki cinsin nümayəndələrinin təhsil almasıdır. Paralel olaraq yeni sahənin iki hissəsi meydana gəl­di: qadın psixologiyası və cinsi fərqlərin psixologiyası. Hər şeydən əv­vəl bu iki problemlərdən birinə bütövlükdə həsr olunmuş təd­qiqatlar yarandı.
Rus alimi P.E. Astafyevin əsərlərində zaman psixi həyatın əsas faktoru kimi göstərilir (psixi aktların və hadisələrin tez bir-biri ilə əvəz olunması). Bu faktora əsasən kişi və qadınların psixi tipi müəy­yənləşir: qadınlar daha cəld psixi templə seçilir, kişilər isə yavaş.
Avstriya alimi Otto Veyninqerin (1880-1903) "Cins və xa­rakter" əsəri geniş mübahisəyə səbəb oldu. Bir tərəfdən o hər iki cin­sin müşahidəsi ilə bağlı çoxlu ideyalar irəli sürmüşdür, digər tərəfdən isə onların bəziləri qəbuledilməzdir. Belə ki, bu ideyalarda "mizo­ginlik" (qadına nifrət) meyli özünü göstərir. Onun ideyaları ümumi qəbul olunmuş əxlaq qaydalarına zidd idi. Lakin müəllifin əsas üç ide­­yası gender psixologiyasının inkişafına təsir göstərmişdir. Bu ide­yalar aşağıdakılardır: a) bioseksuallıq və androginlik haqqında; b) psixikada cinsi fərqlər; c) seksual gender münasibətləri haqqında.
XIX əsrin ortalarında Almaniyada, Fransada, Böyük Bri­taniyada qadınları tədqiq edən tədqiqatlar meydana gəldi. Lakin onlardan ilk pionerlərdən biri holland alimi H.Heymansın "Qadın psixologiyası" əsəri oldu (1911). Bu əsərdə o qadın və kişi psixo­lo­gi­yası ilə bağlı xüsusiyyətləri göstərmişdir. Burada emosionallıq, şüu­run səviyyəsi, təlqinə qapılma, qavrayış, hafizə, təsəvvür, təxəy­yüllə və əqli qabiliyyətərlə bağlı fərqlər açıqlanır.
İkinci dövrdə Moskvada L.P. Koçetkovanın "Kişi cinsinin bit­­kilər və heyvanlar aləmində məhv olması" adlı kitabı nəşr olundu. Müəllifin gəldiyi nəticələr, onun şərhləri kişi cinsinə olan nifrəti gös­tərir. Hesab edirdi ki, nəsil artırmaq funksiyası qadın üçün bir mane­ədir. Ona görə də o, cəmiyyəti kişilərsiz və övladı olan qadınlarsız gö­rür­dü. Bu zaman qadınları qarşısına geniş üfüqlər açılacaq. Kişi­lərdə də anoloji ideyalar meydana gəlmişdi. Məcələn, H.F. Fedorov qa­dın cinsinin sonu haqqında ideyaları irəli sürmüşdür.
Bu ideyalar gender psixologiyasının inkişafına deyil, onun tənəz­zülünə gətirib çıxarırdı. Mövzunu özü isə cinslərin mühari­bə­sinə səbəb olurdu. Psixoloqlar gender psixologiyası sahəsində tədqiqat aparanda da hər iki cinsin nümayəndələrinin qarşılıqlı anla­ma­­la­rına nail olmalıdırlar.
Digər kitab 1928-i ildə nəşr olunmuşdur və "Samoada böyü­mə" adlanır. Əsərin müəlifi psixoloji təhsilli etnoqraf Marqaret Mid­dir. O, Samoa xalqlarının ailəsivndə oğlan və qızların, kişi və qadın­la­rın ünsiyyət, davranış və tərbiyə sahəsində xüsusiyyətlərini və qar­şılıqlı münasibətlərini əks etdirmişdir. Bu əsər gender identikliyi, gen­­der sosializasiyası kim məsələlərə diqqəti cəlb etdi.
Beləliklə, ikinci mərhələnin sonunda gender psixo­logiyasının predmeti və onun bölmələri haqqında fikir formalaşdı. Bu dövrdə eksperimental tədqiqatlar başladı. Helen Tompson, Leta Xol­linqvors, Helen Doyç və b. öz eksperimentlərində kişilərinn və qa­dın­ların arasında intellektual fərqləri, kişilərin bu sahədə qadınları ötməsini nümayiş etdirmişlər.
Amma cinslərin bərabərliyi hərəkatları bu dövrdə həm də neqativ rol oynadı. Oğlan və qızların intellektual testləri yerinə yeti­rər­kən göstərdikləri nəticələırdəki fərqlər cəmiyyətdə sağlam ol­ma­yan reaksiyalara səbəb oldu. Nəticədə ABŞ-da cinsi fərqlərə aid olan testlər ya aradan götürüldü, ya da tamamilə dəyişdirildi.

Yüklə 44,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə