1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə10/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   6   7   8   9   10   11   12   13   ...   181

H Ü M A Y İ - Ə R Ş

    27

gəlir. Heç şübhəsiz ki, əldə yaxşı bir alətin olması kifayət etməz, başda 

yaxşı bir istiqamətləndirici fikir olmalıdır. Odur ki, bu kimilərin birinci 

xüsusiyyəti doğrunu söyləmək, vəzifəsi isə idrak və təqdir edə bilmədiyi 

hallara məruz qaldığında bitərəf qalaraq mühakimə ilə həqiqəti meydana 

çıxarmağa imkan verən seçicilik xüsusiyyətinə malik olmaqdır. Halbuki, 

əhval və adətlərinə tamamilə vaqif olmaq imkanı hasil olmayan bir 

zat haqqında fikir bildirmək bağışlanılmaz bir xəta olar, çünki bu zat 

haqqında rəvayət edilən əhvalatların həddi-hesabı olmamaqla bərabər, 

bizə gəlib çatmış rəvayətlər ya qəsdən, ya da məhəbbətdən təhrif və təğyir 

edilmişdir. O dərəcədə ki, şəxsi həyatına dair məlumatlar belə dolaşıq, 

nağılvari xarakter almışdır. Bunların yanlışını doğrusundan ayırmaq və 

seçmək qabiliyyətinə malik olmadığımı çox gözəl bilirsiniz,” deyə ver-

diyim cavabların kədər və təəssüflə qarşılanması məni özümə etimad et-

məyə sövq etdi..”

10

  - bu sözlərlə, əslində, bu işdən ehtiyat etdiyini də dilə 



gətirmişdir. 

Ağabalinin əsərin yazılmasına səbəb olan üçüncü xüsus olaraq dilə 

gətirdiyi məsələyə gəlincə isə, bəzi kəslərin ortaya çıxaraq özlərini Mir 

Həmzə əfəndinin vəkili-xələfi olaraq təqdim etmələri və təriqət adı al-

tın da ona yaraşmayan şəkildə yanlış fikirləri ətrafa yaymaqla maddi və 

mənəvi istismar obyekti halına gətirmələridir. Bu kəslər şeyxin bəzi tövr 

və hallarını mübaliğə edərək ağıl və məntiq xaricinə çıxarmağa, xürafat 

halına gətirərək yaymağa çalışmaqdadırlar. Həqiqətən, bu cür rəvayətlər 

artıb-azalaraq dildən-dilə keçməyə başlamış, hətta, bəziləri bunları yazıya 

köçürmüşdülər. 

Həmçinin, o zaman “Tövhidi-əfkar” qəzetində çıxan Həmzə əfəndini 

təhqir məqsədilə yazılmış bir yazı bu qərarın tezləşdirilməsinə vəsilə olur. 

Ağabali, bu yazıdan sonra Həmzə Əfəndi sağ ikən əleyhində yazmağa cə-

sarət edə bilməyən bir qism müxalif şəxslərin indi hücuma keçə bilə cəkləri 

ehtimalı üzərinə qələmə sarıldığını söyləyir.

Əsərin yazılmasına daha bir başqa səbəb olaraq, Ağstafanın Qaraqo-

yunlu əşirətindən Mustafa adlı saf könüllü bir müridin bu barədə ondan 

tez-tez xahiş etməsi üzərinə verdiyi sözü əlavə etməkdədir. Ağabali onun 

səmimi xahişləri qarşısında yazacağına söz versə də, o şəxs kitabın yazıl-

dığını görmədən vəfat etmişdir. Odur ki, bu gəncə verdiyi sözü də yerinə 

yetirmək istəmişdir.

Ağabali əsər üzərində xeyli irəlilədikdən sonra məmləkətdə idarə də-

yiş miş, arxasından gələn inqilablarla hər şey alt-üst olmuşdur. “Artıq dövr 

dəyişmişdir və bu əsərin nəşr imkanı da, oxucusu da qalmamışdır,”-deyə 

düşünərək  ümidsizliyə qapılmış və yazmaqdan əl çəkmək istəmişdir. Bu 

sırada dostlarının olduğu bir məclisə getmiş və orada olarkən aralarında 

keçən söhbət nəticəsində yenidən şövqə gəlmiş, əsəri yazıb-bitirməyi qə-

rara almışdır. Hadisəni əsərinin 182-184-cü səhifələrində belə nəql edir:

“Bu kitabı, adətən, axşam yeməyindən sonra otağıma çəkilərək yazır-

dım. Necə oldusa, kanunu-saninin iyirmi ikinci bazar günü yeməkdən 

sonra vücuduma bir ağırlıq çökdü. Nəsə yaza biləcəyimə inana bilmədim. 

10

 Hümayi-ərş, s.6-7.




28     

H Ü M A Y İ - Ə R Ş

Yemək otağında bir müddət qaldım. Bu zaman ağlıma, bu kimi qiymətini 

itirmiş keçmişin dərinliklərinə gömülmüş əlavə məşğələlərlə məşğul ol ma-

ğın münasib olmadığı tərzində qəribə, əcaib xəyallar gəlməyə baş ladı. Bu 

kitabın, necə olursa-olsun, tamamlanmasının müvafiq oldu ğu nu dü şün-

dükcə, bunun ziddinə üstünlük verməyə başladım, çünki tamam lasam da, 

nə olacaq ki, unudulub bir küncdə qalacaq, o qədər...

Buna səbəb isə bir kərə çap və nəşri üçün lazım olan sərmayəni tapa 

bilməyəcəyim düşüncəsi idi. Tapsam belə, bu kitabın çapından irəli gələn 

məsrəfin qarşılanması mümkün olmayacaqdı. Bu hala görə əməklərim 

boşa gedəcək və yazdığım yazılar da itib gedəcəkdi. Odur ki, boşuna 

çalışmış olacağam, deməkdir. Ən yaxşısı, bu məşğələni tərk etməyə qərar 

verdim. Və qalxıb qonşulardan birinin evinə getməyi düşündüm. Bu 

sırada xatirimə bir neçə dost gəldi ki, hər gecə birisinin evində otururdular. 

O gecə sıra Şirvani Hacı Vəli Əfəndizadələrin evində idi. Mən də yatsı 

vaxtı oraya getdim. Məclisin özünəməxsus bir idarə tərzi və müsahibəsi 

vardı. Bu dostların bir-birilə olan xoş söhbəti və müsahibəsi illərin əmələ 

gətirdiyi səmimiyyətlə əlaqədar görünürdü. Mən təbii biganə bir tövr ilə 

müsahibəyə diqqət edirdim. Birdən-birə məclis dostları sözü mənqəbə 

sahibi olan zata intiqal etdirdilər. İntiqalın nə şəkildə hüsula gəldiyindən 

qafil olmuşam. Ancaq Şamlar məhəlləsindən Oltulu Məhəmmədbəyzadə 

Lütfi bəyin “Həzrəti Pirin neçə dəfə Hicaza getdiyini” soruşduğunu və 

iştirakçıların mənə baxdığını gördüm. Təbii,  mən də məlumatsızlığımı 

bəyan etdim. Daha başqa bir şey söyləmədim. Lütfi bəy sözü uzadaraq 

bir mənaqib yazılması lüzumundan bəhs etməyə başladı. Yenə bu 

müsahibəyə də əlaqədarlıq göstərmədim. Ancaq doğrusunu söyləyim ki, 

bu sözlər can damarlarımı təhrikə başladı. Özümü ələ almağa çalışdım. 

Bu məcrada cərəyan edən sözlər məni “Mənaqib yazılsa nə olacaq ki” 

dedirtməyə məcbur etdi. Bu xüsusda hər kəs bir cür fikir bölüşdü. Artıq  

sözümü gizləməyib, “Mən yazıram, fəqət nəşr etdirməyəcəyəm. Təmizə 

çəkdiyim nüsxəsini ümumi kitabxanaya vermək fikrində olduğumu” 

söylədim. Bu mənaqibin yazılmasına ən hərarətlə tərəfdar görünən Hacı 

Vəli Əfəndizadələrlə Lütfi bəy tərəddüd etmədən “Nəşrini biz öhdəmizə 

götürürük” dedilər. Bu vəd digər yoldaşlar (ki, Oltulu Mədəd Ağazadə 

Əhməd, Oltulu Nədim bəylərlə Təmiz Əlizadə, tacirlərdən Məhəmməd 

əfəndi, Şəkinin Dodu məhəlləsindən Hacı İbrahim əfəndi, yegəni Hacı 

Yaqub əfəndilər idilər) tərəfindən dəstəkləndi. Həqiqətən də, bu vədə 

əsasən əvvəlki fəallıq hissim baş göstərdi. Çox təsirləndim. Və yaxında 

təmizə çəkib verəcəyimi söylədim. Doğrusu, bundan sonra yazılacaq 

qismdə onların təsirini inkar edə bilmərəm. Ancaq əvvəlcə sərmayəsizlik 

dolayısıyla məşğul olmaqdan əl çəkərək getdiyim qonaq evində heç əlaqəsi 

yox ikən belə bir hal qarşısında qalmağım təəccübümə səbəb oldu. Sanki 

bir mənəvi rəhbər digər bir vasitə ilə bu işi tamamlamağımı əmr edirmiş 

kimi bir düşüncə meydana gəldi. 

Bu gözlənilməz hallar qarşısında bu vədin əsli çıxsa da, çıxmasa da, 

tamamlamağa qərar verdim. İnayət vermək Cənabi-qadiri-mütləqdəndir. 

Bu vaqeəni, Həzrəti Pirin ruhaniyyətinə isnad edirəm. Kövnü məkanın 

xaliqi kərəmli mürşidin ruhaniyyətinə yaxın olmaq şərəfinə nail etməsi 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə