1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə13/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   9   10   11   12   13   14   15   16   ...   181

H Ü M A Y İ - Ə R Ş

    33

Ağabali bununla da kifayətlənməmiş, əsərində topladığı məlumatları 

tanıyıb etimad etdiyi mövzuya yaxın şəxslərə oxudaraq bu məlumatları 

onların tənqid və ya təsdiq etmələrini istəmişdir. Müəllifin bu məsələni 

təsdiqləyən sözlərinə qulaq verək: “Bu kitabı yazdıqdan sonra Həzrəti 

Pirin xüsusi və ümumi həyatına daha yaxşı bələd olan alimlərdən Amasiya 

müftisi kamil hafiz və təsəvvüfdən tam nəsibi olan, mükəmməl bilgisi ilə 

seçilən Xoca Bəhaəddin əfəndi həzrətlərinə, həmçinin Həzrəti Piri görüb-

eşidən və haqlarında özlərinə görə məlumatı olan ona yaxın zatlara verdim. 

Və bunu yaxşıca mütaliə edərək lazım olan tənqidlərin edilməsini xahiş 

etdim. Təəssüf ki, heç kim istər söz və məna, istərsə də sair xüsusda müsbət, 

mənfi bir tənqid etmədi. Ancaq rəvayətlərin bəzilərində olan nöqsan və 

yanlış qisimlər Xoca Bəhaəddin əfəndi həzrətləri tərəfindən göstərildi. 

İftixarla o göstərilən xətaların -həqiqətə uyğun olduğu üçün ayrıca əlavə 

edilməsinə və bir xüsusi bölmə olaraq dərcinə- minnətdarlıqla səy etdim. 

Bu həzrət tərəfindən göstərilən xətaları, ifadəsinin əsasını dəyişdirməməyə 

etina etmək şərtilə, eynən yazdım. Səhifə və sətir nömrələrini də - aid 

olduğu cəhətlər asanlıqla tapılsın deyə, göstərdim. Bununla belə, bu şə-

rait dairəsində tamamlamağa müvəffəq olduğum kitabın bu surətlə hər 

cür ləkədən qorunması mənim üçün iftixar və şükranla qeydə layiqdir. 

Bunun üçün Cənabı-Əhkamül-Hakiminə (Hakimlərin hakimi olan Allaha) 

minlərcə təşəkkür edər, dünya durduqca istifadə edib feyz alanların 

çoxluğunu, əlaqəli olaraq da kamal əhli və vicdanın xeyirli dualarına 

məzhər olmağımı İlahinin dərgahından dua və niyaz edərəm”.  

Ağabalinin bəhs etdiyi bu hal “Hümayi-ərş”in dəyərini artırmaqla yanaşı, 

onun sağlam bir tarixi mənbə olaraq ələ alınmasını və dəyərləndirilməsini 

təmin etməkdədir. Əgər hər əlinə keçən məlumatı dərc etsə idi, əsərin 

həcminin bundan daha artıq olacağı şübhəsiz olsa da keyfiyyəti daha az 

olacaq idi. 

Buna rəğmən, bir balaca tənqid olaraq, bəzi məsələlərdə müəllifin 

bitə rəf ola bilmədiyini qeyd etməliyik. Ağabalinin mövzuya çox yaxın 

olması, bəzi şəxslərlə ara sın da ədavət olması kimi səbəblərin onun bəzi 

mübahisəli məsələrin iza 

hatında hissi və tərəfkeş davranmasına bais 

olduğu görünməkdədir. Belə ki, Həmzə əfəndi ilə fitri yaxınlıq səbəbilə 

Amasiyada onun müxaliflərinə və əleyhində aparılan fəaliyyətlərə qarşı 

reaksiyasındakı sərtlik diqqət çəkməkdədir. Hətta, bəzi şəxslərə qarşı 

istifadə etdiyi ifadələr olduqca ağırdır. Bu məsələdə, sadəcə, müxalifləri 

deyil, Həmzə əfəndiyə yaxın olan bəzi şəxslərin də ciddi tənqidlərə məruz 

qaldıqları görünməkdədir. Əslində, bu məsələlərin çoxunun istər İsmayıl 

Şirvaninin, istərsə də Həmzə Nigarinin mənəvi mirasının paylaşılmasından 

irəli gəldiyi hiss edilməkdədir. Ağabali bu məsələnin xaricində imiş kimi 

görünsə də, bəzi ifadələri onun hadisələrin tam ortasında iştirak etdiyini 

göstərməkdədir. Lakin, təbii ki, bəhs etdiyimiz bu kimi hallara dair ifadələri 

bu böyük əsərin dəyərini əsla kiçiltmir.   

Bütün bunları nəzərə alaraq, “Hümayi-Ərş”in böyük dəyərə sahib 

nadir bir əsər olduğuna, bənzərinə çox təsadüf edilməyən tərzdə və zəngin 

məlumatlara sahib olaraq təsəvvüf və ədəbiyat tariximizdə müstəsna bir 

yer alacağına, hamı tərəfindən maraqla oxunacağına heç şübhə yoxdur. 



34     

H Ü M A Y İ - Ə R Ş

QAYNAQLAR VƏ ƏDƏBİYYAT

1.  Ağabali Mirzade Mustafa Fahreddin. Azerbaycan Ürefa ve Üdebasına ait 

notlar, Azerbaycan Yurt Bilgisi, il:12, № 24, İst., 1933, s. 444-448.

2.  Ağabali M. M. Fahreddin. Azeri aşıklarından Sarı Aşık, Azerbaycan Yurt Bil-

gisi, il: 3, №: 29, İstanbul, 1934, s. 176-178.

3.  Ağabali M. M. Fahreddin. Azeri şairlerinden Rencur Hanım, Azerbaycan 

Yurt Bilgisi, il: 3, №: 25, İstanbul, 1934, s.24-26.

4.  Ağabali M. M. Fahreddin. Bahaeddin efendi, Azerbaycan Yurt Bilgisi, il:3, 

№: 27, İstanbul, 1934, s.109-112. 

5.  Ağabali M. M. Fahreddin. Farsca divan şərhi, əlyazma, fotosurət.

6.  Ağabali M. M. Fəxrəddin. Hümayi-ərş, Marmara İlahiyyat fakültəsi kitabxa-

nası, y. no 711.

7.  Ağabali M. M. Fahreddin. Anka-yı Kaf-ı Lahut Kelim-i Sina-yı Ceberut, Ali 

göründü gözüme, haz. Baha Doğramacı-Gaye Yeşiltepe, İstanbul, 2012. 

8.  Akkuş Muzaffer. Seyyid Nigari Divanı. Niğde Üniversitesi yay., 2001.  

1.  Amasi Hüseyn Hüsaməddin. Amasya tarihi c.9. (Yayınlanmamış bu bölüm 

Hüseyin Mençdən alınmışdır.)

2.  Azərbaycan dilinin izahlı lüğəti, Bakı, Şərq-Qərb, 2006.

3.  Azərbaycan dilinin orfoqrafiya lüğəti, Şərq-Qərb, Bakı, 2004.

4.  Bayram Pərvanə. Qarabağlı Seyid Mir Həmzə Nigari’nin həyatı, yaradıcılığı 

və türkcə divanının poetik strukturu. Azərbaycan Milli Elmlər Akademiyası 

Nizami adına Ədəbiyyat İnstitutu. Yayınlanmamış dissertasiya, Bakı, 2008.

5.  Bursalı Mehmed Tahir. Osmanlı müellifleri, İstanbul, 1915-24 (3 cilddə).

6.  Cahangir Tariyel. Mir Sədi Ağa, Bakı, 2001. 

7.  Caferoğlu Ahmet. XIX. asır bir Azeri şairi Siraci, İstanbul, Azerbaycan Yurt 

Bilgisi, il: 1, №: 4-5, İstanbul, 1932, s.193-197.

8.  Develioğlu Ferid. Osmanlıca-Türkçe Sözlük, Ankara, 1986.

9.  Ergin Osman. Menakıb-ı Mir Hamza Nigari, Atatürk Kitaplığı, OE. 888. 

10.  Gomap onlayn naviqator. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na-

zirliyi (www.gomap.az).

11.  Gülen Fethullah. Kalbin zümrüt tepeleri, Nil yay., İzmir, 2008. 

12.  İki Gavs-ı Güzin ve Muhteremin Menakıb-ı şerifi, Milli Kütüphane, 06 Mil. 

Yz. A. 8894 (müəllifi naməlum əlyazma).  

13. İnal İbnül-Emin Mahmud Kemal. Son Asır Türk Şairleri, İst. 1988, c. III, 

s.1627-1629.

14.  Kanar Mehmet. Farsça-Türkçe Sözlük, İstanbul, 2010.

15.  Kara Mustafa. Dervişin Hayatı Sufinin Kelamı, Dergah yay., İstanbul, 2005. 

16.  Karabağ’dan Amasya’ya Gönül Köprüsü.I Uluslar arası Hamza Nigari Sem-

pozyumu materialları, Nurlar, Bakı, 2013.  

17.  Kılıç M. Erol. Sufi və Şiir, İnsan yay., İstanbul, 2004.

18. Koç Nagihan. Hafız Mehmed Sebati Divanı’nın transkripsiyonlu metni ve 

incelenmesi, Sakarya üniversitesi, sosyal bilimler enstitüsü, Yüksek lisans 

tezi, 2006.

19.  Köçərli Firudinbəy. Azərbaycan ədəbiyyatı tarixi materialları, Bakı, 1926.

20.  Kurnaz Cemal. “Hüma”, DİA, 1998, cilt: 18, s.478.

21.  Kuran-i Kerim meali,  T.C.Diyanet İşleri Başkanlığı, Ankara, 2011. 

22.  Kutlu Hüseyin. Hace Muhammed Lütfi (Efe hazretleri). Hayatı, şahsiyeti ve 

eserleri, İstanbul, 2006.

23.  Lütfiyə xanımın şeirləri, Atatürk kitaplığı, OE, Yzm.



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə