1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə21/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   17   18   19   20   21   22   23   24   ...   181

H Ü M A Y İ - Ə R Ş

    59

sapmış və öz hisslərinə meyl etmiş bir üləmanı rəhbər qəbul etmək, ondan hidayət 

almaq, hidayət dilənmək iradənin zəifləməsinə gətirib çıxarır. Artıq məsələ bu qədər 

aşağı səviyyəyə düşdükdən sonra, yəni mətlub məhcub (gizli), dəlil qaib, həva (nəfs) 

qalib, talib qafil olduqdan sonra da təriqi-ilahiyə salik olacağını təsəvvür etmək artıq 

olmazmı?! Əlbəttə... Odur ki, bu sadalanan hallar təriqi-ilahiyyədə saliklərin çox 

azalmasına səbəb olmuşdur. 

Bu surətlə həqiqətə qovuşmaq namümkün və təriqətlərin tərk edilmiş olacağı 

şübhə götürə bilməz. Bir kimsə, daha doğrusu, mürid nəfsinin və yaxud başqala-

rının xəbərdarlıq və məsləhəti ilə axirət aləmini qazanmaq üçün özündə bir həvəs 

oyansa, iradət istəyinin əvvəlində təqdimi lazım gələn bir sıra şərtlər vardır. 

O kimsənin salik olduğu hidayət yolunda önünə gələcək əngəllərə mane və 

yolunu kəsənləri dəf etmək üçün tutunacaq bir dayaq və qorunmaq üçün bir qalaya 

malik olması lazımdır. (Yəni ayırd etmək, təmyiz, mühakimə, seçicilik qabiliyyətinin 

tam olması və öz təcrübəsinin doğru və yanlışını anlaması 

ﻥﺯ ﻪﮕﻧﺍﻭ یﺎﻣﺯﺎﻴﺑ ﺖﻳﺩﺮﻣ 

ﻦﮐ

 [Öncə mərdliyi, kişiliyi öyrən, sonra qadın al və ailə qur. -Sədi Şirazi] düsturuna 

müvafiq olaraq öz-özünü yaxşıca tədqiq edərək ondan sonra bu dilavərlər meydanına 

girməsi lazımdır). 

Təriqətə süluku anında da bir sıra vəzifələr lazımdır ki, ona da riayəti zərurətdir. 

Arzusunun əvvəlində təqdimi lazım gələn şərtlər, onunla Haqqın arasında əngəl 

olacaq hicab və səddin qalxmasıdır. Çünki pərdələrin sıxlığı və çoxluğu, təriq 

üzərində səddin olması xalqın Haqdan məhrum qalmasına səbəbdir. Vacibi-taala 

həzrətləri də buna işarə edərək:

  

َﻻ ْﻢُﻬَﻓ ْﻢُﻫﺎَﻨْﻴَﺸْﻏَﺎَﻓ ًّﺍﺪَﺳ ْﻢِﻬِﻔْﻠَﺧ  ْﻦِﻣَﻭ ًّﺍﺪَﺳ ْﻢِﻬﻳ ۪ﺪْﻳَﺍ ِﻦْﻴَﺑ  ْﻦِﻣ ﺎَﻨْﻠَﻌَﺟَﻭ 



َﻥﻭُﺮِﺼْﺒُﻳ

  [Biz önlərində bir sədd, arxalarında bir sədd çəkdik. Beləcə, onları örtdük, 



artıq görməzlər] (Yasin: 9)

 

buyurmuşdur.



İndi gələk mürid ilə Haqq arasında əmələ gələn səddə:

Bunlar dörd ədəddir: mal, mənsəb, təqlid, masiyyətdir. Bir kərə maldan hicabı 

qaldırmaq lazımdır. Bunun da çarəsi, öz ehtiyacına kifayət edəcək qədərini almaq, 

qalanını Allah-taalanın rizası üçün sərf etməkdir. Çünki nə qədər olursa olsun, bir 

dirhəm belə, ona qarşı qəlbində bir iltifat mövcud olduğu müddətcə o kimsə o pulun, 

o malın pərəstişkarıdır. Buna əsasən də, Allah yanında əbədiyyətə qədər xəcalətli, 

məhcub qaldığının rəsmidir. 

Məqam, mənsəb örtüsünün də qaldırılması lazımdır. Bu da ictimaiyyət arasın-

dakı mövqeyi ilə mütənasib olmayacaq bir surətdə təvazökarlıq nümayiş etdirmək

zikr səbəblərindən qaçmaq, ad-sandan vaz keçmək, xalqın nəzərində özünü alçal-

dacaq işlər etməklə hasil olur. Bunlardan sonra təqlid adlanan hicabın rəfinə təşəb-

büs etmək lazım gəlir. Bunun da çarəsi, məzhəblərə aid təəssübü tərk, “La ilahə 

illəllah, Muhammədun rəsulullah” mübarək kəlməsinin mənasını imanla təsdiq və 

bu təsdiqin təhqiqinə can atmaqla mümkündür. Hətta, bu o dərəcə olmalıdır ki, ən 

çox aludə olduğu həva və digər masivaullah (Allahdan qeyrisi) onun nəzərində 

gizli, örtülmüş və ortadan qalxmış olmalıdır. Buna bu surətlə diqqət edərsə təqlidən 

mənimsədiyi etiqadının ehtiva etdiyi əmrin həqiqəti o kimsəyə açılar. Fəqət müridə 

layiq olan bu qeyd edilən halları mücadilə yolu ilə deyil, mücahidə yolu ilə araşdırıb 

üzə çıxarmağa cəhd etməkdir, çünki etiqadında təəssüb üstün olarsa, başqa xüsusları 

həzm və təmsilə qüdrəti çatmaz, bu hal onun təriqi istifadə və feyz almasına mane 

təşkil edər. Odur ki, həqiqətləri həzm və təmsilə səbəb olacaq bu təəssübdən xilas ol-

duqca bu bənd və hicab altında zəlalətdə qalmasına səbəb olur, çünki müridliyin şərti 

əsla müəyyən məzhəbə intisab etməməkdir. 


60     

H Ü M A Y İ - Ə R Ş



Dördüncü olan masiyyət (günah) hicabının rəf ’inə (dəf ’inə) gəlincə: bu, ancaq 

məzalim tövbəsindən çıxmaq, günahlara bir daha dönməməyi qəti qərara almaq, keçmiş 

günahlarına peşmançılıq, zülmü rədd etmək müxaliflərlə razılaşmaqla təmin edilə 

bilər. Çünki tövbəsini doğrultmadan, zahiri günahlarından uzaqlaşmadan mükaşəfə 

ilə dinin əsrarına vaqif olmağı arzu edən kimsənin halı, ərəb dilini öyrənmədən 

Quranın əsrarına və təfsirinə vaqif olmağı arzu edənin halına bənzəyir. Məsələn, 

Quranın əsrarına vaqif olmaq üçün öncə Quranı tərcüməyə iqtidar qazanmaq, sonra 

məna sirlərini öyrənmək lazım deyilmi? Burada da əvvəl və axır şəriətin zahiri 

şərtlərini doğrulamaq, sonra dərinliklərinə və sirlərinə yetişməyi tələb etmək gərəkdir. 

Bu dörd şərti yerli-yerində haqqı ilə ifa edən kimsə, yəni mal və mənsəbdən uzaq 

duran kimsə, eynilə arınıb dəstəmaz alaraq namaz qılmağa hazır bir kimsə halına 

gəlmiş kimidir. Fəqət bu namaza duran iqtida etmək üçün bir imama ehtiyac hiss 

etmirmi? Müridin də beləcə doğru yola hidayət edə biləcək itaətə layiq bir yol göstərən 

ustada və şeyxə böyük ehtiyacı vardır. Çünki

29

 din yolu incə və mürəkkəb məsələlərlə 



doludur. Şeytanın yolları çoxdur, aşkardır. Hidayət edəcək şeyxi olmayan bir kimsəni 

şeytanın asanlıqla öz yoluna sövq edə biləcəyi şübhəsizdir. Yolu açan biri olmadan 

təhlükəli çöllərdə yol alan kimsə nəfsini ziyana uğradar və həlakına səbəb ola bilər. 

Ustad olmadan, Haqqın yoluna yönələn kimsələr öz-özünə bitib qol-budaq salan 

və həmişəyaşıl qalan ağaca bənzəyərlər, nə faydası var ki, meyvə verməzlər. 

Qeyd edilən şərtləri yuxarıda göstərildiyi şəkildə ifa edən mürid, şeyxinə 

tabeçilikdə bütün işlərini dərya sahilində öz rəhbərinə həvalə edən kor kimi olmalıdır. 

Onun əmr və qadağalarının heç birisində müxalifət etməməli, itaətində bir şeyi 

nöqsan buraxmamalıdır. Bunu yaxşı bilməlidir ki, şeyxi xəta belə etsə bunun bu 

xətasındakı faydası belə öz nəfsindəki savabından daha faydalıdır. 

Alimi-billah olub hidayət yoluna istiqamətləndirəcək bir mürşidə əl yetdikdə 

(ah nə bəxtiyarlıqdır!) zahiri və daxili bəlalardan himayə və yola çıxan əngəllərdən 

müridi mühafizə etməsi o şeyxin üzərinə düşən vəzifələrdəndir. 

Himayə və mühafizənin şəkli üçün də dörd məsələ vardır. Bunlar da xəlvət, 

sumt (sükut), cu (aclıq), səhərdir (gecə yatmamaq). 

Bu qeyd olunan amillər, yola çıxan əngəllərdən qorunmağa imkan verir, çünki 

müridin istəyi, qəlbini islah edərək ilahi müşahidəyə nailiyyət və Xudavəndi-zülcəlalə 

yaxınlığa səlahiyyət qazanmaqdır. 

Cuun nə faydası var ki deyiləcək. 

Aclıq qəlbin qürurunu əksildir və onu ağardır, paklaşdırır. Qəlbin nuraniyyəti 

məhz bu bəyazlıqla mövcud olur. 

Aclıq, könlün piyini əridir və bu ərimə sayəsində qəlb, riqqət kəsb edir. Riqqət 

isə, mükaşəfənin açarıdır. 

Necə ki, qəlbin qatılığına bais hicabdır. Qəlbdəki qan azaldıqda düşmənçilik 

yolu da o dərəcədə daralır, cövlan yeri nöqsanlaşır, çünki düşmənin cövlan yeri 

şəhvətli qan dolu damarlardır. 

Həzrəti İsa (peyğəmbərimizə və ona salatü-salam olsun) əfəndimiz həvarilərinə 

xitabən “ey həvarilər, qarnınızı ac tutmağa səy göstərin, ehtimal ki, bu sayədə Uca 

Allahın hüzuruna yaxınlıq imkanı əldə edə bilərsiniz” demişdir.   

29

  ﺪﻨﭼ یﺮﺧ ﻖﻳﺪﺼﺘﺑ ﺖﺸﮔ ﻥﺍﻮﺘﻧ ﯽﺴﻴﻋ



ﺍﺭ ﺩﻮﺧ یﺮﻫﻮﮔ ﺮﻈﻧ ﺐﺣﺎﺻ ﻪﺑ یﺎﻤﻨﺑ 

    [Nəzər sahiblərinə öz gövhərini və bacarıqlarını nümayiş etdir, çünki bir neçə uzunqulağın təsdiqi ilə heç 

kim İsa ola bilməz. Saib Təbrizi]


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə