1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə23/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   19   20   21   22   23   24   25   26   ...   181

H Ü M A Y İ - Ə R Ş

    63

Vacibi-taala həzrətləri də şeytanın bu müdaxiləsinin imkanı və bunun dəfi 

xüsusunda təqib ediləcək yolları göstərərək 

ِ ﱠ ﺎِﺑ  ْﺬِﻌَﺘْﺳﺎَﻓ  ٌﻍ ْﺰَﻧ  ِﻥﺎَﻄْﻴﱠﺸﻟﺍ   َﻦِﻣ  َﻚﱠﻨَﻏَﺰﻨَﻳ  ﺎﱠﻣِﺇَﻭ 

ٌﻢﻴِﻠَﻋ

 

ٌﻊﻴِﻤَﺳ  ُﻪﱠﻧِﺇ



 [Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək 

məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər 

şeyi) eşidəndir, biləndir!] (Əraf: 200) və 

َﻥﻭُﺮِﺼْﺒﱡﻣ ﻢُﻫ ﺍَﺫِﺈَﻓ ْﺍﻭُﺮﱠﻛَﺬَﺗ ِﻥﺎَﻄْﻴﱠﺸﻟﺍ  َﻦﱢﻣ  ٌﻒِﺋﺎَﻁ ْﻢُﻬﱠﺴَﻣ ﺍَﺫِﺇ ْﺍﻮَﻘﱠﺗﺍ  َﻦﻳِﺬﱠﻟﺍ  ﱠﻥِﺇ



 [Allahdan qorxanlara 

Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və 

mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görərlər] (Əraf: 201)

 

deyə buyurmuşdur. 



Digəri sübutun qətiliyi olmayıb, şəkk və şübhənin müdaxilə imkanı olan hal-

dır. Belə bir hala giriftar olduqda, yəni mürid qəlbində fətrət, sevinc, iltifatı-əlaiq 

(dünyaya əlaqə), sidqi-iradə və buna bənzər hər nə olursa olsun, bir halın baş 

verməsini müşahidə etdikdə dərhal şeyxinə məlumatı ərz etməsi və əğyardan (başqa-

lardan) gizləməsi lazımdır. 

Bu kimi düşüncələr vaqe və şeyx bu haldan xəbərdar edildiyində şeyx o müridin 

zəka və fərasəti barədə ətraflı düşünür və halını diqqətə alır. 

Şeyxə düşən vəzifə, ona varid olan bu qəlbi xətirələri arifanə düşüncələr və 

hikmətli bir üslub ilə yorub-yoğuraraq özünə tabe olmasını əmr etməkdir. Hətta, 

şeyx müridin qəlbinə nur saçaraq rəbbinin həqiqətindən bir təcəlli peyda olana qə-

dər bəsirətkaranə hərəkət etməlidir. Əgər şeyx müriddə əmələ gələn həmin halları 

bu şəkildə dəf ’ə müqtədir olmayacağını anlasa, o müridin idrakına münasib vəz, 

nəsihət və dəlil ilə müridi, qəlbinin ehtimal verəcəyi etiqada sövq etməyə çalışır. 

Şeyx Hacı Həmzə əfəndi həzrətləri bu cür düşüncələri divanlarında “zəhrimar” 

deyə vəsf edərək çarəsinin də qəlbi rabitə olduğuna işarət edərək:

Ol dəşti-təvəlladə ol zəhrimarə

Rabiteyi-qəlbdir mücərrəd tiryak- 

deyə buyurmuşdur. Bu təhlükələrlə dolu biyabanda müridə qarşı şeyxinin təənnuq

31

 



və mülayim davranması lazım gəlir, çünki məhz bu əl çəkməz bəla təriqin təhlükəsi 

və xətərnak yeridir. Çox biçarə müridlər vardır ki, riyazətlə məşğul oldu. O bədbəxt 

qənaətini gücləndirəcək kəşfdən nəsibdar olmaması üzündən yanlış xəyal ona 

üstün gəldi. Həqiqət mərtəbəsinə yetişməyə müvəffəq ola bilmədi. Bu səbəbdən 

zəlalət vadisinə düşərək mübahların yoluna yönələr ki, ən böyük həlak da məhz 

elə budur. 

ﻚﻟﺎﻬﻤﻟﺍ ﻩﺬﻫ ﻝﺎﺜﻣﺃ ﻦﻣ ﺎﻨﻈﻔﺣﺍ ﻢﻬﻠﻟﺍ



 [Allahım bizi bu cür təhlükələrdən qoru]. 

Bütün məşğuliyyəti zikr olsa da, qəlbini məşğul edən bu əlaqəni dəf etsə də, bu kimi 

düşüncələrdən xali ola bilməz, çünki artıq “təhlükə gəmisinə minmişdir”. 

Əgər sahilə səlamətə çatarsa, yəni bu cür düşüncələrdən yaxasını qurtararsa, 

dinin sultanı, Şərq və Qərbin əmiri olar. Qurtara bilməzsə, həlak olar. 

ﻦﻣ  ﺎﺑ ﺫﻮﻌﻧ 

ﷲ ﺐﻀﻏ

 [Allahın qəzəbindən yenə Allaha sığınırıq]. 

Bunun üçün Həzrəti Peyğəmbər 

ﺰﺋﺎﺠﻌﻟﺍ  ﻦﻳﺪﺑ  ﻢﻜﻴﻠﻋ



[Yaşlı qadınların dininə 

uyun] deyə buyurmuşdur. Bu, imanın əslinin qəbulu, təqlid yolu ilə zahiri etiqad 

və xeyirli əməllərlə məşğul olmaq mənasına gəlir, çünki bundan uzaqlaşmaqda çox 

xətər vardır. Hətta, bunun üçün mürid zahiri etiqadında agah, sayıq, zəkalı olmazsa 

31

  Təənnuq: “təfə’ul” vəznindəndir. Bir şeyi diqqətlə incələyib hikmət yolu ilə əmələ 



gətirmək məqamındadır (Qamusu-Asım əfəndi)


64     

H Ü M A Y İ - Ə R Ş



şeyx bunu sezərək o müridi zikr və fikrlə məşğul etməməlidir. Yaxud o müridi lahut 

şahrahının irfan atlıları olan dünyadan əl-ətək çəkmiş müridlərin xidmətlərilə məş-

ğul edib onların bərəkətlərindən fayda və feyz alması səbəblərini təmin etməlidir, 

deyilmişdir. 

Çünki ərlərin müharibə səflərində bahadırlıq və qəhrəmanlıq üçün qılınc 

çəkənlərdən olmaq nəsibindən məhrum, biçarə, zəiflər heç olmazsa o dağ də lən 

dilavərlərə su vermək və ya miniklərini yedəkləmək xidməti göstərib müca hi-

də bəxtiyarlığından nəsiblərini aldıqları kimi; Bu qəbil dirayətsizlərin də la hut 

şahbazının müqəddəs xidmətində dayanaraq onlara göstərdiyi xidmət bərə kəti 

sayəsində ilahi feyzdən bəhrədar olmalarını təmin etmək, şeyxə düşən vəzifə lər-

dəndir. 

Zikr və fikr üçün təcrid edilmiş müridə lazım olan məsələlərdən biri də tərəqqi 

və feyz almağa mane olan təkəbbür, riya, ilk kəramətlərdən zahir olan və meydana 

çıxan hallardan ayıq-sayıq olmalıdır. 

Əgər bunlardan birisinə yönələr, onunla kifayətlənər və nəfsin qənaətinə sahib 

çıxarsa o mürid feyzlənmə yolunda zəifləmiş və geri qalmışdır. 

Ona yaraşan, bu kimi xüsuslarda susuzluqdan son dərəcə mütəəssir bir hala 

gələn bir kimsəyə bənzəməlidir ki, onu dənizlər doyura bilməsin. 

ﻡﺍﺭﻮﺨﻴﻣ ﺏﺁ ﻮﭼ ﺖﺴﻳﺮﻤﻋ

ﺏﺍﺮﻴﺳ ﻦﻣ ﯽﻧ ﻭ ﻡﺎﻤﺗ ﺩﻮﺷ ﻩﺩﺎﺑ ﯽﻧ

ﺏﺎﻳﺎﭘ ﺐﻟ ﻪﻨﺸﺗ ﻭ ﻡﺍ یﺮﺤﺑ ﻦﻣ

ﺏﺎﻳﺭﺩ ﺍﺭ ﺐﻟ ﻪﻨﺸﺗ ﯽﻗﺎﺳ یﺍ ﻥﺍﻮﺧ

[Bir ömürdür su kimi mey içirəm

Nə badə tükənir, nə də mən badədən doyuram, 

 Mən dənizə aidəm və dənizin dayaz yerlərində ilişib qaldığım üçün təş-

nələb və susuzam.

Oxu ey saqi və suszluqdan dodaqları qurumuş şəxsi anlamağa çalış.]

ﯽﺑﺎﻳ ﺭﺍ ﺮﺤﺑ ﻥﺎﻴﻣ ﺍﺭ ﯽﻘﺴﺘﺴﻣ

ﯽﺑﺁ ﯽﺑ ﺯﺍ ﺩﻮﺑ ﯽﮐﺎﺷ ﻪﮐ ﺖﺴﻴﻧ ﮏﺷ

[Əgər dəniz ortasında su istəyəni görsən

Şübhəsiz, susuzluqdan şikayət edər]

(Burasını Şeyx Hacı Həmzə əfəndi həzrətlərinin bu məqama işarə edərək 

söylədiyi kəlam ilə təsvir etmək lazım gəldi).

“Dəryalar içərsəm gər (əgər), canım yenə ab(su) istər”ə müvafiq hərəkət et-

məlidir. 

ﺖﺴﻴﻬﮔﺭﺩ ﺖﻳﺎﻬﻧ ﯽﺑ ﺭﺩﺍﺮﺑ یﺍ

ﺖﺴﻳﺂﻣ ﯽﺳﺭ ﯽﻣ ﺎﺠﻧﺁ ﺮﻫ ﺎﺗ

[Ey qardaş, sonsuz olan (ilahi) dərgahdır,

Çatdığın hər bir yer əslində bizlərə aiddir.]

Mövlanənin bu kəlamı da salikin bu məqama vasil olduğu zamanda izləyəcəyi 

yolu ifadə nöqteyi-nəzərindən olduqca mükəmməl bir ifadədir. Yəni nə qədər ilahi 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə