1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə25/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   21   22   23   24   25   26   27   28   ...   181

H Ü M A Y İ - Ə R Ş

    67

Bu cür süquti-xəyal ilə dərd və kədərə düçar olmaq -muradın hasil olmamasından 

dolayı- Xudavəndigarın ilahi təqdirinə narazı olmaqdır. 

Odur ki, Cənab Yəzdi-Mütəaldan başqasını murad etməmək mənim üçün yolun 

ən yaxşısıdır, nə olursa qısaca olur. O mürid, nə zaman ki, belə bir halın zühuruna 

şahid olur, tamlıqla qəbul edib riza göstərərək hüsnü-tələqqi edir. İradəsindən –

olacaq olanın hökmündən başqa- təcərrüd edər. 

Amma o səadətli müridlər ki, kövnü məkanın Xaliqi aləmdəki ilahi muradını 

onlara əyan edər. Bu, iki yoldan birisilə olar. 

Yolun biri, xəbər vermə və ilahi kəşf sayəsində olur. 

İkincisi, kainatın yaradılışında tərtib eylədiyi üzləri və həqiqətləri əşyaya bəxş və 

ehsan etdiyi elmi-lədündən ruzilənmiş olduqları üçün vaqif olurlar. 

Bunlar, bu cür mühakimə edərək öyrənməklərilə bir şeyi murad etdikləri vaxt 

istəklərində xəta vaqe olmaz. Vacib-taala həzrətlərinin iradəsininin istəyi gərəyincə 

hasil olur. Bu hal Haqqın müridləri olanlar üçündür ki, bunlar haqqında ﻪﻌﻤﺳ ﺖﻨﻛ 

ﻩﺮﺼﺑ ﻭ [Onun qulağı və gözü olaram] deyilmişdir. Odur ki, bu cür zatlar Haqq ilə 



eşidib, Haqq ilə görən, müqəddəs zümrədəndir. Əgər iradədə xəta vaqe olur isə, 

həqiqətdə, o kimsə mürid deyildir. 

İradəsi özü ilə qaim olan bir kimsənin mürid olmasında bir fayda təsəvvür 

edilmir. Fayda, ancaq iradə təsirinə malik olmasındadır. 

Mürid bu təriqində xoş olmayan məşəqqət və sıxıntılara, bəlalara və dərdlərə 

dözər. Bəlkə, bunlara Allah üçün və yaxud bunların içində gizli əbədi səadət üçün 

səbir edər. Bu əməllərinə şükr və Cənabı-Haqqa həmd və səna edər. Taqət kəsən 

ələmləri udar, səbr edər, çünki bunlara dözməklə ilahi xeyirdə gizlin olan həqiqətlərə 

elmi çatar.

ﺪﻳﺁ ﺭﺎﻤﺨﺑ ﻩﺎﮕﻧﺎﺧ ﻭ ﺪﺠﺴﻣ ﺯﺍ

ﺪﻳﺁ ﺭﺎﻳ ﺭﺩ ﺮﺑ ﺖﺴﻣ ﻭ ﺪﺷﻮﻧ ﯽﻣ

ﺪﻳﺁ ﺭﺍﺰﻴﺑ ﺭﺎﻳ ﻖﺸﻋ ﺯ ﻪﭼ ﺮﻫ ﺯﺍ

ﺪﻳﺁ ﺭﺍﺪﻳﺮﺧ ﻥﺎﺟ ﺭﺍﺰﻬﺑ ﺍﺭ ﻭﺍ

[Məsciddən və xanəgahdan mey satanların yanına gələr,

İçər, sonra sərxoş halda yarın qapısına gələr.

Nə qədər yarın eşqindən yorulub zara gəlsə də,

Ona yenə min canla xiridar olar]

Ricalullahdan (Allah əhli) bəziləri bir cəhətdən mürid, digər cəhətdən murad 

olurlar. Əhvalı, əhkamın dəyişməsiylə dəyişilər. Baş verən mənfiliklə feyziyab olursa 

murad, yaxşı bir hadisədən kədərlənərsə mürid olur. 

Yuxarıda sadaladığımız keyfiyyətlər müridin halını izah edir. Biz bu məsələni 

Allah əhlindən dərk edənlər üçün şərh etdik. Allah doğrunu sevər və doğru yola 

hidayət edər. 

Həzrəti Muhyiddinin inci tək kəlamları burada sona çatdı. Doğrusunu söy-

ləmək lazım gələrsə, tərcümə xətası olduğuna qane və nə demək istədiyini anla-

madığımı müdrikəm. Əsasən, Allah əhlindən idrak edə bilənlər üçün yazılmış 

olduğunu mülahizənin ardınca qeyd etməmişdimi? Odur ki, bunu əhli olanlar 

an laya biləcəyindən mən də hərfi-hərfinə nəql etməkdə bir ziyan görmədim. On-

suz da mənim ümidim bunu nəql etməklə müqəddəs ruhaniyyətinin dünya var 

olduqca qaynayan irfan çeşməsindən bu əsərimin də pay almasıdır. Yoxsa məlu-



68     

H Ü M A Y İ - Ə R Ş



mat vermək və bu xüsusa aid iddialara istinad etmək kimi bir şey yoxdur. Mən 

özümü hər kəsdən yaxşı tanıyıram. Burası da var ki, bu müqəddəs tayfanın həm 

hərəkətlərinə, həm də kəlamlarına çox bağlıyam. Bunları qəbul etməyə vasitə 

tapmaq üçün bir bəhanə axtarır və ilk fürsətdə istifadəni zay etməkdən çox 

qorxuram. Nə edək ki, bu cəhətə etiqadım tamdır. Bu hala görə mənim üçün qayə 

əldə edilmiş deməkdir. Fəqət müridlik, şeyxlik iddiasında olanlara da Allah insaf 

verib azca öz hallarını düşünsələr, onlar üçün də böyük bir ibrət dərsi olduğunu 

lüzumsuz iddia saymam. 

Məntiqi bir nəticə 

Həzrəti-imam [Qəzali] ilə, şeyxi-əkbər [İbn Ərəbi] (q.s) həzrətlərinin sözlərindən 

belə bir mülahizə irəli sürməyi münasib hesab edirəm. İstər rəsmi dildə istifadə edilən–

İmam Qəzalinin [Əbu Hamid Məhəmməd bin Məhəmməd əl-Qəzali] bəyanına görə- 

mürid, istərsə də həqiqət lisanında istifadə edilən -şeyxin bəyanına görə- müridin, 

nə demək olduğuna baxılıb insaf edilsin. Həqiqətən, zikr olunan mülahizəyə uyğun 

hərəkət etmək iqtidarını özündə görənlər, ər meydanına girsinlər. 

Yox belə deyil, iradət nədir, inabət nədir, şeyx nədir, dəlil nədir, vəzifə nədir 

bilməyənlər özlərini həlak çuxuruna atmasınlar, çünki nəticəsi ziyan və zərərinin 

ödənilməsi mümkün olmayan bir təhlükədir. Bu gün inabət (tövbə), sabah iradət 

(müridlik), o biri gün şeyxlik olmaz. Buna Ruhi Bağdadinin:

Gör zahidi kim sahibi-irşad olayım der

Dün məktəbə varmış bu gün ustad olayım der- 

dediyi kimi xam sevda arxasınca gedərək nəfsini aldadar. Və ömründə heç bir şeydən 

fayda almadığı kimi, Allah qorusun, zəlalətdə qalar və bu şəkildə də gedər. 

Bunun kimilər haqqında -

ًﺎﻌﻨﺻ ﻥﻮﻨﺴﺤﻳ ﻢﻬﻧﺃ 

ﻰﻓ ﻢﻬﻴﻌﺳ ﻞﺿ ﻦﻳﺬﻟﺍ ًﻻﺎﻤﻋﺃ ﻦﻳﺮﺴﺧﻷﺎﺑ ﻢﻜﺌِﺒَﻨُﻧ ﻞﻫ ﻞُﻗ 

ﻥﻮﺒﺴﺤﻳ ﻢﻫﻭ ﺎﻴﻧﺪﻟﺍ ﺓﻮﻴﺤﻟﺍ 



[(Ya Rəsulum!) De: Sizə 

əməlləri baxımından ən çox ziyana uğrayan lar 

barəsində xəbər verimmi? O kəslər ki, onların 

dünyadakı zəhməti boşa getmişdir. Halbuki, 

on lar yaxşı işlər gördüklərini (və bunun mü-

qa bilində mükafata nail olacaqlarını) zənn 

edirdilər] (Kəhf: 103-104) ayəti ən gözəl ifa-

dədir. 

Mövzudan uzaqlaşsaq da bu məsələdə belə 

haşiyə çıxmağa – qüdrətim yetmədiyi üçün- 

məcbur qalmışdım, çünki əhvalından bəhs et-

mək istədiyim zatın süluk və iradəsinin baş-

lan  ğıcı ilə mürşidinin qüdrət və nüfuzunun 

də rəcəsini bildirmək üçün kamal sahibi olan 

zatın mülahizələrinə ehtiyac vardı. O ehtiyacdan qurtarmaqla bərabər arzu etdiyim 

məcraya sövqə zəmin hazırlamış oluram, o da Həzrəti Pir ilə Həzrəti Mövlanəyə 

[İsmayıl Siracəddin Şirvani] aiddir. Yəni demək istənilən nöqtə Həzrəti Pir bir 

kamil mürid idi. İstər imam Qəzalinin [Əbu Hamid Məhəmməd bin Məhəmməd əl-

Qəzali] tərifinə görə istəyinin əvvəlində, istərsə də sonsuz kamallara vasil olduqdan 

Şeyx İsmayıl Şirvaninin 

Kürdəmirdəki bağı


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə