1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə22/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   18   19   20   21   22   23   24   25   ...   181

H Ü M A Y İ - Ə R Ş

    61

Səhl İbn Abdullah əl-Tüstəri (q.s) həzrətlərinə - Abdal, necə abdal olmuşdur? - 

deyə verilən bir suala qarşı: “Dörd xislətə malik olmaqla nail olmuşdur. Onlardan: 

“Qarnının şişini endirmək, səhər (yatmamaq), sükut (danışmamaq), insanlardan 

kənar durmaqdır”-deyə buyurmuşdur. Təcrübə ilə müəyyən olmuşdur ki, aclığın 

qəlbi nurlandırmaqda faydası çox açıq bir işdir. 

Səhərə gəlincə: Qəlbi aydınlaşdırır, saflaşdırır və nurlandırır. Səhərlə aclıq 

birləşincə qəlb inci, ulduz, parlaq, saf ayna kimi olur. Səhərə davam sayəsində 

Haqqın camalı müriddə aşkar olar, axirətdə uca dərəcələri müşahidə edər, dünyanın 

həqarəti və bəlaları eynəl-yəqin təzahür edər. Bu hal müridi dünyadan üz çevirməyə, 

axirətə yönəlməyə sövq edər. 

Səhər, aclığın nəticəsidir, çünki yuxusuzluq toxluqla mümkün deyildir. Yuxu, 

zərurət miqdarından artıq olarsa qəlbin qatılığı və ölməsinə gətirib çıxarar. Səhər 

qeybin əsrarının açılması üçün vasitədir. Ehtiyac nisbətində yemək, yuxu üstün gəl-

diyi zaman yatmaq, zərurət olduqda danışmaq abdalların vəsfi haqqında söylənilən 

sözlərdəndir. Yuxu çoxluğunun suyu çox içməkdən qaynaqlandığına dair yetmiş 

siddiqin ortaq fikri olduğunu İbrahim əl-Xavvas nəql etmişdir. 

Üçüncüsü olan sumta (danışmamaq) gəlincə, sumut üzləti (guşənişinlik) 

asanlaşdırar. Fəqət, guşənişin yeyəcək-içəcəyinin və bəzi ehtiyaclarının təmin 

edilməsi üçün danışmağa məcbur ola bilər. Mötəzilə (guşənişinə) layiq olan zərurət 

miqdarından artıq danışmamaqdır, çünki söz qəlbi işğal edər. Qəlbin kəlama can 

atması ən böyük bəlalardandır, çünki rahatçılığa sövq edər. Zikr, fikr üçün təcərrüdü 

(yalnızlığı) ağırlaşdırar. Sükut ağlı aşılayır, vəranı cəlb edir, təqvanı təlim edir. 

Xəlvət məşğuliyyətləri dəf edir, eşitmə və görməni idarə altına almağa faydası 

olur. Çünki eşitmə və görmə qəlbin dəhlizləridir. Qəlb hər cür çirkli su axıb tökülən 

hovuza bənzəyir. Riyazətin əsl məqsədi hovuzun bu qəbil pis sulardan təmizlənməsidir. 

Çaylar töküldüyü halda hovuzun təmizlənməsi qabilmidir? Əlbəttə, qabil 

deyildir. Çayın axması davam etdiyi müddətcə o hovuzun təmizlənməsinə və paklaş-

ma sına nə qədər diqqət edərsən et, hər an təkrarlanar. Odur ki, duyğuları idarə 

altına almağa çalışmalıdır. Duyğuları zəbt etmək də, ancaq qaranlıq bir otaqda 

xəlvət ilə mümkündür. Əgər qaranlıq yer tapa bilməsə başını yaxasının içərisinə 

doğru büksün, yaxud bir kisvə (libas) və ya bir köynək ilə örtünsün, bu halda ilahi 

nidanı eşitməyə, Həzrəti Rəbbin cəlalını müşahidəyə istedad qazanır. Aləmlərin fəxri 

Həzrəti peyğəmbər (salləllahu aleyhi və səlləm) belə etdiyi bir zamanda vəhy gələrək 

ُﻞﱢﻣﱠﺰُﻤْﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ



 [Ey örtünüb bürünən (Peyğəmbər)!] (Müzzəmmil: 1) 

ُﺮﱢﺛﱠﺪُﻤْﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ



 [Ey 

(libasına) bürünən!] (Müddəssir: 1) izzətli xitabına nail olduğunu görmürsənmi? 

Ona görə də bu dörd şey mürid üçün bir möhkəm qaladır ki, yoluna çıxan ən-

gəllər müdaxilə etməyə imkan tapmazlar. 

Sülukun xalisliyi uqubatın (əzab-əziyyətlərin) kəsilməsi sayəsində hasil olur. 

Allah yolunda qəlbin sifətlərindən başqa əzab yoxdur. Bunun da səbəbi dünyaya 

meyl və iltifatdır. Əzablar da bir-birindən fərqlidir. Bəzisi bəzisindən böyükdür. 

Əzabların dəfi də, kəsilməsi də asandan-asana ötürmək surətilə tərtibə riayət etməklə 

mümkündür. Qəza namazlarının ifasındakı tərtib kimi. Hansı tərtib, anlaşıldımı? 

Müqəddimədə bəhs etdiyim kimi, iradənin əvvəlində mal, mənsəb, dünya eşqi, xalqa 

iltifat, günahlardan arınmaq. 

Bunların zahirən izlərini kəsib atdığın kimi bunlardan batini təmizləmək də 

lazımdır. Bu da uzun mücahidə ilə mümkün olur. Çox kimsələr vardır ki, sifətlərin 

əksəri ilə kifayətlənərlər. Onlar üçün uzun mücahidəyə lüzum yoxdur. 


62     

H Ü M A Y İ - Ə R Ş



Yuxarıdakı bəyanatların təfsilatını ixtisar edəcək olsaq, mücahidə yolunu 

şəhvətin ziddi olmaqla, bütün üstün sifətlərdə həvavü-həvəsə müxalifət göstərməklə 

ifadə edə bilərik. 

Müridin halında, Allahın zikrindən qəlbini işğal edən əlaqələrdən uzaqlaşdı-

ğını göstərən əlamətlər görülərsə davamlı surətdə qəlbinə bağlılıq, zahiri virdləri 

çoxalt maq dan uzaq durmaq, fəraiz (fərzlər) və rəvatib (sünnələr) və Vahid virdilə 

kifayətlənməsi əmr olunur. Çünki Vahid virdi virdlərin ən yaxşısı və faydalısıdır. 

Vahiddən murad qəlbin, başqalarının zikrindən xali olmaq şərtilə zikrullaha riayə-

tidir, çünki qəlb, başqa bir əlaqəyə üz tutduqca əsl işini ifada çətinlik çəkir. 

Bu məqamda Şeyx Şiblinin, Hasriyə söylədiyi sözü kamil olduğu üçün ən 

mənalı bir ifadədir. O, “Ey Hasri, bir cümə məni ziyarət etmək istəyi qəlbinə düşərsə 

və ikinci bir cümə də başqa bir şey ağlına gələrsə məni ziyarət etmək sənə haramdır” - 

demişdir. Fəqət bu təcərrüd özündə Vahidin qayğısından başqa bir şey olmayan aşiqi-

müstəhtər

30

 kimi qəlbə Allah sevgisi hakim olmaqla hasil və sidqi-iradə ilə qaimdir. 



Mürid bu hala nail olduqdan sonra, şeyx onu bir zaviyədə təcrid edər və 

gündəlik ruzisinə kifayət edəcək miqdarda halal ərzaq ilə qidalandırar. Çünki din 

yolunda əsl olan halal qidadır. 

Bunlar yerinə yetirildikdən sonra müridin dil və qəlbini məşğul etmək üçün 

zikrlərdən biri təlqin edilər. Məsələn, “Allah, Allah”, yaxud, “Sübhanəllah, 

sübhanəllah” və yaxud, bunlara bənzər kəlmələrdən birisi kimi. Mürid ona əmanət 

edi lən bu vəzifəyə davamiyyət göstərər, ta ki, dili hərəkətdən aciz olur və bu kəlmələr 

dilini qımıldatmadan dilində axar. Bununla olmuş, bitmiş deyil ya... O, yenə bu 

kəlmələrdə dil əlaməti yox olana və qəlbdə ləfzin surətinin izi əbədiləşincəyə qədər 

saymaqdan geri qalmaz. 

Bu da kafi deyildir. Qəlbdən də ləfzin hərfləri, surəti məhv oluncaya qədər 

virdinə davam edər. Bu halın yaranması mənanın qəlbdə istiqrarını təmin edər ki

mətlub olan qayə də məna sirlərinə vaqif olmaq deyildirmi? 

Bu halların hamısını özündə bərqərar etdikdən sonra dünya ilə əlaqədar 

düşüncə və qəlbindəki vəsvəsələri təftiş etməsi lazım gəlir. Bir ləhzə də olsun qəlbini 

zikirdən boşaltmağa səbəb olan hər bir şey onun üçün bir nöqsandır. Həmən bunun 

dəfində ciddi cəhd göstərmək lazımdır. Nə zaman vəsvəsələrini dəf etsə və nəfsini bu 

kəlməyə həsr etsə, yenə o kəlmədən vəsvəsə gələr. Məsələn, “Bu kəlmə nədir? Allah 

ləfzinin mənası nədir? Hansı məna “Allah” olmasını zəruri etmişdir? Nə üçün 

məbud olmuşdur?”. 

Bu surətlə fikir qapısı ona açılır. Çox zaman şeytan tərəfindən təlqin edilən 

bu hal küfr və bidətə gətirib çıxara bilir. Əgər bu haldan nifrət edərək, qəlbdən 

çıxarılmasına səy göstərərsə, bu düşüncələr ona zərər vurmaz. 

Qəlbə düşən bu düşüncələr bir neçə qismə bölünür: 

Birisi, qəti olaraq məlum və sabitdir ki, Cənab Qadiri-Qəyyum, müridin qəlbinə 

gələn bu fikirlərdən münəzzəhdir (məsumdur). Fəqət nə çarə ki, şeytan onun qəlbinə 

girərək istədiyi kimi idarə edir. Bunun çarəsi, əndişəyə düşməmək, məyus olmamaq

Allahı zikr etməyə davam etmək və bu halın dəfini cənab Vahibul-amaldan dua və 

niyaz etməkdir. 

30

  “Müstəhtər” ismi-məful vəznilə o adama deyilir ki, bir şeyə məftunluqla can ataraq 



davamlı onunla məşğul olub o mövzuda haqqında insanların danlaq və ayıblama, əzab 

və cəfa dolu sözlər və hərəkətlərinə laqeyd yanaşa ( Qamusu-Asim əfəndi).




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə