1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə19/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   15   16   17   18   19   20   21   22   ...   181

H Ü M A Y İ - Ə R Ş

    53

 

TƏRİQƏTƏ SÜLUKUNDA 

(DƏRVİŞLİK ZAMANI) DAVRANIŞI 

H

əzrəti Mövlanə [İsmayıl Siracəddin Şirvani] Amasiyanın 



Gümüşlü camesində tələbəsinə dərs oxudurmuş. Tələbə Həzrəti 

Mövlanədən [İsmayıl Siracəddin Şirvani] əvvəl gəlir, camedə 

gözləyər və digər yoldaşı ilə müzakirə edərmiş. Bunlarla bərabər Gümüşlü 

hərəmindəki mədrəsədə iqamət etməkdə olan Həmzə əfəndi də gəlir, 

bunların arasında olurdu. Fəqət heç lüzumu yox ikən oturduğu yerdən 

birdən-birə ayağa qalxar, ayaqda ədəb və ehtiramla dururmuş. Ayağa 

qalx dığından beş-on dəqiqə sonra Həzrəti Mövlanə [İsmayıl Siracəddin 

Şirvani] təşrif edərmiş. Bu hadisənin hər zaman bu şəkildə baş verməsi o 

zamankı təxminə görə, Həzrəti Mövlanənin [İsmayıl Siracəddin Şirvani] 

evində tədris üçün ayağa qalxdığı zamana təsadüf etməkdə imiş. Təəccüb 

doğuran məqam odur ki, Həzrəti Mövlanənin [İsmayıl Siracəddin Şirvani] 

təşrif etməyəcəyi gün o da dərsə gəlməzmiş. O zamankı yoldaşlarının 

rəvayətinə görə bu xəbər qüvvətli bir rəvayətdir.

Mürşidinə qarşı xətası 

Həzrəti Mövlanə [İsmayıl Siracəddin Şirvani] dərs oxudarkən Həzrəti 

Şeyx hər zaman arxada ayaq üstə, başı sol tərəfə, qəlbinə yönəlmiş bir 

surətdə əyilmiş olaraq tam itaətkar bir vəziyyətdə dayanırmış. Həzrəti 

Mövlanə “Qadı Mir”

23

 oxutduğu bir sırada təsadüfən məruzə əsnasında 



23

  Ağqoyunlu dövrü alimlərindən Qadı Mir Beymuni tərəfindən yazılan və adına 

istinadən “Qazi Mir” deyə məşhurlaşmış əsər məşhur azərbaycanlı alim Əsirüddin 

Əbhərinin “Hidayətül-hikmə” adlı əsərinin şərhidir. İslam dünyasında mədrəsələrdə 

əsrlərcə yayğın olaraq oxudulan bu əsərin mövzusu fəlsəfə və əqli elmlərə dairdir. (MR)   

Ağabalinin çəkdiyi 

Həkəri və Bərgüşad 

hövzəsinin Cicimli və 

Mirlər kəndlərinin 

birləşdikləri xətti 

göstərən xəritə



54     

H Ü M A Y İ - Ə R Ş

birdən-birə susmuşdur. Aləmə pənah mürşidinin susmasını arzu etməyən 

bu həqiqət yolunun yolçusu ayaq üstündə bu mövzu haqqında məlumat 

verməyə başlamış, bunu görən ustad ona xitabən 

-  “Ya ..., demək ki, sənin mollalığın da vardı” de miş. 

 Ömrünün sonuna qədər bu halı söylər və peşman olurmuş. 

Bu münasibətlə Həzrəti Mövlanənin [İsmayıl Siracəddin Şirvani] 

Mövlanə Xalid [Xalidi-Bağdadi] hüzurundakı xətasını da qeyd edə bilərik. 

Bu xəta Mövlanə Şeyx İsmayıl Şirvani həzrətlərinin Mövlanə Xalid 

həzrətləri ilə ilk görüşündə baş tutan müsahibədə meydana çıxmışdır. 

Həzrəti Xalid (Mövlanəyə xitabən) 

- “Xoca əfəndi, hansı dillə, ərəbcə, farsca, yoxsa 

türkcə görüşək?” - demiş. Mövlanə da: 

- Hansı dillə arzu buyurularsa... – deyə cavab 

vermiş.


Mövlanə İsmayıl Siracəddin həzrətləri bu he-

ka yəni şəxsən söylər, işlədiyi bu xətadan

24

 son də-


rəcə utanır və peşman olurmuş. Ömrü boyunca bu 

nöqsanı qeyd etməkdən əl çəkməmişdir. Və hər 

dəfə hekayə etdiyində sanki mürşidinin hüzurunda 

imiş kimi peşmançılıq əlamətləri simasında aşkar 

olur muş.

Mülahizə 

Yanlış və ya doğrunun, sağlam ağıl və düşüncə sahiblərinin mülahizələri ilə 

həqiqətə daha da yaxınlaşacağına şübhə yoxdur. Bir də buna bəsirət nuru birləşincə, 

xəta və doğrunun mahiyyətinin tamamən aşkar olacağına şübhə qalmaz. Ancaq 

istər Həzrəti Pirin Mövlanəyə [İsmayıl Siracəddin Şirvani], istərsə də Mövlanənin 

Həzrəti Xalidə qarşı bu hərəkətlərində bir xəta hiss edilmir, çünki bu hərəkət həqiqətən 

xəta da olsa, mənfi niyyətli olmadığından illərcə peşmançılığa dəyəcək bir səviyyədə 

qiymətləndirilməməlidir. Bu halların xoş niyyətli olması ağla-məntiqə müvafiqdir. 

Əslində, xəta xoş niyyətlə ifa edilmiş olsa belə qəbul edənlərdən deyiləm. Fəqət öz 

nəzərimə görə bir xəta görmürəm. 

Təsəvvüfi nöqteyi-nəzərdən görülən bu xətaların daha təəccüblüsü şəxsən 

Xoca Bəhaəddin əfəndi həzrətlərinin Merzifonda seyrü sülukü əsnasında baş 

vermişdir ki, yanlışın, doğrunun incəliyinin daha yaxşı anlaşılması üçün qeyd 

edilməlidir. 

Xoca Bəhaəddin əfəndi həzrətləri Merzifonda təcrid (xəlvət) zamanında 

məlum olan müddəti–ərbəini (qırx günlük guşənişinliyi) ikmal edib müvəffəqiyyətlə 

tamamladıqdan sonra Merzifonlu kərəm əhlindən bir zat böyük bir səbətlə üzüm 

gətirib ona verir və “bunu sənin üçün gətirdim, öz bağımın məhsuludur, öz əlimlə 

kəsdim” -deyir. Xoca həzrətləri xətmi-xacəgana getməzdən əvvəl bu üzümdən bir 

salxım yeyir. Və xətmi-xacəgan vaxtında xətmə gedir. Ancaq qırx günlük bir təcridin 

meydana gətirdiyi təbii nöqsanlardan olmaq üzrə üzümün verdiyi iztirab səbəbilə 

xətmdən qalxaraq çölə çıxmağa məcbur qalır. Çölə çıxdıqdan sonra xətmi-xacəgan 

24

  “Hansı dillə arzu buyurulursa? –deyə varlığı ifadə edən cümlə istifadə etməməli imiş, 



“Siz bilərsiniz”, yaxud təvazökarlıqla buna bənzər bir ifadə ilə cavab verilməli imiş.

Gümüşlü məscidi. 

Amasiya


H Ü M A Y İ - Ə R Ş

    55

otağının yanındakı nərdivanın başında durur. Xətm bitdikdən sonra Şeyx bayıra 

çıxaraq “Bəhaəddin harada?” deyə səslənir. Bu zaman itaət və təvazökarlıqla orada 

olduğunu göstərmək üçün ayağa qalxır. Həzrəti Pir (Xoca Bəhaəddin əfəndiyə 

xitabən): 

-  Xətmdən nə üçün çıxdın?



Xoca Bahaəddin əfəndi - sükut. 

Həzrəti Pir sualını təkrar edir. 

Xoca - sükut. 

Həzrəti Pir sualını təkrar edərək:

- Nə üçün çölə çıxdın deyirəm?

Xoca:- Üzüm yemişdim də... əfəndim. 

Həzrəti Pir:-“Sənə kim üzüm ye dedi” -deyərək, hiddətlə otağına gedir. Bu 

halı şəxsən ifadə edən xocanın şeyxinin qayıdışına qədər dərin, daxili iztirablarını 

hekayə etməkdən aciz bir vəziyyətdə olduğu müşahidə edilir. Şeyx on dəqiqə sonra 

lütf edib yenə geri qayıdaraq bu dəruni iztirabları sanki hiss etmişcəsinə, rəşadətinin 

hikmətinə yaraşan arifanə bir tövrlə Xoca Bəhaəddin əfəndiyə xitabən: 

-  Canın nə istəyir, söylə hazırladaq.



Sükut. 

Sual təkrar edilir. 

Sükut. 

-  Mənə bax, sənə deyirəm, nə istəyirsən söylə hazırladaq. 

-  Plov (Qısıq, sakit, yalvarış dolu bir səda və tövrlə). 

-  Həzrəti Pir bu dəfə də təbəssümlə:Söyləyin yaxşıca bir plov hazırlasınlar, 



Bəhaəddinə götürsünlər –deyərək, hücrəsinə geri qayıtmışdır

25



İndi gələk məsələnin təhlilinə:

Bunda da Xoca Bəhaəddin əfəndi həzrətlərini dinləmək lazımdır. 

-“Əvvəldə izinsiz, istər riyazət vaxtı, istərsə sərbəst olduğu zamanda bütün 

hərəkətləri, təmkini, davranışı, rəftarı mürşidin əmrlərinə hər nöqtədə mütabiq 

və o ilahi feyz qaynağından sızacaq hikmət çeşməsinə müvafiq olması lazım 

gəlirmiş”. 

Düzdür, riyazət vaxtı bu nöqtəyə itaət və təslimiyyət göstərilməsi lazım gəldiyi 

hər cəhətdən ağlabatandır. Lakin sərbəst olduğu vaxt niyə belə olsun. İkincisi, “nə 

istəyirsən” deyə vaqe olan mürşidanə xitaba qarşı susaraq, bir cavab verilməməli 

imiş. Özü söyləyib, söyləyib geri qayıtmalı, istərsə bişirdib göndərməli, istəməzsə 

göndərməməli imiş. Bu və buna bənzər əhvalda mürşidin hüzurunda danışmamaq – 

feyz və tərəqqi imiş. 

Bir də öz ağlımıza görə təhlil edək. Mənə qalsa bu üç xətanın elə də əhəmiyyətli 

olmaması lazım gəlir. Lakin xoca həzrətləri bu hadisəni hekayə edərkən göstərdiyi kədər 

və peşmançılıq əlamətləri həqiqətən də heyrətamiz bir səviyyəyə gəlib çatmaqda idi. 

“Allahın əxlaqı ilə əxlaqlanınız” hikmətamiz kəlamına uyaraq batinini saflaşdıran və 

25

  ﻢﮕﻧﺮﮑﻳ ﻥﺎﺸﮐ یﺩﺭﺩ ﺖﻤﻫ ﻡﻼﻏ



ﺪﻨﻬﻴﺳ ﻝﺩﻭ ﺱﺎﺒﻟ ﻕﺭﺯﺃ ﻪﮐ ﻩﻭﺮﮔ ﻥﺁ ﻪﻧ 

ﺏﺩﺍ ﻁﺮﺸﺑ ﺰﺟ ﺕﺎﺑﺍﺮﺨﺑ ﻪﻨﻣ ﻡﺪﻗ

ﺪﻨﻫﺎﺷﺩﺎﭘ ﻥﺎﻣﺮﺤﻣ ﺵﺭﺩ ﻥﺎﮑﻟﺎﺳ ﻪﮐ

   [Şərab qədəhini sonuna qədər içən təkrəng (səmimi) tayfanın nökəriyəm,

   Mavi libaslı, qara qəlbli camaatdan deyiləm.

   Ədəb qaydalarını pozmadan xarabata qədəm bas,

   Çünki onun qapısının nökərləri padşaha məhrəmdirlər, yaxındırlar. Hafiz Şirazi]  



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə