1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə15/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   11   12   13   14   15   16   17   18   ...   181

H Ü M A Y İ - Ə R Ş

    39

Bu iddia mənim tərəfimdən bu surətlə irəli sürüldükdən sonra ir-

fan meydanının şahsuvarları arasında dəyənək oynatmağa macal qa -

larmı? Əlbəttə, qalmaz. Nə çarə ki, azacıq yuxarıda “bunu etmək üçün 

vicdani bir vəzifə hiss edir və həqiqəti aydınlaşdırmağa məcbur qalır-

dım” demişdim, bu səbəblər və bəzi digər yoldaşlar, istər-istəməz bu 

vəzifəni yüklənməyimə səbəb oldu. Vicdani bir vəzifə hiss edirdim, 

çünki nəhayətdə Şeyx Hacı Həmzə əfəndinin də əksər bənzərlərinin 

uğradığı aqibətə düçar olaraq Baqi (əbədi) qalan bu qübbədə bir xoş səda imiş 

hikmətamiz ifadəsinin mənasını təsdiq edəcəyi çox aşkar görünməkdə 

idi. Hər nə qədər farsca divanında:

ﻝﻭﺬﺒﻣ ﻢﺑﺮﺷ ﺖﺳﺍ ﺩﺎﺸﮔ ﻪﻧﺎﺨﻴﻣ ﺏﺎﺑ

 ﻝﻭﺰﻌﻣ ﺖﻣﺎﻴﻗ ﻪﺑ ﺎﺗ ﻢﻴﻬﻧ ﻪﺒﺗﺭ ﻦﻳﺍ ﺯﺍ ﻦﻣ

[Meyxanənin qapısı açıqdır, çox içirəm,

Mən bu rütbədən qiyamətə qədər uzağam.]

-məzmunlu gözəl mənzuməsində dünya durduqca namının qalacağını 

təmin edəcəyi iddia olunsa da həqiqəti aydınlaşdırmağa məcbur qalırdım. 

Çünki gələn nəsillərin incələmələri nəticəsində - həqiqət nişanələrinin 

olmaması üzündən - şeyxə layiq olmadığı iftirası ilə ittihama üz tutulacağı 

ehtimal dairəsində olduğunu zənn edirdim. Hər nə qədər “Məqali-təni-



cahildən nə qəm ərbabi-irfana” [cahilin tənəsindən irfan əhlinə nə qəm]

deyilmiş isə də. 

Əsəri yazmağıma birinci səbəb, Rusiyanın

16

 Ağstafa qəzasına tabe 



Qaraqoyunlu əşirətindən Hacı Cəlil dayı adlı bir zatın Mustafa adlı oğluna 

həyatda ikən verdiyim bir sözdür. Adaşım olan bu oğlan oxuma-yazma 

bilsə də elmi yox idi. Bilmirəm niyə? Mənə qarşı atəşin bir məhəbbət 

gös tərir, kasıb olsa da arzu etdiyim kitabları İstanbuldan gətizdirir, hər 

fik rimi eynən qəbul edir və hər mülahizəmi mütləq həqiqət kimi qar şı-

layır, kiçicik bir nöqsanımı görmək bir yana dursun, eşitmək belə istə-

mir di. Haqqımda bəslədiyi məhəbbəti zahirən göstərməyə çalışır, əxlaqi 

fəzilətlərə yetişməyimi son dərəcə arzulayırdı. Qeyrətli, vəfakar, əsil, 

nə cabətli bir hissiyyatla doymuş bu bədbəxt belə bir əsər – mənaqib 

yazılmasını vaxtlı-vaxtsız məndən rica edib dururdu. Nə faydası olacaqsa… 

Bu kitab üçün lazım olan xərclərin onun tərəfindən məmnuniyyətlə və dər-

hal qarşılanacağını, vədini yerinə yetirməyə tələsəcəyini bildirərək tam 

ciddiyyətlə məni razı salmağa və təşviqə səbəb ola biləcək hər bir fədakarlığı 

maddi və mənəvi vasitələrlə möhkəmləndirməyə çalışırdı. Çap məsrəflərinin 



sərvətilə mütənasib olub-olmadığını düşünə bilmirdi. Ara-sıra mərhum atasının 

Həzrəti Pir üçün hicrət etdiyini, mənim yazacağım kitabın bir bucağına?! 

dərc etməyimi səmimiyyət və itaətlə rica edər, kəndə gedib-gəldikcə kitabın 

yazılıb-yazılmadığını soruşardı. Onun fikrincə, bir gecədə hər şeyin bitib 

meydana gələcəyi qənaəti vardı. “Mən bu işin əri deyiləm” dediyimdə çox 

kədərlənir, “bismillahı çəkdik ikmalı yaxındır” dediyimdə xoşnud olurdu. 

16

  Müəllif Rusiya dedikdə o zamanlar Çar Rusiyasının tərkibində olan Şimali Azərbaycan, 



bəzən isə daha konkret Qarabağ torpaqlarını nəzərdə tutur. (MR)


40     

H Ü M A Y İ - Ə R Ş

Bu israrından əl çəkməyən bu biçarə 1342-ci ildə [m.1923/24] mübtəla 

olduğu çarəsiz bir xəstəlikdən şəfa tapmayaraq dörd yetimini tərk edib 

dünyadan köçdü. 

Doğrusu, çox kədərləndim. Hələ də təsiri fikrimdən çıxmır. Bəlkə, 

vəfasızlıq etməsəm, heç unutmayacağam. Allah ona rəhmət eləsin. Bu 

biça rənin israrını bir növ vəsiyyət hesab etməyim, daha doğrusu, ona 

söz verməyim, açıqcası isə həyatda mənə qarşı göstərdiyi hörmətə bir 

təşəkkür üçün adını əbədiləşdirməyə bir vasitə axtarmağım ilk bismillahın 

çəkilməsinə səbəb olmuşdur. 

İkincisi, Şeyx Hacı Həmzə əfəndi həzrətlərinin rəşadətli ustadı 

Mövlanə Şeyx İsmayıl Şirvani həzrətlərinin müqəddəs türbəsində imam-

lıq etmiş, Şeyx Hacı Həmzə əfəndi həzrətlərinə qarşı ifrat sevgi bəslə yən-

lərdən, Əmir Buxari həzrətləri dərgahının postnişini mərhum və məğfur 

Amasiyalı Taşabadizadə Mustafa əfəndi həzrətlərinin himayəsində illərcə 

xidmət görmüş təriqətpərəst Hafiz Osman əfəndi və məhəlləmizdə yerləşən 

Bəyazid paşa camesinin imamı Amasiyalı Kadızadə Yəhya Nəcməddin 

əfəndi qardaşlarımın təlqinedici tələbləri idi. 

Bəzən, lütf edərək, yanıma gələn bu iki zat, yeridir, yeri deyildir de mə-

dən, sözü Həzrəti Şeyxə nəql edərək “Buna bir mənqibə yaz qalsın, vaxt 

olar ki, pul olar, nəşr etdirərik” deyərlərdi. Bu iki zata bəylik sözlərdən 

olaraq: “Bu kimi tərcümeyi-hal və mənaqib yazanların, tənqidi bir iste-

dada, qüvvətli təxəyyülə, lətif bir üsluba malik olması şərtdir. İki-üç ədəd 

rəvayət toplamaq bu işi icra etməyə kifayət etməz, bu xüsusda lazım olan 

məlumatın cəm edilməsi və tərtibi belə, bu işin müvəffəqiyyətinə kifayət 

etməz. Bununla ancaq vəzifənin kiçik bir hissəsi tamamlanmış olar. Bir 

həqiqəti nəql edə bilmək üçün ona həyat verilməlidir. Necə ki, heykəltəraş 

bir həqiqəti öz düşüncələrinə görə görür və yaratdığı əsərdə onu canlandıra 

bilmə qabiliyyətini göstərir. Və nə qədər qüvvətli və haqq olursa, mənqibə 

yazanların da həqiqətləri bitərəf surətdə tədqiq və təhqiq eylədikdən sonra 

o zatın əhvalını olduğu kimi göstərmək üçün şəxsi yaradıcılığa qabil olmaları 

lazım gəlir. Heç şübhəsiz ki, əldə yaxşı bir alətin olması kifayət etməz, başda 

yaxşı bir istiqamətləndirici fikir olmalıdır. Odur ki, bu kimilərin birinci 

xüsusiyyəti doğrunu söyləmək, vəzifəsi isə idrak və təqdir edə bilmədiyi 

hallara məruz qaldığında bitərəf qalaraq mühakimə ilə həqiqəti meydana 

çıxarmağa imkan verən seçicilik xüsusiyyətinə malik olmaqdır. Halbuki, 

əhval və adətlərinə tamamilə vaqif olmaq imkanı hasil olmayan bir zat 

haqqında fikir bildirmək bağışlanmaz bir xəta olar, çünki bu zat haqqında 

rəvayət edilən əhvalatların həddi-hesabı olmamaqla bərabər, bizə gəlib 

çatmış rəvayətlər ya qəsdən, ya da məhəbbətdən təhrif və təğyir edilmişdir. 

O dərəcədə ki, şəxsi həyatına dair məlumat belə dolaşıq, nağılvari xarakter 

almışdır. Bunların yanlışını doğrusundan ayırmaq və seçmək qabiliyyətinə 

malik olmadığımı çox gözəl bilirsiniz,” deyə verdiyim cavabların kədər və 

təəssüflə qarşılanması məni özümə etimad etməyə sövq etdi. 



Üçüncü səbəb, Həzrəti Şeyxlə maddi və mənəvi əlaqələri büsbütün 

aradan qalxmış olan bəzi kimsələrin, avam xalqa həqiqət, təriqət, mərifət 

pərdəsi altında dini təlqinat ilə qarışmış, mürşidi-əkrəmin adı ilə birləşmiş 

zəlil ruh aşıladıqları görülməsidir. Bununla belə, o mələksima zata aid o 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə