1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə17/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   13   14   15   16   17   18   19   20   ...   181

44     H Ü M A Y İ - Ə R Ş

Səfəvi şahı Məhəmməd Xudabəndə tərəfindən 989 

(1581)-ci il tarixində Həm    zə əfəndinin ata-babalarına 

verilən, onların se yid  lik lə rini və Qarabağın Bərgüşad 

mahalında yaşa dıq larını təs diq edən tarixi sənəd

Səfəvi şahı Süleyman şah  tərəfindən 

verilən 1080 (1670)-ci il tarixli eyni 

mahiyyətdəki sənəd




H Ü M A Y İ - Ə R Ş     45

Osmanlı sultanı III Mehmed 

tərəfindən 1005-ci il (1597) tarixində 

verilən sənədlər

Eyni məzmunda Osmanlı sultanı III 

Murad tərəfindən verilən fər man 




46     

H Ü M A Y İ - Ə R Ş

Şeyx əfəndinin evi 

Kəndin vəziyyəti etibarilə cənub tərəfindəki (cənub-şərqi) dərədən 

kəndə çıxıldığında ilk təsadüf edilən birinci evin -Ağabali və Mir Heydər 

həzrətlərinin- qərbindən şimala doğru gedən yolun qərbində birinci, indi 

də viran bir evdir. Dərədən gələn sudan ayrılan arxın suyu üzərində də-

yir man vardır.

Bu kənddəki evlərin hamısının memarlığı eyni tərzdədir. O civarda 

Malik Əştərin günbəzinə bənzər, yəni eyni memarlıq tərzində olan bir 

neçə günbəz vardır. Bunlardan biri Sarı Aşığın, digər ikisi Cavanşir və 

Dəmirçilər adlı kəndlərdəki günbəzlərdir ki, hamısı çox az fərqlə bir-

birinə oxşardırlar. 

Kəndin əsl adı

Bu kəndin qədim adı Nevşəhər olub olduqca möhkəm bir qəsəbə 

imiş. İçərisində məscid və kilsə xarabalıqları durur. Qəbristanında böyük 

şəxslərin məzarları vardır. Daşları üzərində yazısı olub oxuna bilən 

qisimlərin üzü köçürülərək kitabın sonuna eynən dərc edilmişdir (Lazım 

gələn məzar daşlarının rəsmləri çəkilmişdir). 

Bu kəndin cənubi-qərbində və Həkəri çayının tam kənarında təqribən 

yeddi kilometr məsafədə (kəndə nəzərən) o bölgənin məşhur və tanınmış 

simalarından Sarı Aşıq namındakı zatın günbəzi vardır. Təəssüf ki, bu zatın 

şeirlərini və beytlərini toplamağa imkan olmadı. Bu aşığın məşuqəsinin adı 

Yaxşıxanım olub təmiz təbiətli, mələk-xislətli bir xanım imiş. 

Həqiqətən, Həzrəti Pirin divanında:

Bölgədəki evlərin şəkli

Mir Həmzə əfəndinin 

Cicimlidəki evi



H Ü M A Y İ - Ə R Ş

    47

Ol dairəyi-Həkəri vü Bərşad, 

Eşqin yeridir bu yurdu-ustad-

deyə qeyd edilən hikmətamiz ifadə o mühit xalqının əhvali-ruhiyyəsini 

ifadə nöqteyi-nəzərindən ən müxtəsər, ən kamil bir cümlədir. Bu qiymətli 

zat haqqqında Həzrəti Pir:



Ol qürbdədir məzari-aşıq, əlqabı-şəhiri Sarı Aşıq,

Ol aşiqi-sadiq olsa layiq, sərdari-cünunü Qeysü Vamiq- 

deyə vəsf etmişdir. Aşığın qəbri civarında daşdan düzəldilmiş arslan və 

bargir (dəvə), köpək (ev köpəyi) heykəlləri vardır. O bölgənin xristianları 

tərəfindən də aşığın qəbri ziyarətgahdır. 

HƏZRƏTİ PİRİN 

MİR HEYDƏRƏ ÇATAN SİLSİLƏSİ

Ə

ş-Şeyx əs-Seyyid əl-Əmir əl-Həmzə ən-Nigari ibnu Əmir 



Rüknəddin, əl-məşhur bi Əmir paşa, ibnu əs-Seyyid Mir 

Məhəmməd Rza, ibnu əs-Seyyid əl-Əmir Heydər Qarabaği əl-

Bali olub ikinci bətndə Mir Heydərə qovuşmaqdadır. 

Ağabalinin bəhs etdiyi qoç 

tipli qəbir daşları. Laçın

Cicimlinin Ağabali 

tərə fin  dən çəkilmiş xəritəsi



48     

H Ü M A Y İ - Ə R Ş

Rüknəddin əfəndi həzrətlərinin övladları

Həmzə adında bir oğlu ki, haqqında bəhs etdik. Gözəlxanım namında 

da bir qızı olub seyyidül-əvan Mir Cəfər (q.s) həzrətlərinin böyük övladı 

qüdsiyyətli nəfəs sahiblərindən Mir Cabbarın pakizə zövcəsi olmuşdur. Bir 

də Salihə adlı bir qızı vardır ki, Mir Qasımla izdivac bağlamışdır. Başqa 

övlada malik olmamışdır. Allah sirlərini müqəddəs qılsın.

Rüknəddin əfəndi həzrətlərinin vəfatı 

Rüknəddin əfəndi bölgə xalqı arasında çox tanınmış bir sima olub 

camaatın bütün işlərində və məsələlərində yeganə üz tutduqları qapı 

olduğundan Mirpaşa ünvanı verilmişdir. 

Həzrəti Şeyx divanında Görün nələr söyləyir imdi Mirpaşazadə deyə özünü 

atasının bu şöhrəti ilə adlandırmışdır. 

Nə təəssüf doğuran bir haldır ki, həsəd ərbabı, bu alivicdanlı seyidi 

Cavanşir günbəzinin yaxınlığında Boğasiyirtməz mövqeyində şəhid etmiş-

lər. Bu işlərlə əlaqədar olanlar Naxçıvana fərar etmiş və Naxçıvanın Şəril 

kən dində uzun müddət yaşadıqdan sonra Həzrəti Şeyxin Osmanlıya ilk 

hicrətində öz yurdlarına geri qayıtmışlar. Şəhadət edilmə şəkli bir tarla 

məsələsindən meydana gəlmiş təcavüz haqqında yazdığı bir məktubda, 

dolayısıyla anlatılmaqdadır. Bu məktub digər məktublar arasında eynən 

yazılmışdır. Atası şəhid edildiyi sırada Həmzə əfəndi altı aylıq olaraq 

anasının qucağında qalmışdır. 

Cicimlidə Qoşa günbəz

Cicimlidə Qoşa günbəz



H Ü M A Y İ - Ə R Ş

    49

Tərbiyəsini öhdəsinə götürən zat 

Əmiləri Mir Cəfər və Mir Ağalar əfəndilər həzrətləridir. Bununla belə 

möhtərəm anası, o civar xanımlarında olan ülvi xüsusiyyətlərini mühafizə 

edərək, bir daha izdivaca girməmiş, üç övladına analıq etmiş və əmilərindən 

ziyadə, bu xanım öz övladlarını tərbiyə etmişdir. 

TƏHSİLİ

15

 



yaşına qədər hər hansı xocaya göndərilmişsə də getməkdən 

imtina etmişdir. İbtidai həyat yaşayan bu kənddə yaşıdları və 

tay-tuşları kimi silah və barıt, qurşun, saçma kimi odlu silahlara həvəs edər, 

bunlardan alar, hər zaman evində və hətta, yanında saxlayarmış. Anasının 

heysiyyətinə toxunan

17

 davranışından bezmiş, tək oğul olduğundan naz lılıq 



qüruru da birləşərək kənddən qaçmış və o zamanlar məşhur müdər ris-

lərdən Qaraqaş kəndindəki Mahmud əfəndi həzrətlərinin yanına gedərək 

orada təhsilə başlamışdır. 

İbtidai təhsilini başa vurduğu sıralarda Qaraqaşda Mahmud əfəndinin 

tədris məşğələsində oxuduğu xəbər alınmış və doğulduğu torpağa qayıdıb 

gəlməsini təmin etmək üçün ard-arda gələn xəbərlər və adamlar üzərinə 

adını çəkdiyimiz kənddən uzaqlaşmağa məcbur qalmışdır. 

Buradan ayrıldıqdan sonra Şəki tərəfə getmiş və bu qəzaya bağlı 

(Dəhnə kəndində) Şikəst Abdullah əfəndi həzrətlərinin tədris halqasına 

daxil olmuşdur. Bu zat 1337-ci ildə [m.1918/1919] vəfat edən Şirvani 

Xoca Abdullah əfəndinin dayısıdır. Mərhum alimdən “Mütavvəl”ə

18

 qə-



dər dərs görüb, “istəval-mau vəl-xaşəbə” ifadəsindən doğan sualına ay-

dın bir cavab almadığı üçün

19

 bu həzrəti tərk edərək Osmanlı tərəfə səfər 



17

  “Həmzə, sənə verdiyim çörəyi elə bil bir zalım qaniçənə yedirirəm. Sənin tərbiyən üçün 

heç bir şeydə qüsur etmədim, əsla dəstəmazsız bir loxma yedirmədim, körpəliyində 

dəstəmazsız süd vermədim. Halbuki, sən haramilər kimi silah və barıtla oynayırsan. 

Sənə verdiyim əməklərə heyif olsun. Sən bu gedişlə çörək və rahat üzü görməzsən” 

deyərmiş*(Möhtərəm anasının dilindən Siracəddin əfəndinin anası Əminə xanım 

rəvayət etmişdir). 

    *Həqiqətən, Həzrəti Pirin anası son zamana qədər Pirə dəstəmazsız bişirilmiş 

çörək və yemək yedirmədiyi yayılan rəvayətlərlə sabitdir, belə ki, Həzrəti Pirin 

hərəmi Böyük xanım adı ilə tanınan Şəhnisa xanım Həzrəti Pirin mənsub olduğu 

ailə qızlarından olduğu üçün qayınana ilə gəlin arasında bir bağlılıq varmış. Gəlin 

ona qızı imiş kimi naz edirmiş. Yalnız xanım ana evinin çörəyini öz əlilə bişirir və 

Həzrəti Pir üçün bişirdiyi çörəyi qaldırıb dolaba qoyduqdan sonra gəlin xanıma 

“siz də öz çörəyinizi bişirin” deyə geri qalan xəmiri təknəsilə önünə verirmiş. Bu 

işə ruhu sıxılan Şəhnisa xanım bir gün: “Bu nədir? Oğlunun çörəyini ayrı bişirir, 

onun üçün xüsusi dəstəmaz alır, onun yeməyini bizim yeməyimizə qarışdırmırsan”, 

deyə söylənincə, anası “Sən mənim oğlumun qiymətini nə biləsən”, dediyi Cicimli, 

Mirlər, Dondarlı kəndlərinin xalqı arasında yayılmış rəvayətlərdəndir. Xüsusilə, 

Şəhnisa xanımın üzərinə nikahladığı Siracəddin əfəndinin anası da bunu bir neçə 

kərə rəvayət etmişdir. 

18

 Mədrəsələrdə oxudulan ərəb ədəbiyyatı tarixi kitabı (MR).



19

  Dəhnədə oxuduğu sırada yanında olub hicrətdən sonra Türkiyədə rəşadət halqasına 

daxil olaraq müqəddəs məqamlara nail olan Dəhnəli Hacı Mustafa əfəndi mərhumdan 

nəql edilmişdir. 



Sarı Aşığın qəbri və 

son ra dan qoyulan abidəsi


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə