1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə20/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   16   17   18   19   20   21   22   23   ...   181

56     H Ü M A Y İ - Ə R Ş

Cicimlinin kosmosdan çəkilmiş indiki şəkli (google.map)

Cicimlinin havadan çəkilmiş şəkli


H Ü M A Y İ - Ə R Ş

    57

nəfsini təzkiyə edən zatların hərəkət və təmkini xüsusunda riayət göstərdikləri əhvala 

bir kərə baxmalı, xətaya hesab edib həyat davam etdikcə təəssüf və peşmançılığını 

aşkar etməkdən geri qalmadıqları məqamları düşüncə üfqünə yerləşdirməli, sonra bir 

kamil pirin mürşidanə nəzərlərinə təsadüf edərək tədqiqindən keçməli, ondan sonra 

şeyxlik, dərvişlik iddiasına qalxışmalıdır. Mütəşəyyixlər (şeyxlik iddiasında olanlar) 

ilə müstəmridlər

26

 bir az insaf edib xalqı zəlalət vadisinə sürükləməkdən vaz keçsələr 



daha dini və insani hərəkət etmiş olarlar. Hacı Mustafa əfəndi mərhumun

27

 dediyi 



kimi: hay hu, hay hu. 

Bir məsələnin təfərrüatlarını ifadə etmək məqsədilə mövzudan uzaqlaşdıq. 

Əsl ərz etmək istədiyimiz məqama qayıdaq. 

MÜRŞİDİNİN ƏMRİNƏ İTAƏTİ

T

əriqətə süluku əsnasında şeyxinin evinə aid bütün işləri o icra 



edirdi. Xalq arasında yayılmış səhih bir rəvayətə görə Həzrəti 

Mövlanənin [İsmayıl Siracəddin Şirvani]  bir ulağı varmış. 

Amasiya ya yarım saat məsafədə yerləşən Ziyerədəki bağından onunla odun 

gətirməsini əmr edərmiş. Çox gətirməsini, fəqət heyvanı incitməməsini də 

əlavə edərmiş. Həmzə əfəndi əmrə tabe olaraq bağa gedər, odunu tədarük 

edər, az bir qismini heyvana və olduqca çox hissəsini də öz arxasına yük-

lə yir, Gümüşlü cameyi-şərifinin yanındakı dar küçəyə qədər gətirir, orada 

arxasındakı yükü endirərək heyvanın arxasına yüklər və ustadın evinə 

aparırmış. 

Mülahizə

Bu ibadət kimi edilən xidmətə qarşı Həzrəti Mövlanənin [İsmayıl Siracəddin 

Şirvani] bir kərə də olsa zahirən təqdiredici bir söz söyləmiş olmaması rəvayəti 

tamamlayan məlumatlardandır. Bu yolda həqiqətpərəstlik iddiası edənlərə arifanə 

dərs olmaqla bərabər qəribə bir itaətkarlıq tərzi və təslimiyyət, hökmranlıq və ağalıq 

tövrü deyilmi?

Doğrusunu söyləmək lazım gələrsə, bunun bu qədəri məncə təhəmmülsüz 

(dözülməz) görünür. Digər xüsuslarda mürşidindən alacağı əmrləri yerinə yetirməkdə 

göstərəcəyi əlaqə və bağlılıq bununla müqayisə edilsin. 

Mürid və mürşidin əhval, davranış və hərəkətlərinə dair təsəvvüf dilində 

səlahiyyət sahibi olan din böyükləri və Allah yolunda olan böyük mücahidlərin 

bu mövzuya dair fikirlərini eşitmək faydalı olacağı mülahizəsi ilə nəticə çıxarmaq 

üçün burada qeydinə lüzum hiss etdim. Bu vasitə ilə qüdsi ruhaniyyətindən mədəd 

və yardım diləyirəm. “Burada münasibəti yoxdur, heç də lazım deyildi” deyənlər 

26

  Müridlik iddiasında olanlar demək istədim. Əslində, ərəb dilində belə bir söz yoxdur, 



çünki müridin mimi kəlmənin kökünə daxil deyildir. Burası var ki, (mürid) dilimizdə 

(aləm) xüsusi isim olaraq istifadə edilməkdədir, mənim də ağlıma gəldi, xoşuma gəldi, 

icad etdim.

 27


  Bu zat Rusiyanın Kür çayı kənarında Qarayazı meşəsi yaxınlığında Kosalı kəndindən bir 

fəzilət-pənah səyyah idi. Hicri 1315-ci ildə [m.1897/98] Amasiyaya (Hindistan, Bağdad, 

Hicaz səfərindən dönüşündə) gəldi və bir ilə yaxın bizim evimizdə qonaq qaldıqdan 

sonra Buxaraya doğru hərəkət etdi. İrfan əhli olduğu güman edilirdi. 




58     

H Ü M A Y İ - Ə R Ş



olsa da, mürid və mürşid haqqında qibləgahı-vicdanım olan imamül-müslimin, 

hüccətül-islam imam Qəzalini [Əbu Hamid Məhəmməd bin Məhəmməd əl-Qəzali] 

dinləyək. 

İslama şərəf bəxş edən qiymətdar, əbədiyaşar “İhyaul-ülum” [İhyau-ülumid-din] 

adlı dəyərli əsərlərinin “İradətin şərtləri, mücahidənin başlanğıcının bəyanı və müridin 

riyazət yolunda tədrici süluku” fəslində “Bir kimsə yəqini müşahidə nəticəsində qəlbi 

ilə axirət dünyasını murad və ona müştaq (şövqlü) və təriqinə salik olursa dünya 

nemətləri və ləzzətlərinə xor baxar və həqir görər. Necə ki, muncuğu olan bir kimsə 

almaz parçasını gördüyü vaxt muncuğu xor görər və o kimsə daha sonra muncuğa 

rəğbət etməz, əlinə keçən buna bənzər əşyanı almaz, axirət aləmini istəyən bir kimsə də 

malik olduğu hər cür əşyanı, axirəti satın almaq uğruna sərf edər. 

Yox belə deyil, dünyanı murad edər və Allaha qovuşmağı tələb etməyə ehtiya-

cı olmadığına etiqad edərsə, o kimsənin bu halı, Allaha, axirət gününə etiqad sız-

lığından irəli gəlir. İmandan məqsədim, nəfsin hekayəsi la ilahə illallah, deyə nəfs və 

dilini sidq və ixlasdan uzaq- təhrik deyil, çünki bu söz, almazın nə olduğunu görüb 

bilməyərək muncuqdan üstün olduğunu ifadə edən və almazın həqiqətindən qafil 

olan kimsələrin təsdiq və ifadəsinə bənzəyər, halbuki, bu kimi təsdiqçilər muncuğa 

ünsiyyət və ülfət etmələri üzündən cövhərə ehtiyac görmürlər. (ünsiyyət məsələsinin 

əhatə dərəcəsi haqqındakı dərin mənalı misala diqqət edilsin) Məhz belə zavallı-

ların feyz və müşahidə qazanmalarına mane olan axirət yoluna süluk və təşəbbüs 

etməmələridir. Süluklarına mane - iradəsizlik, iradələrinə mane - imansızlıq, iman-

sızlığa səbəb - hadi (yolgöstərici rəhbər) və mürşidin yoxluğudur.

28

 Odur ki, belələri 



üçün muncuq ilə almaz arasındakı fərqi göstərə biləcək Allah adamları vardır. Bun-

lar, dünyanın alçaqlıq və zillətini, fənaya uğrayacağını, axirət işlərinin əzəmət və 

əbədiyyətini gözlə göstərmək surətilə həqiqətin inkişaf və təcəllisinə xidmət edirlər. 

Biçarə xalqın qəflət yuxusuna dalmaları və dünya şəhvətlərinə aludə olmaları onla-

rı bu səadətdən məhrum etmişdir. Din alimlərindən hidayət yoluna istiqamətləndirə 

biləcək bir kimsə yoxdur. “Doğru bir ifadə olub olmadığını insafı olanlar təqdir edər”. 

Fərz edək ki, bunlardan birisi (din alimləri) axirət işlərinə qarşı tənbehə, xəbərdarlıq 

və irşada yönəldən, aparan olsun. Nə çıxar ki ? Heç... Çünki bu dəfə də onun 

bu rəhnümalığına, axirət məsələlərilə əlaqədar cəhaləti mane olur. Üsuli-təriqdən 

28

  Həzrəti-imamın [Əbu Hamid Məhəmməd bin Məhəmməd əl-Qəzali] təşəbbüs, iradə, 



iman, rəhbər xüsusundakı müxtəsər bəyanatları hər sinif bəşər üçün diqqət yetirilməsi 

lazım gələn xüsuslardan olduğuna mühakimə edərək qənaət gətirənlərdənəm, yalnız 

axirətdə deyil, dünyəvi məsələlərdə də buna malik olmaq hər fərdə vacibdir.

Mirlər kəndi. 

Qarabağın 

işğalından öncəki 

fotoşəkildir. 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə