1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə16/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   12   13   14   15   16   17   18   19   ...   181

H Ü M A Y İ - Ə R Ş

    41

qədər xürafat nəql edilməkdə idi ki, hər biri məkan, zaman və eşidənin 

dərəcəsinə və mühakiməsinə görə artır və içindən çıxılmayacaq bir 

səviyyəyə gəlmiş olurdu. Əgər, mürşid haqqında bir tərəfdən sorğu-sual 

vaqe olarsa (elə də oldu) əli qələm tutan nə qədər tərəfdar var isə hər biri 

bir cür rəvayət ilə bir-birindən gizli surətdə cavaba təşəbbüs göstərirdilər. O 

cümlədən, “Tövhidi-əfkar” qəzetində “Şeyx Hacı Həmzə əfəndi namında 

bir şair tanımıram. Bilən varsa bizləri bu xüsusda məlumatlandırsın”, deyə 

məqalə yazan bir zatın bu məqaləsinin intişarından sonra zühura gəlmiş və 

təəccüblü bir mənzərə kəsb etmişdi.

Bunlardan başqa, bir də əvvəllər məcburən, elmi müzakirəyə qüd-

rəti yetmədiyi üçün Həzrəti Pir barəsində onun sağ vaxtında susmuş 

bacarıqsızların şeyxin vəfatından sonra meydanı boş görüb ədəb dairə-

sin dən və müzakirədən xaric kinayə və müdaxilə etdiklərinə şahid olma-

ğımdır. Yuxarıdakı nəşrin və hər hansı səbəblərdənsə nəşr edilə bilməmiş 

bir neçə risalənin bir küncdə gözləməkdə olduqları xəbərini də inandığım 

bir mənbədən eşitdim. Bu və buna bənzər bir sıra səbəbin toplanması 

26 cəmaziyəl-axir 1345-ci hicri ilində və 23 kanunu-əvvəl 1343-cü rumi 

ilində [m.23 dekabr 1927] cümə günü qeydlərimi bir yerə cəm edərək 

bir kitab halına salmağıma səbəb oldu. Bu xüsusda görülən nöqsanlarım 

göstərildikdə, xoş niyyətli olmaq şərtilə, hər kim tərəfindən olursa olsun, 

yaxşı qarşılamağa və qəbula hazıram. Ediləcək tənqidlərə və həyatım 

boyunca bu zata aid veriləcək suallara cavab verməyi vəd edirəm. Kövnü 

məkanın xaliqi həqiqətin ortaya çıxmasına bais olan vicdan əhlini həqiqətə vaqif 

eyləyə duasını bargahi-əhədiyyətə yönəldir və bunu risaləyə xeyirli başlanğıc 

hesab edərək müqəddiməyə nəhayət verirəm. Uğur və hidayət Allahdandır.



1345-ci il [m.1926/27]

Mirzadə Mustafa Fəxrəddin

Amasiya Mehmed Bəyazid paşa məhəlləsi 7 nömrəli ev.

23/24 çəharşənbə, şabanı-şərif 1347, 5/6 kanunu-sani sənə 1345

 [m.19/20 yanvar  1929]


42     H Ü M A Y İ - Ə R Ş

Bismillahir-Rahmənir-Rahim 

ﻰﻠﻌﻟﺍ ﺕﺎﻔﺼﻟﺍ ﻭ ﻰﻨﺴﺤﻟﺍ ءﺎﻤﺳﻷﺍ ﻪﻟ ﻱﺬﻟﺍ ﺕﺎﻴﻟﻭﻷﺍ ﺮﺋﺎﺴﻟ ﺎﻤﻛ ﺡﺎﺘﺘﻓﺍ ﻪﺘﻴﻟﻭﻷ ﺲﻴﻟ ﻱﺬﻟﺍ   ﺪﻤﺤﻟﺍ 

ﻱﺬﻟﺍ ﺪﻳﺮﻤﻟﺍ ،ﺕﺍﺰﺋﺎﺠﻟﺍ ﻦﻋ ﺰﺠﻌﻳ ﻻ ﻱﺬﻟﺍ ﺭﺩﺎﻘﻟﺍ ،ﺕﺎﻣﻮﻠﻌﻤﻟﺍ ﻊﻴﻤﺠﺑ ءﺎﻤﻌﻟﺍ ﻲﻓ ﻢﻟﺎﻌﻟﺍ ،ﺕﺎﻴﻟﺯﻻﺍ 

.ﺕﺍﺰﺠﻌﻤﻟﺍ ﻩﺰﺠﻌﺗ ﻼﻓ ﺪﺼﻘﻳ

ﻭ ﺕﺎﻴﻧﺎﻤﺴﺠﻟﺍ ﺪﻴﺳ ﻭ ﺕﺎﻗﻮﻠﺨﻤﻟﺍ ﻑﺮﺷﺃ ﺪﻤﺤﻣ ﺎﻨﻴﺒﻧ ﻭ ﺎﻨﻟﻮﺳﺭ ﻭ ﺎﻧﺪﻴﺳ ﻰﻠﻋ ﻡﻼﺴﻟﺍ ﻭ ﺓﻼﺼﻟﺍ ﻭ 

.ﻦﻴﻌﻤﺟﺃ ﻪﺒﺤﺻ ﻭ ﻪﻟﺁ ﻰﻠﻋ ﻭ ﺕﺎﻴﻟﺎﻌﻟﺍ ﺕﺎﻨﺠﻟﺍ ﻲﻓ ﺔﻠﻴﺳﻮﻟﺍ ﺐﺣﺎﺻ ﺕﺎﻴﻧﺎﺣﻭﺮﻟﺍ



[Həmd sadəcə Allaha məxsusdur. O, Əvvəldir. Onun digər məxluqat kimi 

başlanğıcı yoxdur, ən gözəl isimlər və ən uca, əzəli sifətlər Onundur. O, 

Alimdir, gizli-açıq hər şeyi biləndir. O, mükafatlandırmağı bilən Qadirdir. 

O, iradə sahibidir, dilədiyini eyləyən, gərəkdiyində möcüzələrini əyan edən 

Müriddir.

Yaradılmışların ən şərəflisi, bütün cismani və ruhani varlıqların əfəndisi, 

ulu cənnətlərə varmaq üçün vasitə olan əfəndimiz, peyğəmbərimiz 

Muhəmmədə, ailəsinə və əshabın hamısına salam və səlat olsun.] 

ﻮﻨﺷ ﺮﺣ ﻝﻮﻗ ﻮﺗ ﻡﺮﺣ ﺽﺮﻏ ﺯﺍ

ﻮﺟ ﻭﺩ ﺩﺯﺭﺍ ﻪﻧ ﻥﺎﮔﺪﻨﺑ ﺩﻮﻬﺷ ﻪﮐ

ﻩﺍﻮﮔ ﺪﻨﺷﺎﺑ ﻩﺪﻨﺑ ﻥﺍﺭﺍﺰﻫ ﺮﮔ

ﻩﺎﮕﺑ ﻥﺎﺸﻴﻫﺍﻮﮔ ﺩﺮﻳﺰﭙﻧ ﻉﺮﺷ

[Hürrəm dedim ki, bir hürr kəlmə eşidəsən,

Biləsən ki, bəndələrin şahidliyi bir cüt arpa dəyərində belə deyil.

Minlərlə bəndə gəlsin, şahid dursun,

Zamanla onların şahidliyi öz hökmünü itirir.]



H Ü M A Y İ - Ə R Ş

    43

ŞEYX HACI HƏMZƏ ƏFƏNDİ

Ş

eyx Hacı Həmzə əfəndi indiki Azərbaycan Respub li ka  sına tabe 



Qarabağ əyalətinin Zəngəzur uyez di nin (mahalının) Cicimli kən-

dində 1213-cü il [m.1798-99] tarixində seyyidül-əvan Seyid Mir 

   Rüknəddin əfəndi həzrətlərinin mübarək, pak zürriyyətlərindən 

dün yaya qədəm basmışdır. Anasının ismətli adı Qızxanımdır. Bu kənd 

şərq dən Şuşa qalası və Gödünzür adlı erməni kəndi, qərbdən Bərgüşad 

çayı, şimaldan Gorus qəsəbəsi, cənubdan Həkəri çayının arasında 150 

evdən ibarətdir.Evləri qədim üsulla tikilmiş, basıq dam tikililərdir. Küçələri 

dardır. Şimaldan başlayaraq şərq tərəfini bütünlükdə təqib edən və cənuba 

doğru uzanan Həkəri çayına yetişən bir dərənin üstündə 30-40 metr 

yüksəkliyində bir təpənin ətəyində yerləşmişdir. 

Ərazisi daşlıq və dağlıqdır. Mövqeyi yaylaya oxşayır. Meşəsi yoxdur. 

Suları boldur. Çeşməsi və təbii şəkildə yerdən qaynayan suları da vardır. 

Dərədən bir-iki dəyirman çevirəcək miqdarda daimi bir su axmaqdadır. 

Bu kəndin qərbində Cəbrayıl uyezdindən gələn bir yol vardır ki, Qızılqaya 

adlandırılan bu qayanın ətəyindən keçir. Qızılqayanın yüksəkliyi yoldan 

60-70 metr qədərdir. Bu Qızılqayanın üzəri düzbucaqlı şəklində və müs-

tə vi səthinə bənzər bir halda olub, təqribən 3000 kvadrat metr sahəsi 

vardır. Bu təpənin üzəri başdan-başa məzarlıqdır. Bu məzarlıqda Siffin 

hərbinin məşhur qazilərindən Malik Əştərə (r.a) isnad edilən iki günbəz 

vardır. Rəvayətə görə, bu iki günbəzin biri Malik Əştərin mədfəni, digəri 

də ibadətgahı imiş. Adları oraca “Cüt günbəz” mənasını ifadə edən “Qoşa 

günbəz” ismi ilə məşhurdur. 

Evlərin memarlıq üslubu

Hamısı iri, qalın divarlı, döşəməsi yer təni, pəncərəsiz, iç-içə iki-üç 

otaqdan təşkil olunmuş, beş metr yüksəkliyində tikilmiş otaqlardan iba-

rət dir. Üstləri qübbəli olub, ocaq evin tam ortasındadır. Ocaqları bacalı 

de yildir, yalnız otağın tam mərkəzində odunları yandırmaq üçün zəminə 

bir neçə ədəd düz daşlar qoyulmuş və bu daşlara paralel olaraq qübbənin 

üstündə 80-100 santimetr ölçüsündə geniş bacalar düzəldilmişdir. Bu 

bacaların ən yüksəyinin ancaq 1 metr hündürlüyü ola bilər. Bununla belə, 

80 santimdən aşağı olan baca yoxdur. Bu evlərin çətin zamanlarda müdafiə 

mövqeyi olduğu hiss olunur. Ziya ancaq bacalardan gəlməkdədir. Odur ki, 

günəşdən əbədiyyən məhrumdur.

Həmzə əfəndinin 

məskunlaşdığı məhəlləni 

və doğum tarixini 

göstərən sənədin surəti. 

“Dağıstan mühacirlərindən 

şeyx Hacı Mir Həmzə əfəndi 

ibn Mir Paşa vəladəti: 

1213/1798-99”  



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə