1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə11/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   7   8   9   10   11   12   13   14   ...   181

H Ü M A Y İ - Ə R Ş

    29

duasını qeyd ilə yenə o irfan sarayının gülşəninin bülbülünün həyat bəxş 

edən nəğmələrinə qayıdıldı”.

11

  



5. Yazıldığı yer və tarix

Müəllif müqəddimənin sonunda yazıldığı yer və tarix xüsusunda bu 

məlumatlara yer vermişdir: 

Yazarı: Mirzadə Mustafa Fəxrəddin 

Yazıldığı yer: Amasiya Məhəmməd Bəyazid paşa məhəlləsi 7 nömrəli ev.

Yazıldığı tarix: 23/24 çərşənbə, şabanı-şərif 1347; 6\7 fevral 1929       

Ağabali yuxarıda bəhs etdiyi səbəblər nəticəsində topladığı qeydləri 

bir araya gətirərək kitab halına salır. Əsərin müqəddiməsinin yazıldığı 

tarixlə müqayisə edincə kitabın iki ilə yaxın bir müddət ərzində hazır 

olduğu görülür. Ancaq sənədlərin və məlumatların toplanılması, qeydlərin 

tutulması kimi hazırlıq müddətinin daha əvvəldən başladığı şübhəsizdir. 

Qarabağ –burada beş gün qala bildiyini deyir- və Qazax tərəflərə aid 

məlumatları 1918-ci ildə topladığı diqqətə alınarsa, bu ildən əvvəl tədqiqə 

və yazmağa başladığı qənaətinə gələ bilərik. Müəllif əsəri tərtib etdikdən 

və xəttata yazdırdıqdan sonra da əlinə keçən məlumat və sənədləri qeydlər 

halında əlavə etməyə davam etmişdir. Bu səylərin 1940-cı illərə qədər davam 

etdiyi əlavələr üzərinə qoyduğu tarixlərdən aydın olur. Buna görə də əsəri 

biri ilk mətn olaraq -səhifənin üzərinə qoyulan rəqəmlərlə-, digəri əlavələr, 

-səhifə altında qoyulan rəqəmlərlə- olmaq üzrə iki dəfə nömrələmişdir. 

Bütün bunları nəzərə alsaq əsərin hazırlanması və yazılması təxminən 10 

ildən artıq sürmüşdür, deyə bilərik. 

6.  Həcmi və sistemi

Osmanlı türkcəsində, ərəb əlifbası ilə yazılan əsərin əsas mətni 724, 

əlavələri ilə birlikdə 837 səhifə həcmindədir. “Hümayi-ərş”in əsas mətn 

hissəsi xəttat Hesabdarzadə Əbdülmüttəlib oğlu Rəsul əfəndi tərəfindən 

çox düzgün bir nəsx xətti ilə yazılmışdır. Müəllif bu xəttat haqqında, qısa 

da olsa, məlumat verməyi diqqətdən qaçırmamışdır. Həmzə Nigarinin 

Di vanının minlərlə nüsxəsinin əskik səhifələrini də böyük bir səbir və 

dəqiqliklə yazmış olan bu xəttat Qarabağın Qaradağlı kəndindən olub 

atası və özü Həmzə əfəndinin müridlərindən imiş. Ağabali Rəsul əfəndini 

təqdiredici sözlərlə belə tərif edir: “Doğrusunu söyləmək lazım gəlirsə, 

onun o gözəl, ruha can verən yazısı mənə çox yaxşı təşviq vasitəsi oldu. 

Mən də bu sayədə Allaha həmd olsun ki, bu əsəri tamamlamağa müvəffəq 

oldum.”


12

 

“Hümayi-ərş” müəllifin öz əl yazısı ilə yazdığı uzun bir mündəricat 



və müqəddimə ilə başlayır. Müqəddimədə yuxarıda bəhs etdiyimiz kimi, 

əsərin təlif səbəbləri izah edilir. Daha sonra bir başlıq altında ilk uşaqlıq 

illərindən başlayaraq Həmzə əfəndinin həyatı ilə əlaqədar məsələləri 

xronolojik ardıcıllığa görə nəql edir. 

11

 Hümayi-ərş, s. 183-184.



12

 Hümayi-ərş, s. 573.



Qarabağlı xəttat 

Rəsul əfəndinin 

dəsti-xətti ilə Hümayi-ərşin 

səhifələrindən biri


30     

H Ü M A Y İ - Ə R Ş

Hər məsələ bir başlıq altında qeyd edilir. İlk baxışda başlıqların çox-

luğu diqqəti cəlb edir. Yeri gəldikcə müəllif haşiyələrlə mövzu ilə əlaqəli 

öz mülahizələrini verir. Bu kimi haşiyələrdə daha çox Qəzali və İbn Ərəbi 

kimi məşhur ariflərdən nəqllər edir. Bu izahların bəzən mövzudan kənara 

çıxdığı müşahidə olunsa da, faydalı olduğu şübhəsizdir.  

Əsərdə Həmzə əfəndinin Qarabağdakı ilk həyatı ilə əlaqəli məlumatlar 

çox geniş olmamaqla birlikdə çox maraqlıdır. Bu hissənin az olması onun 

Qarabağda vur-tut beş gün qala bilməsi səbəbindən olmuşdur. Qarabağa 

aid Cicimli, Mirlər, Şıxlı kimi bəzi yerlərin xəritələrini öz əli ilə çəkərək 

buraların coğrafi mühiti haqqında fikir vermək istəmişdir.

Bunu da qeyd etməliyik ki, müəllif irəlidəki səhifələrində və xüsusilə 

də, əlavələrdə kitabın tərtibindəki nizamı, sanki, itirmişdir. Belə ki, bir-

birilə əlaqəli mövzular kitabın başqa-başqa yerlərində təsadüfi şəkildə 

yerləşdirilmiş, əlaqəsiz mövzular isə bir araya gətirilmiş kimidir. Bu cür 

halları aradan qaldırmağa səy etdiyimizi oxucunun nəzərinə çatdırmaq 

istəyərdik. 

7.  Əsərin ortaya çıxması  

“Hümayi-ərş”dən ilk xəbərdar olmağımızın tarixi 2002-ci ilə gedib 

çıxır. Bu tarixdə Fariz Xəlilli ilə birlikdə Mövlanə İsmayıl Siracəddin 

Şirvani ilə bağlı tədqiqata davam edərkən şeyxin xəlifələrini də araşdırmalı 

olmuşduq. Bunların arasında adını tez-tez eşitdiyimiz Mir Həmzə Nigari 

də var idi. O günlərdə Həzrəti Pir haqqında əlimizdə lazımınca məlumat 

yox idi və onun Azərbaycandakı qo hum larından da xəbərsiz idik. Bəha 

Doğramacının yazdıqlarının ancaq bir hissəsi əlimizə keçmişdi. Kitabı bu 

halı ilə nəşr etmək bizi məyus etmişdi.  

2005-ci ilin yayında İstanbulda təsəvvüf alimi prof. Mahmud Erol Kılıç 

bəylə görüşümüzdə söz Həmzə Nigaridən açılınca bir mənaqibnamənin 

varlığından bəhs etdi. Məni olduqca maraqlandıran bu əsəri daha sonralar 

Bakıda görüşdüyüm Türkiyədə doktorantura təhsili alan ilahiyyatçı Elşad 

bəy vasitəsilə əldə etmək mümkün oldu. İlk dəfə gördüyümdə əsərin həcmi 

və məlumat zənginliyi məni çox heyrətləndirdi. Bu əsərin nəşrinin həm 

Azərbaycan, həm də Türkiyə elmi və mədəniyyəti üçün faydalı bir xidmət 

olacağı qənaətinə gəldim. Bu sırada Seyid Yəhya Şirvani ilə əlaqəli tədqiqlər 

və Universitetdəki işlərin ağırlığı sə bəbi ilə “Hümayi-ərş”in transliterasiya 

və sadələşdirmə işləri uzun müddət istədiyim şəkildə irəliləyə bilmədi. 

Nəhayət, latın əlifbasına köçürülmə işi 2013-cü ildə tamamlandı. Bundan 

sonra bir il ərzində gərgin əmək sərf edərək Minəxanım Təkləli və Fəridə 

Əliyeva ilə birlikdə əsərin Azərbaycan türk 

cəsinə uyğunlaşdırılmasını 

yekunlaşdırdıq. Daha sonra mətn redaktə edildi. Əsərin tərtibatının qarışıq 

olması və bəzi bölümlərin sadələşdirilməsindəki çatışmazlıqlar yenidən 

mətn üzərində işləməyə sövq etdi. Bir ilə yaxın bir müddətdə davam edən 

düzəlişlərdən sonra əsər tərtibata verildi. Müvafiq şəkillərin təmini ilə 

uyğun yerlərə yerləşdirilməsi, giriş hissəsinin yazılması kitabın uzun və 

gərgin keçən nəşrə hazırlıq prosesinə nöqtə qoydu.   



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə