1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə7/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   2   3   4   5   6   7   8   9   10   ...   181

H Ü M A Y İ - Ə R Ş

    21

Qeyd etmək lazımdır ki,  Çar üsul-idarəsinin qadağalarına baxmayaraq

Nigarinin təsəvvüf anlayışını ifadə edən vəcd halında yazılmış təsirli 

şeirləri Azərbaycan [Borçalı, Qazax, Qarabağ] və Şərqi Anadolu türkləri 

ilə Amasiya ətrafındakı müridlər tərəfindən illərcə cəzm adı verilən zikr 

məclislərində xüsusi muğam üstə, mistik bir həyəcan və mənəvi zövqlə 

oxunmuş, bəstələnmiş, dillər əzbəri olmuşdur. Onun Füzulivari: 

Canan diləyən dağdağai-cana düşərmi?

Can istəyən əndişeyi-canana düşərmi?

Girdik rəhi-sevdaya cünunuz, bizə namus

Lazım deyil, ey dil, ki bu iş şana düşərmi?-

beytlərində təzahür edən ilahi eşq və cəzbə halının ifadəsi, qürbətdə vətən, 

vətəndə qürbət duyğuları yaşayan Haqq yolunun yolçuları və həqiqət 

aşiqləri üçün həyat düsturu olmuşdur.  

Nigarinin, günümüzə qədər heç səngiməyən coşğulu lirizm hiss edi-

lən sufiyanə şeirlərində şairin güclü bir vətən sevgisinə və məcnunluq 

dərəcəsində ilahi eşqə mübtəla olduğu görünür. O, Əhməd Yəsəvi və Yunus 

Əmrə ilə başlayan ədəbi ənənədə düşüncələrini yayma vasitəsi olaraq şeiri 

seçmişdir. Ondakı mənəvi tərənnümləri eyni duyğu və coşğunluqda ifadə 

edə bilən bir çox könül insanı yetişmişdir. Nigarinin ədəbi irsi oğlu Siraci 

olmaqla, Səbati, Sədi Qarabaği, Şahnigar xanım Rəncur, Alvarlı Lütfi Əfə 

və başqa şairlər tərəfindən davam etdirilmiş, Nəqşibəndi şeyxi Mahmud 

Əsəd Ərbili və Əbdüləziz Bəkkinə kimi bir çox alim-ariflər tərəfindən 

şeirlərinə nəzirələr yazılmışdır.

Həmzə Nigarinin türkcə divanı 1883-cü ildə İstanbulda və 1908-ci ildə 

Tiflisdə; farsca divanı 1911-ci ildə İstanbulda nəşr edilmişdir. “Nigarnamə” 

də 1888-ci ildə İstanbulda nəşr olunmuşdur. 

Mürşidi İsmayıl Şirvani onun haqqında: “Mir Həmzə ilahi eşqlə 

məhvi-vücud etmişdir. Onun mürşidi eşqdir” demişdir.

4

  “Amasiya tari-



xi”nin IX cildində müasiri, tarixçi Hüseyn Hüsaməddin Amasi Hz. Pirin 

vəsflərini belə təsvir edir: “Qayət fazil, ülumi-əqliyyə və diniyyədə (əqli 

və dini elmlərdə) mühəqqiqi-kamil, əlsineyi-səlasədə (üç lisanda) şair, 

elmi-təsəvvüfdə mütəbəhhir (dərin bilik sahibi), qayət müşəkkil (vücudca 

düzgün), uzunca boylu, qalın vücudlu, əsmər bənizli, saç və saqqalı qumral, 

əndamı  qayət mütənasib, muhibb, nəzəri cazibədar, vəqur, sükutu qalib, 

əzayı-ixvana na-mütəhəmmil (dostlara əziyyət edilməsinə qarşı), həcvi 

şədid, Hənəfiyyül-məzhəb, Xalidiyyüt-təriqət, musalli (namaz qılan), aşiq-

məşrəb, vəcdi-səri (tez vəcd halına girən) bir zat idi”.

5

 



M.F. Ağabali də onu bütün insani və irfani məziyyətləri ilə təsvir etmiş

tanıyanlarının yazdığı şeirlərlə maddi-mənəvi vəsflərini şərh etmişdir. 

Nigari səmimi və mahiranə yazdığı lirik şeirlərində, adətən, Allah eşqi, 

Hz.Peyğəmbər və Əhli-beyt məhəbbəti, vətən sevgisi və həsrəti kimi dini-

4

  İbnül-Emin Mahmud Kemal İnal. Son Asır Türk Şairleri, İst. 1988, c. III, s. 1627-1629; 



Mustafa Kara. Dervişin Hayatı Sufinin Kelamı, İstanbul, Dergah yay., 2005, s. 461.

5

  Hüseyin Hüsameddin Amasi. Amasya tarihi, c.9. (Yayınlanmamış bu hissə Hüseyin 



Menç bəy tərəfindən istifadə edilmək üçün verilmişdir.).


22     

H Ü M A Y İ - Ə R Ş

ictimai mövzulardan bəhs etməklə yanaşı müxaliflərini həcv etmişdir. 

Onun sözlərindən və həyatına dair nəql edilən rəvayətlərdən özünəməxsus 

təsəvvüfi bir yolunun olduğunu söyləmək mümkündür. Sufiliyin ən çox 

yayılmış qollarından biri olan Nəqşibəndiliyə mənsub sufi şeyxi olmaqla 

birlikdə bu məktəbdə çox rastlanılmayan məlami-ələvi-rindi bir nəşvəyə 

sahib olması diqqətləri cəlb edir. O bu halını belə ifadə edir:



Həlqeyi-rindanın çalaram nayin,

Giriftaram eşqin çəkərəm yayin,

Tanımazam məzhəb, bilməzəm ayin,

Kəlisayı-eşqin Məsihasıyam.



Zahiri məlami, batini bi-kin,

Peymanəsi məmlu, badəsi rəngin,

Səhni-meyxanədə səccadə-nişin,

Zümreyi-rindanın müqtədasıyam.

Həmzə Nigari, məsləyinin əsaslarından olan məxluqatı Allah üçün 

sevmə düsturunu həyatında özünə şüar əxz edib daima səmimi olaraq 

bu duyğu ilə yaşamış və bu halını şeirlərində əks etdirmişdir. Xüsusən, 

məzhəb ayrı-seçkiliyinə yol vermədən, sünni-şiə müsəlmanlar arasında orta 

mövqedə dayanmış, hər kəsi məhəbbət və cəsarətlə qucaqlamaq istəmişdir. 



Xariciyəm, sevməsəm damadını peyğəmbərin,

Rafiziyəm, fərq edərsəm Heydəri Faruqdan.



Allahı və Muhəmmədi və Ali sevən dostaniyiz,

Nə sünniyiz, nə şiiyiz, bir xalis müsəlmanız. 

Onun bu xüsusdakı qəti tövrünü ifadə edən sözləri, Seyid Əzim Şirvani, 

Mirzə Ələkbər Sabir və Mirməhəmməd Kərim Bakuvi kimi Azərbaycanın 

görkəmli şəxsiyyətləri tərəfindən də səsləndirilmişdir. Bu anlayışın, xü-

susilə, müasir cəmiyyətimizdəki dini-etiqadi tolerantlığın təsisi üçün çox 

önəmli olduğunu nəzərə alsaq, Nigarinin şeirlərinin bu ideya üçün şüar 

ola biləcək gözəllikdə kəlamlar olduğunun şahidi olarıq. 

Ancaq istisna olaraq, onun zalımlara, satqınlara, vətən və iman düş-

mən lərinə böyük nifrəti var idi. O, islam dininin ən önəmli məxəz lə rin-

dən olan ulu əcdadı, müsəlmanların göz bəbəyi, Allah elçisinin sevgi li ləri, 

müqəddəs Əhli-beyt mənsublarına edilmiş ürək parçalayan zülm və qətli-

amlar qarşısında susmamış, o zalımlara qarşı tənqidi, müxalif mövqedə 

dur muşdur. 

Hz. Pirin bəhs edilən bu Əhli-beyt həssasiyyəti içində yaşadığı cəmiyyətin 

bəzi təbəqələri tərəfindən onun şiə və ya ələvi olmaqla ittiham edilməsinə 

səbəb olmuşdur. Əslində, Əhli-beyt məhəbbətinin türk təsəvvüründə və 

təsəvvüfi ədəbiyyatımızda çox əhəmiyyətli bir yeri vardır. Hətta, sufi təri-

qət lərin ələvi məşrəb olduğu, yəni məcaz olaraq Hz. Əli (r.a.) əfəndimizə 

dayandığı məlumdur. Məhz bu məsələni düzgün anlamayan, ya da anlamaq 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə