1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə3/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   2   3   4   5   6   7   8   9   ...   181

edən Qarabağlı Mir Həmzə Nigarinin həyat və şəxsiyyəti haqqında bilgilər 

olmuşdur. Qarabağ torpağının yetişdirdiyi müstəsna şəxsiyyətlərdən olan 

Mir Həmzə Nigari (1799-1886) seyid nəslindən, mütəfəkkir, alim, şair, 

ədib bir arifdir. XIX əsrdə Azərbaycanda və Osmanlı Türkiyəsində yaşamış 

bu ulu şeyx yaşadığı dövrdə və daha sonralar özünəməxsus təsəvvüfi fikir-

ləri və məlami-rindi anlayışı ilə geniş bir çevrəyə təsir etmişdir. Nigari 

haqqında son illərdə Türkiyə və Azərbaycanda aparılan tədqiqatlar, ke-

çi  rilən simpoziumlar, yazılan dissertasiyalar və əsərlərinin yenidən yayın-

lanması onun şəxsiyyətinin, ədəbi və fəlsəfi fikirlərinin günümüzdə də öz 

aktuallığını qoruyub saxladığını göstərir. 

Bir çox tarixi şəxsiyyət kimi, onun haqqında da xoş niyyətin məhsulu 

ola raq çoxlu rəvayətlər, kəramət hekayələri söylənilmiş, beləcə, onun bö-

yük lüyünün dərk olunması arzu edilmişdir. Avam, sadədil düşüncənin 

nəticəsi olan bu rəvayətlərlə Nigarinin mənəvi şəxsiyyəti ucaldılmamış, 

ək sinə, mövhumat obyektinə çevirilmişdir. Eyni zamanda, müxaliflər tərə-

fin  dən uydurulan iftiralar və əsilsiz töhmətlərlə xalqın bağlılıq və sevgisi 

yox edilməyə çalışılmışdır. Əsərin yazılmasının təməl səbəblərindən biri-

nin məhz bu məqsədin olduğuna diqqət çəkən müəllif Ağabali: “Bu zat 

haqqında rəvayət edilən əhvalatların həddi-hesabı olmamaqla bərabər

bizə gəlib çatmış rəvayətlər ya qəsdən, ya da məhəbbətdən təhrif və təğyir 

edilmişdir. O dərəcədə ki, şəxsi həyatına dair məlumatlar belə dolaşıq, na-

ğılvari xarakter almışdır”, – deyir.

Vəfatından 130 il keçməsinə baxmayaraq onun günümüzdə də diqqət 

mərkəzində olması və sevənlərinin, ardıcıllarının çoxluğu nə ilə izah oluna 

bilər? 

Mir Həmzə Nigari ilə əlaqəli məsələlərin cavabı təxminən 90 il əvvəl 



yazılan “Hümayi-ərş” adlı bu bioqrafiyada öz əksini tapır. Nigarinin hə-

ya tına dair doğru bilgiləri ehtiva edən və bilinməyən çoxlu məqamlara 

aydınlıq gətirən bu əsər XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ədəbi-

irfani mühitində mühüm rol oynamış Mir Həmzə Nigarinin həyatını, 

onun ətrafında cərəyan edən dini-ictimai və siyasi hadisələri ətraflı şəkildə 

açıq  laması baxımından bənzərsiz tarixi mənbədir. 

“Hümayi-ərş”in müəllifi Mustafa Fəxrəddin Ağabali Osmanlının son 

dövründə yetişmiş, geniş elmi, ədəbi-irfani təcrübəsi olan, sağlam zövq 

sahibi, intellektli bir şəxsiyyətdir. Atası Həmzə Nigarinin yaxın qohumu 

və öndə gedən müridi olmuşdur. Uzun müddət dərs aldığı müəllimi 

Xoca Bəhaəddin də Həmzə əfəndinin davamçılarındandır. Mövzu ilə 

çox yaxın bağlılığı müəllifin bir çox məsələni birinci qaynaqlardan din -

lə  məsinə və uşaqlığından etibarən həyatının bu mühit içərisində keç  mə-

si nə səbəb olmuşdur. “Hümayi-ərş” məzmunu və xarakteri baxımın dan 

bir mənaqibnamə olmaqdan daha çox bir həyat tarixçəsi, bioqrafiya-

dır. Ağabali topladığı yüzlərlə məlumatı müəyyən bir sistem və prin-

sip daxilində qələmə almış, bunları tənqidi baxışla əql və məntiq süz-

gə cindən keçirdikdən sonra doğruluğuna qənaət gətirdiklərini əsə 

rə 

daxil etmiş, şübhəli olanları kənarlaşdırmışdır. Beləcə, bəzi məna 



qib-

namələrdə görünən inanılması çətin rəvayətlərin, məntiqə zidd he-

kayələrin qarşısını almağa çalışmış, xürafat kimi töhmətlərdən əsərini 

10     

H Ü M A Y İ - Ə R Ş




uzaq tutmağa səy göstərmişdir. Eyni zamanda, istifadə etdiyi sistem, baş-

lıqlar, şərhlər və qaynaq bilgiləri əsərin müasir elmi üsulda yazıldığını 

göstərir. Müəllifin bu işdə məsuliyyəti, göstərdiyi qayğı və diqqət, heç 

şüb həsiz, “Hümayi-ərş”in dəyərini artırmış, onun sağlam bir mənbə ola-

raq dəyərləndirilməsini təmin etmişdir. 

Əsərin məzmunu, sadəcə, mövzunun əsasında duran bir mütəfəkkir 

və şairdən, eləcə də, bu şəxsiyyətin sahib olduğu düşüncə və dəyərlər sis te-

mindən bəhs etməklə kifayətlənmir, onun böyük məhəbbətlə bağlı olduğu 

vətəni Qarabağın tarixini, zəngin mədəni və ictimai mühitini də əks etdirir. 

Nigarinin Qarabağla sıx bağlılığı və onun vətən sevgisini göstərən şeirləri 

Qarabağ həqiqətlərinin təbliğində istifadə edilməsi zəruri dəyərli materi-

allar olması baxımından da əhəmiyyətə malikdir.  

“Hümayi-ərş”in əlyazma mətni həcm baxımından 834 səhifədən iba-

rət dir; həcmcə böyük bir əsər olması ilə yanaşı, dil baxımından da çətinliyi 

nəşrə hazırlanma müddətinin uzanmasına səbəb oldu. 

Əsərin nəşrində gö rülən işlər isə başlıca olaraq bunlardan ibarətdir:

• Ərəb əlifbası ilə Osmanlı türkcəsində yazılan əsər Azərbaycan latın 

əlifbasına nəql edilməklə müasir Azərbaycan türkcəsinə uyğunlaşdırıldı.

• Əsərdəki ərəbcə və farsca hissələr tərcümə edildi; tərcümələr və zə-

ruri hallarda verilən qısa şərhlər kvadrat mötərizə içərisində göstərildi. 

Bəzi qisimlər və şeir parçaları müəllif tərəfindən tərcümə edilmişdir ki, 

bunlar dairəvi mötərizə içərisində verildi.

• Əsərdə müəllif tərəfindən qara qələmlə çəkilmiş xəritə, kroki və 

başqa şəkillər də var idi. Bunlardan Ağabalinin “Hümayi-ərş”i şəkillərlə 

zənginləşdirmək istədiyi, ancaq imkan tapa bilmədiyi anlaşılmaqdadır. Belə 

bir əsərdə şəkil olmaması əksiklik ola bilərdi. Buna görə də müəllifin şəkil-

lə rinin yenilənməsi ilə yanaşı, əlimizdən gəldiyi qədər əsərdə adı keçən 

yerlərə, şəxslərə, əsərlərə, sənədlərə, əşyalara və s. aid əldə edə bildiyimiz 

qravür, rəsm, foto kimi materialları müvafiq yerlərə qoymağa çalışaraq bu 

nöqsanı tamamlamağa cəhd etdik. Ümid edirik ki, bu zəhmətimiz oxucu-

lar tərəfindən də hüsn-rəğbətlə qarşılanar.

• Əlavə etdiyimiz şəkillərin uzun araşdırmalar nəticəsində əldə edildi-

yi işin əhli tərəfindən anlaşılacaqdır. Xüsusilə də, mövzuya aid bəzi tarixi 

sənədlər və əşyalar ilk olaraq bu əsərlə gün üzünə çıxmış oldu. Demək 

olar ki, hamısı özəl kolleksiyalarda olan Ağqoyunlu, Səfəvi, Osmanlı və Çar 

Rusiyası dövrlərinə dair 500 ildən artıq yaşı olan sənədlər çox dəyərli ta-

rixi mənbədir. Əsərə ağırlıq verməməsi üçün bu sənədlərin bir qismini 

burada təqdim edə bildik. Bunlar sadəcə Həmzə Nigari və nəslinin keçmişi 

üçün deyil, Azərbaycan və Türkiyənin mədəniyyət tarixinə də işıq tutacaq 

mənbələrdir. Böyük əhəmiyyətə malik bu sənədləri ehtiva edən müstəqil 

bir əsər hazırlamaq düşüncəsində olduğumuzu da oxucuların nəzərinə 

çatdırmaq istəyirik.

• Dil baxımından əsərdə iki fərqli üsluba rast gəlirik. Birincisi, Həmzə 

Nigarinin həyatına, xəlifələrinə və digər mövzulara dair olan hissəsi ki, 

bunlar asan anlaşılan, sadə bir türkcə ilə yazılmışdır. İkincisi isə, Hz. Pirin 

məktubları, təsəvvüfə dair məsələlər və bəzi izahlardır ki, bunlar ağır və 

anlaşılması nisbətən çətin bir ədəbi dil ilə yazılmışdır. Əsərin daha rahat an-

H Ü M A Y İ - Ə R Ş

    11



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə