1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə6/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   2   3   4   5   6   7   8   9   ...   181

H Ü M A Y İ - Ə R Ş

    19

dərvişi/ Haq yoluna durmuşu/ Dərvişlər Hüma quşu/ Çaylaqu bayquş de-

gil” demişdir. 

“Ərş” kəlməsinin lüğəvi mənası “yüksəklik, yüksək yer və yüksək şey” 

deməkdir. Məcazi olaraq, “hökmranlıq, şan, şərəf və taxt” mənalarında 

istifadə edilir. Qədim astronomiyada ərş, bütün əflakı əhatə edən, doq-

quzuncu, ən böyük mühit, fələk olaraq qəbul edilirdi. Dini baxımdan isə, 

bütün göyləri və yerləri örtən, bürcləri əhatə edən, maddi-mənəvi ümum 

kainatlarla əlaqəli ilahi əmr, iradə və istəmənin ilk təcəlli və zühur yeri, 

məhəlli, ülvi aləmin ünvanı kimi işlədilmişdir.

2

“Ərş” sözünün dini-təsəvvüfi ədəbiyyatda da geniş istifadə sahəsi var-



dır. Bir mənaya görə varlıq mərtəbəsi olub maddi aləmin (aləmi-xəlq) baş-

lanğıcıdır. Digər bir mənaya görə, ərş, Allahın zühur və təcəlli edəcəyi bir 

“tənəzzül məhəlli, məqamı”dır. Ərş, daha altdakı varlıq mərtəbələrinə görə 

əhatə və mülk mənasını verən bir sifət olaraq da düşünülür və bu mənada 

Rəhmanın ərşinin bütün varlıqları əhatə etdiyi qəbul edilir. Ümumi olaraq, 

Allahdan başqa bütün varlıqlara Allahın ərşi (ərşullah) deyilir. Xüsusi ola-

raq isə, Allah adının məzhəri olan insana da bu ad verilir. Sufilər, yerlərə 

və göylərə sığmayan Allahın mömin qulunun qəlbinə sığdığını ifadə edən 

bir hədisi-qüdsi nəql etmişlər. İnsanı-kamilin ürəyi yer və göydən daha ge-

nişdir, elə isə Allah ərşə istiva etdiyi kimi mömin qulunun qəlbinə də istiva 

edər, yəni orada ad və sifətləriylə təcəlli edər. Bu vəziyyətdə ərş ilk və ən 

geniş varlıq mərtəbəsi, insanı-kamil ürəyidir. “Qəlb Allahın ərşi, könül Ça-

labın (Allahın) taxtı” halına gəldiyindən bütün ilahi adların məzhəri olan 

insanı-kamilə “əl-Ərşül-məhdud” deyilir.

3

 

Hüma təsəvvüfdə insanı-kamili təmsilən istifadə edildiyinə görə, 



“Hümayi-ərş”in “Könül aləminin hüması” şəklində bir məna ifadə etdi-

yi ni söyləyə bilərik. Bu tərkibdən ilk olaraq Ağabali istifadə etmişdir. 

Onun kitabına bu adı verməsinin səbəbini Mir Həmzə Nigarinin mənəvi 

vəsfləri ilə əlaqələndirmək mümkündür. Bununla birlikdə, Nigarinin di-

vanında Hüma təsvirini bir neçə yerdə verməsini və hamısında da özünü 

nəzərdə tutduğunu da göstərmək mümkündür. Məsələn, divanın bəzi 

mövzu başlıqları belədir: “Vəsiyyət kərdəne-be nəzmi-be Hümayi-göftar” 

(Söz Hümasının nəzm ilə vəsiyyəti), “Dər bəyane-rücu kərdəne-Hümayi 

Göf tar be tərəfe-Azərbaycan” (Söz Hümasının Azərbaycan tərəfinə dönü-

şünün izahı)

Türkcə divanın bir yerində isə yenə özündən “Balızadənin Hüma 

quşu” deyərək belə səslənir:



Ey mürgi-Hümayi Balızadə, 

Be qeydi-übalü bali sadə. 

Mövla səni eyləyə mükrim,

Hər iki cahanda şadu xürrəm.

2

  Süleyman Uludağ. Tasavvuf Sözlüğü, Kabalcı, İst. 2002, s.46; Fethullah Gülen. "Arş", 



Kalbin Zümrüt Tepeleri, Nil y., 2008, c.4, s.78-86; Mustafa Tatcı. Dervişler Huma Kuşu, 

H Yay., İst. 2009,  s.88-89; Cemal Kurnaz.  “Hümâ”, DİA, 1998, c.18, s. 478; İskender 

Pala. Ansiklopedik Divan şiiri sözlüğü, Akçağ, Ankara, 2000, s.238-239.

3

 Süleyman Uludağ. "Arş", DİA, c: 03, s. 410.




20     

H Ü M A Y İ - Ə R Ş



Ta şiri-ləban cahanda baqi,

Silsileyi-zatın ola, saqi.”  

Əsərin “Mənaqibnamə” olduğu müəllif tərəfindən yazılmış müqəd-

dimədə qeyd edilmişdir. Mənaqib “mənqəbə” sözünün cəm forması olub, 

ümumiyyətlə, dini şəxsiyyətlər, pirlər, vəlilər, sufilər, qəhrəmanlar kimi 

mənəviyyatca zəngin şəxsiyyətlərin həyatları, məziyyətləri, fəzilətləri və 

kəramətlərinin fövqəladəliklərinə dair nəql edilən məlumatlara, he   ka -

yələrə verilən addır. Bu məlumatların toplandığı ədəbi əsərlərə “Məna-

qibnamə” deyilir. Bunlar yazıldığı dövrə aid mədəni, dini, tarixi, ədəbi, 

fəlsəfi, ictimai və folklorik məlumatları ehtiva edən qiymətli mənbə kimi 

qəbul edilir.

2.  Əsərin mövzusu: Mir Həmzə Nigari

Nəşrə hazırladığımız bu əsərin mövzusu; Azərbaycanlı böyük sufi mü-

təfəkkir və şair Mir Həmzə Nigarinin həyatı, fikirləri, əsərləri, şəxsi, tə-

səvvüfi dünyası, ətrafında cərəyan edən ictimai-siyasi, fikri mübahisələr və 

yaxınında olan şəxsiyyətlərlə əlaqəli hadisələrdir. 

Qarabağlı Mir Həmzə Nigari XIX əsrdə “Rusiya Azərbaycanı”nda və 

Osmanlıda yaşamış, önəmli bir sufi mütəfəkkir və şairdir. Türkcə və farsca 

iki divanın, “Nigarnamə”, “Saqinamə”, “Çaynamə”, “Mənaqibnamə” və 

“Həştbehiştnamə” adlı nəzm əsərlərinin müəllifidir. Nigarinin Qarabağda 

başlayıb Xarputda sona çatan 87 illik ömür yolu, çilə, həsrət, acı, dərd və 

çətinliklərlə dolu olmasına müqabil, iman, eşq, riza, təvəkkül, səbr və şü kür-

lə keçmişdir. Onun həyatı, əsərləri və düşüncələri ən geniş şəkildə Mustafa 

Fəxrəddin Ağabali tərəfindən yazılan “Hümayi-ərş” adlı əlinizdəki bu 

“Mənaqibnamə”də qələmə alınmışdır. 

İlk gənclik illərinin başında təhsil üçün yola çıxan Həmzə əfəndiyə 

Qaraqaşda hamilik edən Haqqın sirrinə sahib kamilə və arifə Nigar xanım 

onun bir kibrit misalı fitrətində gizli olan eşqi-ilahini tutuşduran ilk mürşidi 

olmuşdur. Həmin müstəsna xanımın tərbiyəsində əldə etdiyi bu iksiri və 

gördüyü yaxşılığı əsla unutmayan bu vəfa əhli onun adını özünə həm 

məxləs almış, həm də eşqi-ilahinin simvolu olaraq şeirlərində işlətmişdir. 

Azərbaycanda təhsil həyatına davam edərkən, bir rəvayətə görə məna 

aləmində gördüyü mübarək cəddi Hz.Əlinin işarəsi ilə Mövlanə Xalid-

Bağdadinin xəlifəsi, Qafqazın mürşidi Şeyx İsmayıl Şirvaninin yanına 

gələrək tədris və irşad halqasına qatılmışdır.

Şimali Qafqazdakı hürriyyət hərəkatının ideoloji əsasında dayanan 

İsmayıl Şirvaninin fəaliyyətinin Qafqazda meydana gətirdiyi həyəcan 

işğalçı rus hökumətini narahat etdiyindən təhdidlər nəticəsində vətə-

nin dən ayrılmış, əvvəl Ahıskaya, sonra da Anadoluya hicrət etmək məc-

buriyyətində qalmışdır. Bu müddətdə Nigari şeyxi ilə birlikdə olmuşdur. 

Əvvəl Amasiyada, sonra Sivasda yaşayan və təhsilini tamamlayan Həmzə 

əfəndi təkrar şeyxi ilə birlikdə Amasiyaya gəlmişdir. Həcc ibadətini əda 

etdikdən sonra şeyxinin əmri ilə vətəni Qarabağa gələrək Cicimli və 

Mirlərdə özünə xas mədrəsəsində həm təsəvvüf təlim etmiş, həm də dini 

elmlər oxutmuşdur.




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə