1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə4/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   2   3   4   5   6   7   8   9   ...   181

laşıla bilməsi üçün bu bölmələri mümkün olduğunca sadələşdirərək kitab-

da üslub vahidliyini təmin etməyə çalışdıq. Bununla birlikdə, məktubların 

orijinallarını sadələşdirilmiş şəkilləri ilə birlikdə verərək ifadə zənginliyini 

göstərmək istədik.

• Müəllif az da olsa əsas mövzu ilə əlaqəsi olmayan bəzi məsələlərə 

şərhlər ver mək lə yanaşı, şəxsinə aid yanaşma və mülahizələrini də əsərə 

daxil etmişdir. Bunlar arasında əsərin ümumi xəttinə xələl gətirən və dilə 

gətirilməsinin artıq heç bir əhəmiyyəti qalmamış məsələlər də mövcud idi. 

Mövzunun vahid xəttinin mühafizəsi düşüncəsilə bir neçə yerdə bu cür 

məqamlar qısaldılmalı oldu. Bununla birlikdə, müəllifə hörmət olaraq, bu 

bölmələr əlyazma şəkli ilə əsərin sonuna əlavə edildi.

• Müəllif əsərinin ilk variantını tərtib etdikdən sonra onu xəttata yaz-

dırmışdır. Daha sonralar əlinə keçən məlumatları və sənədləri isə özü yazıb 

müvafiq gördüyü yerlərə əlavə etmişdir. Sonrakı əlavələrin yerlərinin qa-

rışdırıldığı və mövzu bütünlüyünün pozulmuş olduğu görüldü. Odur ki, 

mövzuya aidliyini əsas götürərək bu əlavələr uyğun yerlərə yerləşdirildi. 

Məsələn, Hz. Pirin şəmaili, təsəvvüfü və silsiləsi ilə əlaqəli qisimlərin bir-

ləş  dirilməsi kimi. 

• Əsərdə yər alan əsas mövzulara dair məlumatların bir araya 

gətirilməsi nəticəsində mövzulara görə başlıqlar qoyularaq xüsusi bölmələr 

təş kil edildi. 

• Əsərin əvvəlinə Giriş bölməsi əlavə edilərək müəllif Mirzadə Musta-

fa Fəxrəddin Ağabali və “Hümayi-ərş”ə dair yığcam məlumat verildi. 

• Müəllifimiz M.F.Ağabalinin həyatında iki acınacaqlı faciə baş ver-

mişdir. Bunların ilki, ailə həyatı quralı hələ altı ay olmuş ikən Çanaqqa-

la cəbhəsinə yola düşməsindən bir müddət sonra qız övladının dünyaya 

gəlməsi, ancaq doğum əsnasında xanımının vəfatı etməsidir. İkinci faciə 

isə, bütün sevgisini verdiyi və üzərində titrədiyi qızı Sənihanın 13 yaşında 

ikən xəstəliyə tutulub vəfat etməsi olur. Əsərində bu ələmli hadisəni böyük 

bir iztirab içində təsvir edən Ağabali Sənihasının adını yaşatmaq arzusu 

ilə öz övladı kimi gördüyü “Hümayi-ərş”i ona ithaf etdiyini bildirir. Buna 

görə də onun vəsiyyətinə hörmət əlaməti olaraq, kitabda keçən “Balaca 

ikən itirdiyim gözümün nuru Səniham üçün” ithafını kitabın ilk səhifəsinə 

dərc etməyi özümüzə borc bildik. 

Kitabın istər əlyazmasındakı bəzi qarışıqlıqlardan dolayı, istərsə də oxu-

ma və sadələşdirmə işi ilə bağlı ortaya çıxan çətinliklər səbəbilə xətaları ola 

bilər. Əziz oxuculardan kitabın hazırlanmasında meydana gəlmiş hər cür 

xətalarımızdan ötrü üzr istəyərək bizi bu istiqamətdə məlumatlandırmaları 

halında minnətdar olacağımızın bilinməsini istərdik.

“Hümayi-ərş”in varlığından bizi ilk dəfə xəbərdar edən və əldə et mə-

mizə vəsilə olan dəyərli təsəvvüf alimi prof. Mahmud Erol Kılıca, əsə rin 

təminində vasitəçilik edən dos. Elşad Mahmudova, kitabın ikinci nüs xə-

sin dən bizi xəbərdar edən və əksik səhifələri göndərən prof.Necdet Tosu-

na, Həzrəti Pirə aid çox qiymətli əşya və sənədləri, şəkilləri əldə etməkdə 

göstərdikləri yardımlarına görə möhtərəm Aybars Özbay və Yusuf Özbaya, 

araşdırmamıza öz məlumatları ilə zənginlik qatmış hörmətli Orhan Kayı-

han, prof.İbrahim Yıldırım və Bəha Doğramacıya, Amasiya və Merzifon-

12     

H Ü M A Y İ - Ə R Ş




dakı dostlara, “Hümayi-ərş”in hazırlanmasında və redaktəsində böyük səy 

və iştiyaqla çalışan prof. Minəxanım Təkləli və Fəridə Əliyevaya, farsca-

dan tərcümələrin redaktəsini həyata keçirən dr.Rüstəm Lazımov və prof.

Ömer Okumuşa, kitabın bu nəşrini böyük bir istəklə dəstəkləyən Həzrəti 

Pirin aşiqlərindən və onun əqrəbalarından möhtərəm Hacı Siracəddin 

və Nizaməddin Babaoğlu qardaşlarına təşəkkür və minnətdarlığımı ərz 

edirəm. 

Sözün nəhayətində islam təsəvvüf mədəniyyətinin yetişdirdiyi dəyərli 

şəxsiyyət Mir Həmzə Nigari həzrətlərini və bu bənzərsiz mənaqibnaməni 

yazaraq o uca şəxsiyyətin dürüst tanınmasına vasitə olan Mustafa Fəxrəddin 

Ağabalini minnət, rəhmət və şükranla yad etməyi özümüzə borc və vəzifə 

bilirik.   



   Mehmet Rıhtım

    Bakı-2015

Sənə Əhmədmi, Muhammədmi, məhəbbətmi diyəm?

Yoxsa məhbubu-Xuda, şahı-məlahətmi diyəm?

Mir Həmzə Nigari

Xəttat: M.Yusif

Təzhib: H.Rıhtım

H Ü M A Y İ - Ə R Ş



    13



Giriş

MİRZADƏ MUSTAFA FƏXRƏDDİN 

AĞABALİ VƏ “HÜMAYİ-ƏRŞ”



16     

H Ü M A Y İ - Ə R Ş

A.  MÜƏLLİF MİRZADƏ MUSTAFA 

FƏXRƏDDİN AĞABALİ

“Hümayi-ərş”in müəllifi Mirzadə Mustafa Fəxrəddin Ağabali Mir 

Həmzə Nigari ilə eyni soya mənsubdur. Ağabalinin atası Seyid Sədəddin 

əfəndi Qarabağdan Amasiyaya gələrək ömrünün sonuna qədər Mir Həm-

zə əfəndinin xidmətində olmuşdur. O, “vəli-nemətim, dayağım” dediyi 

atası Seyid Sədəddin əfəndi və soyu haqqında “Hümayi-ərş”in 497-502-ci 

səhi fələrində bu məlumatı verir: 

“Atam 1264-cü il [m.1847/48] tarixində Mir Mustafanın pak sülbündən 

dünyaya qədəm basmışdır. Ali-qədr atası Mir Mustafa ibn Mir Cəfər ibn Mir 

Məhəmməd Rza ibn Mir Heydər həzrətləri o diyar xalqının bir sahibüz-

zaman Xızırı imiş. Həzrəti Pir Mir Mustafa Baba adı ilə yad edilirmiş. Zati 

səxavəti Mürtəza kərəminə bərabər olan bu mələk xislətli zat, mübarək 

nəfəsi ilə ölüləri belə dirildəcək bir qüdsiyyətə sahib imiş. Ondan zühur 

edən xariqüladə hekayələrin hədd və hüdudu yoxdur. Cümləsi səhih olan 

və üləma, ürəfanın rəvayətinə istinad edilən hekayələri yazmaq lazım gəlsə, 

müntəzəm bir əsər meydana gələr. Bunlarla məşğul olmayacağam. Bu za-

tın ömründə uzanıb yatmaması onun irfani bəhrəsinə ən böyük dəlildir. 

Bir dəfə Cicimlidə evində oturarkən “mənim atımı çəkiniz, Cəbrailli ilə 

Mərcanlı bir-birini qırıb keçirmək üzrədir”, deyə atına minərək Xızır kimi, 

bir-birinə düşmən yüzlərcə insanın arasına girib kimsəyə xəfif bir zərbə 

vurmağa belə imkan verməyən bu mübarək zat vəfatında da oturduğu 

yerdə ruhunu təslim etmişdi.”

Bəha Doğramacının M.F.Ağabalinin “Ankayi-Qafi-lahut Kəlimi-Sinayi-

Cəbərut Əli göründü gözümə” adlı əsərinin girişində yazdığı tərcümeyi-

hala əsasən, Fəxrəddin Ağabali Həmzə əfəndinin vəfatından üç il sonra 

1305/1889-cu ildə Amasiyada dünyaya gəlmişdir. İlk və orta təhsilini ta-

mamladıqdan sonra zamanın tələbinə görə mədrəsəyə davam edərək ica-

zət namə almağa müvəffəq olmuşdur. Ərəb və fars dilləri dərsini tanınmış 

azərbaycanlı alim, Həmzə əfəndinin müridlərindən Seyid Məhəmməd 

Bəhaəddin əfəndidən almışdır. İlk vəzifəsi Maarif idarəsində katiblik ol-

muş, daha sonra müəllim və müfəttiş olaraq çalışmışdır. Əsgərliyini Birinci 

Dünya müharibəsində Osmanlı ordusunun ehtiyat zabiti olaraq Çanaqqa-

la cəbhəsində tamamlamış, hərbdən sonra Amasiyaya gələrək xüsusi mü-

hasibatlıqla məşğul olmuşdur. Uzun müddət Varidat (gəlir idarəsi) mü-

diri də olmuş və nəhayət, son iş yeri olan Gökhöyük Dövlət Çiftliyindən 

31.12.1948-ci il tarixində təqaüdə çıxmışdır.

1949-cu ildə İstanbula gələrək, bura yerləşən Ağabali 1952-ci ildə 

“İstanbul kitabxanaları təsnif komissiyası” üzvlüyünə təyin edilmişdir. 

Bu komissiyanın ləğvindən sonra müxtəlif kitabxanalarda ərəb və fars-




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə