1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə5/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   2   3   4   5   6   7   8   9   ...   181

H Ü M A Y İ - Ə R Ş

    17

ca əsərlərin tərcüməçisi və mütəxəssisi olaraq işləmişdir. Buradakı son iş 

yeri Millət Kitabxanası olmuşdur. 2 noyabr 1968-ci ildə buradan ayrıla-

raq Aksaraydakı evində guşənişinliyə çəkilmiş, ziyarətinə gələnlərlə elmi 

və mənəvi söhbətlər etmişdir. Dörd ay davam edən xəstəlikdən sonra, 25 

oktyabr 1972-ci il tarixində vəfat etmişdir. Qəbri İstanbulda Ədirnəqapı 

məzarlığındadır. 

Qəbir daşında özünün ölüm haqqında dediyi bu sözlər yazılmışdır:

 

Silinirsə içində hissi-işrak (şirk hisləri),

Bəlirir qəlbində sirri-idrak.

Bu sirr edər səni mütləq peyvəstə,

Rahi-həqiqətə ahəstə bəstə. 

Ta ki ruhun aqibət olur pür-nur,

Həqiqəti elm də eylər zühur.

Ölümdür bil həqiqi həyatın,

Vəsiləsi budur bütün nəcatın.

Çıxar isə tən pərdəsi aradan,

Hüviyyətlə zahir olur Yaradan. 

Üç dildə qələm sahibi məhsuldar bir yazar olan Ağabali, az danışan, 

çox düşünən güclü bir tənqidçi və savadlı bir mühəqqiq (alim) imiş. Yazdığı 

əsərlərdən sahib olduğu yüksək elmi-irfani səviyyəsini isbat etmiş kamil bir 

insan olduğu anlaşılmaqdadır. Əsərləri bunlardır:

1. “Səmərəyi-ilham”: 1330-cu ildə (m.1911/12) Amasiyada çap edil miş dir.

2. Fərəzdəqin İmam Zeynəl-Abidin haqqında yazdığı qəsidənin tər cü-

məsi. 


3. Seyid Həmzə Nigarinin farsca divanının tərcümə və şərhi: Əlyazma 

olub 495 səhifədir (tərəfimizdən nəşrə hazırlanır). 

4. “Hümayi-ərş”: Həmzə Nigarinin həyatından və irşad sahəsində tut-

duğu yoldan bəhs edir. Tək nüsxə olub nəşr olunmamışdır.

5. “Rəhbəri-irfan və ya Dəfineyi-hikmət”: 7 cilddən ibarət, kitabiyyata 

dair bir əsər olub nəşr edilməmişdir.

6. “Mənaqibi-Xoca Bəhaəddin əfəndi”: Öz müəlliminin mənaqibindən 

bəhs edən 238 səhifəlik bir əsər olub nəşr edilməmişdir.

7. “Əl-fikrul-istiqlal limən yuhibbul-Al”: Sivaslı Şeyx Fəzlullahın 

Müaviyəni tərifləyən əsərinə rəddiyədir. Nəşr edilməmişdir.

8. “Din Simsarları”: 586 səhifə olub nəşr edilməmişdir.

9. “Fəzlullahı-Hürufi”: Fəzlullahın həyat hekayəsi və mənaqibindən 

bəhs edən və onun əleyhinə deyilən iddiaları çürüdən bir əsərdir. Əsaslı 

tədqiqat əsəri olub nəşr edilməmişdir.

10. “Veysəl-Qərani”: Fəridüddin Əttarın “Təzkirətul-övliya” əsə rin-

dən tərcümə olub nəşr edilmişdir.

11. “Ənqayi-Qafi-lahut, kəlimi-Sinayı-cəbərut, Əli göründü gözümə

1

 ”: 



Əhli-beytin fəzilətləri haqqında olub, nəşr edilmişdir.

1

  Ağabali Mirzade Seyyid Mustafa Fahreddin. Anka-yı Kaf-ı Lahut Kelim-i Sina-yı Ceberut, 



Ali göründü gözüme, Haz. Baha Doğramacı-Gaye Yeşiltepe, İstanbul, 2012. sh.15-18.

Ağabalinin farsca 

divana yazdığı şərhin 

ilk səhifələri


18     

H Ü M A Y İ - Ə R Ş

Bəha Doğramacının verdiyi bu siyahıdan başqa “Hz. Ömər deyir ki” adı 

ilə nəşr olunmuş bir əsərinin varlığı da bilinir. Müəllifin əsərlərindən baş-

qa mətbuatda yayınlanmış yazıları da vardır. Xüsusilə, “Azərbaycan Yurd 

Bilgisi” dərgisindəki məqalələri “Hümayi-ərş”dəki mövzularla əlaqəlidir. 

Fəxrəddin Ağabali Mir Həmzə əfəndi ilə görüşə bilməsə də həyatının 

ilk dövrü Amasiyada Həmzə əfəndinin yaxınları və sevənləri arasında keç-

mişdir. Başda atası Seyid Sədəddin əfəndi və müəllimi Bəhaəddin əfəndi 

olmaqla yaşadığı mühitdə Həzrəti Pir haqqında nəql edilənləri və bu 

mövzu haqqındakı söhbətləri dinləyərək böyümüşdür. “Hümayi-ərş”dən 

aydın olur ki, Ağabali, Həmzə əfəndinin sahib olduğu xüsusiyyətlərdən 

biri olan Məlami məşrəb üzrə ömür sürmüş və bu anlayışa uyğun olaraq 

məşhurlaşmaq istəməmiş, səssiz yaşamış və eləcə də Haqqa yürümüşdür.   

M.F.Ağabali əsgərliyə getməzdən dörd ay əvvəl ailə həyatı qurmuş, 

lakin o Çanaqqala cəbhəsində ikən həyat yoldaşı uşaq üstə vəfat etmişdir. 

Gənc yaşında yaşadığı bu zərbədən sonra Səniha adlı qız övladı ilə təsəlli 

tapan müəllif 13 yaşında tutulduğu xəstəlik nəticəsində onu da itirmişdir. 

B. HÜMAYİ-ƏRŞ

1.  Əsərin adı və janrı 

Müəllif əsərin adını sonradan kitabın ilk səhifəsinin üst tərəfinə 

“Həzə kitabu-Hümayi-ərş” şəklində öz əl yazısı ilə qeyd etmişdir. Farsca 

Hüma/Hümay adlanan bu əfsanəvi quşa bəzi türk ləhcələrində Kumay, 

Azərbaycanda Hüma quşu, Humay, Anadolu türkcəsində Hüma/Huma 

deyilir. İslamdan əvvəlki qədim türk inanclarında da adı çəkilən Hüma 

quşunun ağlın kəsməyəcəyi, gözün görə bilməyəcəyi qədər yüksəklərdə və 

hüdudsuz bir genişlikdə yaşadığı təsəvvür edilmişdir. 

Qaynaqlarda şəkli, xüsusiyyətləri və yaşadığı yer barəsində müxtəlif 

məlumatlar verilən Hüma bəzilərinə görə Hind okeanındakı adalarda ya-

şayan göyərçin böyüklüyündə, yaşıl qanadlı, bəzilərinə görə də Çin, Xita, 

Dəşti-Qıpçaq və ya Hindistanda yaşayan sərçədən böyük, boz sağsağanı 

xatırladan bir quşdur. Bəzi ortaq xüsusiyyətlərinə əsasən, Hüma Simurq

Zümrüd quşu, Ənqa, Garuda, Kaknus və Phoenix kimi digər əfsanəvi 

quşlarla eyniləşdirilmişdir. Hümanı digərlərindən ayıran ən mühüm 

xüsusiyyət isə cənnət və dövlət quşu olmasıdır. Onun göyün yeddi qatı 

üzərində, fələklər və bürclər arasında dolaşıb Allaha qovuşduğuna inanan-

lar vardır: Dövlət quşu deyimindəki “dövlət” anlayışı həm iqtidar (hüma-

yun kəliməsinin “hüma”dan gəlməsi), həm də səadət və iqbal mənalarını 

ehtiva edir. Klassik Türk və İran ədəbiyyatlarında Hüma ilə əlaqədar çox 

məsəl, deyim vardır. Məsələn, “hümayi-laməkan” (Allah), “hümayi-beyzayi-

din” (Hz.Peyğəmbər), “hüma-pərvaz” (yüksəkdən danışan), “hüma-sayə” 

(xeyirxahlığı yer üzünə yayılmış), “hüma-payə” (yüksək dərəcəli), “hüma-

yi-iqbal” (gözəl tale, dövlət quşu) kimi.  Təsəvvüf ədəbiyyatında haqq aşı-

ğı dərvişlər üçün Hüma təşbehi işlədilmişdir. Yunus Əmrə: “Dərviş bilir 



Mirzadə Mustafa 

Fəxrəddin Ağabali 

(1889-1972)


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə