1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə30/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   26   27   28   29   30   31   32   33   ...   181

H Ü M A Y İ - Ə R Ş     81

XIX əsrdə Ərzurum. Qravür

Qars qalasının ruslar tərəfindən mühasirə edilməsini göstərən qravür


82     

H Ü M A Y İ - Ə R Ş

İSTANBULA SƏFƏR

1271


-ci ildə [m.1854/55] Təyyar, Mühibbüddin, Ləzgi Hacı 

Mustafa əfəndilərlə Kürd Məhəmməd, Kürd Abdullah, 

Hafizli kəndindən Hacı İsmayıl, Himmət Əli -İstanbulda xəstəxanada 

ölmüşdür- yanında olmaqla İstanbula doğru yola çıxmışdır. 

İstanbulda yerləşdiyi məhəllə

Fatih yaxınlığında Xirqəyi-şərifdə Mehmed bəyin, sonra yenə o ətrafda 

Zincirliquyuda Qazəskər İsmət Mollanın malikanəsində yerləşmişdir

35



Bunu rəvayət edən Rusiyanın [Azərbaycanın] Qarabağ əyalətinin Cəbrayıl 

uyezdindən Malakan bazarı [indiki Füzuli] ilə Qıraxtın [indiki Cəbrayıl] 

qəsəbələrinin yaxınlığında Çərəkən kəndindən olan Molla Həsən burada 

Təyyar əfəndinin yanında xidmət etmişdir. Mühəqqiq alimlərin tabe 

olduğu Maraşlı Qazi Osman əfəndi həzrətlərinin Həzrəti Pirə İstanbulda 

qoşul muş olduğu güman edilir. 

Mustafa Rəşid paşa ilə görüşü

İstanbulda iqamət etdiyi müddətcə Mustafa Rəşid paşa həzrətləri 

mür şidin mübarək hüzuruna gələrək şərəf tapar və ehtiyacını təmin et-

məyə çalışarmış.

Bir dəfə mərhum, məğfur (rəhmətlik) mürşidə Əmiri-Buxari müqəd-

dəs dərgahının postnişinliyini təklif etmişlər. Qəbul edilməməsi üzərinə 

israr etməmişlər. Paşa həzrətlərinin bu iltifatının Əbdürrəhman paşa 

həzrətlərinin ərz və məhrəmanə işarələrindən meydana gəlməsi ehtimal 

daxilindədir. Paşa həzrətləri vəzirliyə yaraşan bir bağlılıq göstərmişdir. 

Allah qəbirlərini nurlandırsın

Yenə o alicənab zatın xoş niyyətinin əsəridir ki, son zamanlara qə-

dər Əmiri-Buxari şərəfli dərgahına postnişinliyi Həzrəti Şeyxin xas tərəf-

darlarından Amasiyalı Taşabadizadə Mustafa əfəndinin öhdəsində qal-

mışdır. 

ƏRZURUMA QAYIDIŞI

1275

-ci il tarixində [m.1858/59] İstanbuldan qayıtdıqda yenə 



Ərzuruma təşrif buyurmuşdur. Ərzuruma qayıtdığı il 

içərisində Mühibbüddin əfəndini anasının yanına göndərmişdir. Camaat 

arasında yayılmış rəvayətə görə, anasının həmin il içərisində həyat 

çiləsini tərk edəcəyini əvvəlcədən bilmiş və cənazəsinin götürülməsi və 

dəfninin şəriət qaydalarına uyğun olaraq həyata keçirilməsi vəzifəsini 

Mühibbüddin əfəndiyə məhrəm bir surətdə tapşırmışdır. Mühibbüddin 

əfəndinin gəlişinin üçüncü ayında anasının vəfatı və yanında mövcud 

35

  Kəsriyəli Əhməd paşa nəvələrindən və Darüssəltənə (İstanbul) müdərrislərindən 



Rumeli qazəskəri İsmət Molladır.

Xirqəyi-şərif 

məscidi və məhəlləsi

Mustafa Rəşid paşa


H Ü M A Y İ - Ə R Ş

    83

olub kimsəyə təslim etmədiyi cənazə xərcini o zaman meydana çıxararaq 

şəriətə uyğun surətdə sərfinə göstəriş verməsi bu rəvayətin doğruluğuna 

ehtimal verdirməkdədir. Fəqət bu xəbərin nə surətlə belə yayıldığı 

məlum deyildir. Vəfatından dərhal sonra Mühibüddin əfəndinin geri 

qa yıt masına əsasənmi bu nəticəyə gəlinmişdir, yoxsa dostlarından bir 

zatla bu barədə fikir bölüşmüş, bu şəkildəmi yayılmışdır, bu cəhət tədqiq 

edilməmişdir. 

Mühibüddin əfəndinin Rusiyaya gedişi əsnasında özü də Amasiyaya 

təşrif etmişdir. Anasının cənazə namazını Bərgüşad çayı sahilində yerləşən 

saleh əməl sahibi, fəzilətli alimlərdən Qubadlı Məhəmməd əfəndi həzrətləri 

qıldırmışdır. Mübarək məzarı Mirlər qəbristanındadır. 

Ərzuruma (təkrar) qayıdış

Amasiyada bir il yaşadıqdan sonra Toqatın Ərbaa qəzasına tabe Giranpa 

kəndindən Xoca Mustafa və Ladikin Bəxşi məhəlləsindən İmam Ağa, 

Kır Sərdari Mehmed əfəndilərlə bərabər təkrar Ərzuruma qayıtmışdır. 

1276 [m.1859/60]. Yolda bu üç zat şeyxdən icazət almışdır. Xoca Mustafa 

əfəndi həzrətləri əhdində sabitqədəm olaraq xilafət mərtəbəsinə yetişmiş 

möhtərəm zatlardandır. 

İmam ağa axırda üz çevirmiş və bu halına həmdü-səna edərək “İradət 

əlimi ilk mən uzatdım, fəqət zəlalət vadisinə düşmədən çəkilən də ilk mən 

oldum” - deyə iftixar edərmiş. 

Görəsən, zavallı düşmədiyi zəlalət vadisinin nə olduğunu dərk edir-

dimi? Burası məlum deyildir. Mühitində əks olunan fikirlərdən əmələ 

gəl miş bir təlqinin əsiri olduğuna hökm etməkdən başqa bir səbəb eşi-

dilməmişdir. 

Pak zövcələrinin Rusiyadan 

[Qarabağdan] gətirilməsi

Ərzuruma gəldikdən sonra Qars və Naxçıvan yolu ilə –qeyd edilən 

xanımlar bərabərində olduğu halda– Rusiyaya [Qarabağa] gedərək Salvartı 

yaylasında olan xanımları və Mühibüddin əfəndini alaraq təkrar 1277-ci 

ildə [m.1860/61] Ərzuruma qayıtmışdır. Ərzurumda Züleyxa xanımdan 

Rüknəddin və Zəhra adlı bir oğlu və bir qızı dünyaya gəlmişdir. Rusiyaya 

[Qarabağa] səfəri əsnasında Qarsda Kuduri mütərcimi və Qarabağın Qara 

Pirim kəndində xaki-ətirnakda mədfun Qara Pirim həzrətlərinin nə və-

lərindən olan dövrün alimlərinin irəli gələnlərindən Əmin paşa həzrətləri 

mütəsərrif imiş. Məmləkətlərindən hicrət edərək Osmanlıya gələn, öz 

əmisi oğullarından və Həzrəti Pirin dərs şəriklərindən olan Əmin paşanın 

yanında müsafir qalan ariflərin göz nuru, saleh seyidlərin rəh bəri, övliya 

məclislərinin qəndili, xeyirli bəndələrin məclislərinin çı ra ğı, şər’i-mübinin 

görən gözü, millət və dinin siracı Şəkinin Dəhnə kən dindən, millət və 

dinin ziyası Hacı İsrafil Əfəndizadə Hacı Siracəddin əfəndi həzrətləri ilə 

görüş baş tutmuşdur. Görüş əsnasında həzrəti hicrət üçün fikrində tutduğu 

yerdən daşındıraraq Amasiyaya təşrif etməsini təklif etmiş və həzrət də 

bunu razılıqla qarşılamışdır. 

Əmir Buxari təkyəsi 

Dərviş paşa məscidinin 

köhnə fotosu. Ərzurum



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə