1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə29/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   25   26   27   28   29   30   31   32   ...   181

H Ü M A Y İ - Ə R Ş

    77

Təyyar əfəndi və hərb

Möhtərəm dayısının təcəllisinin əksi olan bu ali vəsfli zat, Ərzurumda 

o qışı keçirmiş və 1268 [m.1851/1852] hərbinin başlaması ilə öhdəsinə 

götürdüyü beş yüz nəfərdən ibarət alaya rəis təyin edilmiş, əvəzsiz xid-

mət lər göstərmişdir. Bu xidmət Ərzurum vali və komandanı, üç tuğlu 

Əbdürrəhman paşa tərəfindən təqdirə layiq görülmüş və bəzi gizli xü-

suslara aid tapşırıqları Təyyar əfəndiyə buyurmuşdur. 

O cümlədən, Qars mütəsərrifinə təcili göndərilmək istənilən olduqca 

gizli bir sənəd Təyyar əfəndi vasitəsilə göndərilmişdir. 

Məktubun çatdırılma şəkli

Əbdürrəhman paşa mərhum mürşidin yanına gələrək Təyyar əfən-

dinin bir mühüm iş üçün Qarsa getməyinə icazə istəmiş. Təyyar əfəndiyə 

bu təklif söylənildiyində dayısının verəcəyi əmrə uyğun hərəkət edəcəyini 

ifadə etmişdir. Bunun üzərinə paşa mərhum:

“Təyyar əfəndi, sizə etimadım tamdır. Bu, olduqca mühüm bir 

sənəddir. Çox təcili bir surətdə Qars mütəsərrifinə yetişməlidir. Yolda 

–müharibə səbəbilə – hər cür maneə çıxa bilər. Bunu götürüb yerinə çat-

dır mağı və ən qısa bir zamanda cavabını alıb gətirməyi gözünüz kəsirmi? 

Qəza ilə mühasirə kimi təhlükəli bir işə uğradığınızda canı verib bu 

sənədi ələ verməməniz lazımdır. Götür-qoy edin və qəti cavabınızı verin” 

- demiş. 

Təyyar əfəndi cavabında: “Mürşidimin ali əmri ilə inşaallah, bu sə nə-

di götürmək və cavabını gətirmək məncə asan bir iş kimi görünür. Allah 

eləməsin, elə bir hal baş verdikdə can verib əmanəti ələ verməməyə çalı-

şacağıma şübhə etməyin” – demiş. 

Bu qəti cavabdan sakitləşən paşa həzrətləri sənədi Təyyar əfəndiyə 

verərək tez hərəkət etməsini buyurmuşdur. Və o gecə Təyyar əfəndi ya-

nına üç dilavər də götürərək Qarsa doğru yola düşüb Ərzurumdan ayrıl-

mışdır. 


Həqiqətən, yaxın bir zamanda Təyyar əfəndi yoldaşları ilə Qarsa ye-

tişmiş və məktubu mütəsərrifə tapşıraraq cavabını almış, dərhal hərəkət 

etmiş. Paşa həzrətləri bir axşam hökumətdən çıxdığında evinə getməyib 

Həzrəti Pirin xanəgahına təşrif buyurmuşlar. Paşa davamlı Təyyar əfən-

didən və sənəddən bəhs etməkdə imiş. 

Həzrəti Pir cavabında: “O, mənim bacım oğludur, Allahın lütfü və 

kə rəmi sayəsində həm sənədi Qarsa aparacaq və həm də cavabını alıb 

qayıdacaq ümidindəyəm”, demiş. 

Bu mövzuda aralıqda söhbət cərəyan etməkdə ikən üç yoldaşı ilə Təyyar 

əfəndinin sağ-salamat gəldikləri xəbərini Mühibbüddin əfəndi Həzrəti 

Pirə ərz etdiyində paşa təəssüf içində “Eyvah, bir maneə çıxıb Qarsa gedə 

bilməyiblər” demiş, Həzrəti Şeyx isə “Cavabını belə alıb gəlmişdir” - deyə 

cavab vermişdir. 

Təyyar əfəndi yuxarıya çıxıb paşaya möhürlü zərfi verdiyində paşa bu 

məktubun Qars mütəsərrifinin yazdığı cavab olduğuna inanınca Təyyar 

əfəndinin gözlənildiyindən də qısa bir zamanda Qarsa gedib qayıtmaqla 




78     H Ü M A Y İ - Ə R Ş

Qarabağın dilbər guşələrindən bir mənzərə

Həmzə əfəndinin Cicimlidən Ərzuruma təxmini hicrət yolunu göstərən xəritə


H Ü M A Y İ - Ə R Ş     79

Qarabağ xəritəsində Cicimli və Mirlər (qaynaq: gomap.az)


80     

H Ü M A Y İ - Ə R Ş

arzu olunan məsələni sona yetirdiyindən çox duyğulanmış və “Xızırın 

atına mindin də gedib gəldin, yoxsa ismin Təyyar olduğu üçün uçaraq 

gedib gəldin?” deyə məmnuniyyət və şükranını bildirmişdir. 

Rütbə verilməsi

Bu hadisədən xeyli təsirlənən bu alicənab komandan Təyyar əfəndi və 

yoldaşlarını xəbərdar edərək hər birinin bir hərbi rütbə ilə təltiflərinə dair 

arzusunu bildirmişdir. 

Bu hərbdəki xidmətləri üçün Təyyar əfəndiyə yüzbaşı rütbəsi 

verilmişdir. Fəqət Həzrəti Pirin əmrilə Təyyar əfəndi bu rütbədən əfv 

diləməsini vali paşadan xahiş etmişdir. 

Məsələdən xəbərdar olan bu nəcib komandan Həzrəti Pirin yanına 

gələrək “Əfəndim, bu rütbənin Təyyar əfəndinin ləyaqəti ilə mütənasib 

olmadığını mən də bilirəm. Fəqət yaxın bir gələcəkdə Təyyar əfəndinin 

ən böyük rütbələri qazanması üçün sağ qaldıqca çalışacağam, lütfən icazə 

buyurun, qəbul etsin” – deyə xahiş etmişsə də, “məqsədimiz rüt 

bəni 


sorğu-suala  çəkmək deyil, çox böyük bir lütf, bəxş və təqdir olduğuna 

qane olduğuma əmin ola bilərsiniz. Ancaq Təyyarın cərəyan edən cihad 

əmrini dünyəvi rütbəsi müqabilində zay etməsini istəmərəm. Vacibi-

taala həzrətlərinin sizin kimi qiymətdar bir mücahidin hüsnü-şəhadətinə 

istinadən Təyyara bəxş etdiyi bol əcri dünya mənsəblərinin ən ulusundan 

da yüksəkdir. Bu bazarlıqda Təyyarın aldanmaması üçün bundan istefa 

etməsini söylədim. Lütfən bu himməti Təyyardan əsirgəməyin” – deyə 

arifanə cavab verdikdə paşa həzrətləri artıq israr dan əl çəkmiş və bu 

sözdən daha da məmnun və razı qalmışdır. 1270 [m.1853-54] 

Siracəddin əfəndinin doğulması

1268  [m.1851/52] hərbi davam etməkdə ikən Sirac əfəndi Cicimlidə 

babası ocağında Əminə xanımdan dünyaya gəlmişdir. 

Doğum müjdəsini Qarabağın Cəbrayıl uyezdində Gəyən düzü 

adlanan yerin Həkəri çayına yaxın bir guşəsində və bir təpənin yanında 

yerləşən Hovuslu adlanan kənddən Dəli Qəhrəman adında bir fədai

hərbin bütün şiddətinə baxmayaraq gəlib Ərzurumda Həzrəti Piri 

müjdələmişdir. 

Ərzurumda yerləşdiyi məhəllə

Mübarək Dərviş ağa camesi yaxınlığında Mıxçızadələrin xanələrində 

yerləşmişdir. Burada Poslu Mahmud əfəndi və əllamə Şaşı Mustafa əfəndi 

həzrətləri Həzrəti Pirə intisab etmişdir. 

Züleyxa xanım ilə izdivacı

1271-ci il tarixində [m.1854/55] Şəkinin Qurtqaşın kəndindən olub 

Ərzuruma hicrət etmiş Hacı Əbdüləzim əfəndinin iffətli qızı Züleyxa 

xanım ilə izdivac bağlamışlar. 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə