1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə37/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   33   34   35   36   37   38   39   40   ...   181

100     

H Ü M A Y İ - Ə R Ş

halda təvazökar idi. Vüqarlı idi, vüqarı irfanından yüksələn bir mənəvi 

keyfiyyət idi. Səxavətli idi. Fəqət səxavətini qarşıdakı istəmədən göstərmək 

adəti idi. Kərim idi. Bir şey istənildiyi zaman kərəmi hər kəsə şamildi. Hər 

kəsə haqq tanımaq və haqqı qorumaq surətilə yardım göstərməyə can 

atması Xatəmi nəcabətini göstərməkdə idi. 

Dünya mənsəbləri içərisində yüksək mövqeyə sahib olması mənəvi 

dəyərinə heç bir təsir göstərməmişdi. Himmətinin ülviyyəti dünyalara 

sığmayacaq qədər böyük idi. 

Xülasə, “Əl-kərimu, ibnül-kərim, ibnül-kərim, ibnül-kərim” hikmətamiz 

hədisinə ikinci bir misal təşkil edən Paşa fələyin zülmünə tuş gəlməkdən 

qurtula bilməmişsə də, fəziləti nur saçacaq qədər alicənablıq nişanəsi qoyub 

getdiyindən əbədi yox olması şərəfini gizlətməyə kafi gəlməmişdir. 

Çanaqqalada Paşa həzrətlərinin yetişdirmiş olduğu bir yaşlını gördüm. 

Bu zavallı özünün Şirvanlı olduğunu bilir, fəqət harasından olduğunu 

bilmirdi. Bu zavallı yetim, Paşa həzrətləri tərəfindən alınaraq tərbiyə edilməkdə 

ikən Hələb məmuriyətində yanından ayrılmışdır. Ondan sonra orda-burda 

səfil-sərgərdan qalmış, pərişan olmuş, dərdini kədərli-kədərli anlatmışdı.

Yalı kənarında Maarif qəhvəsində Giridlilərin yanında xidmət 

edirdim. Bunların verdikləri bir dilim çörəklə Cahan hərbinin sıxıntılarını 

rahatlatmağa çalışırdım. Paşa həzrətlərinin belə kimsəsizlərə valideyn 

himayəsi göstərdiyini o zatdan öyrənmişdim. Bu piri-faninin indiyə qədər 

vəfat etmiş olması ehtimal olunur. Sağ isə Allah cansağlığı versin, öldü isə 

Cənabı-Haqq rəhmət etsin. 

“Həvadisi-ənasir” adlı kitabda (Mətbəəyi-amirə çapıdır) Rüşdü paşa 

haqqındakı mütaliədən: (Səhifə 3-də, sətir 11-dədir)

“Zivər-əfzayi-məsnədi-sədarəti-üzma və rövnəqbəxşayi-mərkəzi-vəka-

ləti-küb ra, əllameyi-təhriri-yeganə, danişamuzi-ürəfayi-zəmanə, vəziri-

Asəf-təd bir, Əflatun-sirət, muşiri-müşkilgüşayi-mihami-səltənət, dövlətlü, 

fəxamətlü, Şir 

vanizadə Mehmed Rüşdü paşa həzrətlərinin nəzdi-aliyi-

vəkalət pənahilərinə ərz və təqdiminə cəsarət qılınmışdır.”

(“Sərvəti-Fünun”da Rüşdü paşa haqqındakı bəyanatdan: Cild 59, 

nömrə 63-1537, tarix 28/1/923, səhifə 166)

“Şirvanizadə Rüşdü paşa Xalidiyyə şeyxlərindən İsmayıl Şirvaninin 

oğlu olub fitri zəkası səmərəsilə gənc yaşında məmləkətində ali təhsildən 

sonra atası ilə bərabər Amasiyaya hicrət və oradan İstanbula səfər edərək 

Bəyazid camesində elm tədris etməyə başlamışdır. Dilinin fəsahəti, şirin 

təhkiyəsi ilə alimlər arasında şöhrət tapmışdı...

Bu zat elmi iqtidarına mütənasib dərəcədə əsər buraxmayıb yalnız 

İmam Mavərdinin islam siyasi hüququna dair “Əhkamül-vəzarət” adlı 

əsərini dilimizə tərcümə etmiştir. Bəzi məcmuələrdə görülən qəzəllərindən 

şeir istedadı olduğu da anlaşılmaqdadır. Nümunə olaraq bir qəzəli burada 

qeyd olundu: 

Dil nəşvə-yabı-eşq idi meyxanə yoğikən,

Məsti-şərabı-feyz idi peymanə yoğikən.

Hali-dili hekayə edərdi sərvin qeyb,

Əfvahı-insü canda əfsanə yoğikən.



H Ü M A Y İ - Ə R Ş     101

Sədrəzəm Şirvanizadə Mehmed Rüşdü paşa 

elmiyyə sinfinə aid qiyafədə


102     

H Ü M A Y İ - Ə R Ş



Məmur idi künuzu-məhəbbətlə sinəmiz,

Ziri-fələkdə gəncilə viranə yoğikən.

Pərvaz edərdi tairi-can evci-qürbdə,

Bu mürgi-zar kövndə bir lanə yoğikən.

Firdövsi-arizindəki xali-siyahə bən,

Oldum fütadə adəm içün danə yoğikən.

Ləli-ləbindən olmuşidim busə-çini-şövq,

Xəlvətgəhi-vüsalda biganə yoğikən.

Rüşdü, cənab Zivərə

42

 olmaq nəzirəgu,

Həddinmi, səndə tabı-sitadanə yoğikən.

Yandımdı şəmi-eşqinə pərvanə yoğikən,

Könlüm o zülfə bənd idi divanə yoğikən.

Getmişdi səmti-kuyi-xarabata aşiqan,

Məmureyi-cahanda kəşanə yoğikən.

Keyfi-şərabı-eşqin ilə nərə-saz idim,

Aləmdə siti-şöhrəti-meyxanə yoğikən.

Dil nuş edərdi ratlı-giranı-məhəbbəti,

İşrət dəmində külfəti-peymanə yoğikən.

Müjganlarım tarar idi gisuların sənin,

Ey nuru-didə, zülfün için şanə yoğikən.

Ol büti-nigarı-Çin təsəvvür idi əcəb,

İqlimi-Rum içində sənəmxanə yoğikən.

Bəzmi-ələst sərxoşusan varsa Zivər,

Kim səndə nəşə var idi, məstanə yoğikən.

(Fazili-möhtərəm Əhməd Əmri əfəndinin qeydlərindən iqtibas)

42

        Zivər Əhməd Sadiq paşa. Məşhur vəzir şairlərdən bilikli bir zat olmuşdur. 1277-ci 



il [m.1860/61] tarixində Harami-Nəbəvinin şeyxi ikən vəfat etdi. Cənnətül-Baqidə 

Nəqşibəndi böyüklərindən Xoca Məhəmməd Parsa yaxınlığında dəfn edilmişdir. 

Divanının bir nüsxəsi “Asari-Zivər paşa” adlı çap əsərində yazılmış beytlə bərabər 

dərc olunduğu kimi əlavələr olan bir qismi də “Zeyli-asarı-Zivər paşa” ünvanı ilə çap 

edilmişdir. Üç dillə bərabər fransızcaya da aşina idi. “Ədəm” rədifli nətindən:

Nəti-pakin edəlim məfxəri-mövcudatın, 

Kim vücudun edəməz məqbərə namayı-ədəm.

Həyy ikən qəbirdə ol şahi-ləumrək ki Xuda,

Nazik əndamını eylər mi kəfənsayi-ədəm.

Zivər etsün ana hər bar səlat ilə səlam,

Ki vücududur anın baisi-imhayı-ədəm.

    Astronomiya elminə dair quyruqlu ulduzlardan bəhs edən çap olunmamış bir risaləsi 

vardır. Yuxarıdakı tərcümə Osman Səlahəddin əfəndidən alınmışdır. Osmanlı 

müəllifləri, ikinci qism, səh. 220.




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə